Dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi dəyişir.

"Bu, Milli Məclisə daxil olan “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edəcəklər:

- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 36,5yaş;

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 48 yaş;

Qüvvədə olan qanuna əsasən, "Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər:

- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 37 yaş;

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 45 yaş.

Azərbaycana qrip əleyhinə peyvənd gətirilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycanda qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir.

"Bu məqsədlə, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ölkə ərazisinə qrip əleyhinə peyvənd gətirilib. Peyvəndlərin Bakı şəhəri üzrə paylanılması artıq başa çatıb. Hazırda, peyvənd materiallarının respublikanın digər şəhər və rayonlarına çatdırılması davam edir və yaxın zamanlarda yekunlaşacaq. Azərbaycanda əhali arasında qrip əleyhinə peyvəndlənmə könüllü şəkildə aparılır. Qrip virusuna qarşı vaksinasiya xəstəliyin profilaktikası üçün əhəmiyyətlidir", - nazirlikdən bildirilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYP) dövlət qeydiyyat nişanı olmadan moped sürənlərə xəbərdarlıq edib.

Belə ki, paytaxt və bölgələrdə son zamanlar motosiklet və moped sürücülərinin sayı çoxalıb.

Bəzi mopedlərin isə dövlət qeydiyyat nişanı yoxdur.

Daha çox kuriyer xidməti üçün istifadə olunan bu nəqliyyat vasitələri indi yollarda əsas təhlükə mənbəyinə çevrilib.

Yol hərəkəti qaydalarını pozan sürücülərin idarə etdiyi belə mopedləri səkilərdə, yolun əks hərəkət hissəsində, tıxaclarda da görmək mümkündür.
Sakinlər mopedlərin sürətindən də şikayətçidirlər.

Ətraflı “ATV Xəbər”in süjetində:

Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi Həsən bəy Zərdabinin anım günüdür.

Həsən bəy Məlikov (Zərdabi) 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, sonra Şamaxı şəhər məktəbində oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır. 1861-ci ildə Moskva Universitetinə imtahansız daxil olmuş, dörd il sonra həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirmişdir.

Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılmışdır.

Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləmiş, daha sonra 1869-cu ildə Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başlamışdır. Mütərəqqi fikirlərinə görə dəfələrlə təqib edildiyindən müəllimlikdən əl çəkmiş, xalqı üçün geniş mədəni tədbirlər həyata keçirmək uğrunda fəaliyyətə başlamışdır.

Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramaturqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M.F.Axundovun “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyaları tamaşaya qoyulmuşdur.

Həsən bəy Zərdabi geniş ictimai fəaliyyət göstərmiş, N.Nərimanov ilə birlikdə 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilmiş birinci qurultayının işində yaxından iştirak etmişdir. Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət vermiş, 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərmişdir. Apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı qısa zamanda xeyli çoxalmışdır.

Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etmişdir. Bununla əlaqədar o İstanbuldan hürufat gətirtdirmiş və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olmuşdur. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur.

1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. “Əkinçi” qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunmuşdur.

Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdur.
İlk mətbu orqan kimi “Əkinçi” öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şeirlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi.
1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan “Əkinçi” realist Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.

1880-cı ildən etibarən Həsən bəy Zərdabi doğma kəndi Zərdabda yaşamışdır. O, kənd təsərrüfatı sahəsində kəndlilərə məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq, o yenə də mətbuatda fəal iştirak edirdi.

1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.

Həyatının son illərində Həsən bəy Zərdabi Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq etmişdir. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də o olmuşdur.

Həsən bəy Zərdabi 1907-ci il noyabr ayının 28-də vəfat etmişdir. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılmış, mərhumun sümükləri bir neçə il evdə ailəsinin yanında qalmışdır.

1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunmuşdur.

Azərbaycan Təbiət Tarixi Muzeyi, Gəncə Pedaqoji İnstitutu Həsən bəy Zərdabinin adını daşıyır.

Laçın rayonunun ən böyük kəndlərindən olan Zabuxda həyat yenidən öz axarına qayıdıb.

AZƏRTAC xəbər verir ki, kənddə yenidən tikilən evlər, yaradılan infrastruktur Zabuxun simasını daha da gözəlləşdirib.

İndi Zabuxun gündüzləri qədər gecələri də parlaq işıqları ilə diqqət çəkir.

Zabux çayının hər iki sahilini əhatə edən kənddə həyat yenidən canlanıb. Doğma sakinlərinə qucaq açan Zabux hər ötən gün simasını dəyişərək gözəlləşir.

Otuz illik işğal dövründə kənd erməni vandalizminə məruz qalsa da, azad edildikdən dərhal sonra buranın yenidən qurulmasına başlanıldı. Qısa müddətdə kənddə evlər və digər obyektlər inşa olunub, yollar abadlaşdırılıb, əhalinin istirahəti üçün park salınıb. Kəndin mərkəzindən keçən çayın üzərində körpü inşa olunub. İndi gündüzlər mənzərəsi ilə seçilən kənd gecələri işıq saçan gözəlliyi ilə diqqət çəkir.
Qeyd edək ki, Zabux kəndində 121 ailənin - 475 nəfərin daimi məskunlaşması təmin edilib.

Zabuxun lentə alınan gecə görüntülərini təqdim edirik:

 

 

 

 

"Son günlər uşaqlar arasında qızılcaya yoluxma halları ilə bağlı məsələ bizim də nəzarətimizdədir. Məktəblərdən bizə daxil olan məlumatlardan aydın olur ki, ümumi təhsil müəssisələrində qızılca xəstəliyinə yoluxma kütləvi xarakter daşımır".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, tək-tək belə halların müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda ümumi təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir: "Qızılca ilə bağlı agentliyin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin heç biri bağlanmayıb. Kütləvi yoluxma halı baş verdikdə məktəbin bağlanması ilə bağlı qərarı Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi verir".

Agentlikdən bildirilib ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib: "Ümumi təhsil məktəblərində pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən həyata keçirilir. Məktəblərdəki tibb otaqları zəruri avadanlıqlarla təchiz edilib. Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə müvafiq poliklinikalar tərəfindən nəzarət edilir".

"Səhhətində narahatlıq müşahidə edilən məktəblilər tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir. Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil", - Dövlət Agentliyindən qeyd olunub.

Azərbaycanda pensiya və sosial ödənişlərin verilməsinin gecikdiyi iddia edilir.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə çoxlu sayda məlumat daxil olub.

Bildirilib ki, hər ayın 24-ü verilən pensiya və bu tipli sosial müavinətlər bu ayın 27-si olmağına baxmayaraq hələ də verilməyib.

Məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq.

Qurumun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili cavab olaraq bildirib ki, burada gecikmə anlayışı doğru yanaşma deyil. Sosial ödənişlərin verilməsi tarixi qabaqcadan hər aya görə təyin olunur:

"Hər ay üçün sosial müavinətlərin ödənildiyi bəlli bir tarix var. Bu tarixdə ödənişlər edilir. Ay bitmədiyi üçün hələ, bu, gecikmə deyil. Ay ərzində pensiya və sosial ödənişlərin verilməsi nəzərdə tutulur".

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, yetkinlik yaşına çatmayan uşaqlar ata və anaları tərəfindən saxlanılmağa, eyni zamanda nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə pul ödəməyə borcludurlar. Həmin pul və məbləğ “aliment” adlanır və Azərbaycan qanunvericiliyinə görə, aliment məsələsində gender problemi yoxdur. Yəni alimenti yalnız ata deyil, ana da ödəyə bilər. Məsələn, üçuşaqlı valideynlər boşanırlarsa, ana uşaqlardan imtina edərsə, bu zaman ata məhkəməyə müraciət edərək ananın gəlirinin yarısını aliment kimi tələb edə bilər. Konstitusiyada, həm də Ailə Məcəlləsində qadın və kişinin hüquqları bərabərdir. Ailə Məcəlləsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq üçün aliment ödənilməsi haqda saziş bağlamaq hüququna malikdirlər. Əgər onlar uşaqlarını saxlamaqdan imtina etsələr, bu zaman aliment valideynlərdən məhkəmə qaydasında tutulur.

Pravda.az alimentlə bağlı bir sıra məsələləri araşdırıb.

Boşanma faktı varsa, məhkəmə qaydasında uşaqlar üçün valideynlərdən hər ay müəyyən miqdarda aliment tutulur. Ölkəmizdə 1 uşağa görə qazancın və başqa gəlirlərin dörddə bir hissəsi, 2 uşağa görə qazancın və başqa gəlirlərin üçdə bir hissəsi, 3 və daha çox uşağa görə qazancın və başqa gəlirlərin yarısı alimentə ödənilir. Araşdırmalarımızdan məlum olub ki, bəzi hallarda valideynlərdən məhkəmə qaydasında tutulan aliment öhdəliyinə xitam verilməsi mümkündür. Belə ki, uşaq yetkinlik yaşına çatıbsa, yaxud yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə edibsə, aliment ödənilən uşaq başqası tərəfindən övladlığa götürülübsə, aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunubsa, aliment alan şəxs və ya aliment ödəyən şəxs ölübsə, əmək qabiliyyəti olmayan, yaxud ehtiyacı olan, aliment alan ər və ya arvad yeni nikaha daxil olubsa, aliment öhdəliyinə xitam verilir.

Hazırda müzakirə olunan məsələlərdən biri Azərbaycanda Aliment Fondunun yaradılmasıdır. 2020-ci ildə insan hüquqları üzrə müvəkkil - ombudsman tərəfindən digər ölkələrdə olduğu kimi Azərbaycanda da Aliment Fondunun yaradılması ilə bağlı təklif irəli sürmüşdü. Təklifə görə, uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmi - Aliment Fondu yaradılmalıdır. Lakin hələ də bu təklif reallaşmayıb. Məhz maddi problemlər bu gün ailələrdə əsas boşanma səbəbləri sırasındadır. Əgər valideyn evliyikən maddi cəhətdən ailəsini, uşağını təmin edə bilmirsə, boşandıqdan sonra alimenti necə ödəyəcək? Buna baxmayaraq, hazırda Azərbaycanda aliment miqdarının artırılması gündəmdə olan əsas müzakirə mövzularından biridir.

Bununla bağlı Milli Məclisin deputatı Fazil Mustafanın fikirlərini öyrəndik. Fazil Mustafa məsələyə fərqli aspektdən yanaşdı:

“Bu, olduqca mürəkkəb mövzudur. Alimentin miqdarının artırılması əvəzinə, qadınların işlə təmin olunması məsələsinə baxmaq lazımdır. Əlbəttə ki, aliment pulu yetərli olmayacaq. Alimentin səviyyəsi qaldırılsa, onda da kişilərin həyatı pozulmuş olur. Elə kişilər var ki, məhz qadının günahı üstündə ailəsi pozulub. Qadınlar isə alimentlə kişiləri bir çox hallarda şantaj edirlər. Kişi yeni ailə qurur, amma öz ailəsinə baxmaq əvəzinə, ömür boyu aliment ödəməklə məşğul olur. Buna görə də bəzən ədalət prinsipi pozulur. Təbii ki, boşanma kişilərin günahı səbəbindən baş veribsə, alimentin ödənilməsi məsələsində problem yoxdur. Amma bilməlidirlər ki, aliment ümumi yaşayış üçün nəzərdə tutulan vəsait deyil, uşaq üçün ödənilən müəyyən məbləğdir. Buna görə də əsas məsələ işlə təminat olmalıdır. Məşğulluq orqanları boşanmış qadınların normal, layiqli işlə təmin olunmaları məsələsi üzərində hansısa konsepsiya gerçəkləşdirsələr, onda sıxıntılar da azalmış olar. Sanki bir tərəfdə oturub pul gözləyirlər. Axı digər tərəf də insandır, onun da yaşaması, hansısa şəkildə pul qazanması üçün şərtlər olmalıdır. Əgər o da işsiz olsa, alimenti necə ödəyəcək? Buna görə iki tərəfi də anlayaraq məsələyə yanaşmaq lazımdır. Alimentin miqdarının artırılması yenə də tərəflərin ancaq birinin vəsaitindən gedən məbləğ olacaq. Bir az həssas məsələ olduğu üçün hərtərəfli araşdırılıb qərar verilməlidir”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə açıqlamasında bir sıra problemlərə toxunub:

“Hər il cənab Prezidentin Sərəncamı ilə aliment pulu qaldırılır. Yaşayış minimumu uşaqlar üçün 220 manatdır. Əslində, hamımız başa düşürük ki, indiki dövrdə bu məbləğ ehtiyacları o qədər də ödəmir. Lakin məsələnin başqa tərəfi də var. Bu, uşağın saxlanılması ilə bağlıdır. Müasir dünya görüşü ilə məsələyə yanaşsaq, tərəflərin hər ikisinin işləməsi, gəlir əldə etməsi lazımdır. Ananın işləməsi, yaxud sosial dəstək proqramlarından bəhrələnməsi də müəyyən dəstək xarakteri daşıya bilər. Təəssüf ki, qadınlar bəzən müxtəlif resurslar barədə məlumatlı olmadıqları üçün alimentdən aldıqları məbləğ, doğrudan da, kifayət etmir. Buna görə də aliment alan şəxsə digər resurslarla da bağlı məlumat vermək lazımdır. Bəs biz necə edirik? Qanun qəbul edirik, qanunda yazıldığı qaydada onun icrası ilə bağlı işlər görürük. Halbuki hər bir icraçı məmurun əlinin altında digər xidmət paketləri ilə bağlı məlumat olsa, aliment alan şəxsə bu barədə məlumat versə, kifayət qədər dəstək əldə etmək olar. Məsələn, “Günərzi” mərkəzindən, sosial yardımın hansısa formasından yararlanmaq mümkündür”.

M.Zeynalova deyib ki, kişilər də, qadınlar da alimentdən qaçır, onu ödəməkdən imtina edirlər: “Deyirlər ki, “işləmirəm”, yaxud “əməkhaqqım kifayət qədər deyil”. Hətta əməkhaqqını gizlədənlər olur. Adamlar var ki, müxtəlif sahələrdə işləyirlər, amma gəlirlərini gizlədirlər. Bəzi qadınlar bizə deyirlər ki, ərimin kifayət qədər imkanı var, amma o, bu imkanları başqalarının adına yazdırır. Yaxud da “ərim qeyri-formal əmək fəaliyyəti ilə məşğuldur, gün ərzində müəyyən qədər gəliri var, amma qeydiyyata almadığına görə həmin gəlirdən çox az məbləğdə aliment alıram” deyənlər var. Deməli, kişi aliment verməmək üçün işsizliklə bağlı arayış təqdim edir, amma faktiki qeyri-formal fəaliyyətlə məşğuldur. Bunlar da böyük problemlərdir. Hansısa formada identifikasiya lazımdır. Aliment alanda məhkəmə şəxslərin formal və ya qeyri-formal daha hansı fəaliyyətlə məşğul olmaları barədə araşdırma apara bilər. Təəssüf ki, buna vaxt sərf etmirik, kifayət qədər araşdırmırıq. Məsələn, kişi xəstədir, pensiya alır, qadın isə deyir ki, mənə 1 uşaq üçün 150 manat ver. Kişi aldığı pensiyanın böyük hissəsini ödəyib, özü isə çıxılmaz vəziyyətdə qala bilər. Əslində, aliment ilkin dəstəkdir. Problemin mahiyyəti budur ki, boşanan tərəflər bir-birilərinə düşmən qismində münasibət bəsləyirlər. Əgər valideynlər birgə ailə münasibətləri ilə yaşaya bilməyiblərsə, sivil formada ayrılıblarsa, uşaqlar arasında resurslarını da sivil şəkildə bölməlidilər. Bu, onların borcudur. Emosional, düşmən xarakterli ayrılıqlar resursların gizlədilməsi və uşağın bu prosesdə əziyyət çəkməsi ilə nəticələnir. Aliment almayan qadın emosional olaraq bəzən uşağın varlığını da inkar edir, daima onu bu məsələdə aşağılayır. Nəticədə qadın öz həyatına nifrət edir, uşağa aqressiv yanaşır, onun yanında atasını ittiham edir. Belə münasibətlər vəziyyəti daha da gərginləşdirir. Məsələn, bir qadın mənə yaxınlaşıb dedi ki, ərimi tapmıram, Rusiyaya çıxıb gedib, aliment ala bilmirəm. Ona dedim ki, o, ölkəyə qayıtmayanadək aliment almağın mümkün deyil, sadəcə, Dövlət Miqrasiya Xidmətinə və digər aidiyyəti qurumlara məlumat versən, ərin ölkəyə gələndə saxlanılar. Eyni zamanda həmin qadından soruşdum ki, sən işləyirsən? Dedi ki, yox, niyə işləməliyəm? Qadın burada uşağın da haqqına girmiş olur. İşləmir, gözləyir ki, aliment pulunu xərcləyəcək. Belə tərs mütənasiblik var. Bu isə ən çox uşağa zərər verir, cəmiyyətə də çox neqativ təsirlər ötürür”.

Bəs görəsən, ərindən aliment ala bilməyən qadın hüquqlarını necə müdafiə etməli, hara müraciət etməlidir?

Məsələninin hüquqi tərəflərini tanınmış vəkil Elvin Əliyev izah etdi:

“Nikahın pozulması və aliment tələbi ilə bağlı əvvəlcə Mediasiya Şurasına müraciət olunur. Müraciət əsasında cavabdeh və iddiaçı tərəf ümumi razılığa gəlsə, həmin razılığa uyğun olaraq cavabdeh şəxs alimenti ödəməlidir. Əgər tərəflər razılığa gəlməsələr, bu halda işə məhkəmə qaydasında baxılır. Alimentlə bağlı dövlət rüsumu nəzərdə tutulmayıb. Bundan əlavə, əgər cavabdeh alimenti ödəmirsə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati protokol tərtib olunur. Cavabdeh barəsində İXM-nin müvafiq maddəsinə uyğun inzibati qaydada həbs də, cərimə də nəzərdə tutulub. Formlaşan məhkəmə təcrübəsi bunu göstərir ki, alimenti ödəməyən, məhkəmə qərarını, qətnaməsini qərəzli formada icra etməyən şəxslər əksər hallarda inzibati həbs olunurlar. Şəxs alimenti ödəməməkdə qərəzliliyi davam etdirirsə, ödəməkdən boyun qaçırırsa, haqqında bununla bağlı Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət işi başlanılır. Maddəyə görə, azadlıqdan məhrumetmə cəzası da var, yaxud məhkəmə hər hansı yüngülləşdirici halları nəzərə alaraq, sanksiyada nəzərdə tutulmuş daha yüngül cəzanı da tətbiq edə bilər. Lakin bu işdə əvvəlcə tələbkar tərəflə barışıq və ona ödənəcək alimentin ödənilməsi nəzərdə tutulur ki, şəxsə azadlıqdan məhrumetmə ilə əlaqəsi olmayan cəza verilsin. Bununla bağlı qadın icra məmuruna, yəni icra olunması üçün məhkəmə qətnaməsinin göndərildiyi İcra və probasiya şöbəsinin icra məmuruna müraciət etməlidir. Alimentlə bağlı hissəni icra məmuru icra edir”.

bu-yolda-suret-heddi-endirildi

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə “Qafqazinfo”ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, eyni zamanda bütün məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, bu gün və sabah ölkə ərazisində hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Nazirlik güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə edib.

"Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Həmçinin, ildırımın yaratdığı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!", - FHN-dən qeyd olunub.

Xəbər lenti