"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..Azərbaycan nümunəsində “kollektiv Qərb” ifadəsinin işlənməsini yanlış hesab edirəm. Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir, Ukraynaya qarşı işğalçı müharibəyə başladıqan sonra istifadə etməyə başlayıblar. Rusiya rəsmiləri bu ifadəni işlədə bilərlər, çünki Ukraynaya qarşı işğalçı müharibəyə görə ABŞ və Avropa İttifaqı ölkələri Kremlə qarşı vahid strategiyadan çıxış edirlər. Ancaq məlum ifadə Azərbaycan üçün doğru deyil. Fransanın xaricində Azərbaycanın digər Qərb ölkələri ilə münasibətlərində ciddi problemləri yoxdur, əksinə ABŞ və Avropa İttifaqı ölkələri ilə təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq edirik. Misal üçün İsrail-İran gərginliyi fonunda ABŞ Dövlət Departamentinin İran üzrə elçisinin Azərbaycana səfəri və Bakıda keçirdiyi görüşlər təhlükəsizlik mövzuları ilə bağlı idi. Və ya Vaşinqton Azərbaycan neftinin və qazının Avropaya nəqlində maraqlıdır ki, köhnə qitənin Rusiyadan enerji sahəsində asılılığı azalsın.
Əlbəttə, ABŞ və bir sıra Avropa ölkəsinin, o cümlədən Brüsselin siyasətində xoşumuza gəlməyən məqamlar var və tənqidimizdə haqlıyıq, ancaq bu o demək deyil ki, “kollektiv Qərb Azərbaycana düşmən münasibət bəsləyir” və ya “kollektiv Qərb Cənubi Qafqazda müharibə istəyir” kimi ifadələr doğrudur. Bu məntiqə uyğun deyil. Müharibə Cənubi Qafqazdakı enerji və nəqliyyat layihələrinə təhlükə yarada bilər. “Kollektiv Qərb” Azərbaycanın enerji imkanlarından yararlandığı halda, niyə oturduğu budağı kəssin?

Elxan Şahinoğlu
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü başladı
28 Aprel 2025 Pezeşkian Bakıdadır - Yenilənib
28 Aprel 2025 Pezeşkian Bakıya yola düşdü
28 Aprel 2025 Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib
28 Aprel 2025 İran Prezidenti azərbaycanlılar üçün “Heydərbabaya salam”ı dedi - Video
26 Aprel 2025 Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
26 Aprel 2025 Azərbaycan və İsveçrə XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
26 Aprel 2025 Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - Video
26 Aprel 2025 İlham Əliyevin Çinə səfəri İrəvana növbəti siqnaldır
26 Aprel 2025 Ərdoğan Azərbaycana səfər edəcək
26 Aprel 2025 Rusiya yeni “erməni lideri” savaşa atır: Erməni kilsəsi Paşinyansız seçki planı qurub
25 Aprel 2025 Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub

Xəbər lenti