![]() |
|
Dünənki Türkiyə-Çexiya oyununu Azərbaycan Ordusunun əsgərləri də izləyib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə Müdafiə Nazirliyi də paylaşım edib.
Türkiyə MN videoya “Can Azerbaycandan bizim çocuklara tam destek!” başlığını verib.
Qeyd edilib ki, Azərbaycanın Silahlı Qüvvələr Günündə qəhrəman əsgərlər sözügedən matçın həlledici qoluna seviniblər. Onlar 90+4-cü dəqiqədə Cenk Tosun Türkiyə yığmasının ikinci qolunu vurmasını coşqu ilə qeyd ediblər: “Təşəkkürlər, Can Azərbaycan, təşəkkürlər Qarabağın aslanları… Hər zaman bir və bərabərik!”
Xatırladaq ki, Türkiyə 2:1 hesablı qələbə ilə 1/8 finala çıxıb.
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Bu barədə “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
3. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
4. "20 Yanvar" dairəsində;
5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
6. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
7. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
8. Babək prospekti, mərkəz istiqamətində;
9. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur
Xəbər verdiyimiz kimi, 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Prezident İlham Əliyevin Sərəncamına əsasən, general-mayor Namiq İslamzadəyə general-leytenant, polkovniklər Vilayət Quluyev və Həsən Əlövsədova general-mayor ali hərbi rütbəsi verilib.
"Qafqazinfo”nun məlumatına görə, generalların hər üçü Vətən müharibəsinin iştirakçısı olublar.
Namiq İslamzadə Vətən Müharibəsi Qəhrəmanıdır. O, 44 günlük zəfər tariximizdə iştirakı ilə əlaqədar "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Bundan başqa, "Heydər Əliyevin 100 illiyi” (1923–2023) yubiley medalına layiq görülüb.
Bu gün general olan Vilayət Quluyev də Vətən Müharibəsinin gedişində ayağından qəlpə yarası alsa da, qısa müddət sonra döyüşlərə qayıdıb. Füzuli, Cəbrayıl, Hadrut və bir çox istiqamətlərdə yaşayış məntəqələrinin işğaldan azad edilməsində iştirak edib. O, Şuşanın azad edilməsində də iştirak edən zabitlərdəndir. V.Quluyev şücaətlərinə görə Prezidentin Sərəncamı ilə "Rəşadət” ordeni ilə təltif edilib.
Polkovnik Həsən Əlövsətov da Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıq nümayiş etdirib. Polkovnik Əlövsətov Hərbi Hava Qüvvələrində xidmət edib. Müharibədən sonra Prezidentin Sərəncamı ilə "Qarabağ” ordeni ilə təltif edilib. Əslən Şabran rayonundan olan H.Əlövsətov "Mi-17” vertolyot eskadrilyasının komandiri olub.
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.
Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.
✅ ADY növbəti “Təhlükəsizlik həftəsi”ni elan edir.
Yol-xeber.az" xəbər verir ki, Aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinədək) 25 iyun saat 08:00-dan, Azadlıq Prospektində (Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinədək) isə 25 iyun saat 23:00-dan hərəkət qismən məhdudlaşdırılacaq.
Sözügedən prospektlərdə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Yol-xeber.az" xəbər verir ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar bu gündən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır.
Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Bakının Xətai rayonunun Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinə qədər) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar bu gündən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir.
Məlumata görə, məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq.
Qurum sürücülərdən aparılan işlərə anlayışla yanaşmağı, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi xahiş edib.
Xankəndidə şəhər prokurorluğunun inzibati binası istifadəyə verilir.
Bu barədə “Qafqazinfo”ya Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, hazırda inzibati binanın istifadəyə verilməsi ilə əlaqədar təntənəli tədbir keçirilir.
Tədbirdə Baş prokuror Kamran Əliyev, Baş Prokurorluğun rəhbər şəxsləri, millət vəkilləri, QHT sədrləri və digər ictimaiyyət nümayəndələri iştirak edir.