Prezident Hindistanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edib.

Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçiriləcək.

Görüş Rusiyanın xarici işlər naziri Sergey Lavrovun moderatorluğu ilə baş tutacaq.

Brüssel görüşündə əldə olunan nəticələr Zəngəzur dəhlizinin "nifaq alması"na çevrildiyini göstərir... ABŞ və Qərb Rusiyanın bu dəhlizdə iştirakının qarşısını almaq üçün fərqli model axtarır...
Cənubi Qafqazda geopolitik proseslərin mümkün inkişaf istiqamətləri artıq tədricən aydınlaşdırmağa başlayıb. ABŞ və Qərbin Rusiyanı bu regiondan sıxışdırıb, çıxartmaq planlarının reallaşdırma ehtimalı inandırıcı görüntülər almaqdadır. Və Kremldən verilən son açıqlamalar da Rusiya üçün təhlükənin tamamilə real olduğunu göstərir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məsələ ilə bağlı bəzi səhnəarxası məqamları açıqlayıb. O, bildirib ki, ABŞ və Qərb Paşinyan hakimiyyətinə Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması üçün təzyiq göstərir. Rusiya xarici işlər nazirinin iddiasına görə, ABŞ və Qərb rəsmi İrəvanı KTMT-nı tərk etməyə də şirnikləndirir, əvəzində Ermənistanın təhlükəsizliyini təmin edəcəyini vəd edir.

Ermənistan mətbuatının yaydığı məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun dedikləri həqiqətə yaxındır. Belə ki, iddialara görə, Baş nazir Nikol Paşinyan Brüssel görüşündə Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelə yaxın vaxtlarda Ermənistanın KTMT-dan çıxması ilə bağlı prosedura start verəcəyini vəd edib. Və bu baxımdan, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiya, eləcə də KTMT əleyhinə son açıqlamaları qətiyyən təsadüfi deyil.

Ermənistan mətbuatında Brüssel görüşü ilə bağlı digər maraqlı məqamların da üzərindən sirr pərdəsi götürülüb. Məlum olub ki, erməni baş nazir Brüssel görüşündə Ermənistan cəmiyyətini yeni reallıqlara hazırlamaq üçün bir qədər zaman istəyib. Bu zaman ona əsasən iki önəmli məsələnin - Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Ermənistan tərəfindən rəsmən tanınması və Zəngəzur dəhlizinin işə salınması üçün lazımdır.

Ancaq baş nazir Nikol Paşinyan rəsmi Bakıdan və Qərbdən xahiş edib ki, nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı anlaşmada "dəhliz" ifadəsinin yer almasından yayınmağı da xahiş edib. Erməni baş nazir hesab edir ki, bu halda, Ermənistan cəmiyyətini kütləvi etiraz aksiyaları keçirtməyə ehtiyac olmadığına inandırmaq daha da asanlaşa bilər.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan artıq öz vədlərinin icrasına başlamış kimi görünür. Belə ki, erməni baş nazirin Avropa Şurasının toplantısında Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan etməsi irəliyə doğru önəmli addımdır. Hər halda, onun rəsmi etiraflarından sonra hazırda erməni toplumu Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığından xəbər tutub. Və reallıq artıq qarşısı alınmaz xarakter daşıyır.

Onu da qeyd edək ki, baş nazir Nikol Paşinyan da Brüssel görüşünün nəticələrini Ermənistan üçün önəmli hesab edir: "Brüsseldə Azərbaycan və Ermənistan tərəfindən bir-birinin ərazi bütövlüyünün tanınması olduqca mühüm addımdır. Bu, regionda sabitliyin bərqərar olmasına və sülh müqaviləsinin mətninin yekunlaşdırılmasına imkan verəcək".

Erməni baş nazir onu da vurğulayıb ki, Ermənistan tərəflərin suverenliyi və legitimliyi prinsiplərinə əsaslanaraq, regionda mümkün qədər tez bir zamanda kommunikasiyaları açmağa hazırdır: "Xüsusilə qeyd etməliyəm ki, Brüsseldə dəmir yolunun açılması ilə bağlı müsbət rəy formalaşıb. Ancaq keçmiş təcrübəmi nəzərə alaraq hələlik konkret təfəvvüratlara girməyəcəyəm".

Göründüyü kimi, regional sülh prosesi Zəngəzur dəhlizinin açılması istiqamətində inkişaf edir. ABŞ və Qərb də Zəngəzur dəhlizinin reallaşdırılmasında maraqlı olduğunu qətiyyən gizlətmir. Hətta bu səbəbdən də, ABŞ və Qərbin Paşinyan hakimiyyətinə təzyiq göstərməklə, Zəngəzur dəhlizinin açılmasına əngəl yaradan faktorları aradan qaldırmağa çalışdığı da müşahidə olunur.

Məsələ ondadır ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin reallaşdırılması qarşısında əsas əngəllərdən biri məhz "Qarabağ mövzusu" hesab olunur. Rəsmi İrəvanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanımasından sonra bu əngəl aradan qalxmış olacaq. Və Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın ərazisindən çıxarılması qaçılmaz xarakter daşıyacaq.

Eyni zamanda, bu proses Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün də münbit şərait yaranda bilər. Nəticədə nəqliyyat-kommunikasiya xətlərinin açılmasına qarşı müqavimət ciddi şəkildə zəifləyər. Bu isə Brüssel görüşündə əldə olunan anlaşmalara uyğun şəkildə Zəngəzur dəhlizinin açılma perspektivini gücləndirən məqamlardan hesab olunur.

Onu da qeyd edək ki, Zəngəzur dəhlizinin açılması hazırda əksər beynəlxalq siyasi iradə mərkəzlərinin maraqlarına uyğundur. Ancaq bu önəmli geoiqtisadi layihə ətrafında qlobal maraqların kəskin şəkildə toqquşduğu da inkaredilməz reallıqdır. Belə ki, Kreml Zəngəzur dəhlizinin reallaşdırılmasında maraqlı olsa da, ona Rusiyanın nəzarət etməsinə çalışır. ABŞ və Qərb isə Rusiyaya belə bir geoiqtisadi üstünlük şansı qazandırmaq niyyətindən çox-çox uzaqdır.

Buna baxmayaraq, Qərb siyasi dairələri Zəngəzur dəhlizi ilə bağlı vahid mövqeyə malik deyillər. Xüsusilə də, Fransa Ermənistan ilə münasibətlərini qabardaraq, Zəngəzur dəhlizinə nəzarəti ələ keçirməyə can atır. Rəsmi Paris bu dəhlizdə Fransa hərbi kontingentinin yerləşdirilməsi üçün maraqlı tərəflərin razılığını almağa cəhd göstərir.

Ancaq Fransanın bu niyyəti qarşısında əsas əngəl Azərbaycan, Türkiyə və Rusiyanın maraqlarıdır. Xüsusilə də, rəsmi Bakı Fransanın Cənubi Qafqazda hər hansı geostrateji layihədə iştirakını qətiyyən istəmir. Bəzi məlumatlara görə, Brüssel görüşündə bu məsələ müzakirə olunarkən, Azərbaycan Prezidenti İlham Əliyev rəsmi Parisin ermənipərəst və qərəzli mövqeyini səbəb göstərərək, Fransanın Zəngəzur dəhlizi ilə bağlı anlaşmalara qatılmasının yolverilməz olduğunu vurğulayıb. Ona görə də, bütün tərəflərin maraqları nəzərə alınaraq, ilkin variantda Zəngəzur dəhlizinə nəzarətin Beynəlxalq Gömrük Təşkilatına həvalə olunması daha məqbul hesab olunub. Və bu məsələ ilə bağlı prinsipial qərarın verilməsi daha irəli zamana buraxılıb.

Bütün bunlar onu göstərir ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üzrə danışıqlar prosesi əslində, həm də, Zəngəzur dəhlizi uğrunda mübarizəni də özündə əks etdirir. ABŞ və Qərb Rusiyanı bu layihədən uzaq tutmağa çalışır. Azərbaycan Fransanın bu prosesə daxil olmaq cəhdlərini bloklayır. Nəticədə daha fərqli bir variant - Beynəlxalq Gömrük Təşkilatının prosesə cəlb olunması ön plana keçir. Və bu, indiki halda, mübahisələri nisbətən tənzimləsə də, Rusiyanın maraqlarına qətiyyən cavab vermir.

Ona görə də, Rusiyanın vasitəçiliyi ilə mayın 25-də Moskvada keçiriləcəyi gözlənilən Əliyev-Putin-Paşinyan formatında üçtərəfli görüşdə bu məsələnin əsas müzakirə mövzularından birinə çevriləcəyi qətiyyən istisna deyil. Böyük ehtimalla Kreml bu görüşdə Rusiyanın bütün təzyiq mexanizmlərini işə salmağa çalışacaq. Və həmin mexanizmlərin nə qədər effektiv olduğu isə hələlik məlum deyil.

İndiki halda, yalnız bir məsələ qətiyyən şübhə doğurmur ki, Cənubi Qafqazda Zəngəzur dəhlizi uğrunda savaş başlayıb. Bu dəhlizə nəzarət hüququ regionda bir çox geoiqtisadi perspektivləri ələ keçirmək şansı anlamına gəlir. Və hazırda bu məsələdə Azərbaycanın mövqeyi həlledici xarakter daşıyır.(Yeni Müsavat)

image_20230518162359.jpg

Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 17-18-də Salyan Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.  

Nazir əvvəlcə Salyan şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Hacıqabul, Kürdəmir, Salyan, Şirvan şəhər və rayonlarından qəbula gələn 153 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini  tapıb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 19-u Vətən müharibəsi iştirakçısı olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 72 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

IMG_1736

IMG_1739

IMG_1740

IMG_1741

IMG_1745

IMG_1737

IMG_1738

Ordumuz Ermənistana girməlidir - ÇAĞIRIŞ

Biz dəfələrlə Ermənistanın sülh danışıqları ilə bağlı proseslər ərəfəsində təxribatlar törətdiyinin şahidi olmuşuq. Son təxribat və Ordumuzun mövqelərinə PUA hücumları da eyni mahiyyətdədir.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistan silahlı qüvvələrinin bu gün Ordumuza qarşı təxribatlarında PUA-lardan istifadə etməsi haqda danışarkən deyib.

Hərbi ekspert çıxış yolu kimi bufer zonanın yaradılmasının mümkünlüyünə diqqət çəkib:

“Hesab edirəm ki, belə bir mürəkkəb vəziyyətdə ölkəmizin diplomatları, siyasətçiləri danışıqlar prosesinə davam etməli, Ordumuz isə daha sərt addımlar atmalıdırlar. Təbii ki, tarixi torpaqlarımızdan suveren ərazilərimizə, vətəndaş və hərbçilərimizə təhdidlər yaradılması dövlətimiz üçün qəbuledilən məsələ deyil. Şərti sərhəddə bufer və ya təhlükəsizlik zonasının yaradılması təxribatların qarşısının alınmasında çıxış yolu ola bilər. Ermənistan isə danışıqlarda sülhlə bağlı deyil, sərhəd toqquşması ilə əlaqədar məsələlərin müzakirə olunmasını istəyir. Ona görə də sözügedən vəziyyətə zəmin hazırlamaq üçün təxribatlara əl atır”.

Qeyd edək ki, bu gün saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları ilə hücum edilib. Ordumuz itki verməyib, cavab tədbirləri görülür.

Seçki öncəsi Bakıya qarşı xəritə nə oyun idi? - HƏQİQƏTƏN DƏ...

Türkiyədə 14 may seçkiləri yalnız Türkiyə daxilində hadisə deyildi, qlobal məna kəsb edirdi. Regional ölçüsü və miqyası vardı. Ona görə dünyanın əksər ərazilərində və bütün qitələrdə izlənilirdi. Bütün bu illər ərzində həqiqətən Türkiyənin siyasi və könül coğrafiyası genişlənib. Yəni Türkiyə bu gün yalnız məhəlli miqyaslı proseslərə müdaxilə edən dövlətdən qlobal siyasətdə əsas aparıcı aktor kimi iştirak edən bir dövlətə çevrilib. Bu isə öz-özlüyündə Türkiyəsiz bir sıra regionlarda hansısa mühüm beynəlxalq məsələnin həll oluna bilmədiyi və onun rəyinin müstəsna əhəmiyyət daşıdığı anlamına gəlir. Biz bunu hazırda Rusiya-Ukrayna savaşında, Yaxın Şərq kimi bölgələrdə görürük.

Bu sözləri Axar.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc deyib.

Millət vəkilinin sözlərinə görə, daim müxtəlif siyasi zərbələrə məruz qalan, həmişə xarici diktə və təsir əsasında idarə olunan Türkiyə bu gün artıq dünyada həlledici söz sahibidir:

“Ona görə də bir sıra qüvvələr 14 may seçkilərini Türkiyəni bu xüsusi statusdan məhrum etmək üçün bir şans olaraq görürdülər. Bu səbəbdən mübarizənin təkcə Ərdoğan və Kılıçdaroğlu arasında getdiyini düşünmək məsələyə çox çərçivəli, məhdud yanaşma olardı. Bu bir gerçəkdir ki, Ərdoğan bir sıra antitürk dairələrlə savaşırdı və bu savaş hələ bitməyib. Hesab edirik ki, 14 mayda hətta qalibin elan olunmaması fonunda belə mənəvi-siyasi qələbə Türkiyənin, Azərbaycanın və Ərdoğanın aktivinə yazıla bilər. Çünki daxildə və xaricdə bəziləri Türkiyə liderini diktator adlandırıb, müxtəlif antidemokratik vasitələrlə seçkidə öz qələbəsini təmin edən bir lider obrazı yaratmaq istədilər. Tam əksinə, bu seçkilər həqiqətən demokratiyanın təntənəsi oldu.

Baxmayaraq ki, ATƏT-in yerli müşahidə missiyası seçkilərdə müxtəlif problemlər tapıb. Çünki Türkiyəni Qərblə, AB və ATƏT-lə toqquşdurmaq üçün o institut hər zaman siyasi, özünəməxsus müşahidələr imkanına malikdir. Əgər müxalifət qalib gəlsəydi, dərhal onun nəticələrini Gürcüstan və Ukraynadakı kimi öz maraqları aspektindən təntənə kimi dəyərləndirəcəkdilər”.

Z.Oruc qeyd edib ki, Azərbaycan və Türkiyə münasibətləri son illər yüksək strateji səviyyəyə çatıb:

“Biz bunu seçki prosesi zamanı da gördük. Ancaq 90-cı illərdə müstəqilliyimizi ilk tanıyan ölkə olmasına rəğmən, Türkiyə hakimiyyəti bir mülki helikopterin verilməsini belə risk faktoru kimi dəyərləndirirdi. 2020-ci il savaşı dövründə isə F-16-lar Azərbaycanın ərazisindəydi. Bu mənəvi-psixoloji üstünlük müharibədə çox önəmli rol oynadı. 2000-ci illərdən bu yana Türkiyə-Azərbaycan arasındakı münasibətlər, iqtisadi, siyasi, mədəni, xəlqi, ticari əlaqələr, qarşılıqlı investisiyalar, 2010-cu ildə Yüksək Səviyyəli Qarşılıqlı Strateji Tərəfdaşlıq Şurasının yaradılması, nəhayət, Vətən müharibəsində Türkiyənin bütün siyasi resurslarının - istər xalq, istərsə də siyasi liderinin Azərbaycanın yanında olması bu seçkilərə Azərbaycan insanının mövqeyini formalaşdıran faktdır.

Məhz bütün bunlara görə əgər Azərbaycan insanının bir seçim hüququ olsaydı, mütləq şəkildə Ərdoğana səs verərdi. Bunu təkcə müşahidəçi kimi yox, Sosial Tədqiqatlar Mərkəzinin təmsilçisi olaraq deyə bilərəm ki, elmi metodlar və beynəlxalq standartlarla hazırlanmış rəy sorğusuna əsasən, Azərbaycan respondentlərinin 90 faizə qədəri seçkilərdə Ərdoğanın qalibiyyətini istəyir, 87 faizi isə onun qələbəsini real görür.

Burada bizim Türkiyənin daxili həyatında iştirak, müdaxilə, basqı etməyimiz və rəqib qüvvələri düşmən kimi görməyimizdən söhbət gedə bilməz. Əksinə, onların bəzi qüvvələri öz-özlüyündə Azərbaycanı hədəfə çevirirdi. Bu da sanki qlobal güclərin, bir sıra hallarda Qərb dairələrinin ssenarisi kimi görünürdü. Məsələn, ən sonda “Türk Yolu” deyə təqdim olunan xəritənin mənası nəydi? (“Altılı masa”nın prezidentliyə namizədi, CHP lideri Kamal Kılıçdaroğlunun seçki öncəsi, 9 mayda “Yeni İpək Yolu” ilə bağlı dəstəklədiyi layihəni elan etməsi və orada Azərbaycanın olmaması – red.) Ondan əvvəl Vətən müharibəsi zamanı həmin ittifaqda yer alan digər partiyaların mövqeyi açıq-aşkar antiazərbaycan xarakteri daşıyırdı. Yəni bəzilərinin dediyi kimi, bizim insanımıza hakimiyyət orqanları xüsusi tapşırıq verməmişdi ki, Ərdoğanı, ya Kılıçdaroğlunu, ya da digər namizəndi müdafiə edin, bu, insanların daxilindən gələn bir istək idi”.

Z.Oruc 28 mayda keçiriləcək ikinci turda 14 may seçkisində ciddi mənəvi-siyasi üstünlük qazanan Türkiyə lideri Ərdoğanın seçilmə imkanlarına artıq böyük əksəriyyətin şübhə etmədiyini də əlavə edib.

Kreml Qarabağdakı sülhməramlılara tapşırıq verib - NƏ BAŞ VERİR?

Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərindəki separatçıların yeni görüntüləri yayılıb.

Görüntülərdə onların yeni təxribata hazırlaşdığı görünür. Sülh danışıqlarının getdiyi bir vaxtda təxribatların səngiməməsi separatçıların əsl niyyətini bir daha biruzə verir.

Əslində, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlılarının bölgəyə daxil olmasıyla paralel olaraq, qanunsuz erməni dəstələri də ərazidən çıxarılmalı idi. Lakin 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu, hələ də icra olunmayıb. Sülhməramlılar öz vəzifələrini yerinə yetirməməklə yanaşı, separatçıların təxribatlar hazırlamağına və hətta törətməyinə də göz yumurlar.

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib ki, təxribatlar Brüssel görüşünə reaksiyadır:

“Çünki Nikol Paşinyanın Ermənistanın Alma-Ata Bəyannaməsinə əsasən, Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair gözlənilməz bəyanatı separatçılar arasında qızğın reaksiyaya səbəb oldu. Əlbəttə ki, Ermənistanın özündə də onlara dəstək verən radikal qüvvələr və “Qarabağ klanı” var.

Həmçinin, Rusiya da Brüssel görüşünü çox qıcıqla qarşıladı. Onlar hesab edirlər ki, guya Qərb Rusiyanın daxili işlərinə müdaxilə edir və Cənubi Qafqazda rusları sıxışdırmaq məqsədi daşıyır. Düşünürəm ki, bütün bu amillər belə gərgin bir vəziyyətə gətirib çıxarır”.

Politoloq diqqətə çatdırıb ki, Rusiya sülhməramlıları Moskvadan aldığı göstərişləri yerinə yetirir:

“Onlar öz rəhbərliyinin tapşırığını icra edirlər. Çünki Kreml Brüssel görüşünü qıcıqla qarşıladı. Görünür, separatçılar və sülhməramlılara orada “canlanma” yaradılması ilə bağlı müəyyən bir tapşırıq da verilib. Hətta separatçıların radikal qüvvələri küçələrə çıxarılaraq Nikol Paşinyana, sülh sazişinə və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına qarşı etiraz aksiyaları keçirə bilərlər. Bununla yanaşı, separatçılar təxribatlar da törədə bilərlər”.

Tehran Bakı ilə barışmaq istəyirmi? - İNCƏLƏMƏ...

İran-Azərbaycan münasibətləri normallaşmayıb. Prezident İlham Əliyev Şuşada keçirilən konfransda xarici ekspertlərdən birinin sualına cavab verərkən dedi ki, Azərbaycan İranla münasibətləri normallaşdırmağa hazırdır, ancaq birinci addımı Tehran atmalıdır. Bunun üçün lik addım kimi İranın hakimiyyət strukturları Tehranda Azərbaycan səfirliyinə edilən hücumün araşdırılması barədə Bakıya məlumat verilməlidir. Tehran istintaqın gedişi barədə Bakıya məlumat verməyib. Ümumiyyətlə Tehranın səfirliyə silahlı hücumla bağlı araşdırma aparmadığı barədə görüntü yaranıb.
Bu arada, İranın beynəlxalq münasibətlər üzrə eksperti Əli Biqdeli maraqlı təklif irəli sürüb. O deyib ki, Azərbaycan və İran arasında münasibətlərin normallaşmasında Moskva və Ankara vasitəçilik edə bilərlər. Əli Biqdeli keçmiş diplomatdır, İranın Azərbaycanda və Türkiyədə səfiri olub. Biqdeli fars millətçi dairələrinə yaxın ekspertdir. Biqdeli İran-Azərbaycan münasibətlərinin hazırki vəziyyətini belə qiymətləndirib: “Azərbaycan məsələsi yeni mövzu deyil və keçmişə dayanır. Bu bölgə keçmişdə İrana məxsus olub. Azərbaycan Ermənistan üzərində qələbə qazandıqdan sonra bölgədə gücünü artırmağa çalışır. Azərbaycan Türkiyə və İsraillə yaxın münasibətlərinə görə İran üçün ciddi təhlükə hesab edilə bilər. Ən əsası İsrailin regionda təhlükəsizlik və hərbi mövcudluğudur ki, bu da İran üçün təhdid sayılır”. Buna baxmayaraq, Biqdeli Tehranın Bakı ilə münasibətləri uzun müddət gərginlikdə saxlaya bilməyəcəyini vurğulayıb: “İran bilməlidir ki, bu məsələ tezliklə həll olunmalıdır. Gərginlik daha çox zərərə və xəsarətə yol verməməlidir”.
Biqdeli Rusiyanın vasitəçi ola biləcəyini desə də, Kremlin İranla Azərbaycan arasındakı münasibətlərin gərginliyində maraqlı olduğunu bildirib: “Moskva İranın belə mübahisələrdə və gərginlikdə ilişib qalmasında maraqlıdır. Amma nəzərə alaq ki, İran və Səudiyyə Ərəbistan arasında sülh əldə edildikdən sonra bölgədə sakitləşdirici vəziyyət yaranmalıdır. Belə bir vəziyyətdə İran Rusiya vasitəsilə Azərbaycanla münasibətlərini yaxşılaşdırmağa çalışmalıdır. Bu məsələdə Türkiyə və Rusiyanın vasitəçilik rolunu da nəzər almaq lazımdır”.
Beləliklə, Tehran Bakı ilə münasibətlərin normallaşması üçün yollar axtarır. Tehran Biqdelinin vasitəsilə Moskva və ya Ankaranın vasitəçi ola biləcəyinə işarə edib. Biqdeli onu da gizlətməyib ki, İran hazırda daxili və xarici böhranlara üzləşib, Azərbaycanla böhranın müharibə səviyyəsinə çatmasına imkan verilməməsi gərəkliyini bildirib.
İran-Azərbaycan münasibətlərinin normallaşması üçün Moskva və ya Ankaranın vasitəçiliyinə ehtiyac yoxdur. Tehran Azərbaycana qarşı təxribatlarını durdursun, ölkəmizdə “5-ci kolon” və xəfiyyə şəbəkəsi formalaşdırmaq siyasətindən imtina etsin, səfirliyə hücumun araşdırılmanın hazırki durumu barədə Bakını məlumatlandırsın, bu halda normallaşma prosesi başlaya bilər. Bu addımlar atılmadan başqa dövlətlərin vasitəçiliyi də heç nəyi həll etməyəcək.
“Atlas” Araşdırmalar Mərkəzi

"Türkiyə seçkilərinin prezident Rəcəb Tayyib Ərdoğanın uzun siyasi karyerasının sonu olub-olmayacağı ilə bağlı bu həftəki “Guardian Weekly”nin üz qabığını planlaşdırmağa başlamışdıq. Lakin tezliklə məlum oldu ki, Ərdoğanla bağlı proqnozlar böyük ölçüdə yanlış dəyərləndirilib".

Musavat.com xəbər verir ki, bunu İngiltərədə nəşr olunan həftəlik xəbər jurnalı "Guardian Weekly" yazıb.

"İkinci turda Kılıçdaroğlunun əhəmiyyətli qayıdış ehtimalı istisna olmaqla, işarələr Ərdoğanın 20 illik hakimiyyətini uzadacağını göstərir" - məqalədə qeyd olunub.

ABŞ-ın nüfuzlu “New York Times” qəzeti isə “Türkiyə prezident seçkilərində uduzdu, amma ikinci turda ölkəni silkəyə bilər” başlıqlı xəbərində Sinan Oğana diqqət çəkib.

Qəzet səsvermənin ilk turunda üçüncü olan Sinan Oğanın birdən-birə Türkiyədə ən çox danışılan adlardan birinə çevrildiyini yazıb:

"Hansı namizədi dəstəkləyəcəyini hələ açıqlamayan Oğan deyir ki, ona səs verənlərin 70 faizinin məsləhətinə əməl edəcək. Lakin siyasi analitiklər buna o qədər də əmin deyillər. İlk turda onun bir çox tərəfdarı başqa namizədlərə etiraz etmək üçün onu seçmiş ola bilər".

“New York Times” yazır ki, ilk turda rahat liderlik qazanan Ərdoğan ikinci turda da qalib gəlməyə hazır görünür: "Analitiklərin fikrincə, Sinan Oğanın seçiciləri Kamal Kılıçdaroğlundan çox Ərdoğana üstünlük verəcək".

Mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində mayın-19-da Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti