Prezident İlham Əliyev Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Allahverdiyev Rəşad Zabid oğlu

Allahverdova Sevda Rafiq qızı

Balayev Mehyəddin Mövlud oğlu

Cəlilov Elnur Xəliş oğlu

Darafarin Sadiq Rəhim oğlu

Əliyev Elburus Fətulla oğlu

Xuruci Mirzə Mürşüd oğlu

İbrahimov Rəhim Əlihüseyn oğlu

İsayeva Nəzakət Sədir qızı

Kərimli Kənan Cabar oğlu

Qənbərova Eyzangül Fətullah qızı

Seyidova Aytən Kamal qızı

Tağıyev Məmməd Abuzər oğlu

Yusifov Namiq Polad oğlu.

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında uzunmüddətli səmərəli xidmətinə görə Şahbəddin Cabbar oğlu Musayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mərkəzi laboratoriyasının əsasında Xidmətin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi yaradılır.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, nazirlik Mərkəzi iki ay müddətində yaratmalı və bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Müəyyən edilib ki, Mərkəz işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər göstərən, eləcə də bu sahələrdə təlimlər keçirilməsini, məsləhət verilməsini və metodiki dəstəyi təmin edən publik hüquqi şəxsdir.

Mərkəzin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini Mərkəzin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi və onlarda dəyişiklik edilməsi, idarəetmə orqanlarının yaradılması, strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi, habelə Mərkəzin yenidən təşkili və ləğvinə münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər məsələlərə münasibətdə isə Xidmət həyata keçirir.

Mərkəzin saxlanma xərcləri və fəaliyyəti aşağıdakı mənbələrdən maliyyələşdirilir:

- Dövlət Əməyin Mühafizəsi Fondundan ayırmalar;

- fəaliyyətindən əldə edilən gəlir;

- qanunla qadağan olunmayan digər mənbələr.

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident!

Keçmiş Sovet İttifaqı dağılandan sonra ilk dəfə ölkənizin dünya bazar münasibətlərinə yolunu açan, demokratiyanı bərpa edən, eləcə də Azərbaycan xalqının davamlı inkişafının və firavanlığının əsaslarını qoyan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təbriklərimi qəbul edin. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi müasir müstəqil Azərbaycanın qurucusunun əməyinə dərin hörmət və ehtiramın ifadəsidir.

İcazə verin, bu əlamətdar fürsətdən istifadə edərək, Bolqarıstan Respublikasının Azərbaycan Respublikası ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilmiş mövcud mükəmməl ikitərəfli münasibətlərini yüksək qiymətləndirdiyimi bir daha təsdiqləyim və bunun gələcəkdə də fəal surətdə inkişafı üçün arzularımı ifadə edim.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı arzularımı, məsuliyyətli işinizdə uğurlar diləyimi və ən yüksək ehtiramımı qəbul edin”.

Bundan başqa, İspaniyanın Kralı VI Felipe də dövlətimizin başçısına təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, istəkli Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm”.

Koreya Respublikasının Prezidenti Yun Sok Yol da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri!

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan Respublikası vətəndaşlarına səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Ötən illər ərzində ölkələrimiz güclü əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurmuşdur. Ölkələrimiz arasında münasibətləri daha da inkişaf etdirəcəyimizə və xalqlarımızın mövcud dostluğunu daha da möhkəmləndirəcəyimizə ümid edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına daimi firavanlıq arzu edirəm”.

Paşinyanın son Qarabağ bəyanatının arxasındakı hiyləgər PLAN - ŞƏRHErmənistanın Baş naziri Nikol Paşinyan yeni etirafları ilə diqqət mərkəzinə düşüb.

O, Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən etiraf edib:

“Bəli, biz Azərbaycanın 86,6 min kv/km ərazisini tanıyırıq, bura Qarabağ da daxildir. Biz bu barədə sülh müqaviləsi də imzalamağa hazırıq”.

Baş nazir müharibənin qarşısını almaq üçün Qarabağın öz müqəddəratını təyinetmə iddiasından da əl çəkdiyini söyləyib:

“Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsi Bakı ilə Xankəndi arasında beynəlxalq mexanizmlərin nəzarəti altında müzakirə edilməlidir”.

Görünür, artıq Nikol Paşinyan da Qarabağ münaqişəsinin bitdiyini və Qarabağın Azərbaycana məxsus olduğu reallığını dərk etməyə başlayıb. Amma bəzi ekspertlər onun fikirlərində fərqli niyyətləri olduğunu da söyləyirlər.

Mövzu ilə bağlı açıqlama verən politoloq Natiq Miri bildirib ki, əslində Nikol Paşinyanın açıqlamasında yenilik yoxdur:

“Sadəcə olaraq bu fikirlərdə müəyyən manipulyasiyalar mövcuddur. Çünki Paşinyan Qarabağla bağlı ərazi iddiasından imtina etdiyini indi yox, xeyli zamandır deyir. Bu isə Ermənistanda formalaşan bir fikir deyil. Bu, Qərb dünyasından Ermənistana ötürülüb. Bu da növbəti hiylədir.

Yəni ərazi iddiası şəklində Azərbaycanla münaqişədə perspektivin olmadığı gerçəyi rəsmi İrəvana başa salınandan sonra bu məsələ ərazi iddiasını əvəzləyən hüquq və təhlükəsizlik konteksində ortaya çıxıb. Bu, o deməkdir, gələcəkdə Qarabağda yaşayan əhalinin hüquq və təhlükəsizliyi konteksində istənilən zaman beynəlxalq birliyin və xarici ölkələrin müdaxiləsinə imkan yaradır.

Əslində, bu da Ermənistanın və beynəlxalq birliyin Azərbaycan üzərində Qarabağda təsir imkanlarına yol aça bilər. Çünki insan hüquqları və təhlükəsizlik məsələsi heç bir zaman heç bir ölkənin daxili işləri sayılmadığı üçün həmişə xarici faktorların müdaxiləsinə açıq olur. Hiylə bundan ibarətdir”.

Politoloq Paşinyanın açıqlamasında məsələnin qoyuluşuna da toxunub:

“O, Xankəndi ilə Bakı arasındakı danışıqların beynəlxalq mexanizmlərin nəzarəti altında keçirilməli olduğunu deyir. Axı Xankəndi nə zamandan müstəqil subyekt olub ki, rəsmi Bakı ilə bərabər səviyyədə təqdim olunur? Belə bir şey yoxdur və Azərbaycan bunu qəbul edə bilməz. Çünki Xankəndi adlı müstəqil subyekt yoxdur. Xalqların özlərinin müqəddaratını təyinetmə iddiasından əl çəkilirsə, nə üçün Xankəndi müstəqil subyekt kimi təqdim olunur?

Əgər Paşinyan Azərbaycanın bütövlüyünü tanıyırsa, Qarabağı Azərbaycanın tərkib hissəsi sayırsa, onda Qarabağda yaşayan erməni əhalisi ilə rəsmi Bakı arasında danışıqlar kimi təqdim etməli idi. Eynən, Vaşinqton və Brüssel görüşlərində olduğu kimi. Məsələ budur və burada aldanmaq lazım deyil. Beynəlxalq güclərin nəzarəti altında danışıqların aparılması Ermənistana prosesi illərlə uzatmağa imkan verir. Buna isə imkan vermək olmaz”. 
//Cebhe.info//

Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Rusiya bizi batdığı BATAQLIĞA SÜRÜKLƏYİR... - NƏ ETMƏLİ?

Qərbin ən kəskin sanksiyaları ilə üzləşən Rusiya 2022-ci ildən etibarən nəzərlərini postsovet məkanı, Asiya və Afrikaya yönəldib. Asiya və Afrikaya Qərbin almadığı neft-qaz, neft-kimya, kənd təsərrüfatı məhsullarını yönəltməyə çalışan Moskva bu sahədə müəyyən uğurlara nail olub. Sanksiyaların getdikcə sərtləşməsi, yayınmalara qarşı addımların atılması fonunda Şimal qonşu postsovet məkanına daha çox qadağan olunan Qərb texnologiyalarının, ikili xarakterli məhsulların dolayı idxal imkanı kimi baxır. Bu baxımdan, Rusiyanın patronajlığı altında yaradılan Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələr xüsusilə fərqlənirlər. Belə ki, 2022-ci ilin yekunları, 2023-cü ilin birinci rübünün nəticələri göstərir ki, İttifaqa daxil olan Ermənistan, Qazaxıstan və Qırğızıstan qadağan olunan məhsulların Rusiyaya ikili idxalında ən mühüm həlqələrə çevriliblər.

İttifaq daxilində qarşılıqlı ticarətin həcmi 2022-ci ildə 10,3 faiz artaraq 80,6 milyard dollara çatıb. Bu zaman Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan İttifaqa daxil olan ölkələrə ixracı 1,9 faiz, yaxud 9,8 milyard dollar artırıblar. Bu artımın 9,5 milyard dolları məhz Rusiyaya ixracın payına düşür. Ermənistan İttifaq üzvlərinə ixracı 1,6 milyard dollar (2,8 dəfə artım), Belarus 5,6 milyard dollar(1,3 dəfə arım), Qazacıstan 1,9 milyard dollar(1,2 dəfə artım), Qırğızıstan 646 milyon dollar(1,8 dəfə artım) artırıb. Nəticədə İttifaq üzvlərinə ixrac Ermənistanın ümumi ixracının 46,8 faizinə, Qırğızıstanın ixracının isə 65,8 faizinə çatıb.

2023-cü ilin birinci rübündə İttifaq üzvlərinin qarşılıqlı ticarətində ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artım qeydə alınıb. Bu zaman Ermənistan İttifaq üzvlərinə ixracı 4,5 dəfə artırıb. O cümlədən Rusiyaya ixracı ermənilər 2,3 dəfə artırıblar. Ermənistan birinci rübdə idxalı da 2,2 dəfə artırıb.

Yanvar-mart aylarında İttifaq üzvlərinin Çin, Hindistan və Türkiyə ilə ticarətinin həcmində kəskin artım müşahidə olunub. Bu ölkələr İttifaqın ümumi ticarətində 40 faizdən yuxarı paya malik olublar. Bu artımın 90 faizdən yuxarısı bilavasitə Rusiyanın payına düşür. Belə ki, Qərbin almaqdan imtina etdiyi neft, neft məhsullarını Moskva məhz Çin, Hindistan və Türkiyəyə yönəldir. May ayının əvvəllərinə doğru Rusiya gündə Çinə 2 milyon barel, Hindistana isə 1,6 milyon barel neft satıb. Qalan ixrac həcmində ən böyük paya Türkiyə sahib olub.

Avrasiya İttifaqı Komissiyasının sədri İy Malkinin dediyinə görə, İttifaq ölkələri arasında qarşılıqlı ticarətin daha da artırılması üçün bir sıra baryerlərin aradan qaldırılması lazımdır. Belə ki, 2022-ci ilin sonunda üzv ölkələrdə baryer kimi qeydə alınan 11 məsələdən 3-ü artıq aradan qaldırılıb: Belarus dərman ticarətinə tətbiq etdiyi baryeri, Qazaxıstan nəqliyyat vasitələrinə əlavə tələblər və dövlət təhsil müəssisələrinin ərzaq təminatı sahəsində dövlət satınalmaları sahələrindəki baryerləri ləğv edib. Komissiyanın qiymətləndirmələrinə əsasən yaxın vaxtlarda daha 4 baryer də aradan qaldırılacaq. Bundan əlavə, Rusiya, Qazaxıstan və Qırğızıstan hər hansı bir tərəfin qadağan etdiyi məhsulun ölkə ərazisi ilə daşınmasının qarşısını almaq üçün yeni elektron sistem işə salırlar.

Avropa Yenidənqurma və İnkişaf Bankının məlumatına əsasən, 2022-ci ildə Avropa İttifaqı ölkələri Rusiyaya ixracı rekord həcmdə azaldıb, onun qonşularına ixracı kəskin artırıblar. Bu zaman Avrasiya İqtisadi İttifaqına üzv olan Qırğızıstana ixrac 84 faiz, Ermənistana ixrac 72 faiz, Qazaxıstana ixrac isə 14 faiz artıb. Bankda hesab edirlər ki, bu artımda əsas rolu qadağan olunan məhsulların qonşu ölkələr vasitəsilə Rusiyaya idxalının təşkil olunmasıdır. Artıq bununla bağlı Avropa İttifaqının narahatlıqları son dərəcə artıb, Rusiyaya ikili idxalın qarşısını almaq üçün sanksiyalar hazırlanmasına başlanıb. 2022-ci ilin dekabrında sanksiyalardan yayınan fiziki şəxslərin (Avropa İttifaqı ölkələrinin vətəndaşları - red.) 5 il azadlıq məhrum edilməsi, şirkətlərin isə ümumi dövriyyələrinin 5 faizi həcmində cərimələnməsinə dair qərar qəbul edib. Eyni zamanda Avropa İttifaqı daxilində Rusiyanın hərb sənayesində istifadə edə biləcəyi məhsulların bu ölkəyə dolayı yollarla çatdırılmasının qarşısını almaq üçün daha sərt addımların atılması ilə bağlı müzakirələr aparılır. Gözlənilir ki, yaxın vaxtlarda açıqlanması nəzərdə tutulan Rusiyaya qarşı 11-ci sanksiya paketində məhz sanksiyalardan yayınmaya qarşı mübarizə məqsədli məhdudiyyətlər üstünlük təşkil edəcək. Bir çox Avropa rəsmiləri məhsulları Rusiyaya çatdırmaqda şübhəli görünən Ermənistan, Qazaxıstan və Qırğızıstan kimi ölkələrə də həmin məhsulların satışının qadağan olunmasını təklif edirlər. Artıq ABŞ Ermənistan mənşəli 2 şirkəti qara siyahıya salıb. Bu addımların getdikcə daha da sərtləşəcəyi gözlənilir.

Qərbin belə addımları fonunda Rusiya yeni ixrac və idxal mənbələri tapmağa çalışır. Bu prosesdə AİB-lə əməkdaşlıq cəlbedici faktor kimi istifadə edilir: Rusiya İttifaqın təklif etdiyi əlverişli ticarət şərtlərini önə çəkir. Bu il Rusiyanın təklifi ilə İttifaq üzvlərinin yeni ixrac zənciri formalaşdırmaları üçün prioritet istiqamətlər müəyyənləşib. Bu zaman xarici ticarət üçün Top-20 ölkə müəyyənləşdirilib. İlk onluğa Çin, Hindistan, Misir, Vyetnam, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, İndoneziya, Meksika, Türkiyə, ikinci onluğa isə Azərbaycan, Serbiya, İsrail, Monqolustan, Səudiyyə Ərəbistanı, Tailand, İran, Banqladeş, Seneqal və Əlcəzair daxil edilib. Hər bir ölkə üçün ixracı mümkün olan sənaye sahələri, məhsulların çərçivəsi müəyyən edilib.

Rusiya Avrasiya İqtisadi İttifaqına üzv olmayan postsovet ölkələrindən də öz məqsədləri üçün istifadə imkanlarını genişləndirməyə çalışır. Bu zaman onları İttifaqın digər ölkələri üçün də keçərli olan güzəştlərlə cəlb etmək istəyir. Bu baxımdan, Azərbaycanı İttifaqa cəlb etmək üçün uzunmüddətli cəhdlərdən sonra əməkdaşlığın dərinləşdirilməsi təklifləri yenidən səslənməyə başlayıb. Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk “Rusiya - İslam Dünyası: Kazan Forum” XIV Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı İttifaqın Azərbaycanla əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edib: “Rusiya Azərbaycanla Avrasiya İqtisadi Birliyi (AİB) arasında əməkdaşlığın inkişafı üçün böyük potensial görür. Azərbaycanın unikal coğrafi mövqeyini, iqtisadiyyatının strukturunu, xarici ticarətini, milli inkişaf planlarını nəzərə alaraq, biz Azərbaycan Respublikası ilə Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensial görürük”.

Rusiyalı yüksək çinli məmurun sözlərinə görə, Azərbaycan və AİB ölkələri İran və Türkiyə ilə sərhəddə gömrük nəzarətinin götürülməsi ilə Şimal-Cənub kəsiksiz dəhlizin yaradılmasından faydalanacaq: “Bu gün Azərbaycanda Avrasiya İqtisadi Birliyində görülən işlərə çox ciddi maraq və ekspertlər səviyyəsində dialoq var. Biz bunu yüksək qiymətləndiririk. Və təbii ki, belə bir kəsiksiz Şimal-Cənub nəqliyyat və logistika dəhlizinin yaradılması istiqamətindəki qarşılıqlı fəaliyyətimiz fonunda, əlbəttə ki, gömrük sərhədlərimizin İran və Türkiyə sərhədinədək çatması həm Azərbaycan, həm də AİB-ə üzv dövlətlərin özləri üçün iqtisadi baxımdan açıq-aşkar faydalı olardı. Düşünürəm ki, bundan hamı uduşlu çıxardı”.

Ukrayna müharibəsi və Rusiyaya qarşı sanksiyalar başlayandan Azərbaycanın adı bir dəfə də olsun ikili idxalda hallanmayıb. Rəsmi Bakı qadağan olunan məhsulların Rusiyaya reixracına imkan vermir. Eyni zamanda Rusiyaya qarşı sanksiyalara da qoşulmur.

Bundan əlavə, Azərbaycan Rusiya və İranın iştirakçı olduğu Şimal-Cənub nəqliyyat dəhlizi layihəsində iştirak edir, Zəngəzur dəhlizini onun tərkib hissəsi kimi görür. Bu dəhliz çərçivəsində həyata keçirilən layihələri dəstəkləyən Bakı eyni zamanda Avropa İttifaqı və ABŞ-ın böyük önəm verdiyi Şərq-Qərb dəhlizinin fəaliyyətinin genişləndirilməsini aktiv dəstəkləyir. Belə bir şəraitdə Rusiya və onun başçılıq etdiyi İttifaqla əlaqələrin genişləndirilməsi, orada təmsil olunmaq Bakı üçün nə qədər əlverişli ola bilər? Ölkəmizin bundan hansı qazancları, itkilərinin olması mümkündür?

İqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanın ixracatında həmişə Avropa İttifaqı, İsrail və Böyük Britaniya üstün mövqeyə sahib olub: “İnvestisiyalara baxsaq, Azərbaycana qoyulan xarici investisiyaların çox böyük hissəsi Avropa və ABŞ mənşəlidir. Yalnız idxalda Rusiyanın ilk üçlükdə qərar tutduğunu görürük. Buna görə də ikitərəfli əlaqələrin olmasından Azərbaycanın qazanclı çıxması mümkündür. Lakin Avrasiya İttifaqına, yaxud KTMT-yə üzv olmaq özü ilə böyük risklər, təhdidlər gətirə bilər. Nəzərə almaq lazımdır ki, Ermənistan da hər iki qurumun üzvüdür. Bu baxımdan, Azərbaycan hər bir dövlətlə ikitərəfli əlaqələrə üstünlük versə, daha yaxşı olar”.

"Ermənistanın “Laçın” sərhəd nəzarət buraxılış məntəqəsi ilə bağlı iddiaları reallıqları saxtalaşdırmaq cəhdidir".

Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərhində əksini tapıb.

Bildirilib ki, Azərbaycanın “Laçın” sərhəd nəzarət buraxılış məntəqəsi təsis etməsinin guya yolu bağladığı, bölgədə humanitar problemlər meydana gətirdiyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətində çətinliklər yaratdığı, bunun “etnik təmizləmə siyasətinin” tərkib hissəsi olduğu barədə əsassız iddiaları Ermənistan rəsmilərinin dəfələrlə təkrarlaması bu ölkənin reallıqları saxtalaşdırmaq cəhdidir. Keçid məntəqəsindən həm erməni sakinlərin, həm Beynəlxalq Qızıl Xaç Komitəsinin, həm də Rusiya sülhməramlı kontingentinin şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə keçdiyi bəllidir.

Qeyd olunub ki, Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərini işğal altında saxlaması, kütləvi qırğınlar və etnik təmizləmə həyata keçirməsi, eləcə də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin çağırışlarına zidd olaraq işğala son qoymaması və öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqdan imtina etməsi BMT TŞ üzvü Böyük Britaniyaya yaxşı məlumdur. Beləliklə, Ermənistan tərəfi beynəlxalq ictimaiyyəti öz rəvayətləri ilə çaşdırmaq səylərindən əl çəkməlidir.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma biz Qarabağn siyasi və ya inzibati-ərazi subyektivliyi baxımından heç nə almırıq. Azərbaycan Qarabağla bağlı heç bir öhdəlik götürmədən 86,6 min kvadratkilomtr ərazisini tanıtdıra bilib. Bu, müharibədən sonra Bakının növbəti qələbəsidir və Paşinyan Əliyevin gündəliyinə xidmət edir.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyan deyib.

Onun sözlərinə görə, Paşinyanın bəhs etdiyi Qarabağdakı erməni əhalisi ilə bağlı “beynəlxlq mexanizmlərin” yaradılması məsələsi gözəl “sousdan” başqa bir şey deyil.

“Azərbaycan hazırda Qarabağdakı ermənilərin reinteqrasiyası ilə məşğuldur və heç bir beynəlxalq aktor buna qarşı çıxmır. O zaman hansı “beynəlxalq mexanizmlərdən” danışa bilərik. Bu gözə qabağındadır”, - o deyib.

S.Surenyan qeyd edib ki, rəsmi Bakı bütün mərkəzlərlə səmərəli işləyir: “Moskvada nəqliyyat məsələlərini həll etməyə çalışır. Mayın 25-də keçiriləcək üçtərəfli görüş buna hesablanıb. İstisna deyil ki, Azərbaycana Ermənistan ərazisindən sadələşdirilmiş rejimdə gediş-gəliş imkanı yaradılacaq. Bütün bunların fonunda da artıq Qarabağın subyektivliyi məsələsi gündəmdən çıxıb”.

j

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelti qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İran tərəfi də Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışına bərk narahat olub. Yerli mediada erməni nazirin çıxışı dolayı yolla tənqid olunması, mətbu orqanlarında onun əleyhinə məqalələrin yer alması, bunu deməyə əsas verir. 

 “Paşinyan Bakıya müqavimət göstərə bilmədi”, belə başlıqlar altında bir çox İran mediası Paşinyanın Azərbaycanın bütün Qarabağ ərazisi üzərində suverenliyinin tanınması ilə bağlı dünənki bəyanatından yazıb.

Belə ki, "Khabar Online", "Arskhabar", "Iranemrouz", "Vista" и "KhabarFarsi" kimi xəbər saytları bu yöndə özlərinə necə deyərlər, əl qatıblar. Bu məqalələr İranın əsas xəbər agentlikləri olan ISNA və İRNA tərəfindən neytral başlıqlarla təkrar edilib.

Qeyd edək ki, dünən Rusiyanın məşhur hökumətyönümlü jurnalistləri Marqarita Simonyan və Vladimir Solovyov da Paşinyanın çıxışlarından sonra özlərindən çıxaraq isterik mövqe sərgiləyiblər.

Xəbər lenti