Rusiyada daşınmaz əmlak bazarının azərbaycanlı “kralları” - SİYAHI

Rusiyada 2024-cü ilin daşınmaz əmlak “krallarının” reytinqi elan olunub və azərbaycanlı iş adamları siyahıya başçılıq edirlər.

reytinqi "Forbes"in rus versiyası elan edib.

Siyahı 2024-cü ilin nəticələrinə əsasən dərc edilib.

Buraya daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edən iş adamları daxil edilib və Azərbaycan əsilli sahibkarlar ilk sıralardadırlar.

Reytinq cədvəlində ilk onluğa aşağıdakı iş adamları liderlik edir.

1. Əslən azərbaycanlı olan iş adamları Qod Nisanov və Zaxar İliyevə məxsus "Kiyevskaya ploşad”. İllik icarə gəliri: 2 milyard dollar;
2. Samvel Karapetyan, “Taşir” - 685 milyon dollar;
3. Mixail və Sait-Salam Qutseriyevs, “Safmar” - 490 milyon dollar;
4. Tara ailəsi, "Enka" - 335 milyon dollar;
5. Aleksandr Klyaçin, "Gleden İnvest" - 315 milyon dollar;
6. Pavel Vaşenko və Valeri Mixaylov, "Riverstretch Trading & Investments" - 295 milyon dollar.
7. Araz Ağalarov, “Crocus Group”- 245 milyon dollar;
8. Vladimir və Feliks Yevtuşenkov, AFK Sistema - 240 milyon dollar.

Qeyd edək ki, İliyev və Nisanovun şirkətinin 2 milyon 591 min kvadratmetr kommersiya daşınmaz əmlakı var. Bura 148 min kvadratmetr ofis sahəsi, 320 min kvadratmetr anbar sahəsi, 1550 nömrəli hotel, 1 milyon 39 min kvadratmetr sahəsi olan “Food City” ticarət mərkəzi və 180 min kvadratmetr sahəsi olan “Evropeysky” ticarət mərkəzi daxildir.

Bu marşrut xəttində avtobuslar yenilənəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 184 nömrəli müntəzəm marşrut xətti üzrə müsabiqə keçirib.

"Yol-xeber.az" agentliyə istinadən xəbər verir ki, müsabiqədə “General Auto Company” MMC qalib gəlib.

Sabahdan 184 nömrəli marşrut üzrə sərnişinlərin daşınması 13 müasir və komfortlu avtobusla yerinə yetiriləcək. Avtobusları Yeni Suraxanı qəsəbəsinin Dəmiryol stansiyasından başlamaqla yeni sxem üzrə fəaliyyət göstərəcək. Məqsəd vətəndaşların Yeni Suraxanı qəsəbəsindən “Koroğlu” və “Ulduz” metrostansiyaları istiqamətində gedişlərini asanlaşdırmaqdır.

Marşrut üzrə gediş haqqı 0,5 manat təşkil edir və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

"Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmət keyfiyyətinin və əlçatanlığın artırılması, təhlükəsizliyin və marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır", - deyə AYNA bəyan edib.

Bu küçədə maşın saxlamaq 40 manata bərabərdir - Sürücülərin nəzərinə

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, 11 A ünvanında yerləşən taksi dayanacağı, yol kənarında fəaliyyət göstərən obyekt sahibləri üçün ciddi problemlər yaradır.

Sahibkarlar bildirirlər ki, bu ərazidə "taksi dayanacağı" işarəsi yerləşdirildikdən sonra həmçinin yerdə parklanma xətləri olsa da, onlara və müştərilərə hər gün cərimələr tətbiq edilir.

Onların sözlərinə görə, həmin nişan 5 il əvvəl quraşdırılıb, amma bu yer taksi dayanacağı üçün uyğun deyil və burada heç vaxt taksinin dayanmasını görməyiblər. Müştəri gəldikdə isə dərhal 40 manat cərimə tətbiq olunur. Bu kimi hallar dəfələrlə təkrarlanıb. Sahibkarlar əlavə edirlər ki, bu səbəbdən nə sifariş qəbul edə bilirlər, nə də mal satışı həyata keçirə bilirlər.

Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, sözügedən məsələ ilə bağlı əraziyə baxış keçiriləcək.

Yerdə parklanma xətləri olduğu halda niyə görə yol boyu avtomobili park edənlərə cərimə yazılır?

Məsələ ilə bağlı BŞDYPİ-nin əməkdaşı Rüstəm Əhmədli qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinə əsasən, taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitəsinin dayanması və durması qadağandır. Bu kimi qaydaları pozan sürücülərə 40 manat cərimə nəzərdə tutulub. /Milli.Az

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

“Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanuna nəzərdə tutulan dəyişikliyə əsasən işğaldan azad olunan ərazilərdə məskunlaşanların təhsil haqqını dövlət ödəyəcək.

Bununla bağlı qanunun 14.8-1.9 maddəsinə dəyişiklik nəzərdə tutulur.

Qanuna təklif olunan dəyişikliyə əsasən işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin, eyni zamanda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Bu qanun 2025-ci il sentyabrın 15-dən qüvvəyə minəcək.

Qanun birinci oxunuşda müzakirə olunaraq qəbul olunub.

Söküntüdən sonra o qiymətə ev ala bilmirlər – Milli Məclisdə TƏKLİF

“Ölkəmizdə, xüsusən də Bakı şəhərində ciddi sökünütülər aparılır və ya aparılacaq. Hər bir söküntüdən sonra onlarla narazı vətəndaş əmələ gəlir və bu narazılığın bir neçə səbəbləri var. Bəzilərinin yaşayış sahəsi kiçik oluğu üçün verilən kompensasiya ilə ev ala bilmir deyə narazılıq edir, bir qrup həmin ərazidə bazar qiymətləri ilə kompensasiya tələb edir, digər qrup isə iki-üç dəfə şişirdilmiş qiymətlərlə pul tələbi qoyur. Nəticə isə üç tərəfə - dövlət orqanlarına, vətəndaşlara və sahibkarlara - problem yaradır. Yüzlərlə narazılıq edən vətəndaşlar, sahibkarlar və qapısı döyülən dövlət orqanları var. Onların parlamentdən də gözləntiləri var”.

Bunu deputat Razi Nurullayev parlamentdə deyib.

O, köçürmələrin yaratdığı “ən böyük problem”dən danışıb. “Köçürülən insanlar aldıqları kompensasiya ilə şəhər kənarlarında bir və ya ailə üzvlərinin təlabatına görə bir neçə yerdə torpaq alıb ev tikir. Bu evlər də, əsasən zəbt edilmiş, sənədsiz və infrastrukturu olmayan ərazilərdə həyata keçirilir. Hansı mənzərə ilə üzləşirik? Bakıda söküntü aparıb onu abadlaşdırır, gözəlləşdirir, rahat infrastruktur yaradırıq, 5-10 kim kənarda isə ciddi problemlər yaradır və sanki minalar basdırılır. Qaz, su, işıq, yol, yağış-qar yağanda su altında qalmış evlər və dövlətdən kömək tələb edən vətəndaşlar”, - deputat qeyd edib.

Yaranmış vəziyyətdə həll yollarını təklif edən deputat bildirib ki, qanunvericilik səviyyəsində problemin həllinə töhfə verək: “Söküntü aparılan ərazilərdə heç bir kənar hüquqi müdaxilə və ya izaha yol açmayan birmənalı dəyişikliklərə gedək. İstər dövlət söksün, istər sahibkar, fərq etmədən söküntü aparılan ərazilərdə vətəndaşlara yalnız ev və kommersiya obyekti təklif edilsin. Əgər söküntü infrastruktur, park və digər dövlət məqsədəri üçün tikilirsə, elə həmin ərazidə vətəndaşlara ya ev tikilib təqdim olunsun, ya da onlara hazır evlər alınıb verilsin. Doğurdan da təqdim olunan kompensasiya ilə söküntü aparılan ərazilərdə və yaxın yerlərdə o qiymətlərə ev almaq mümkün olmur.

Bununla yanaşı, söküntü ərazilərində qanundankənar hərəkətlərə yol verən vətəndaşlar və sahibkarlarla bağlı icrası məcbur məhkəmə qərarları verilsin və bu sahədə məhkəmə çəkişmələrinin uzun müddətli olmasının qarşısını almaq üçün də lazımdırsa, qanunvericiliyə dəyişikliklər edək. Ümid edirəm ki, bu məsələ ilə bağlı ciddi müzakirələr apara və məsələnin ədalətli həll yolunun tapılmasına töhfə verə bilərik.
Ümumiyyətlə, kompensasiyaların verilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarına ya ayrıca bəndlər, ya da fəsil əlavə edə bilərik”.

Əlilliyi olan şəxslərə yeni güzəştlər olacaq - Qərar

Milli Məclis əlilliyi olan şəxslərə yeni güzəştlərin edilməsi ilə bağlı dəyişikliyi son oxunuşda qəbul edib.

Bununla bağlı parlamentin bugünkü plenar iclasında “Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz vergi tutulacaq. Həmçinin onların əl işlərinin satışını həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əlilliyi olan şəxslər orada qeydiyyatdan keçəcəklər.

Əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. Bununla bərabər, portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.

Qanun layihəsinə görə, əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.

Dəyişikliklər səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Xocalı, Xankəndi, Şuşa və Sus kəndində ilk dəfə buraxılış imtahanı keçiriləcək

Xankəndi şəhəri 4 N-li, Xocalı və Şuşa şəhəri 1 N-li tam orta məktəblərdə, Laçın rayonu Sus kənd tam orta məktəbində ilk dəfə buraxılış imtahanı keçiriləcək.

Bu barədə sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, martın 2-də işğaldan azad olunmuş Ağdərə, Şuşa, Laçın, Xankəndi və Xocalı rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Bundan əlavə, Laçın rayonu 2 N-li tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Ağdərə rayonu Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçiriləcək. Bu məktəblərdə buraxılış imtahanları artıq ikinci dəfə təşkil edilir.

İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 7 binada təşkil olunacaq. İmtahanın idarə olunmasına 7 bina nümayəndəsi və 7 imtahan rəhbəri cəlb olunub.

Ümumilikdə işğaldan azad olunmuş rayonlardakı imtahanlarda 45 şagirdin iştirakı nəzərdə tutulub. İmtahan binalarına DİM əməkdaşları tərəfindən əvvəlcədən baxış keçirilib və lazımı hazırlıqlar görülüb.

Qeyd edək ki, martın 9-da isə Zəngilan rayon Ağalı Kənd tam orta məktəbində, Füzuli şəhər M.Uluqbəy adında 1 nömrəli tam orta məktəbdə və Cəbrayıl şəhər M.Mehdizadə adına şəhər tam orta məktəbində (bu məktəbdə ilk dəfədir) buraxılış imtahanı keçiriləcək.

Bu yollarda təmir gedir - Sürücülərin nəzərinə!

Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində və Yasamal rayonu, Moskva prospektində yolda aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Qeyd edilən yollardan metronun “Koroğlu” stansiyası və “Xırdalan” dairəsi istiqamətlərində hərəkət edən nəqliyyat vasitələrinin sürücülərindən diqqətli olmaları tövsiyə edilir.

Saleh Məmmədov: Bu gün Azərbaycan Ümummilli Liderin ideyaları əsasında  inkişaf edir » qanuninfo.az

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, əməkdar mühəndis Saleh MəmmədovAzərbaycanın inkişafında böyük rolu olan, yolların gözəlləşməsi və infrastrukturun müasirləşməsində başlıca qüvvədir.

1 mart 1958-ci ildə anadan olan Saleh Məmmədov, həyatı boyunca hər zaman ölkənin yol şəbəkəsini daha mükəmməl hala gətirmək üçün çalışmış, müxtəlif dövrlərdə əldə etdiyi böyük təcrübəni Azərbaycanın avtomobil yolları sahəsində tətbiq edərək, bu sahəni dünya standartlarına uyğunlaşdırmaq üçün mühüm addımlar atmışdır.

Saleh Məmmədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri olaraq, ölkənin yol infrastrukturunun yenidən qurulmasında, müasir avtomobil yollarının inşasında və köhnə yolların təmirində mühüm rol oynamışdır. Yolların estetik gözəlliyi və funksionallığı, həmçinin qısa müddət ərzində təmir və yenidən qurulmuş yeni nəqliyyat marşrutları onun rəhbərliyi altında həyata keçirilmişdir.

Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə  tanış olub - FOTOLAR

Saleh Məmmədovun rəhbərlik etdiyi dövrdə, Azərbaycanın bütün bölgələrində avtomobil yolları əsaslı şəkildə yenilənmiş, yeni yollar çəkilmiş və bütün bu layihələr Azərbaycanın iqtisadiyyatının inkişafına töhfə vermişdir. Azərbaycanın qüruru olan avtomobil yolları, həm də beynəlxalq əlaqələri gücləndirən mühüm infrastruktur elementləri arasında yer alır. Azərbaycanın ümumi yol şəbəkəsi, həm region daxili, həm də beynəlxalq nəqliyyat əlaqələrində daha da möhkəmlənmiş, dünya standartlarına cavab verən keyfiyyətli yolların sayı artmışdır.

Saleh Məmmədovun rəhbərliyi ilə həyata keçirilən layihələr arasında işğaldan azad edilmiş rayonlarda dünya standartlarına uyğun yüksək keyfiyyətli yolların inşası xüsusi əhəmiyyət kəsb edir. Həmçinin İlham Əliyevin rəhbərliyi ilə verilən tapşırıqlar çərçivəsində, yeni yolların çəkilişimövcud yolların təmiri uğurla həyata keçirilmiş, bu layihələrin həyata keçirilməsi nəticəsində regionların sosial-iqtisadi inkişafına mühüm töhfələr verilmişdir.

Saleh Məmmədovun mühəndislik sahəsindəki təcrübəsi, onun ölkənin avtomobil yol şəbəkəsini daha yüksək səviyyəyə qaldırmasına imkan vermişdir. Azərbaycanın hər bir kəndindən şəhər və rayonlarına qədər yol infrastrukturu inkişaf etməkdədir, və hər bir yeni yol layihəsi onun rəhbərliyi ilə daha effektiv və keyfiyyətli şəkildə reallaşır.

Bundan başqa, Saleh Məmmədov həm də ilham verən bir lider olaraq, çox sayda gənc mühəndis və ixtisas sahiblərinin yetişməsinə və bu sahədə fəaliyyət göstərməsinə şərait yaradıb. Peşəkarlıq, liderliktəşkilatçılıq qabiliyyəti, onu Azərbaycanın yolları üzrə ən mühüm şəxslərindən biri halına gətirib.

Bununla yanaşı, Saleh Məmmədovun şəhid ailələri və qazilərimizə də göstərdiyi diqqət və dəstək diqqət çəkir. Onun rəhbərlik etdiyi Agentlik, təkcə yol infrastrukturunun inkişafı ilə məşğul deyil, eyni zamanda müharibə əlilləri və şəhid ailələrinin sosial rifahını artırmaq üçün müxtəlif təşəbbüslərə imza atmışdır. Saleh Məmmədovun şəhidlərimizin ailələri və qazilərimizlə birgə olmağı, onların ehtiyaclarını qarşılamaq üçün həyata keçirdiyi addımlar dövlətin humanitar siyasətinin bir hissəsi kimi önəmli yer tutur.

Bundan əlavə, Saleh Məmmədov bölgələrdə tez-tez vətəndaş qəbulunu təşkil edərək, yerli sakinlərin qarşılaşdıqları problemləri birbaşa dinləyir və onların həlli üçün müvafiq addımlar atır. Bu qəbul prosesləri, vətəndaşların müraciətlərinə sürətli və effektiv cavab verilməsini təmin edir, həmçinin dövlətin vətəndaşla birbaşa əlaqəsini gücləndirir. Hər bir vətəndaşın problemlərinə diqqətlə yanaşılması və onların təkliflərinə dəyər verilməsi, dövlətin şəffaflıq və vətəndaş məmnuniyyətini artırmaq istiqamətindəki siyasətinin əsasını təşkil edir.

Ad Günü Təbriki:

Bugün Saleh Məmmədovun ad günüdür, və Yol-Xeber.az rəhbərliyi və kollektivi olaraq, ona uzun ömür, möhkəm cansağlığı və daha yeni uğurlar arzulayırıq.

Saleh Məmmədov: Əbədi yaşayacaq qələbəmiz » Xezerinformasiya.com

Əziz Saleh müəllim, Azərbaycanın hər bir yolunun gözəlləşməsində və inkişafında göstərdiyiniz xidmətlər, ölkəmizin gələcəyinə yönəlmiş ən böyük töhfələrdən biridir. Sizin sayənizdə, Azərbaycanın yolları yalnız ölkəmizin inkişafını deyil, həm də beynəlxalq əlaqələrini daha da gücləndirən gözəl bir simvola çevrilmişdir.

Bugün, bu böyük uğurlarınızı qeyd edərkən, həm də sizin ömrünüzün bu şərəfli yolda göstərdiyiniz fədakarlığı unutmaq olmaz. Azərbaycanın yollarının inkişafı və mükəmməl bir gələcək qurulması üçün gördüyünüz hər bir işin əhəmiyyəti təkcə bu günlə məhdudlaşmır, uzun illər boyu xalqımıza xidmət edəcəkdir.

Yol-Xeber.az komandası olaraq, Saleh Məmmədova ad günündə ən xoş arzularımızı bildirir, ona daha uzun illər Azərbaycanın inkişafına xidmət etməyə davam etməsini diləyirik.

Ad gününüz mübarək, Saleh müəllim!

Gəncədən Şuşaya ilk avtobus reysi yola düşdü

Gəncə şəhərindən Şuşa şəhərinə ilk avtobus reysi yola düşüb.

Gəncə Beynəlxalq Avtovağzaldan hərəkət edən avtobusun ilk sərnişinləri şəhid ailələrinin üzvləri və Vətən müharibəsinin iştirakçıları olub.

Qeyd edək ki, reyslər Gəncə Beynəlxalq Avtovağzalından hər gün saat 08:00-da, Şuşa şəhərindən Gəncəyə isə 14:45-də həyata keçiriləcək.

Gəncə-Şuşa-Gəncə reysi üzrə bir istiqamət üçün biletin qiyməti 6,20 manat təşkil edir. Bu reys üzrə Tərtər, Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələr olaraq müəyyən edilib. Gəncə-Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 5,20 manat, Gəncə-Xankəndi 5,70 manat, Tərtər-Xocalı 2,40 manat, Tərtər-Xankəndi 2,80 manat və Tərtər-Şuşa aralıq məntəqəsi üçün biletin qiyməti 3,30 manatdır.

Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar. Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

Xəbər lenti