|
Bakının daha bir rayonunda binalar plana düşüb.
BAKU.WS-in əldə etdiyi məluumata görə, söhbət Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Sovet dönəmində tikilən çoxmənzilli binalardan gedir.
28 May küçəsində yerləşən ikimərtəbəli binaların söküntüsünü icra edən şirkət həmin ərazidə hündürmətəbəli bina tikəcəyi üçün vətəndaşlara elə həmin binadan mənzillər təklif edib. Bundan əlavə binaların tikintisi başa çatanadək evləri sökülən vətəndaşlara 400 manat kirayə pulu da veriləcək.
Qeyd edək ki, sakinlərin bir çoxu şirkətin təklifini qəbul edərək evləri tərk ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.
Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı noyabrın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə – 106 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan füzulililər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçmiş şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 308 ailənin, yəni 1 106 nəfərin daimi məskunlaşması təmin edilib.
"Səhər tezdən şəhid Niyaminin anası Zəminə Məhərrəmova ağlaya-ağlaya zəng edib ki, bəs o üstü yazılı "1 manatı paylaşıb yanına da Niyaminin şəklini yapışdırırlar ki, guya pul bunun olub. Məqsədləri nədir, niyə bizi belə diri-diri öldürürlər?"
Bunu "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev bildirib.
"Bu nəyin ləzzətidir ki, yaşayırsınız? Ay xəstələr, əvvəla pulun üstündə Niyam yazılıb ki, Vətən müharibəsində Niyam adlı şəhidimiz yoxdur. Niyamin (1 nəfər) və Niyaməddinlər (4-5 nəfər) olub. İndi bu hansı şərəfsizlikdir ki, bu valideynləri belə narahat edirsiniz?", - deyə o bildirib.
Paytaxtınn Sabunçu rayonunda 90 saylı tam orta məktəb şagirdinin göz nahiyyəsindən xəsarət alması ilə bağlı polisə daxil olan məlumat araşdırılıb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla şagirdin göz nahiyyəsində xəsarət faktında qəsd müəyyən olunmayıb. Müəyyən edilib ki, hadisə məktəbin akt zalında digər şagirdin ona dəyməsi nəticəsində baş verib.
Bütün sorğular və aparılan araşdırmalarla məktəblinin hansısa formada qəsdə məruz qalması ilə bağlı iddialar təsdiqini tapmayıb.
Respublika Baş Prokurorluğu tikintisi davam etdirilən və ya istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil alan şəxslərə tövsiyə ilə müraciət edib.
Qurumun mətbuat xidmətindən daxil olan müraciətdə bildirilir ki, prokurorluq orqanları tərəfindən tikintisi davam etdirilən, istismarına icazə verilməmiş çoxmənzilli binalarda mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı mexanizminin təkmilləşdirilməsi təşəbbüsü istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə intensiv tədbirlər görülməkdədir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərin 100-dən artıq vəzifəli şəxsi eyni mənzilin birdən çox şəxsə satılması, habelə tikinti layihələrinin tamamlanmaması halları ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilmişdir. Belə hallarla qarşılaşmış çoxsaylı vətəndaşların vurulmuş maddi ziyanın ödənilməsi istiqamətində də qanunvericiliyə uyğun olaraq mümkün həddə tədbirlər görülmüşdür.
Bununla belə, tikintisi davam etdirilən, istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil almaq niyyətində olan vətəndaşlarımız da ayıq-sayıq olmalı, mənzil alqı-satqısı ilə bağlı öz hüquq və öhdəliklərinə yaxından bələd olmalıdırlar.
Bu sahədə vətəndaş məlumatlılığının artırılması və qeyd edilən qanunsuz əməllərə məruz qalma risklərinin minimallaşdırılması məqsədi ilə aşağıdakıları tövsiyə edirik:
1. Media və sosial şəbəkələrdə araşdırma aparmaqla tikinti şirkəti haqqında formalaşmış ictimai rəyi, reputasiyanı öyrənmək;
2. Alqı-satqı prosesi zamanı peşəkar hüquqşünas xidmətindən istifadə etmək;
3. Mənzil almazdan əvvəl müvafiq sorğularla yaşayış binasının tikintisinə müvafiq icra hakimiyyəti, yəni əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən icazə verilib-verilmədiyini, tikinti aparmasına icazə verilən şirkətlə faktiki tikintini icra edən şirkətin eyni olub-olmamasını dəqiqləşdirmək (təcrübədə tikintini icra edən podratçı şirkətin icazəsi olmadan qanunsuz mənzil satışını həyata keçirməsi hallarına rast gəlinib);
4. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifəsində yerləşən Tikintilərin Dövlət Reyestri bölməsində yaşayış binasının tikintisinə icazə verilib-verilmədiyini yoxlamaq - https://tdr.e-tikinti.gov.az/;
5. Mənzil alınmadan öncə Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) “Çoxmərtəbəli yaşayış binasında mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarış sənədi olan mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” bölməsinə daxil olmaqla, çoxmərtəbəli yaşayış binasının yerləşdiyi küçəni və aid olduğu tikinti şirkətinin (MTK) adını qeyd edərək həmin bina üzrə mənzillərin dövlət reyestrindən çıxarışının mövcudluğu barədə məlumatı əldə etmək;
Türkiyənin İstanbul şəhərində həftəsonu havanın temperaturu 9 dərəcə enəcək.
Bunu ölkənin Meteorologiya Baş İdarəsi açıqlayıb.
İstanbul valisi Davud Gül isə bildirib ki, noyabrın 26-da bazar günü şəhərə qar yağacaq və bu səbəbdən lazımi tədbirlər görülüb.
İstanbul Təhlükəsizlik İdarəsi isə açıqlayıb ki, şəhər üzrə 427 yol elementi, 260 asayiş qrupu, 8 jandarma qrupu olmaqla, 1504 personal xidmət aparacaq. Noyabrın 26-da isə Bakıda və Abşeron yarımadasında 20 dərəcə isti olacaq. Bir qədər külək əsəcək.
Laçın şəhərində əmək yarmarkası keçirilir.
"Report"un hazırda Laçında olan əməkdaşının verdiyi xəbərə görə, yarmarka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil edilib.
Məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 16 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 200-dən artıq vakansiya təqdim olunub.
Tədbirin keçirilməsində əsas məqsəd Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirləri davam etdirilməsidir.
Yarmarkaya qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilir, uyğun namizədlərin qeydiyyatı aparılır. Həmçinin, iştirakçılara Agentliyin aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilir.