Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik.

Bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.

“Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik”, - deyə dövlətimizin başçısı əlavə edib.

Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu.

Bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətdən kənarda qaldığı illərdə də hər zaman Azərbaycanın maraqları ilə yaşadığını, ürəyinin Azərbaycanla bir döyündüyünü vurğulayan dövlətimizin başçısı bildirib: “Heydər Əliyev xalqımız üçün ağır günlərdə - 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir. Mən onun yanında idim, o günü yaxşı xatırlayıram, həm faciəvi gün idi, eyni zamanda, qürurverici bir gün idi. Moskvada yaşayan azərbaycanlılar daimi nümayəndəliyin önünə toplaşmışdılar və Heydər Əliyev binaya yaxınlaşanda sanki bir canlı dəhliz açılmışdı. Baxmayaraq ki, o, bütün vəzifələrdən çıxarılmışdır, ona qarşı Azərbaycanda ovaxtkı rəhbərlik tərəfindən çirkin kampaniya aparılırdı, sovet mətbuatında da çirkin kampaniya aparılırdı, ancaq Azərbaycan xalqının qəlbində o, daim böyük lider kimi yaşayırdı”.

Heydər Əliyev 1982-87-ci illərdə Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və Sovet Hökuməti sədrinin birinci müavini kimi daim Azərbaycana öz diqqətini, qayğısını göstərirdi. Məhz bu qayğı və diqqət nəticəsində Azərbaycan o illərdə də uğurla inkişaf edirdi.

Bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

Azərbaycan xalqının faciələrinin Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başladığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib: “1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Şübhə yoxdur ki, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər”.

Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam.

Bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

 “Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi... Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır”, - Azərbaycan Prezidenti bildirib.
Paşinyanın “1 iyun” hazırlığı: "4 tələb"in hədəfi...Vaşinqtonda fikir ayrılıqlarını həll edə bilməyən Bakı və İrəvan arasında növbəti görüş Brüsseldə, ardınca Kişinyovda keçiriləcək.

Liderlər səviyyəsində baş tutacaq Brüssel və Kişinyov görüşündə Paşinyan ən çox ikinciyə - iyunun 1-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsindəki müzakirələrə ümid edir. Və bu prosesdə əsas diqqətçəkən məqam erməni baş nazirin “1 iyun tarixində sülh müqaviləsini imzalamağa ümid edirəm” açıqlamasıdır.

İrəvanın sülhdən uzaq tələbləri var:

- “29,8 min kvadratkilomtr ərazisi”nin toxunulmazlığını istəyir: bu, Azərbaycan Ordusunun çıxdığı sərhəd xəttindən geri çəkilməsi ilə mümkün ola bilər;

- İşğal altındakı 8 kəndin qaytarılmasında problemlər yaradır;

- “Bakı-Xankəndi formatı” ilə Azərbaycan daxilində separatçılığı təşviq edir;

- Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyi” üzərindən ərazi iddiasını başqa müstəvidə davam etdirir.

Bu fikir ayrılıqları Vaşinqton görüşündə həll olunmadı. O zaman sual yaranır: Nikol “1 iyun tarixində sülh müqaviləsinin imzalanmasına” niyə ümid edir?

Əslində İrəvanın irəli sürdüyü bu tələblər və dörd gün davam edən Vaşinqton danışıqlarında geri çəkilməməsi “1 iyun” planına hesablanmış gedişdir. Bu tarixdə Kişinyovda “dördtərəfli görüş” – Azərbaycan və Ermənistan liderləri, Fransa prezidenti və Almaniya kansleri – keçiriləcək.

Qərb cəbhəsində Vaşinqton və Brüssel formatı sərhəd və kommunikasiyanın hansı prinsiplərlə açılması məsələsində tam istəyimizə uyğun olmasa da, Qarabağ məsələsində böyük ölçüdə Bakının gündəliyini qəbul edir. Fransa isə Vaşinqton və Brüssel formatına alternativ olaraq, özünün təşəbbüskar olduğu prosesin önə çıxmasına çalışır:

- Bu, Parisə Cənubi Qafqazda regional, Avropada geosiyasi mübarizədə güc mərkəzi olaraq qəbul edilmək hədəfi üçün lazımdır: Makron Şarl Mişelin qurduğu Brüssel formatını ələ keçirməyə çalışsa da, baş tutmadı, nəticədə Rusiya qarşısında alternativ formatın arxa plana keçməsi riskini yaratdı, Vaşinqtonun oyuna birbaşa müdaxiləsi də bundan qaynaqlanır; bu baxımdan, Fransa ayrı masa qurmaq istəyindən əl çəkmir;

- Bu, Qərb platformasında sərhəd və kommunikasiya məsələsində istəyini müəyyən qədər qəbul etdirən İravana Qarabağ planının da nəzərə alınması üçün lazımdır: ötən il Praqada keçirilən “dördtərəfli görüş”də Ermənistan Fransanın dəstəyi ilə “sərhədin SSRİ dağılanda mövcud olan xətlərlə müəyyənləşməsi” mövqeyini nəzəri olaraq qəbul edilməsinə nail oldu; iyunun 1-də yenə Fransanın dəstəyi ilə Qarabağa dair mövqeyinin qəbul edilməsinə çalışacaq.

Bu kimi məsələlər bölgədə praktiki olaraq heç nəyi dəyişdirə bilməsə də, İrəvan ən azı diplomatik masada əlini gücləndirmək üçün bütün imkanlardan istifadə edir. Hərçənd, Bakının buna imkan verməyəcəyi də bəllidir:

- Ötən il Praqada “dördtərəfli görüş”də Paşinyan “sərhəd” məsələsində nəzəri olaraq önə çıxsa da, Əliyev ərazi bütövlüyünün tanınmasına nail oldu;

- Ötən il Makronun Praqada “əsas vasitəçi” olmaq planını Mişelin masada iştirakı ilə pozan Bakı Kişinyovda Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə Fransaya alternativ irəli sürür: Kişinyovda görüş təklifini Bakıya Fransanın xarici işlər naziri gətirmişdi, istisna deyil ki, Əliyev bu görüşə Şoltsun da iştirakı şərti ilə razılaşıb.

Bunun fonunda Kişinyov görüşünə qədər liderlərin Brüsseldə bir araya gəlməsi Mişelin müəllifi olduğu formatı davam etdirmək istəyi ilə yanaşı, Bakının maraqlarına da uyğundur, çünki Qərb platformasında Qarabağın Azərbaycanın daxili məsələsi olduğu bu formatda qəbul olunub və eyni mövqeyin növbəti görüşdə də sərgiləcəyi şübhəsizdir. Bu həm də Bakı üçün Kişinyova daha güclü mövqe ilə getməyə imkan verəcək.

Ümumi fonda bütün bu görüşlərin nə sülh müqaviləsinin imzalanmasına, nə də bölgədəki proseslərə praktiki olaraq təsir etmədiyi aydın görünür. Bu baxımdan, diplomatik masada müzakirələrin getdiyi vaxt Qarabağda praktiki addımlarla prosesi tamamlamaq ən doğru variantdır. Ki, Laçına post quran Bakının da bu prinsip üzərindən hərəkət etdiyi görünür.
Azərbaycan Prezidenti İlham Əliyevin müraciəti - CANLIAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev müraciət edir.

Müraciət telekanallar vasitəsilə yayımlanır.

Türk Dövlətləri Təşkilatı Heydər Əliyevin 100-cü ildönümü ilə bağlı paylaşım edib.

“Təşkilatın tviter səhifəsində qeyd olunub:

“Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevi 100-cü doğum günündə hörmətlə anırıq”.
İlham Əliyev xalqa müraciət edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün saat 10:00-da xalqa müraciət edəcək.

Müraciət televiziya kanalları ilə yayımlanacaq.

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.

" Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. 

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.

384391
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.

384393
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

384390
Azərbaycanın Ümummilli Lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.

384389
Prezident İlham Əliyev 2022-ci ilin sentyabrın 29-da "Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" sərəncam imzalayıb. Dövlət başçısının 2022-ci ilin noyabrın 28-də imzaladığı digər sərəncamı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqlənib. Tədbirlər Planına uyğun olaraq, ölkəmizdə və xaricə Ulu Öndərin anadan olmasının 100 illiyi əlaqədar müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlər ilin sonunadək davam edəcək.

Şuşanın Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub - FOTO

Mayın 9-da Şuşa şəhərinin Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub.

"Yol-xeber.az" xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Qarabağ küçəsində inşa ediləcək yaşayış binasının ümumi sahəsi 5400 kvadratmetr olacaq. Dörd mərtəbədən və zirzəmi qatından ibarət binada yerləşəcək mənzillərdən 24-ü ikiotaqlı, 6-sı isə üçotaqlıdır. Qeyd edildi ki, ərazidə qeyri-yaşayış binası da inşa olunacaq. A və B korpuslarından, həmçinin ofis binasından ibarət həmin binanın ümumi sahəsi 5745 kvadratmetr nəzərdə tutulub. Binanın ikinci mərtəbəsində avtodayanacaq yerləşəcək.

Sonra dövlətimizin başçısı Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməlini qoyub.

 

 

 

 

Xəbər lenti