Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.

President.az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli xanım Prezident, 26 May – Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Əsrlər boyu dostluq, mehriban qonşuluq və harmoniya şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. Qarşılıqlı dəstək və etimad, sıx əməkdaşlıq, birgə həyata keçirdiyimiz irimiqyaslı regional layihələr strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi şərtləndirən başlıca amillərdəndir.

Bu gün ölkələrimizin rifahına və regionumuzun çiçəklənməsinə xidmət edəcək qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı və yeni məzmunla zənginləşməsi, tərəfdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkanlar var.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə Azərbaycan-Gürcüstan ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli qarşılıqlı fəaliyyətimizin bundan sonra da genişlənməsinə nail olacağıq.

Belə bir əlamətdar bayramda Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

“Bu gün türkiyənin türk dünyası ilə birbaşa quru əlaqəsi yoxdur. Ona görə də Zəngəzur dəhlizi türk dünyası üçün bir nəfəslikdir”. 

Bunu ATA blokundan prezidentliyə namizəd olan Sinan Oğan Kamal Kılıçdaroğlunun Zəngəzur dəhlizi və yeni “İpək yolu” layihəsi ilə bağlı mövqeyini şərh edərkən deyib.

Onun sözlərinə görə, SSRİ dövründə yürüdülən siyasət nəticəsində Zəngəzurun Ermənistana verilməsi, Türkiyə ilə türk dünyası arasında bir xəncər kimi saplanıb.

“Bununla da Türkiyənin digər türk dövlətləri ilə birbaşa quru əlaqəsi kəsilib. Rellaşdırılması nəzərdə tutulan Zəngəzur dəhlizi Türkiyənin türk dünyası ilə birbaşa quru əlaqəsini nəzərdə tutan layihədir”, - o qeyd edib.

Sinan Oğan deyib ki, bu ideyanın reallaşması ancaq İkinci Qarabağ savaşının yekunu olaraq  mümkün olub: “Qarabağın azad olunması ən böyük arzularımdan biri olub. Amma nə yalan deyim ki, mən 44 gün ərzində belə bir zəfərin qazanılacağına inanmırdım və savaşın sonu olaraq Zəngəzur dəhlizinin açılması, bunun da Ermənistana qəbul elətdirilməsi, heç xəyalımdan keçməzdi. Bu, böyük bir diplomatik qələbədir”.

O əlavə edib ki, həmin diplomatik qələbəni daha da irəli aparmaq əvəzinə kimsə ortaya başqa  mənasız, türk dünyasının maraqlarına uyğun olmayan bir layihə qoyur:

“Bu dəhlizin əhəmiyyətini azaltmağa çalışır. Çin belə, Zəngəzur dəhlizini qəbul edib, ondan istifadə etmək istədiyi bir zamanda sən (Kılıçdaroğlunu nəzərdə tutur-red.) belə bir alternativ layihə ortaya qoyursan. Bununla da İran və Ermənistanın tarixi röyasını gerçəkləşdirərsən. 

Ona görə də mənim seçimimdə təkcə HDP deyil, həm də bu məsələ mənim üçün önəmlidir.  Türk dünyasının birliyi mənim üçün önəmlidir. Ömrünü türk birliyinə həsr dən turançı bir siyasətçiyəm. Turançı bir adam olaraq qalxıb Ermənistanın və bilmirəm kimin könlü xoş olsun deyə, Azərbaycanla birbaşa yaranacaq əlaqəyəmi qarşı çıxacağam?! Belə bir insanın yanında olmağım belə, müzakirə mövzusu ola bilməz. Mənim Kılıçdaroğlunu dəstəkləməməyimin səbəblərindən biri də budur.

Doğru başa düşülməlidir. Bir turançı, bir türk millətçisi üçün Zəngəzur dəhlizi “olmazsa olamazdır”.  Bu dəhlizin mahiyyətini doğru anlamaq lazımdır.

Bu dəhlizə xələl gətirə biləcək hər cür maneənin qarşısndayam. Həm siyasi, həm də düşüncə və fikir baxımından. 

O baxımdan da Qarabağda əldə edilən qələbənin davamı olaraq Zəngəzur dəhlizinin açılması istiqamətindəki addımlar atılmalı və nəticə əldə edilməlidir. Bir atalar sözü var, deyərlər: “Su yatar, düşmən yatmaz”. Bu gün Qarabağdakı qələbəni və Zəngəzur dəhlizinin açılmasını istəməyən qüvvələr var və onlar buna mane olmağa çalışırlar”.  

Sinan Oğan onu da qeyd edib ki, erməni mediası 14 mayadək olan dövrdə Ərdoğanın məğlub olmasından, Kılıçdaroğlunun qalib gələcəyindən yazırdı: “Yazırdılar ki, gözləyin, az qaldı. Ermənilər 14 mayı o qədər ümidlə gözləyirdilər ki... Səmimi sözümdür. Gözləyirdilər ki, Ərdoğan uduzacaq və istədiklərini edəcəklər. Deyirdilər ki, 14 may gəlsin, görəcəksiniz. Amma arzuları ürəklərində qalacaq.

Mayın 28-də  yüksək səs çoxluğu ilə qalib gələcək, Zəngəzur dəhlizinin qarantı olan Türkiyənin səyi ilə dəhliz açılacaq: “Bir turançı üçün bundan artıq nə ola bilər”.

“Bu gün türkiyənin türk dünyası ilə birbaşa quru əlaqəsi yoxdur. Ona görə də Zəngəzur dəhlizi türk dünyası üçün bir nəfəslikdir”. 

“Ölkə.Az” xəbər verir ki, bunu ATA blokundan prezidentliyə namizəd olan Sinan Oğan Kamal Kılıçdaroğlunun Zəngəzur dəhlizi və yeni “İpək yolu” layihəsi ilə bağlı mövqeyini şərh edərkən deyib.

 
 
 
Ad - 00:24

Onun sözlərinə görə, SSRİ dövründə yürüdülən siyasət nəticəsində Zəngəzurun Ermənistana verilməsi, Türkiyə ilə türk dünyası arasında bir xəncər kimi saplanıb.

“Bununla da Türkiyənin digər türk dövlətləri ilə birbaşa quru əlaqəsi kəsilib. Rellaşdırılması nəzərdə tutulan Zəngəzur dəhlizi Türkiyənin türk dünyası ilə birbaşa quru əlaqəsini nəzərdə tutan layihədir”, - o qeyd edib.

Sinan Oğan deyib ki, bu ideyanın reallaşması ancaq İkinci Qarabağ savaşının yekunu olaraq  mümkün olub: “Qarabağın azad olunması ən böyük arzularımdan biri olub. Amma nə yalan deyim ki, mən 44 gün ərzində belə bir zəfərin qazanılacağına inanmırdım və savaşın sonu olaraq Zəngəzur dəhlizinin açılması, bunun da Ermənistana qəbul elətdirilməsi, heç xəyalımdan keçməzdi. Bu, böyük bir diplomatik qələbədir”.

O əlavə edib ki, həmin diplomatik qələbəni daha da irəli aparmaq əvəzinə kimsə ortaya başqa  mənasız, türk dünyasının maraqlarına uyğun olmayan bir layihə qoyur:

“Bu dəhlizin əhəmiyyətini azaltmağa çalışır. Çin belə, Zəngəzur dəhlizini qəbul edib, ondan istifadə etmək istədiyi bir zamanda sən (Kılıçdaroğlunu nəzərdə tutur-red.) belə bir alternativ layihə ortaya qoyursan. Bununla da İran və Ermənistanın tarixi röyasını gerçəkləşdirərsən. 

Ona görə də mənim seçimimdə təkcə HDP deyil, həm də bu məsələ mənim üçün önəmlidir.  Türk dünyasının birliyi mənim üçün önəmlidir. Ömrünü türk birliyinə həsr dən turançı bir siyasətçiyəm. Turançı bir adam olaraq qalxıb Ermənistanın və bilmirəm kimin könlü xoş olsun deyə, Azərbaycanla birbaşa yaranacaq əlaqəyəmi qarşı çıxacağam?! Belə bir insanın yanında olmağım belə, müzakirə mövzusu ola bilməz. Mənim Kılıçdaroğlunu dəstəkləməməyimin səbəblərindən biri də budur.

Doğru başa düşülməlidir. Bir turançı, bir türk millətçisi üçün Zəngəzur dəhlizi “olmazsa olamazdır”.  Bu dəhlizin mahiyyətini doğru anlamaq lazımdır.

Bu dəhlizə xələl gətirə biləcək hər cür maneənin qarşısndayam. Həm siyasi, həm də düşüncə və fikir baxımından. 

O baxımdan da Qarabağda əldə edilən qələbənin davamı olaraq Zəngəzur dəhlizinin açılması istiqamətindəki addımlar atılmalı və nəticə əldə edilməlidir. Bir atalar sözü var, deyərlər: “Su yatar, düşmən yatmaz”. Bu gün Qarabağdakı qələbəni və Zəngəzur dəhlizinin açılmasını istəməyən qüvvələr var və onlar buna mane olmağa çalışırlar”.  

Sinan Oğan onu da qeyd edib ki, erməni mediası 14 mayadək olan dövrdə Ərdoğanın məğlub olmasından, Kılıçdaroğlunun qalib gələcəyindən yazırdı: “Yazırdılar ki, gözləyin, az qaldı. Ermənilər 14 mayı o qədər ümidlə gözləyirdilər ki... Səmimi sözümdür. Gözləyirdilər ki, Ərdoğan uduzacaq və istədiklərini edəcəklər. Deyirdilər ki, 14 may gəlsin, görəcəksiniz. Amma arzuları ürəklərində qalacaq.

Mayın 28-də  yüksək səs çoxluğu ilə qalib gələcək, Zəngəzur dəhlizinin qarantı olan Türkiyənin səyi ilə dəhliz açılacaq: “Bir turançı üçün bundan artıq nə ola bilər”.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb.

“Report” xəbər verir ki, müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin oxuyub.

“Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib”, - dövlət başçısının müraciətində bildirilib.

Müraciətdə münaqişənin başa çatmasına baxmayaraq, Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra Laçın yolundan Azərbaycan ərazilərində mina yerləşdirilməsinin davam etdirilməsi üçün istifadə etdiyi qeyd olunub.

“Regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı qalan məsələlərin həlli üçün Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin gələn həftə görüşü planlaşdırılır”.

Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyan edib.

“İndi biz razılaşdıq ki, yaxın gələcəkdə, bir həftə sonra mən həmkarlarımdan xahiş edəcəm ki, bu tarix barədə razılığa gəlsinlər, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri görüşəcəklər və indiyə qədər tənzimlənməmiş, belə demək mümkünsə, suallar aradan qaldırılacaq”, - deyə o əlavə edib.

Rusiyanın paytaxtı Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilir.

Rusiya Prezidenti Vladimir Putin tərəfindən xüsusi qonaq qismində dəvət edilən Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Tailand Krallığının Baş naziri General Prayut Çan-o-ça Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Zati-aliləri!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Tailand Krallığının hökuməti və xalqı adından Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Otuz ildən çoxdur ki, Tailand və Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Əminəm ki, əlaqələrimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə bundan sonra da möhkəmlənəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Filippin Prezidenti Ferdinand Romualdez Markos Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Təbrikdə deyilir:

"Zati-aliləri!

Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Filippin xalqı və hökuməti adından Sizə ən səmimi təbriklərimi çatdırıram.

Son üç onillikdə Filippin ilə Azərbaycan arasında səmimi münasibətlər mövcuddur. İnanıram ki, dövlətlərimiz dostluq əlaqələrini gələcək illərdə də davam etdirəcək.

Filippin iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və pandemiyadan sonrakı bərpa kimi ümumi narahatlıq doğuran qlobal çağırışların həllində Azərbaycanla işləməyə hazırdır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Hüseyn qızı Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

İlham Əliyev İordaniya Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.

"Təbrikdə deyilir:

"Əlahəzrət,

İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İordaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

“İtaliyanın Emilia-Romagna bölgəsində baş vermiş təbii fəlakət nəticəsində həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə paylaşım edib.

“Dualarımız itkin düşənlərlədir və zərər çəkənlərə şəfa diləyirik”, - paylaşımda bildirilib.

Qeyd edək ki, Emilia-Romagna baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı dağıntı və insan tələfatı olub.

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Parlamentin Müdafiə Palatasını ziyarət edərək bu ölkənin Federal müdafiə naziri cənab Asif Muhammed Xavaca ilə görüşüb.

MN-dən verilən məlumata görə, qonaqları salamlayan Pakistanın müdafiə naziri Azərbaycan ilə Pakistan arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ölkəmizlə hərbi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.

 Dövlətlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərdə qarşılıqlı dəstək göstərdiyini qeyd edən nazir ölkələrimizin yerləşdiyi bölgələrdə yaranmış vəziyyət və yeni çağırışların hərbi əməkdaşlığımızın möhkəmləndirilməsini zəruri etdiyini diqqətə çatdırıb.

A.M.Xavaca hər iki ölkə ordularının döyüş qabiliyyətinin artırılması, bu sahədə təcrübə mübadiləsinin aparılması, habelə əldə olunan nailiyyətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Qəbula görə təşəkkürünü bildirən general-polkovnik K.Vəliyev Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını A.M.Xavacaya çatdırıb.
Baş Qərargah rəisi Pakistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu xüsusi qeyd edib.

General-polkovnik K.Vəliyev azad edilmiş ərazilərdə aparılan mühəndis və bərpa-quruculuq işləri, həmçinin Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə törətdiyi təxribatlar və bu təxribatlara qarşı görülən tədbirlər barədə Pakistanın müdafiə nazirinə ətraflı məlumat verib.
Tərəflər birgə təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, o cümlədən qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib, Azərbaycan ilə Pakistan arasında hərbi və hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak edib.

 

 

 

 

Xəbər lenti