Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Bu gün rayonun Zabux kəndinə daha 25 ailənin - 91 nəfərin köçü başlayıb.

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində Zabux sakinləri kəndə yola salınıb.

Qeyd edək ki, noyabrın 18-də Zabuxa daha 25 ailə - 103 nəfər köçürülüb. Elə həmin gün kəndə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub.

Bununla da bu günədək Zabuxda ümumilikdə 96 ailənin, yəni 382 nəfərin daimi məskunlaşması təmin edilib.

Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

 
 

Bu gün ümumi təhsil müəssisələrində payız tətilinin son günüdür.

“Beşgünlük payız tətili 16-20 noyabr tarixlərini əhatə edib.

Qeyd edək ki, bu, Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən həyata keçirilir.

Zabuxa növbəti köç karvanı yola salınıb

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə dövlət komitəsindən məlumat verilib.

Bildirilib ki, Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Noyabrın 18-də Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 103 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Zabux kəndində 71 ailənin, yəni 291 nəfərin daimi məskunlaşması təmin edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, taksi xidməti ilə bağlı xüsusi hazırlığın təşkili və keçirilməsi nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA), Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə həvalə olunub. Həmçinin, dəyişikliklə bu işi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri müqavilə bağlamaqla həyata keçirə biləcək.

Bundan başqa, xüsusi hazırlıq prosesinin keyfiyyətini yüksəltmək məqsədi ilə qrupların maksimum say həddi 20-dən 25-ə, mühazirələrin müddəti 31,5 saatdan 18 saata, praktiki məşğələlər 8,5 saatdan 6 saata endirilib, bununla da, yeni əlavə edilən yekun qiymətləndirmə (2 saat) müddəti ilə birliktə ümumi müddət 42 saatdan 24 saata endirilib.

Bundan başqa, tədris proqramında istifadə olunan materialların həcmi artırılıb. Tədris zamanı sürücülərə inzibati ərazi vahidlərinin sərhədləri, dislokasiyası, tarixi mədəniyyət abidələri, sosial əhəmiyyətli obyektlər, ali təhsil müəssisələri, ticarət obyektləri və xəstəxanaların yerləşdiyi ərazilər öyrədiləcək, avtomagistrallar, giriş-çıxış istiqamətləri, məsafələr, küçə və prospektlərin adları barədə ətraflı məlumatlar verilməsi tələbi isə ləğv edilib.

Həmçinin sürücülərin hazırlıq kurslarında iştirak etməsi üçün təqdim etməli olduğu sənədlər müəyyənləşdirilib. Belə ki, sürücülər şəxsiyyəti təsdiq edən sənədin surətini, bir ədəd fotoşəkil (3x4 sm ölçüsündə) və sürücülük vəsiqəsinin surətini tədim etməli olacaqlar.

Sürücü haqqında sənədləri Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olduqda, həmin sənədlər sürücülərdən tələb edilməyəcək.

Sənədlərini təqdim etmiş sürücülərə hazırlığın başlanılmasına azı 5 gün qalmış məlumat veriləcək, onlar tədris müddətində kağız və yaxud elektron daşıyıcılarda hazırlıq materialları ilə təmin olunacaqlar.

Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən sürücülərə dayanma-durma qaydalarının pozulmasına görə yazılan cərimələr silinmir.

Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib.

Qurum rəsmisi vurğulayıb ki, sürücülər cərimələri ödəməlidirlər.

Noyabrın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Gün ərzində əsən güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 65-75% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 14-19° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti olacaq.

Ölkədə yeni tikililərin kommunal xidmət şəbəkələrinə qoşulması qaydalarına dəyişiklik edilib. Belə ki, yeni qaydalara əsasən, bu ilin oktyabr ayının 1-dən sonra tikilən tikintiyə icazə sənədi olmayan fərdi və ya qeyri-yaşayış evləri elektrik, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Bu proses Nazirlər Kabinetinin yeni sərəncamından əvvəl tikilmiş evlərin sənədləşməsi prosesini də sürətləndirə bilər?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov Referans.az-a açıqlamasında bildirib ki, sənədsiz evlərin sənədləşdirilməsi prosesinin sürətləndirilməsinə ehtiyac var.
“Sənədsiz evlər məsələsi problemli məsələdir və uzun zamandır ki, müzakirə olunur. Biz bu məsələni hər dəfə Milli Məclisdə müzakirəyə qaldırırıq. Dövlət başçısı İlham Əliyev bir neçə il əvvəl tədbirdə göstəriş verdi ki, bu məsələ öz həllini tapsın. Bundan sonra İqtisadi İnkişaf naziri, Bakı Şəhər İcra Hakimiyyəti müəyyən işlər gördülər, hətta məndə olan məlumata görə 50 mindən çox sənədsiz evlərə sənəd də verib və bu məsələ üzərində iş gedir. Lakin bu proses 6-7 ildir davam edir və çox uzanıb”.

Deputat fikirlərinə bunları da əlavə edib:

“Vətəndaşlar bütün kommunal xidmətləri ödəyirlər, həmin evlərdə yaşayırlar. Bu tikililər faktiki olaraq, onların evləridir. Artıq bu evlərin qanuni və ya qanunsuz tikilməsinin bir əhəmiyyəti yoxdur. Onlara mütləq sənəd, çıxarışlar verilməlidir. Bu məsələ ilə bağlı əsas problem yaradan nüans təhlükəli ərazilərdə tikilən evlərdir ki, bununla bağlı da xüsusi komissiya da yaradılıb və müəyyən işlər görür”.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə bildirib ki, bu istiqamətdə görülən işlər, əsasən, qanunsuz evlərin sayının azalmasında effektiv yol olacaq.

“Hesab edirəm ki, bu, gələcəkdə qanunsuz ev anlayışının olmaması üçün atılmış bir addımdır. Eyni zamanda bu sərəncam oktyabrın birindən əvvəl tikilmiş sənədsiz evlərin sənədləşməsinə də müsbət təsir edəcək. Məndə olan məlumata görə artıq bu evlərin invertarlaşdırılması prosesi də aparılıb. Hansı rayonda nə qədər ev sənədinin olmaması ilə bağlı məlumatlar tam şəkildə toplanılıb. Bununla bağlı rayon icra hakimiyyəti, bələdiyyələr, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları, demək olar ki, bütün evlərdə olublar və həmin evlərin qeydiyyatı həyata keçirilib. Yəni bu məsələ ilə bağlı işlər yekunlaşmaq üzrədir”.

Ekspert qeyd edib ki, evlərin sənədləşdirilməsini prosesini uzadan və müəyyən qədər bu prosesə mane olan məsələ kommunikasiya təhlükəli ərazilərdə tikilmiş evlərdir.

“Burada əsas problemlərdən biri kommunikasiya xətləri üzərində yerləşən və qeydiyyatı hökumət üçün də çətinlik yaradan evlərlə bağlıdır. Məlum olduğu kimi, yüksək gərginlikli elektrik xəttlərinin altında, qaz kəmərləri və dəmir yolu xətlərinin yaxınlığında, eyni zamanda neftlə çirklənən torpaq sahələrinin, neft müqaviləsinə aid olan torpaq sahələrində tikilən evlər bu qrupa daxildir. Ümumiyyətlə, belə ərazilərdə yaşayış qurmaq vətəndaşların özü üçün təhlükəlidir. Bu, sosial məsələ olduğuna görə Nazirlər Kabineti və hökumət buna daha ehtiyatla yanaşır. Əgər bu cür evlərdə yaşayışın mümkün olmadığı müşahidə edilərsə, təbii ki, kompensasiya verilmək şərti ilə həmin insanlar ərazidən köçürülə bilər”.

Ramil Qasımzadə vurğulayıb ki, hazırda sənədsiz evlərlə çıxarışla satılan evlərin qiymətləri arasında təxminən iki dəfəyə qədər fərq müşahidə olunur.

"Xankəndidə və Qarabağ ərazisində yaşayan erməni sakinlərin ilkin qeydiyyatı həyata keçirilir".

“Report”un xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov jurnalistlərlə görüşdə deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı işlər mərkəzləşdirilmiş qaydada aparılır: “Bununla əlaqədar işlər yekunlaşdıqda ictimaiyyətə məlumat veriləcək”.

2023-cü ilin ilk 9 ay üzrə orta aylıq nominal əməkhaqqı artımı da elan edildi. Bu müddətdə orta aylıq əməkhaqqı 11,2% artıb. Qeyd edək ki, ilk 8 ayda bu göstərici 11,3% idi. Orta aylıq əməkhaqqıdakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni, bu il ərzində orta maaş nə qədər artacaqsa pensiyalarda artım da o qədər olacaq.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, hazırda indeksləşmədə iki göstəricidən (orta aylıq əməkhaqqının artım səviyyəsi və inflyasiya göstəricisi) istifadə edilir:

"Pensiya məbləği əvvəlki ildə orta aylıq nominal əməkhaqqıda artım tempinə, pensiya kapitalı isə inflyasiya göstəricisinə indeksasiya olunur. Bu ildən tətbiq olunan vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqıdakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur".

Millət vəkilinin sözlərinə görə, bu ilin 9 ayındakı tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar təxminən 11%-ə indeksasiya olunacaq: "Təbii ki, daha dəqiq rəqəm 2024-cü ilin yanvar ayında elan olunacaq. Bütün hallarda, orta maaşda artım tempi yüksəldikcə, pensiyalarda daha çox artımlar müşahidə olunacaq. Bu baxımdan, orta aylıq əməkhaqqıdakı artım faizi yalnız ölkə iqtisadiyyatında muzdla çalışan işçilər üçün deyil, həmçinin pensiyaçılar üçün də əhəmiyyətlidir".

Qum və toz fırtınaları bu gün planetimizin bəzi bölgələrində daha çox yayılmış bir problem olaraq qalır.

Report xəbər verir ki, bu barədə BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının yeni hesabatında deyilir.

Ekspertlərinin fikrincə, hər il atmosferə təxminən 2 milyard ton qum və toz daxil olur ki, bu da təxminən Misirdəki 350 Xeops piramidasının çəkisinə uyğundur.

Qum və toz fırtınaları regional və mövsümi hadisə olaraq qalmasına baxmayaraq, onların təsirləri zəif torpaq və su idarəçiliyi, həmçinin quraqlıq və iqlim dəyişikliyi ilə daha da güclənir.

Əslində, dünyada baş verən bu cür tufanların 25%-i hansısa şəkildə insan fəaliyyəti ilə bağlıdır. Odur ki, tez-tez baş verən qum və toz fırtınaları ətraf mühitin, iqlimin, sağlamlığın, kənd təsərrüfatının, yaşayış vasitələrinin və insanların sosial-iqtisadi rifahının müxtəlif aspektlərinə təsir göstərir.

Dünya səhralaşmaya görə hər il təxminən 1 milyon kvadrat kilometr sağlam və məhsuldar torpaq itirir. 2015-ci ildən 2019-cu ilə qədər məhsuldar torpaqların sahəsi 4,2 milyon kvadrat kilometr azalıb ki, bu da Mərkəzi Asiya ölkələrinin: Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın ümumi ərazisinə uyğundur.

Xəbər lenti