Rusiya sülhməramlıları kontingentin müvəqqəti yerləşdiyi ərazilərdə nə baş verdiyini yaxşı görürük.

“APA-Economics” xəbər verir ki, bunu “Azərkosmos” İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında bildirib.

“Lazım olan məlumatları adiyyatı orqanlara vaxtında çatdıra bilik”, - deyə Saməddin Əsədov qeyd edib.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Türkiyəyə gedir.

Nazir Konyada yerləşən “Anadolu qartalı” Tədris Mərkəzində “Anadolu Qartalı-2023” təlimlərini izləyəcək.

Qeyd edək ki, təlimlər aprelin 27-də başlayıb.

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri təlimlərdə iştirak edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 11-də “Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazı qəbul edib.

Görüşdə SOCAR ilə “Total Energies” arasında uzun illər ərzində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

“Abşeron” qaz yatağında yaxın aylarda nəzərdə tutulan hasilatın başlanılması məsələsi müzakirə olunub.

Nikolas Terraz “Total Energies” şirkətinin Azərbaycanla əməkdaşlığa sadiqliyini və davamlı marağını vurğulayaraq ölkədəki fəaliyyətlərini genişləndirmək niyyətində olduqlarını bildirib.

Söhbət zamanı ənənəvi neft və qaz sahəsində əməkdaşlıqdan əlavə bərpaolunan enerji istehsalı sahəsində də mümkün layihələr barədə fikir mübadiləsi aparılıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam edir.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

Əgər tərəflər Vaşinqtonda irəliləyiş əldə etməsəydilər, bazar günü (14 may) Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikol Paşinyanın və Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin görüşü planlaşdırılmazdı.

Ermənistan KİV-in xəbərinə görə, bu barədə Avropa İttifaqının yüksək rütbəli məmurlarından biri məlumat verib.

İrəvan birinci görüşün (mayın 14-də - red.) Fransa Prezidenti Emmanuel Makron olmadan keçirilməsinə razılaşıb. Lakin təxminən iki həftədən sonra Fransa prezidenti və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə müzakirələrin davam etdirilməsinə razılıq verib.
Tərəflər Brüsseldə üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər./oxu.az

Vaşinqton görüşü Bakı ilə İrəvanın dil tapmaq, sülh sənədində böyük irəliləyişə nail olmaq sarıdan böyük ümidlər vəd etsə də Ermənistanın yenidən destruktivlik cəhdi bütün bu ümidlərin də üstündən xətt çəkəcək kimi görünür. Ermənistan hərbi-siyasi rəhbərliyi ABŞ-da XİN başçıları arasında gerçəkləşən görüşlərin ardından yenidən təxribatlara açıq olduqlarını göstərməkdədir.

Amma hələ İrəvanın özünü toparlayıb, Bakı ilə razılığa gəlmək üçün müəyyən şansları mövcuddur. Belə şanslardan biri Ermənistan tərəfinə Brüsseldə mayın 14-ü tarixində dövlət başçıları arasında gerçəkləşəcəyi iddia edilən görüşdə verilə bilər. Belə də deyə bilərik ki, Vaşinqton estafeti Brüsselə verir. Bildiyimiz kimi, əslində bu görüş ötən ilin dekabrında olmalı idi. Lakin ermənipərəst bəyanatları, qərarları ilə Fransa prezidenti Emanuel Makron bütün planları pozdu. Makron görüşə qatılmaq istəsə də, dövlət başçısı İlham Əliyev Makronun ermənipərəst açıqlamalarına görə dördlü görüşdən imtina etdi.

Prezident İlham Əliyev və Nikol Paşinyan arasında Brüsseldən sonra təmasların ikinci raundunun Avropa Siyasi Birliyinin zirvə toplantısı çərçivəsində iyunun 1-də Kişinyovda gerçəkləşəcəyi gözlənilir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə inansaq, Kişinyovdakı görüşə Emmanel Makron və Almaniya kansleri Olaf Şolts da qatılacaqlar. Rəsmi Bakı bu xəbəri hələ təsdiq etməsə də, bu açıqlamadan yola çıxaraq demək olar ki, əgər məlumat həqiqətə uyğundursa, Almaniya kanslerinin görüşə qatılması böyük ehtimalla rəsmi Bakının təklifi ola bilər. Belə görünür ki, Azərbaycan bununla da qismən də olsa, danışıqlar prosesindəki obyektivliyi, tarazlığı qorumaq barədə düşünür.

Təbii ki, Fransa prezidenti israrla görüşdə iştirak etmək istəyirsə, bunda Nikol Paşinyan da bu qədər maraqlıdırsa və Avropa İttifaqının rəhbəri Şarl Mişel bu gedişata etiraz edə bilmirsə, proseslərə nisbətən neytral mövqedən yanaşan Almaniyanın qatılması ən məntiqli alternativ variantdır.

Təmaslar təəssüf ki, Ermənistanın son bəyanatları fonunda getdikcə mənasızlaşır. Daha dəqiq desək, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində göstərilən cəhdlərin intensivliyi artsa da, müzakirələrdəki konstruktivlik də bir o qədər azalır. Gedişat isə regional eskalasiya riskinin çoxaldığına eyham vurur.

Elə bunu yaxşı anladığı üçün rəsmi Bakı adekvat addımlar atmaq məcburiyyətini hiss etdi və dərhal Laçın rayonunun Ermənistanla sıfır nöqtəsində quraşdırılan sərhəd-buraxılış məntəqəsi ilə sülhə maneə yaradan üçüncü tərəflərin hadisələrə müdaxiləsini minimallaşdırmağı bacardı. Bununla belə, biz proseslərə və onun formalaşdırdığı gündəliyə daha geniş spektrdə baxanda risk faktorlarının hələ də yüksək olaraq qaldığını görə bilərik.

Cənubi Qafqazı "yağlı tikə" kimi görən Qərb, Rusiya və İran sülh gündəliyi üzərindən proseslərə müdaxilə edərək regionda təsir dairələrini gücləndirməyə cəhd edirlər. Hazırki məqamda Rusiya və İran bu proseslərdə vəziyyətin gərgin saxlanılmasında maraqlı tərəf kimi görünürsə, Avropa İttifaqı və ABŞ daha çox bölgədə sülhün onların maraqlarına xidmət edəcəyi düşüncəsindədir. Çünki "sonuncular" bu qənaətdədirlər ki, Cənubi Qafqazda sülh, sabitlik bərqərar olarsa, Rusiyanın bölgədəki təsir imkanları tamamilə deaktivləşdirilə bilər.

Azərbaycan bu cür riskli oyunların getdiyi bir dönəmdə öz ərazi suverenliyi üzərindəki nəzarəti qoruyub saxlamaq üçün olduqca önəmli "rıçaqlar" əldə etməkdədir. Regional təhlükəsizlik və bölgənin inkişafı üçün sülh gündəmi Azərbaycanla Ermənistan arasında prioritet olsa da, İrəvanın tutduğu mövqedəki sürüşkənliyi iki ölkə arasında eskalasiya riskini artırmaqdadır. Əgər Ermənistan paradoksal qərarlarından, bəyanatlarından çəkinməzsə, təəssüf ki, növbəti hərbi toqquşmanı da qaçılmaz edəcək.

Son günlər daha aydın görürük ki, 14 mayda Brüsseldə planlaşdırılan İlham Əliyev-Nikol Paşinyan görüşü və Kişinyov təmasları (1 iyun) yaxınlaşdıqca İrəvan sanki sülh danışıqlarına xələl gətirməyin, prosesləri dalana dirəməyin yollarını axtarmaqdan yorulmur ki, yorulmur. Bu mənada növbəti sərsəm bəyanat və çıxış Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən gəldi. Gah Ankara ilə münasibətləri korlamaq üçün "Nemezis" abidəsinin sökülməyəcəyini bildirdi, gah da Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiklərini göstərən növbəti açıqlama ilə diqqət mərkəzinə düşdü. Armen Qriqoryan bildirib ki, sülh müqaviləsinin imzalanması yalnız "Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisindən çıxarılması" şərti ilə mümkündür.

Buradan belə nəticəyə varmaq olur ki, Ermənistan tərəfi bununla da açıq şəkildə bəyan edir ki, onlar sülh danışıqlarından imtina edirlər. Çünkü Delimitasiya-demarkasiya prosesi icra edilmədən Ermənistan tərəfi Azərbaycanı onun ərazisinə daxil olmaqda ittiham edə bilməz. Digər yandan, həmin ərazilərin Azərbaycana məxsus olduğunu bilərəkdən belə bir bəyanatla çıxış etmək isə növbəti dəfə ərazi iddiası etməkdir ki, bu da istər 14 mayda Brüsseldə, istərsə də 1 iyunda Kişinyovda nəzərdə tutulan sülh danışıqlarına zərbə vurmaq planından başqa bir şey deyil.

Qriqoryanın bu bəyanatı İrəvanın sülhdən uzaqlaşmaq üçün növbəti bəhanəsidir. Ermənistan tərəfi çox yaxşı bilir ki, Azərbaycan Ordusunun çıxdığı sərhəd xəttindən geri çəkilməsi mümkünsüz bir tələbdir. Xüsusilə də əgər burada konkret olaraq həmin ərazilərin kimə məxsus olduğu ilə bağlı yekun xəritələr əsasında bölgü həyata keçirilməyibsə, rəsmi İrəvanın belə bir tələblə çıxış edib, sülh üçün Bakıdan absurd tələblər etməsi bir daha Nikol Paşinyan hakimiyyətinin paralel dünyalarda yaşadığını göstərir. Bu cür addımlarla Ermənistan işğal altındakı 8 kəndin qaytarılması məsələsini də dalana dirəmək niyyətindədir. Üstəlik, Qarabağdakı erməni əhalisinin "hüquq və təhlükəsizliyi" üzərindən ərazi iddiasını başqa müstəvidə davam etdirməyə çalışan Ermənistanın bütün bu addımları sülhün üzərindən əbədi xətt çəkmək kimi bir şeydir.

Bu mənada ümumi fonda bütün bu görüşlərin sülh müqaviləsinin imzalanmasına və bölgədəki proseslərə praktiki olaraq təsir etmədiyi aydın sezilir. Bu baxımdan, diplomatik masada müzakirələrin getdiyi vaxt Qarabağda praktiki addımlarla prosesi tamamlamaq ən doğru variantdır ki, Azərbaycan bunu Laçına post qurmaqla artıq nümayiş etdirdi. İrəvan destruktivliyindən əl çəkməzsə, Bakının indən belə bu prinsip üzərindən hərəkət edəcəyi istisna edilmir. (Trend.az)

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Şuşada keçirilən atəşfəşanlıq Xankəndidən görüntülənib.

Metbuat.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb. Görüntülərdən Xankəndi sakinlərinin də atəşfəşanlığı izlədiyi məlum olub.
Həmin görüntüləri təqdim edirik:

Prezident Şuşada yaşayış kompleksinin tikintisi ilə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

Yol-xeber.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır.

Diqqətə çatdırıldı ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Bu kompleksdəki mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Mənzillərin bir hissəsi isə Şuşada çalışan işçilərin xidməti istifadəsi üçün nəzərdə tutulub. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimində, Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin, Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin açılışlarında, Prezident İlham Əliyevin tapşırığına əsasən, Şuşa şəhərində dövlət xidmətləri mərkəzinin yenidənqurma və təmir işlərinə başlanılması ilə bağlı tədbirdə iştirak ediblər.

Dövlət başçısı, birinci xanım və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışında iştirak edib, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində burada təşkil edilən “Heydər Əliyev və Qarabağ” fotosərgisi və Gül Festivalı ilə tanış olublar.

Sonra Azərbaycan Prezidenti, birinci xanım və ailə üzvləri Xurşidbanu Natəvan, Zəfər, Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsində lövhələrin açılışlarında iştirak ediblər.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışında, həmçinin məscidin ərazisində yerləşən mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” sərgisinin açılışında iştirak ediblər.

Dövlət başçısı, birinci xanım və ailə üzvləri Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışlarında iştirak edib, Muzeydə sərgilənən eksponatlar və sənət əsərləri ilə tanış olublar.

Sonra Azərbaycan Prezidenti və birinci xanım Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak ediblər.

Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən.

Bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.

“Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur. Çünki ordu xalqın bir hissəsidir. Orduda xidmət edən xalqın övladlarıdır, bizim yetişdirdiyimiz uşaqlardır”, - Prezident deyib.

Xəbər lenti