|
Noyabrın 16-dan ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin beşgünlük payız tətili başlayır.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək.
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr - 5 gün olmaqla əhatə edir", deyə nazirlik qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
APA xəbər verir ki, noyabrın 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 10 ailə - 40 nəfər köçürülüb.
Bununla da Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.
Son bir ayda kiberdələduzluq hallarında ciddi artım hiss olunur.
Bu barədə Mərkəz Azərbaycan Respublikasi Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin tərkibində fəaliyyət göstərən Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Mərkəzin xəbərinə görə, kiberdələduzluq hallarından biri də dövlət qurumları və ya ödəmə platformaları adından istifadə etməklə müəyyən adlar və bənzər domen nümunələrində yaradılmış saxta səhifələrdir.
Həmin saxta səhifələr aşağıdakılardır:
hxxps://asanodeme.info/kommunal
hxxps://asan-cerime.net
hxxps://asan-cerime.biz
hxxp://asan-cerime.com
Belə ki, kommunal xidmətlərin və ya cərimələrin xüsusi endirimlər və bonuslarla ödənilməsi adı altında yaradılan və sosial şəbəkələr vasitəsi ilə reklam olunaraq vətəndaşların marağını cəlb edən belə saytlar vətəndaşları aldatmaqla, onları saxta ödəniş səhifələrinə yönləndirir və kart məlumatlarını ələ keçirərək vəsaitlərini oğurlayır.
Belə kiberdələduzluq halları tərəfimizdən araşdırılmaqla və ölkə üzrə bloklanaraq vətəndaşların dələduzların qurbanına çevrilməsinin qarşısının alınması üzərində aktiv işlənilməklə yanaşı hər gün yenilənən saxta səhifələrlə mübarizədə vətəndaşları ayıq olmağa media nümayəndələrini isə vətəndaşları belə dələduzluq halları ilə bağlı maarifləndirmədə köməklik göstərməyə çağırırıq.
Vətəndaşlara reklam olunan kampaniyalara qarşı həssas davranmağı, alınan məlumatları dəqiqləşdirməyi və yalnız rəsmi səhifələrə etibar etmək tövsiyə edilir.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında noyabrın 14-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
“Laçında əhalinin sosial rifahi və rahat yaşayışı üçün bir sıra işlər görülüb. Prioritet məsələ sakinlərin iş yerləri ilə təmin edilməsi və bu istiqamətdə lazımı addımların atılmasıdır. Yaxın günlərdə isə əhalinin gediş gəlişini yaxşılaşdırmaq üçün ictimai nəqliyyat fəaliyyətə başlayacaq”.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Bakı Abadlıq Xidməti MMC-nin memarı Elnur Abdullayev bildirib.
O, Laçın şəhərində yaradılan şərait barədə danışarkən qeyd edib ki, hazırda şəhərdə 1204 nəfər əhali yaşayır və prioritet məsələ həm də əhalinin işlə təmin olunmasıdır:
“Laçın şəhərinin mərkəzində ilkin olaraq 712 obyektdə tikinti işləri aparılıb və hazırda işlər davam etdirilir. İşlər görülən obyektlərin 75-i qeyri yaşayış, 628-i fərdi evlər və 144 mənzildən ibarət olan 9 ədəd ümumi yaşayış evləridir. Prezident İlham Əliyevin may ayının 28-də Laçına köçən 20 ailəyə evlərin açarları təqdim etməsindən bu günə kimi Laçına şəhərinə 1204 nəfər olmaqla 315 ailə, Zabux kəndinə isə 94 nəfər olmaqla 21 ailə köçürülüb. Bu ayda da Laçına 75 ailənin köçürülməsi nəzərdə tutulub. Laçın şəhərində köçlə yanaşı prioritet məsələ burada yaşayan sakinlərin işlə təmin edilməsidir. Hazırda Laçın şəhərində fəaliyyət göstərən müəssisələrdə 430-dan artıq sakin işlə təmin olunub. Əhalinin rahat yaşayışının təmin edilməsi üçün görülən işlər çərçivəsində şəhərin kommunikasiya xətləri çəkilib yekunlaşıb, Laçın şəhəri və Zabux kəndinə mavi yanacağın verilişi təmin olunub və 150 evdə birləşmə işləri görülür, yaxın günlərdə isə digər evlərə mavi yanacağın verilişi təmin olunacaq”.
E.Abdullayev bildirib ki, Laçın şəhərinin içməli su ilə təminatı üçün işlər başa çatıb və 9 su anbarı, 3 yağış sularının toplanması üçün depo, 1 ədəd isə çirkab suların təmizlənməsi üçün qurğu istifadəyə verilib: “Alternativ olaraq Laçın şəhərinin su təminatı üçün dəniz səviyyəsindən 1800 metr hündürlükdə olan Xırmanlar kəndi ərazisindəki bulaqdan uzunluğu 8900 metr olan su xətti çəkilib və tamamən təbii bulaq suyunun şəhərə verilməsi məhz bu xətt ilə gerçəkləşir. Yağış sularının axıdılması üçün və kanalizasiya xətləri də tamamlanaraq istifadədədir.
Bütün kommunikasiya xətləri şəhərin estetik gözəlliyinin pozulmaması üçün məhz yeraltı olaraq çəkilib. Həmçinin Laçın şəhərində 1974-ci ildə tikilən kinoteatr binası artıq yenidən əsaslı təmir olunaraq istifadəyə verilib. May ayının 1-dən Laçın şəhərində modul tipli xəstəxana, aptek, məktəb, marketlər əhali üçün xidmətini yüksək səviyyədə davam etdirir. Bundan başqa, Laçın şəhəri ərazisində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə hazırlanan ictimai nəqliyyatın təşkili ilə bağlı layihə üzrə marşrut xətləri xəritə üzərində tərtib olunub və yaxın günlərdə Laçında ictimai nəqliyyatın fəaliyyəti gerçəkləşəcək”.
Noyabrın 16-dan ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin beşgünlük payız tətili başlayır.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr – 5 gün olmaqla əhatə edir” – deyə, nazirlik qeyd edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz va Liman Agentliyinin Gəmi Hərəkətinin idarəedilməsi Mərkəzi hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Bu barədə agentliyi xəbər verir.
Məlumata görə, xəbərdarlıqda deyilir ki, bu gündən Xəzər Dəniz Akvatoriyasinda başlayacaq şimal-qərb küləyi noyabrın 11-nə kimi davam edəcək. Küləyin sürəti 18-23 m/s, arabir: 25-30 m/s, açıq dənizdə arabir: 33 m/s dalğanın hündürlüyü 30-0 metr, sonrakı inkişafda 4-6 metr olacaq.
Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə müraciət edib.
Nazirlikdən verilən məlumata görə, hazırda ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti müşahidə olunur və əsən güclü küləyin axşam saatlarına qədər davam edəcəyi proqnozlaşdırılır.
Belə hava şəraitinin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən Vətən müharibəsi əsarət altındakı torpaqlarımızın azad olunması ilə nəticələnərək tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi.
Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, Güclü Ordumuzun şücaəti sayəsində əzəli və əbədi torpaqlarımız işğaldan azad olundu, sübuta yetirdik ki, Qarabağ Azərbaycandır! Zəfər bizimdir!
Vətən uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.
Zəfər Günümüz mübarək olsun!