![]() |
|
Xankəndi şəhəri 4 N-li, Xocalı və Şuşa şəhəri 1 N-li tam orta məktəblərdə, Laçın rayonu Sus kənd tam orta məktəbində ilk dəfə buraxılış imtahanı keçiriləcək.
Bu barədə sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, martın 2-də işğaldan azad olunmuş Ağdərə, Şuşa, Laçın, Xankəndi və Xocalı rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Bundan əlavə, Laçın rayonu 2 N-li tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Ağdərə rayonu Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçiriləcək. Bu məktəblərdə buraxılış imtahanları artıq ikinci dəfə təşkil edilir.
İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 7 binada təşkil olunacaq. İmtahanın idarə olunmasına 7 bina nümayəndəsi və 7 imtahan rəhbəri cəlb olunub.
Ümumilikdə işğaldan azad olunmuş rayonlardakı imtahanlarda 45 şagirdin iştirakı nəzərdə tutulub. İmtahan binalarına DİM əməkdaşları tərəfindən əvvəlcədən baxış keçirilib və lazımı hazırlıqlar görülüb.
Qeyd edək ki, martın 9-da isə Zəngilan rayon Ağalı Kənd tam orta məktəbində, Füzuli şəhər M.Uluqbəy adında 1 nömrəli tam orta məktəbdə və Cəbrayıl şəhər M.Mehdizadə adına şəhər tam orta məktəbində (bu məktəbdə ilk dəfədir) buraxılış imtahanı keçiriləcək.
Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində və Yasamal rayonu, Moskva prospektində yolda aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Qeyd edilən yollardan metronun “Koroğlu” stansiyası və “Xırdalan” dairəsi istiqamətlərində hərəkət edən nəqliyyat vasitələrinin sürücülərindən diqqətli olmaları tövsiyə edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, əməkdar mühəndis Saleh Məmmədov – Azərbaycanın inkişafında böyük rolu olan, yolların gözəlləşməsi və infrastrukturun müasirləşməsində başlıca qüvvədir.
1 mart 1958-ci ildə anadan olan Saleh Məmmədov, həyatı boyunca hər zaman ölkənin yol şəbəkəsini daha mükəmməl hala gətirmək üçün çalışmış, müxtəlif dövrlərdə əldə etdiyi böyük təcrübəni Azərbaycanın avtomobil yolları sahəsində tətbiq edərək, bu sahəni dünya standartlarına uyğunlaşdırmaq üçün mühüm addımlar atmışdır.
Saleh Məmmədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri olaraq, ölkənin yol infrastrukturunun yenidən qurulmasında, müasir avtomobil yollarının inşasında və köhnə yolların təmirində mühüm rol oynamışdır. Yolların estetik gözəlliyi və funksionallığı, həmçinin qısa müddət ərzində təmir və yenidən qurulmuş yeni nəqliyyat marşrutları onun rəhbərliyi altında həyata keçirilmişdir.
Saleh Məmmədovun rəhbərlik etdiyi dövrdə, Azərbaycanın bütün bölgələrində avtomobil yolları əsaslı şəkildə yenilənmiş, yeni yollar çəkilmiş və bütün bu layihələr Azərbaycanın iqtisadiyyatının inkişafına töhfə vermişdir. Azərbaycanın qüruru olan avtomobil yolları, həm də beynəlxalq əlaqələri gücləndirən mühüm infrastruktur elementləri arasında yer alır. Azərbaycanın ümumi yol şəbəkəsi, həm region daxili, həm də beynəlxalq nəqliyyat əlaqələrində daha da möhkəmlənmiş, dünya standartlarına cavab verən keyfiyyətli yolların sayı artmışdır.
Saleh Məmmədovun rəhbərliyi ilə həyata keçirilən layihələr arasında işğaldan azad edilmiş rayonlarda dünya standartlarına uyğun yüksək keyfiyyətli yolların inşası xüsusi əhəmiyyət kəsb edir. Həmçinin İlham Əliyevin rəhbərliyi ilə verilən tapşırıqlar çərçivəsində, yeni yolların çəkilişi və mövcud yolların təmiri uğurla həyata keçirilmiş, bu layihələrin həyata keçirilməsi nəticəsində regionların sosial-iqtisadi inkişafına mühüm töhfələr verilmişdir.
Saleh Məmmədovun mühəndislik sahəsindəki təcrübəsi, onun ölkənin avtomobil yol şəbəkəsini daha yüksək səviyyəyə qaldırmasına imkan vermişdir. Azərbaycanın hər bir kəndindən şəhər və rayonlarına qədər yol infrastrukturu inkişaf etməkdədir, və hər bir yeni yol layihəsi onun rəhbərliyi ilə daha effektiv və keyfiyyətli şəkildə reallaşır.
Bundan başqa, Saleh Məmmədov həm də ilham verən bir lider olaraq, çox sayda gənc mühəndis və ixtisas sahiblərinin yetişməsinə və bu sahədə fəaliyyət göstərməsinə şərait yaradıb. Peşəkarlıq, liderlik və təşkilatçılıq qabiliyyəti, onu Azərbaycanın yolları üzrə ən mühüm şəxslərindən biri halına gətirib.
Bununla yanaşı, Saleh Məmmədovun şəhid ailələri və qazilərimizə də göstərdiyi diqqət və dəstək diqqət çəkir. Onun rəhbərlik etdiyi Agentlik, təkcə yol infrastrukturunun inkişafı ilə məşğul deyil, eyni zamanda müharibə əlilləri və şəhid ailələrinin sosial rifahını artırmaq üçün müxtəlif təşəbbüslərə imza atmışdır. Saleh Məmmədovun şəhidlərimizin ailələri və qazilərimizlə birgə olmağı, onların ehtiyaclarını qarşılamaq üçün həyata keçirdiyi addımlar dövlətin humanitar siyasətinin bir hissəsi kimi önəmli yer tutur.
Bundan əlavə, Saleh Məmmədov bölgələrdə tez-tez vətəndaş qəbulunu təşkil edərək, yerli sakinlərin qarşılaşdıqları problemləri birbaşa dinləyir və onların həlli üçün müvafiq addımlar atır. Bu qəbul prosesləri, vətəndaşların müraciətlərinə sürətli və effektiv cavab verilməsini təmin edir, həmçinin dövlətin vətəndaşla birbaşa əlaqəsini gücləndirir. Hər bir vətəndaşın problemlərinə diqqətlə yanaşılması və onların təkliflərinə dəyər verilməsi, dövlətin şəffaflıq və vətəndaş məmnuniyyətini artırmaq istiqamətindəki siyasətinin əsasını təşkil edir.
Bugün Saleh Məmmədovun ad günüdür, və Yol-Xeber.az rəhbərliyi və kollektivi olaraq, ona uzun ömür, möhkəm cansağlığı və daha yeni uğurlar arzulayırıq.
Əziz Saleh müəllim, Azərbaycanın hər bir yolunun gözəlləşməsində və inkişafında göstərdiyiniz xidmətlər, ölkəmizin gələcəyinə yönəlmiş ən böyük töhfələrdən biridir. Sizin sayənizdə, Azərbaycanın yolları yalnız ölkəmizin inkişafını deyil, həm də beynəlxalq əlaqələrini daha da gücləndirən gözəl bir simvola çevrilmişdir.
Bugün, bu böyük uğurlarınızı qeyd edərkən, həm də sizin ömrünüzün bu şərəfli yolda göstərdiyiniz fədakarlığı unutmaq olmaz. Azərbaycanın yollarının inkişafı və mükəmməl bir gələcək qurulması üçün gördüyünüz hər bir işin əhəmiyyəti təkcə bu günlə məhdudlaşmır, uzun illər boyu xalqımıza xidmət edəcəkdir.
Yol-Xeber.az komandası olaraq, Saleh Məmmədova ad günündə ən xoş arzularımızı bildirir, ona daha uzun illər Azərbaycanın inkişafına xidmət etməyə davam etməsini diləyirik.
Ad gününüz mübarək, Saleh müəllim!
Gəncə şəhərindən Şuşa şəhərinə ilk avtobus reysi yola düşüb.
Gəncə Beynəlxalq Avtovağzaldan hərəkət edən avtobusun ilk sərnişinləri şəhid ailələrinin üzvləri və Vətən müharibəsinin iştirakçıları olub.
Qeyd edək ki, reyslər Gəncə Beynəlxalq Avtovağzalından hər gün saat 08:00-da, Şuşa şəhərindən Gəncəyə isə 14:45-də həyata keçiriləcək.
Gəncə-Şuşa-Gəncə reysi üzrə bir istiqamət üçün biletin qiyməti 6,20 manat təşkil edir. Bu reys üzrə Tərtər, Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələr olaraq müəyyən edilib. Gəncə-Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 5,20 manat, Gəncə-Xankəndi 5,70 manat, Tərtər-Xocalı 2,40 manat, Tərtər-Xankəndi 2,80 manat və Tərtər-Şuşa aralıq məntəqəsi üçün biletin qiyməti 3,30 manatdır.
Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar. Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.
Xəbər verdiyimiz kimi, martın 1-dən Azərbaycanda Ramazan ayı başlayır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi saytına istinadən xəbər verir ki, bu il Qədr (Əhya) gecələri martın 18-i, 20-si, 22-si və 26-sına təsadüf edəcək.
Diyetoloq Fərid Səfərov Ramazan ayında düzgün qidalanma qaydalarını izah edərkən bildirib ki, burada balansa və yeməyin qədərinə diqqət yetirmək zəruridir:
"Bir dəfəyə böyük porsiyalar əvəzinə iftardan sonra ara ilə və kiçik porsiyalarla yemək lazımdır. Sürətlə yox, yavaş-yavaş və yaxşıca çeynəmək tövsiyə olunur. İmsak yeməyi mütləqdir- Susuzluq hiss etməsəniz də iftar və imsak arasında tez-tez su için. Kofein tərkibli içkilərin miqdarını minimuma endirin. Qazlı və şəkərli içkilərdən uzaq durun".
Bundan əlavə mütəxəssiz qeyd edib ki, mümkün olduqca iftarda və imsakda badam, qoz və s. kimi çərəzləri qida rasionuna daxil etmək lazımdır:
"İmsakda lifli və toxluq hissi yaradan qidalara üstünlük verin. Yağlı, ağır, duzlu və ədviyyatlı yeməklərdən uzaq durun. Qovrulmuş, qızardılmış yeməklərin əvəzinə sobada, buxarda bişirilmiş, qaynadılmış yeməklərə üstünlük verin. İftardan dərhal sonra şirniyyat yeməyin. İftardan 1-2 saat sonra piyada gəzmək, fiziki aktivliyi qorumaq da lazımdır. Yuxu rejiminə riayət etmək əsas amillərdən biridir".
Son vaxtlar polis əməkdaşları qapı-qapı gəzərək mənzildə yaşayan şəxsləri sorğu-sual edir.
Bununla bağlı sosial şəbəkələrdə çox sayda paylaşımlar edilir. Qeyd olunur ki, DİN əməkdaşları mənzilin kimin adına olduğunu və s. soruşur. Bu vəziyyət paytaxt sakinlərinin bəziləri arasında narahatlığa səbəb olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bu sorğuların nə üçün aparılması məsələsinə aydınlıq gətirib:
“Yaşayış sahələrində kriminal vəziyyətin diqqətdə saxlanılmasına, yaxud tam aradan qaldırılmasına xidmət edən profilaktik tədbirdir. Daha təfərrüatlı sakinlərin təhlükəsizliyinə xidmət edir. DİN-dən polisə göstəriş verilib ki, inzibati ərazidə kim yaşayır bilsin, qeydiyyatı olmayan şəxslərin qeydiyyat məsələləri həll edilsin. Başqa sözlə, bu evlər, kriminal vərdişlərin alətinə çevrilməsin”, - deyə DİN rəsmisi bildirib.
"Əmək pensiyaları haqqında” Qanuna əsasən, beş və daha çox uşağı olan qadınlar və kişilər 5 il daha tez pensiyaya çıxırlar. Bu qanuna görə, 5 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunurlar. Bəs, həmin ailələrə aylıq sosial müavinət ödənilməlidirmi?
Bu sualı millət vəkili Vüqar Bayramov cavablandırıb.
"Sosial müavinətlər haqqında” Qanuna əsasən beşdən çox uşağı olan ailələr üçün aylıq müavinət müəyyənləşir. Yəni həmin ailələr hər uşağa görə ayda 105 manat müavinət alırlar. Uşağın 18 yaşı tamam olan ayın sonunadək ödəniş həyata keçirilir. Əgər ailənin bu müavinətlə bağlı məlumatı olmayıbsa, o zaman müraciət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanmış müavinətləri də ala bilir.
Sözügedən iki qanunverici aktlara diqqət yetirəndə sosial müavinətlər beşdən çox, pensiyada güzəşt isə beş uşağı olan ailələrə şamil olunur. Yəni beş uşağı olan ailələr pensiyaya daha tez çıxa bilsələr də, sosial müavinət almaq hüququndan yararlana bilmirlər. Bu baxımdan, "Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi və müavinət almaq hüququnun beşdən çox deyil, beş və daha çox uşağı olan ailələrə şamil olunması məqsədəuyğun olardı”, - millət vəkili qeyd edib.
O bildirib ki, əhalinin sonuncu siyahıya alınmasına görə, ölkədə 16 min 169 ailə çoxuşaqlı hesab olunur:
"Onlardan 1524-ü 9 və daha çox uşaqlı, 1748-i 8 uşaqlı, 3565-i 7 uşaqlı və 9332-i 6 uşaqlı ailələrdir. Azərbaycanda 23 min 150 ailədə övlad sayı 5 nəfərdir. Eyni zamanda, 4 və daha çox uşaqlı ailələr 110.4 min, 3 uşaqlı ailələr 256.3 min, 2 uşaqlı ailələr 557.8 min, 1 uşaqlı ailələr 423.0 mindir.
Bu isə o deməkdir ki, "Sosial müavinətlər haqqında” Qanunun "Əmək pensiyaları haqqında” Qanunun sözügedən maddəsinə uyğunlaşdırılması 23 mindən çox ailəinin ayliq müavinət almasına imkan yarada bilər”.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 1 və 2 martda əlavə qatar reysləri təyin edir.
Yol-xeber.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.
"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz",- deyə məlumatda qeyd edilib.