![]() |
|
Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi Zemfira Meftahətdinova işdən azad edilib.
“Qafqazinfo”nun məlumatına görə, polis polkovniki Z.Meftahətdinova xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
O, 2015-ci ildən DİN-in İdman Cəmiyyətinin rəisi idi.
Qeyd edək ki, 1963-cü il təvəllüdlü Zemfira Meftahətdinova Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısıdır. 1991-2014-cü illərdə stend atıcısı kimi Azərbaycan yığmasının heyətində çıxış edən Zemfira xanım 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. 5 qat Avropa, 2 qat dünya çempionudur. Beynəlxalq dərəcəli idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin vitse-prezidentidir. "Tərəqqi", "Vətən uğrunda" medalları, "Şöhrət" ordeni ilə təltif edilib.
Karyerasını başa vurandan sonra daxili işlər orqanlarında vəzifəyə təyin olunmuşdu.
Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun geniş tərkibdə görüşü başlayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan komandası ilə qapalı görüş keçirərək Moskvada aparılan danışıqların bəzi təfərrüatlarını açıqlayıb və Qarabağ separatçıları üçün iki ssenari təsvir edib.
Yerli nəşr “Hraparak” bu görüşdə iştirak edənlərdən birinə istinadən yazır ki, o, separatçıların öz ordusunun olmayacağını bildirib.
Onun sözlərinə görə, Bakı bunu prinsipial bir məsələ kimi qəbul edir: “müdafiə ordusu” tərksilah ediləcək və dağılacaq.
Ssenarilərə gəlincə, Paşinyanın fikrincə, bir neçə mümkün variant var. Əgər Azərbaycan yerli ermənilərin təhlükəsizliyini təmin edərsə, prinsipcə gözlənilməz heç nə baş verməyəcək.
"Əks halda Paşinyan qeyd edib ki, Ermənistan hakimiyyəti hər kəsin öz ərazisinə köçürülməsini təmin edəcək", - qəzet qeyd edir.
Milli Məclisin bu gün keçirilən plenar iclasında mayın 28-də Türkiyədə keçirilən ikinci tur seçkilərinin yekunları müzakirə edilib.
Milli Məclis sədri Sahibə Qafarovanın sözlərinə görə, Türkiyə dünyaya bir demokratiya dərsi keçərək bir tarixi qələbə yazdı.
“Nəticədə Rəcəb Tayyib Ərdoğan seçicilərin etimadını qazanaraq prezident seçilib. Azərbaycan qardaş ölkədə dinc, demokratik seçkilər, o cümlədən Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi ilə bağlı təbrik edirik”, - spiker deyib.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Laçın rayonunda 28 may 2023-cü il tarixində səsləndirdiyi fikirlərə və çağırışlara istinadən Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən növbəti dəfə verilmiş qərəz dolu əsassız bəyanatı qətiyyətlə rədd edirik".
Bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.
"Ermənistan tərəfinin bu bəyanatı, Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, şəhər və kəndləri viran qoyan Ermənistanın, bu əraziləri işğaldan azad etdikdən sonra yenidənqurma işləri aparan, ərazilərdən kütləvi şəkildə vəhşicəsinə qovulmuş əhalinin geri qayıtması üçün bütün şəraiti yaradan Azərbaycanın qısa müddətdə gördüyü işləri həzm edə bilməməsinin təzahürüdür.
Görünür ki, Ermənistan bununla eyni zamanda, işğalına 2020-ci il 10 noyabr tarixli Üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq son qoyulduğu Laçından öz qüvvələrini çıxararkən bu ərazilərə dinc sakinlərin geri qayıtmasına maneçilik törətmək məqsədilə 2700-dən artıq mina yerləşdirməsi və evlərə mina tələlər qoyması kimi əməllərini də, ört-basdır etmək və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır", - Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
"Azərbaycan Respublikasının Prezidentinin ərazi bütövlüyü və suverenliyə hörmət edilməsinin zəruri olduğuna, Azərbaycanın daxili işlərinə qarışmağın qəbuledilməzliyinə və bölgədə separatçılığın təşviq edilməsinə xidmət edən addımların qarşısının qətiyyətlə alınmasına istiqamətlənən çağırışlarının Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən qəsdən təhrif edilməsi Ermənistan XİN-in tarixdən dərs çıxartmadığını nümayiş etdirir.
BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycana qarşı təcavüz aktı törədən, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini heçə sayaraq işğala son qoymayan Ermənistanın Azərbaycanın güc tətbiq etməklə hədə törətdiyini iddia etməsi gülüncdür", - nazirlikdən əlavə edilib.
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə yola düşüb.
İsrail Prezidenti bu barədə “Twitter” hesabında yazıb.
O, bunun mühüm dövlət səfəri olduğunu qeyd edib. İsxak Hersoq səmimi dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
“Azərbaycan mühüm ölkədir və əminəm ki, mənim səfərim əməkdaşlığın dərinləşməsinə yol açacaq. Biz ümumi yeni imkanları və çağırışları da bölüşürük”, - deyə İsrail Prezidenti qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda xalqa səslənir.
Ərdoğan avtobus üzərində qurulan səhnədə çıxış edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib.
Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək əmin oduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.
Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və ölkənin tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Türkiyə Prezidenti təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib, eyni zamanda, Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.
Azərbaycan Prezidenti təbrikə görə təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəmizə rəsmi səfərə dəvət edib.
Dəvət minnətdarlıqla qəbul edilib. Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əminliklərini bildiriblər.
Telefon söhbəti zamanı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Bakı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qalibiyyətinə hazırlaşır.
Artıq paytaxt Bakının küçələrində tərəfdarlar Ərdoğanın qalibiyyətini qeyd etməyə başlayıblar.