Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi xanım Njupuo Yap Mariatunu qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın Xankəndi və ətraf bölgəsində qeyri-qanuni erməni terror dəstələri kimi fəaliyyət göstərən Ermənistanın 10 min hərbçisi tam mühasirə vəziyyətinə düşüb... Erməni terror mərkəzləri isə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bütün dünyaya bəyan edən baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı sui-qəsd planları qururlar...

Azərbaycanın son hərbi-siyasi manevrləri Ermənistanın bütün manupulyasiya fəaliyyətinin əsas istiqamətlərini birmənalı şəkildə ifşa etməyə başlayıb. İndi rəsmi İrəvan üçün Azərbaycanın Xankəndi və ətraf bölgəsi üzərindən müxtəlif məkrli oyunlar qurmaq imkanları məhdudlaşıb. Yəni, rəsmi İrəvan da, Ermənistan cəmiyyəti də mövcud reallıqlarla birbaşa üz-üzə qalıb. Və bunun dəyişdirilməsinin daha mümkün olmayacağını da anlamağa başlayıblar.

Azərbaycanın qarşısında son 30 ildə keçmiş SSRİ-nin dağılmasına paralel olaraq, süni şəkildə yaradılmış “erməni problemi” mövcud idi. Rəsmi Bakı uzun illər ərzində Azərbaycan ərazilərində erməni separatizmi və terrorizmi ilə bağlı problemi həll etmək üçün sülh və dialoq yolunu sınaqdan çıxartdı. Ancaq bu, erməni terrorizmini zərərsizləçdirmək və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün yetərli olmadı. 

Ona görə də, rəsmi Bakı 30 il ərzində Azərbaycanın inkişaf perspektivləri qarşısında ciddi əngəllərdən biri olan erməni terrorizminə hərbi yolla müdaxilə etmək məcburiyyətində qaldı. Nəticədə Azərbaycan İkinci Qarabağ savaşında Ermənistan üzərində qazandığı tarixi hərbi qələbə sayəsində öz ərazi bütövlüyünü böyük ölçüdə bərpa etməyə nail oldu. Və bundan sonra bu problemin həlli ilə bağlı yekun mərhələyə start verildi.

553ca3cd-f6e8-4b12-8e68-cdd0639acd79.jpg (258 KB)Təbii ki, bu dəfə də rəsmi Bakı sülh danışıqları ilə irəliləməyə çalışdı. Ancaq açıq-aşkar məlum oldu ki, Azərbaycan erməni terrorizmini tamamilə sıradan çıxartmaq üçün daha radikal addımlar atmalıdır. Rəsmi Bakının Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratması erməni terrorizminin “nəfəsini kəsmək” baxımından, prinsipial addımdır.

Məsələ ondadır ki, Ermənistan Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan qeyri-qanuni erməni silahlı terror dəstələrini silah-sursatla təmin etmək imkanlarını tamamilə itirib. Bəzi məlumatlara görə, Azərbaycanın Xankəndi və ətraf bölgəsində Ermənistanın qeyri-qanuni erməni terror dəstələri kimi fəaliyyət göstərən 10 min nəfərə yaxın hərbçisi var. Rəsmi İrəvan bu hərbi terrorçuları Azərbaycan ərazisindən çıxarılmasını müxtəlif bəhanələrlə yubadır.

İndi rəsmi Bakı Laçın yolundakı nəzarət-buraxılış məntəqəsi sayəsində Xankəndi və ətraf bölgədə beynəlxalq hüquq normalarına qarşı bütün növ fəaliyyətlərin bloklanmasına nail olub. Belə ki, Laçın yolunda quraşdırılmış “skanerlər” hətta Rusiya sülhməramlı qüvvələrinin daşıdığı yüklərin təyinatına da artıq nəzarət etmək imkanı yaradır. Və nə qədər qəribə də olsa, bundan ən çox Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) narahat olub.

Maraqlıdır ki, BQXK Laçın yolu boyunca fəaliyyətini dayandırdığını bəyan edib. BQXK-nın Ermənistan nümayəndəliyinin rəhbəri Zara Amatuni məsələ ilə bağlı müəyyən prosedurların aydınlaşdırılmalı olduğunu söyləyib: “Fəaliyyəti özümüz dayandırmışıq. Prosesin bərpası üçün bəzi prosedurlar dəqiqləşdirilməlidir. Bu istiqamətdə səlahiyyətli şəxslərlə dialoqlar aparılır”.

5d30573c-99af-4ab5-8464-2eabbdb50f27.jpg (136 KB)Belə anlaşılır ki, BQXK Laçın yolunda bu quruma aid maşınların skanerlərlə nəzarətdən keçirilməsindən narahatdır. Halbuki, BQXK bölgədə mülki-humanitar fəaliyyətlə məşğul olduğundan bu qurum üçün ciddi problemlərin olma ehtimalı yoxdur. Böyük ehtimalla Ermənistan son vaxtlara qədər BQXK-nin maşınlarından bu qurumun missiyasına zidd olaraq, qeyri-humanitar yüklərin daşıması üçün istifadə edib. Və indi BQXK bu yolverilməz fəaliyyətin üstünün açılma ehtimalından narahat olub, maşinların yoxlanılmadan keçirilməsinə nail olmağa çalışır.

Bütün bunlar onu göstərir ki, rəsmi Bakı Azərbaycanın Xankəndi və ətraf bölgəsində mövcud situasiyaya tam nəzarət edir. Bundan sonra Azərbaycan üşün önəmli olan əsas məsələ Xankəndi və ətraf bölgədə yaşayan etnik erməni azlığının reinteqrasiya prosesinin uğurla sona çatdırılmasıdır. Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasından sonra isə regionda erməni terrorizmi ilə bağlı problemin böyük ölçüdə həll olunacağı qətiyyən şübhə doğurmur.

Maraqlıdır ki, sonuncu Brüssel görüşündə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına əngəl törədən əsas problemlərdən biri ilə bağlı anlaşma əldə edilib. Üstəlik, bu reallığı Ermənistanın baş naziri Nikol Paşinyan Avropa səfərində rəsmən etiraf edib. Erməni baş nazir vurğulayıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan Avropa Şurasının Reykyavikdə keçirilən sammitində bildirib ki, İrəvan və Bakı Almatı Bəyannaməsi əsasında münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər: "Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən Brüssel görüşündə biz irəliyə doğru addım atdıq. Biz vurğuladıq ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometr, Azərbaycan isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıyır.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)Təbii ki, bu, olduqca önəmli açıqlamadır. Belə ki, bu açıqlama ilə erməni baş nazir Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını məhz Avropa qurumunun sammitində rəsmən elan edib. Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisinə Xankəndi və ətraf bölgə də daxildir. Yəni, Ermənistan baş naziri Nikol Paşinyan Avropa ölkəsində “Qarabağ Azərbaycandır” bəyanatı verib. Və bu, Azərbaycanın maraqlarına tamamilə uyğundur.

Ancaq eyni sözləri Ermənistan üçün söyləmək çox çətindir. Çünki Ermənistan cəmiyyəti Brüssel görüşünün nəticələrindən və baş nazir Nikol Paşinyanın həmin bəyanatından ciddi şəkildə narazıdır. Ona görə də, Ermənistanda radikal-revanşistlərin, eləcə də erməni terror təşkilatlarının artıq hərəkətə keçdiyi bildirilir. Və həm baş nazir Nikol Paşinyanın, həm də onun ailə üzvlərinin hədəfdə olduğu iddia edilir.

Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına edilən cəhd də həmin iddiaları təsdiqləyir. Aşot Paşinyanı oğurlamaq istəyənlərin “Oğulların çağırışı” adlı yarımleqal erməni terror təşkilatınin üzvləri olduğu bildirilir. Bu terrorçular erməni baş nazirin oğlunu zorla maşına mindirməyə çalışıblar, ancaq Aşot Paşinyan son anda avtomobildən düşərək, qaçmağa nail olub. Bununla belə, erməni terrorçular özlərinə aid ikinci maşınla Aşot Paşinyanı vuraraq, qaçıb gizlənməyə nail olublar.

Bütün bunlar onu göstərir ki, Brüssel görüşünün nəticələri Ermənistanda yeni terror dalğasına stimul verib. Ermənistan baş naziri Nikol Paşinyanın yekun sülh sazişinə yönəlik mövqeyi erməni terror mərkəzlərini hərəkətə gətirib. Bu baxımdan, erməni baş nazirin və onun ailə üzvlərinin böyük təhlükə qarşısında qaldığı iddia olunur.

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.

“Sərgidən videogörüntüləri təqdim edirik:

 

f

“Azərbaycanın Qarabağ üzərində tam nəzarəti Rusiya və İranın Cənubi Qafqazda geostrateji mövqeyinin zəifləməsinə gətirib çıxaracaq”.

Bu sözləri İranın ermənipərəst və Azərbaycana qarşı mövqeyi ilə tanınan Ehsan Movəhhedian “İran diplomatiyası” saytında Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Qarabağ üzərində Azərbaycanın suverenliyinin tam şəkildə bərpası Rusiya və İranın regionda mövqeyini zəiflədəcək. O, hesab edib ki, Ermənistanın KTMT-dən çıxdığı təqdirdə İran sərhədlərində Türkiyə, İsrail və NATO-nun təsir imkanları artacaq.

“ABŞ və Avropa Qafqazdakı münaqişəyə sülhü bərpa etmək üçün deyil, İrana təzyiqi artırmaq üçün müdaxilə edib”,-deyə Movəhhedian bildirib.

Bir çox ekspertlər hesab edirlər ki, Azərbaycan-Ermənistan münasibətlərinin bərpası və hər iki ölkə arasında sülhün təmini Cənubi Qafqazda mühüm geosiyasi dəyişikliklərə, daha doğrusu, regiona yeni güc mərkəzlərinin daxil olmasına gətirib çıxara bilər. Onsuz da son siyasi və iqtisadi proseslər fonunda ABŞ və Avropa İttifaqı, eləcə də Türkiyə artıq Cənubi Qafqazda görünməkdədir.

ABŞ və Avropa İttifaqının Azərbaycan-Ermənistan sülh prosesində təşəbbüsləri Cənubi Qafqazın hər ikisi üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Cebhe.info-ya müsahibəsində regionda hazırki proseslər və güc mərkəzlərinin təsir imkanları barədə fikirlərini bölüşüb. DİA.AZ onunla söhbəti təqdim edir:

-Rusiya və İranın Cənubi Qafqazda geostrateji mövqeyinin zəifləməsinə başlıca hansı amillər səbəb ola bilər?

-Rusiya və İranın Cənubi Qafqazda mövqeyinin zəifləməsi prosesi artıq başlayıb. Bunun bir neçə səbəbi var. Hər iki ölkənin dünya tərəfindən qəbul edilməməsi və onların apardığı təcavüzkar siyasət, xüsusilə Tehranın beynəlxalq terrorizmi dəstəkləməsi, ətrafındakı dövlətlərin daxili işlərinə qarşıması, o cümlədən İranın özündə insan haqlarının tapdalanması beynəlxalq ictimaiyyətin hədəfində olan əsas məsələlərdir. İran özünün daxili və xarici siyasətində destruktiv addımları mühüm prioritet hesab edir. İran hakimiyyəti məqsədyönlü şəkildə bölgədə sülh, əmin-amanlıq və iqtisadi rifahın formalaşmasına əngəllər yaradır. Məhz bu səbəblərə görə region dövlətlərinin bu ölkəyə münasibəti mənfidir.

Bu baxımdan, İranın regionda rolu zəifləməkdədir və bundan sonra da zəifləyəcək. Çünki müasir dünyanın yeni texnologiyalara və sivil, normal qonşuluq münasibətlərinə ehtiyac olduğu halda İran fərqli davranışlar sərgiləyir. Bu davranışlar orta əsr üsül- idarəsinə əsaslanır və bütün beynəlmiləl dəyərləri inkar edir. İranın istənilən bölgənin inkişafı və rifahı üçün təqdim edəcəyi heç bir siyasi, iqtisadi və mədəni təklifləri yoxdur. Bu ölkənin irrasional və dağıdıcı siyasəti onun müxtəlif bölgələrdə, xüsusilə Cənubi Qafqazda nüfuzunu aşağı salmaqdadır.

O ki qaldı Rusiyanın Cənubi Qafqazda bu günki geostrateji mövqeyinə, Moskva bu regionda öz tarixi dominant gücünü qoruyub saxlamaqdadır. Bu vəziyyət keçən ilin əvvəllərinə qədər stabil qalıb. Bunun əsas səbəbləri regionun 200 ilə yaxın Rusiyanın müstəmləkəsi olması, Kremlin regionda milli zəmində münaqişə ocaqları yaratmaqla öz varlığını davam etdirməsi və Ermənistanda uzunmüddətli hərbi-siyasi mövcudluğu, o cümlədən Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı işğal altında saxlaması və digər təsir imkanları ilə bağlıdır. Rusiya bundan sonra da bu siyasəti davam etdirmək niyyətində olacaq.

Amma keçən ilin fevralında Moskvanın Ukraynada başlatdığı işğalçı müharibə Rusiyanın beynəlxalq nüfuzuna ciddi zərbə vurdu. Nəticədə Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq olunub. Bu da Rusiyanın iqtisadiyyatına çox böyük mənfi təsir göstərməkdədir. Ukraynada ciddi problemlərlə üzləşməsi və savaş bataqlığına girməsi Rusiyanın Cənubi Qafqazda geostrateji təsirinin azalmasına təkan verir.

Həm Rusiya, həm də İran qlobal güclərlə geosiyasi rəqabətdə ciddi uğursuzluğa düçar olub. Rusiya da İran kimi regionda destruktiv siyasi aparır, həmçinin heç bir normal təklif vermədiyi üçün onun geosiyasi nüfuzu getdiqcə zəifləyir. Xüsusilə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına qeyri-konstruktiv müdaxilələr hər iki ölkədə Rusiyaya qarşı əks mövqelərin yaranmasına gətirib çıxarıb. Bununla yanaşı, Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesində Rusiyanın vasitəçiliyi indiyə kimi heç bir müsbət nəticə verməyib. Vaşinqton və Brüssel formatlarından fərqli olaraq Rusiya bu prosesdə konstruktiv mövqe tutmaq istəmir. Moskva daha çox öz maraqlarına üstünlük verməklə regionda daim gərginliyin qalmasında maraqlıdır.

-Azərbaycanın Qarabağ üzərində tam nəzarətinin bərpa olunması Cənubi Qafqazda hansı dəyişikliklərə gətirib çıxaracaq? Sizcə, ABŞ və Türkiyənin regionda möhkəmlənməsi ehtimalı ola bilər?

-Artıq bu dəyişiklikləri görməkdəyik. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan əvvəlki dövrlərə nisbətən daha da güclənib, möhkəmlənib. Azərbaycan qalib dövlətdir, onun xalqı da qalib xalqdır. Azərbaycanın regionda siyasi və iqtisadi qüdrəti açıq şəkildə görünməkdədir. Otuz il ərzində ölkəmizin inkişafına ciddi mane olan Qarabağ probleminin tam həlli və Qarabağ üzərində suverenliyin tam şəkildə bərpasından sonra Azərbaycanın bütün istiqamətlərdə önü açılacaq, ən əsası da daha möhkəm geosiysi və geoiqtisadi mövqeyə malik olacaq. Bu gün biz bu prosesi müşahidə etməkdəyik.

O ki qaldı ABŞ və Türkiyənin Cənubi Qafqazda mövqeyinin möhkəmlənməsinə, Türkiyə son üç-dörd il ərzində regionda öz siyasi, hərbi və iqtisadi nüfuzunu ciddi şəkildə artırıb. Azərbaycanla bütün istiqamətlərdə yüksək səviyyəli münasibətlərin qurulması, xüsusilə bu münasibətlərin Şuşa Bəyannaməsi ilə strateji müttəfiqliyə çevrilməsi Türkiyənin Cənubi Qafqazda geosiyasi mövqeyini möhkəmləndirir. Digər yandan, Türkiyə son 10-15 il ərzində beynəlxalq səviyyədə nüfuzlu ölkəyə, böyük gücə çevrilib, habelə qlobal oyunçular arasında yer alıb. Eyni zamanda, hərbi-müdafiə səviyyəsində əldə edilən uğurlar Türkiyənin mövqeyinə və nüfuzuna müsbət təsir göstərir.

Onu da nəzərə alaq ki, Türkiyənin Cənubi Qafqazın digər ölkəsi olan Gürcüstanla da kifayət qədər sıx münasibətləri var. Həqiqətən, Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini görürük. Üç ölkə arasında bu günə qədər keçirilmiş hərbi təlimlər Türkiyənin Cənubi Qafqaz üçün nə qədər önəmli olduğunu görsədir.

Hətta Rusiya Prezidenti Vladimir Putin də Türkiyənin Cənubi Qafqazda regional oyunçuya çevrildiyini etiraf edib.

-Yaxın gələcəkdə ABŞ-ın Cənubi Qafqaz strategiyasında hansı dəyişikliklər müşahidə ediləcək?

-1990-ci illərdən başlayaraq ABŞ regionun üç ölkəsi ilə çoxtərəfli əməkdaşlığını davam etdirir. Vaşinqton həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstanla müxtəlif sahələrdə güclü əlaqələr qurub. Bildiyimiz kimi, ABŞ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq formatları mövcuddur.

Bundan başqa, ABŞ-ın Ermənistandakı səfirliyi digər postsovet ölkələrdəki səfirliklərinə nisbətən daha böyükdür. Eləcə də Paşinyan və onun komandasının hakimiyyətə gəlməsində, iqtidarda davamlı şəkildə qalmasında ABŞ-ın ciddi rolu olub. ABŞ həmçinin Gürcüstana da ciddi hərbi-siyasi və iqtisadi dəstək göstərir. Xüsusilə, Saakaşvilinin hakimiyyəti dövründə Vaşinqton və Tiflis arasında ikitərəfli əlaqələr daha yüksək səviyyədə olub. Məhz Vaşinqtonun dəstəyi ilə Gürcüstan NATO ilə dərin əməkdaşlıq edən ölkələrdən birinə çevrilib.

ABŞ-ın Cənubi Qafqazda rolunun artması daha çox onun apardığı indiki siyasətdən asılı olacaq. Hal-hazırda ABŞ Rusiya ilə Cənubi Qafqaz üzərində ciddi geosiyasi mübarizəyə cəlb olunub. Vaşinqtonun bu mübarizədə uğur qazanması real görünür. ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı aparılan danışıqlarda müəyyən irəliləyişlər əldə edilib. ABŞ bu vasitəçilik missiyasını müsbət sonluqla nəticələndirsə, onun bölgədə rolu artacaq.

Fransa silahları Azərbaycana təhlükə törədərsə.... - NƏ ETMƏLİ?

Fransa Ermənistanı öldürücü silahlarla təmin etmək qərarına gəlib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki (GUR) mənbələr bildiriblər ki, Fransa yaxın vaxtlarda Ermənistana 50 zirehli transportyor təhvil verəcək.

Həmçinin, gələcəkdə Fransa istehsalı olan "Minstrel" hava hücumundan müdafiə raketlərinin İrəvana tədarükü nəzərdən keçirilir.

Mənbə qeyd edib ki, Paris Ermənistana silah ixracı üçün sistemin qurulmasına başlayıb.

Fransa-Ermənistan Dostluq Qrupunun rəhbəri Gilbert-Luc Devinaz mətbuata açıqlamasında vurğulayıb ki, Fransa Ermənistanın təhlükəsizliyinin təmin olunmasında maraqlıdır.

“Biz Ermənistana imkan verməliyik ki, öz sərhədlərinin təhlükəsizliyini təmin etsin, yəni onun silahlanmasına kömək etməliyik", - deyə Devinaz bildirib.

Ümumiyyətlə, Fransa Ermənistana silah tədarükündə hansı hədəfləri güdür? Fransanın Ermənistan bazırında Rusiyanı əvəz etməsi nə dərəcədə mümkündür?

Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Cebhe.info-ya şərhində bildirib ki, Fransa Ermənistana daxil olmaq üçün kifayət qədər resurslardan istifadə etmək niyyətindədir:

“Ermənistana silah tədarükü Fransanın bu ölkəyə girməsinə imkan yarada bilər. Hazırda Ermənsitanın Azərbaycanla sərhəd ərazilərində Avropa İttifaqının müşahidə missiyası fəaliyyət göstərir.
Vaxtı ilə Paşinyan Aİ-nın müşahidə missiyasının fəaliyyəti kor-koranə tərifləyirdi. Lakin sərhəddə baş verən hadisələrdən sonra Paşinyan bu missiyanın Ermənistan üçün nəinki yaratmaz, hətta təhlükə olduğunu deyir. Belə olan halda Ermənistan Fransadan silah almaq qərarına gəlib.
Amma Rusiya ilə sıx və yaxın münasibətlər, eləcə də Moskva və İrəvan arasında hərbi-strateji müqavilənin qüvvədə olduğunu nəzərə alaraq NATO-ya üzv olan Fransanın Ermənistana silah tədarük etməsi Paris üçün ciddi problem yarada bilər. Digər tərəfdən Rusiya ilə müharibə şəraitində olan Ukrayna Fransadan daha çox miqdarda silah tələb edəcək.
O ki qaldı Azərbaycanın bu məsələyə münasibətinə, ölkəmizin hərbi-siyasi rəhbərliyi Fransa istehsalı silahların ölkəmizin sərhədlərinə yaxın ərazilərdə yerləşdirilməsinin qarşısını almaq üçün müəyyən zəruri tədbirlər görəcək”.

3-cü Qarabağ savaşı: PLAN POZULDUMU? - Yoxsa hələ də aktualdır?Erməni diplomatiyasının veteranı, Ermənistanın birinci prezidentinin baş müşaviri və 1991-1997-ci illərdə Qarabağ üzrə danışıqlarda nümayəndə heyətinin rəhbəri Jirayr Liparityan Ermənistanın İctimai telekanalının efirində bəyan edib ki, rəsmi İrəvan sülh müqaviləsi ilə bağlı Azərbaycanın tələblərini qəbul etməsə, yeni müharibə başlaya bilər.

O, qeyd edib ki, Bakının tələbi Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasıdır və Ermənistanın buna müqavimət göstərmək imkanı yoxdur.

“Bizim buna müqavimət göstərmək qabiliyyətimiz varmı? Niyə əldə edə bilməyəcəyimiz bir şeyi tələb edirik?”, – deyə o, sual verib.

Sabiq müşavir xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyevin tələbləri beş il əvvəl fərqli olub, amma müharibə nəticəsində Bakının mövqeyi daha da sərtləşib.

“Əgər biz 2020-ci ilin yayında masada olan plana razılaşsaydıq, itirdiklərimiz daha az olardı. Əgər biz indi daha çox şey itirəcəyimiz məntiqi ilə çıxış etsək, o zaman bu sənədi imzalamadığımız təqdirdə yeni müharibə ola biləcəyi və bu müharibədə daha çox şey itirəcəyimizi düşünmürsünüz?” – o, bəyan edib.

Onun fikrincə, əgər Ermənistan indi nəyəsə imza atsa, o zaman ən azından, heç nəyin dəyişməyəcəyi şansı qalacaq. “Bizim bu şansı itirməyə və yüz faizlik yeni müharibəyə doğru irəliləməyə haqqımız yoxdur” – Liparityan deyib.

O hesab edir ki, Bakının tələbləri yerinə yetirilməsə, Azərbaycan müharibə etməli olacaq.

“Qarabağ bizim olmadığından, onu təslim də edə bilmərik. Biz artıq Qarabağı itirmişik. Biz müharibə nəticəsində Qarabağ məsələsi ilə bağlı nə isə demək imkanını itirmişik”, – Liparityan əlavə edib.

Təcrübəli diplomat bu sözlərlə nə demək istəyir? Doğrudanmı Ermənistan və Azərbaycan növbəti müharibənin astanasındadırlar? Təəssüf ki, sərhəd xəttində son eskalasiya belə bir müharibənin olma ehtimalından xəbər verir. Bu, bölgəmizdə nəyə gətirib çıxara bilər?

DİA.AZ bildirir ki, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin (Moskva) analitik layihələr üzrə direktoru Mixail Neyjmakov Press Klubun sualına cavab verib. O, hesab edir ki, bu il Bakı ilə İrəvan arasında genişmiqyaslı silahlı eskalasiya riski həqiqətən də mövcuddur.

– Bir tərəfdən, hələlik tərəflər arasında danışıqların intensivləşməsi (“Brüssel formatında” son görüşə və tərəflərin 2023-cü ilin iyulunda analoji tədbirin keçirmək planlarına diqqət yetirin) daha çox gərginliyi azalmasına işləyir. Buna baxmayaraq insidentlərin baş verməsi ehtimalı istisna edilmir. Əgər yaxın aylarda danışıqların gedişində ən azı ictimaiyyətə açıqlanmayan irəliləyiş əldə olunmasa, 2023-cü ilin payızında silahlı eskalasiya riskinin artması ehtimalı var.

Onu da qeyd etmək lazımdır ki, bu şəraitdə Ermənistan hökuməti əlavə daxili siyasi risklərlə üzləşir. Bir tərəfdən, Bakı ilə danışıqlarda potensial mümkün güzəştlərin müzakirəsi belə, İrəvan Ağsaqqallar Şurasına payızda keçirilməli olan seçkilər ərəfəsində Nikol Paşinyanın komandası üçün problem yaradır. Digər tərəfdən, yayda danışıqlarda nə qədər az irəliləyiş olarsa, payızda silahlı eskalasiya riski bir o qədər yüksəkdir.
İlham Əliyev Qazaxıstan Prezidentinə zəng edib

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

Dövlət başçısı Kasım-Jomart Tokayevi yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, Qazaxıstanın inkişafı və firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti bu ilin aprelində Qazaxıstana səfərini məmnunluqla xatırlayaraq göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib, səfərin uğurla nəticələndiyini və ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayıb.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin sayca beşinci görüşü regionda sülhün təmin olunması istiqamətində növbəti addımdır. Azərbaycan Prezidenti İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi mühitinin formalaşmasında əsas söz sahibidir”.

Bu fikirləri açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir və regional əməkdaşlıq, sabitlik və inkişaf üçün vacib təşəbbüslər göstərir. “Azərbaycan Ermənistanla sülh sazişi imzalanmasının, sərhədlərin müəyyənləşdirilməsinin, regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Bütün bunların fonunda Brüssel görüşü və onun nəticələri böyük önəm kəsb edir”, -o qeyd edib.

Deputatın sözlərinə görə, dövlət başçısı İlham Əliyev hərbi əməliyyatlar bitdikdən sonra bəyan edib ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. “Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatda da məhz Azərbaycanın bu mövqeyi öz əksini tapır. Bəyanatda əks olunduğu kimi, görüş zamanı post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Həmçinin, humanitar tədbirlərin tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsinin vacibliyi vurğulanaraq, Avropa İttifaqının bu proseslərə bundan sonra da dəstək verməyə hazır olduğu qeyd edilib. Şarl Mişel Naxçıvana və əks istiqamətdə dəmir yolu nəqliyyatının təmin edilməsi məsələsində yaxınlaşma olduğunu bəyan etdi. Bu, olduqca müsbət haldır. Əgər Ermənistan razılaşmaları pozmasa, dəmiryolunun bərpası Naxçıvanın blokadadan çıxarılmasında mühüm addım olacaq”, - o vurğulayıb.

Sevinc Fətəliyeva qeyd edib ki, Ermənistanın Brüssel formatına Fransa prezidenti Emanuel Makronu cəlb etmək istəyi iflasa uğradı: “Məhz bu səbəbdən idi ki, Brüssel formatındakı görüşlərdə müəyyən fasilə yaranmışdı. Ötən ilin dekabrında görüş nəzərdə tutulsa da, erməni tərəfinin Fransa prezidentini formata daxil etmək cəhdləri səbəbindən baş tutmamışdı. Fransa prosesdə açıq-aşkar Ermənistanın tərəfini tutur və Azərbaycana qarşı əssasız iddialarla çıxış edir. Prezident İlham Əliyevin dediyi kimi, belə olan halda Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçi ola bilməz. Göründüyü kimi, budəfəki görüş Azərbaycanın prinsipial mövqeyi nəzərə alınmaqla keçirildi.

Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Ümumilkdə, Avropa İttifaqının vasitəçilik səyləri müsbətdir. Bu format Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması istiqamətində vacib addımdır. Ermənistanın isə sülhü imzalamaqdan başqa şansı yoxdur. Rəsmi İrəvan bunu nə qədər tez anlasa, özü üçün bir o qədər yaxşı olacaq. Şarl Mişelin görüşün nəticələrinə həsr olunmuş bəyanatından göründüyü kimi liderlərin növbəti görüşləri də nəzərdə tutulur. Ümid edirik ki, bu görüşlər bölgədə sülhün təmin olunmasına töhfə verəcək”.

İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Slovakiya parlamentinin sədri Boris Kolları qəbul edib.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qarabağdakı erməni əhalisinin Laçın postunda yoxlanılmasına dair görüntülər yayılır. Burada diqqətçəkən əsas məqam ilk yoxlamadan sonra situasiyanın dəyişməsidir.

İki həftə öncə ermənilərin pasportları ilk dəfə yoxlanılanda reaksiya fərqli idi: pasportu yoxlanılan ermənilər narazı görünür, o cümlədən, rəsmi İrəvan, Xankəndidə qalan separatçılar və beynəlxalq aləmdə ermənipərəst dairələr buna etiraz edirdi; daha sonra yoxlamalarla bağlı yayılan görüntülərdə fərqli mənzər müşahidə edilir;

Son görüntülərdə nə var?

1. Azərbaycan sərhədçiləri mədəni qaydada ermənilərlə təmaslar qurur;

2. İlk yoxlamadan fərqli olaraq, ermənilərin aqressiyası və narazılığı hiss olunmur;

3. Postu keçən ermənilər prosedur qaydalarına razılıqla əməl edirlər: onların hansısa etirazı gömrük prosedurlarının dəyişməsi ilə nəticələnməyəcək, lakin məsələ bu qaydalara hansı əhval-ruhiyyədə əməl etmələridir;

Bu mənzərədən birdən çox nəticə ortaya çıxır:

Birincisi, erməni əhalisi reallıqla barışır və bölgədə hərəkət etmək üçün Azərbaycan qanunvericiliyinə tabe olmaqdan başqa çıxış yolunun olmadığını görürlər;

İkincisi, Qarabağın Azərbaycan ərazisi olduğu, Azərbaycan qanunlarına tabe olmadan burada yaşamaq perspektivinin olmadığını əyani şəkildə müşahidə edirlər;

Üçüncüsü, ermənilər azərbaycanlılar haqda anti-təbliğatın doğru olmadığına öz gözləri ilə şahid olurlar;

Bütün bunlar erməni əhalisinin reinteqrasiya prosesinə münasibətinin də müsbət yöndə dəyişməsi perspektivini yaradır. Qarabağdakı separatçılar əhalinin reinteqrasiyasına mane olmağa çalışsa da, Laçın postundakı yoxlama prosesini ümumilikdə erməni əhalisi ilə təbii təmasın yaranması da hesab etmək olar. Bu, Xankəndi və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi digər ərazilərə nəzarətin bərpa olunması istiqamətində mühüm addımdır.

Xəbər lenti