![]() |
|
Nazirlər Kabineti "Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi" Qaydasını təsdiq edib. Yeni sənəd rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydasını və şərtlərini müəyyən edir.
Milli.Az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial şəbəkə hesabında fikirlərini bölüşüb.
O bildirib ki, sənədə əsasən, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına 250 manat məbləğində aylıq pul kompensasiyası ödənilir: "Qaydaya əsasən, rotasiya olunanla birgə yaşayan hər bir ailə üzvü üçün bu 125 manat ödəniləcək. Əmək Məcəlləsinə əsasən, işğaldan azad edilmiş ərazilərində qulluq keçmək üçün rotasiya olunanlara ödənilən kompensasiyalara 1,5 əmsal tətbiq edilir, yəni, aylıq 375 manat ödənilir.
Rotasiya olunanlara minimum aylıq əməkhaqqının 3 misli məbləğində, yəni 1200 manat birdəfəlik ödənişin verilməsi də nəzərdə tutulur. Bu vəsait köç və digər zəruri xərclərin ödənilməsi məqsədilə verilir.
Yeni qaydanı keyslər üzərindən izah edək: Birinci halda, Sumqayıt şəhərində qeydiyyatda olan dövlət qulluqçusu rotasiya qaydasında Bərdə rayonunda işini davam etdirir və onun ailəsinin 4 üzvü var. Bu zaman həmin şəxsə 1200 manat birdəfəlik ödəniş və 625 manat (250 manat + 125 manat X 3) aylıq kompensasiya ödənilir. Bu kompensasiya maaşdan əlavə ödənilən vəsaitdir".
"İkinci halda, Sumqayıt şəhərində qeydiyyatda olan dövlət qulluqçusu rotasiya qaydasında Füzuli şəhərində, yəni işğaldan azad olunan ərazimizdə işini davam etdirir. Bu halda həmin şəxsə 1200 manat birdəfəlik ödəniş və 937.5 manat (250 manat + 125 manat X 3 X 1.5) aylıq kompensasiya ödənilir. Bu kompensasiya da maaşdan əlavə ödənilən puldur.
Qeyd edək ki, kompensasiyaların verilməsində əsas məqsəd dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rotasiya prosesinə marağın artırılması və dövlət qulluqçularının yaşadığı inzibati ərazi vahidindən kənarda qulluq keçməyə həvəsləndirilməsidir", - deyə V. Bayramov əlavə edib.
Qusarın Laza kəndində sakinlər istiliklərini qaz sobası ilə təmin etdikləri üçün bir maşın oduna 500-600 manat pul ödəyirlər.
Qışda sular donduğundan su ehtiyatları vedrələrlə təmin edilir.
Şəraitsizlik gəncləri Lazanı tərk etməyə vadar edib. Məktəb isə yalnız ibtidai sinifdən ibarətdir.
İbtidai sinfi bitirən şagirdlər dərsə başqa kəndlərdəki məktəblərə gedirlər.
Bütün çətinliklərinə rəğmən o, bir qış nağılını xatırladır. Hələ buz bağlayan Qoşa Şəlalə isə bu nağılın içində lap füsünkar görünür.
Ətraflı “İTV Xəbər Yekun”un reportajında:
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Bakıda yolların buz bağlaması səbəbindən ötən gecə bir neçə yük avtomobili yolda qalıb.
Bu barədə Yol-xeber.az-a NİİM-dən məlumat verilib.
Bu gün və qarşıdakı günlərdə yolların buz bağlaması ehtimalı ilə mərkəz yük maşınlarının sürücülərinə xəbərdarlıq edib:
“Müşahidələr göstərir ki, havanın qarlı və yollarda buzlaşmanın olduğu gündən bu vaxta qədər Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti və Bakı dairəvi yolunda daha çox yük avtomobillərinin hərəkətində problemlər yaranır. Əksər hallarda hərəkət mümkünsüz olduğundan (nəqliyyat vasitələri sürüşdüyündən) qəzalar baş verir, bu avtomobillər yollarda qalır və nəqliyyat sıxlığı yaranır. Belə nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl yolların buz bağlayacağını nəzərə almalı və nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirməlidirlər”.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına xəbərdarlıq edib.
Bu barədə Yol-xeber.az-a İdarədən məlumat verilib.
Bildirilib ki, hazırda ölkə ərazisində şaxtalı hava hökm sürür:
"Gecə saatlarından başlayaraq hərəkət iştirakçılarının təhlükəsizliyi üçün zəruri tədbirlər görülür, yolda qalan sürücülərə köməklik göstərilir, maarifləndirmə işi aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havanın davam edəcəyini nəzərə alaraq, bir daha sürücülərdən mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi, yola hazırlıqsız çıxmamağı, səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı xahiş edir".
Yol polisinin xəbərdarlığında qeyd edilib ki, təchizatı kritik hava şərtlərinə cavab verməyən, xüsusilə şinləri normativ tələblərə uyğun gəlməyən avtomobillərin qarlı, buzlu yollarda istismarı digər sürücülər üçün əlavə çətinliklər yaradır:
"Bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə səbəb ola bilər".
Qış mövsümünün sərt hava şəraitinə baxmayaraq, 19 Saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC Şamaxı rayonunda yolların təhlükəsizliyini təmin etmək üçün yorulmadan çalışır. Güclü qar yağışından sonra yolların hərəkət üçün açıq saxlanması, nəqliyyatın fasiləsiz davam etməsi üçün böyük səylər göstərilir.
Bu çərçivədə bütün yollar qardan təmizlənir, buzlaşmanın qarşısını almaq üçün yollara qum-duz qarışığı səpilir və nəqliyyat vasitələrinin maneəsiz hərəkət etməsi üçün mütəmadi nəzarət həyata keçirilir. Şamaxı rayonunun çətin relyef şəraitinə baxmayaraq, yolların açıq saxlanması, sakinlərin rahatlığı üçün ciddi səylər göstərən MMC rəhbərliyi və əməkdaşları yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirirlər.
Bu ağır və məsuliyyətli işin öhdəsindən peşəkarlıqla gələn 19 Saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbərliyinə və işçi heyətinə Yol-xeber.az redaksiyası adından dərin təşəkkürümüzü bildiririk. Onların yorulmaz zəhməti sayəsində sürücülər və piyadalar yolları təhlükəsiz şəkildə istifadə edə bilirlər.
Sizin fədakarlığınız qışın sərt üzünə qarşı ən böyük qalxandır! Minnətdarıq!
Asəf İsgəndərli “Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinə rəis təyin edilib.
Bu barədə "Yol-xeber.az" QSC-yə istinadən xəbər verir.
A. İsgəndərli 1990-cı ildə anadan olub. 2008-2012-ci illərdə Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Maliyyə ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə həmin fakültədə Maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb. 2013-2017-ci illərdə Qafqaz Universiteti və Bakı Mühəndislik Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, 2017-2025-ci illərdə “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC-də və “Azərsun Holdinq” MMC-də maliyyə sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Həkim terapevt Abbasova Məlahət bildirdi ki, Ramazan ayında insanın ac qalmasının orqanizmə xeyirləri var: "Yəqin ki aclıqla müalicə eşitmisiniz. Ramazan bayramında da ac qalarkən bədənimizdə müəyyən proseslər gedir. Belə ki, bədənimizdəki artıq, orqanizmə ziyan verən maddələr xaric olunur, orqanizm özünü təmizləyir. Aclıq zamanı bədəndə baş verən reaksiyalarla köhnə hüceyrələr məhv olur və bədən hüceyrələri yenilənir. Onu da qeyd edim ki, Ramazan ayında tutulan oruc bəzi iltihabi, şəkərli diabet xəstliklərinin profilaktikasi kimi müsbət təsir göstərir".
Orucluq ayında gün boyu enerjili qalmaq istəyirsənsə...
Valyuta.az məlumatına görə, həkim terapevt deyir ki, enerji bitməsində insanın istəyindən çox nüans asıllıdır: "Ac qaldığımız müddətdə enerjinin daha çox düşməməsi üçün bəzi addımlar atmaq olar. Bu müddətdə tez hazırlanan qida məhsullarından istifadə etmək yanlış olardı. Enerjili qalmağın ən yaxşı üsullarından biri evdə hazırlanan yeməklərlə qidalanmaq, çoxlu meyvə- tərəvəzə üstünlük vermək olar. Səhər yumurta ilə qidalanmaq gün boyu tox tutmağa kömək edər və enerjimizi saxlayar. Axşamlar isə çox ağır olmayan ət xörəklərinə üstünlük verilməsi sağlamlıq və enerji baxımından çox əhəmiyyətlidir. Ən önəmlisi ilə insan orqanizmi mayedən əksik qalmamalıdır. Yəni orucu açdığınız müddətdə bol maye qəbul edin. Bəzi yaşlı insanlar, hamilə qadınlar, müalicə olunan insanlar oruc tutmaya bilər. Burada sağlamlıq faktoru da önəmli rol oynayır. Digər insanların Ramazan ayında oruc tutması sağlamlıq baxımından da məsləhətlidir".
Qış mövsümünün sərt hava şəraiti yolların təhlükəsizliyi və nəqliyyatın fasiləsiz hərəkəti üçün ciddi maneələr yaradır. Bu çətinliklərin qarşısının alınması məqsədilə 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansında olan Şamaxı rayonunun Nərimanov küçəsində operativ və genişmiqyaslı yol təmizləmə işləri görülür.
Bu proses çərçivəsində yolların qardan təmizlənməsi, sürüşmənin qarşısının alınması üçün xüsusi qum-duz qarışığının səpilməsi və nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin edəcək digər profilaktik tədbirlər həyata keçirilir. Yol istismar briqadaları gücləndirilmiş iş rejiminə keçərək, qısa müddət ərzində yolları qar və buzlanmadan təmizləyir, hərəkətin təhlükəsizliyini təmin edir.
Xüsusilə qeyd etmək lazımdır ki, qış aylarında yolların təmiz saxlanılması təkcə nəqliyyat vasitələri üçün deyil, həm də piyadalar üçün təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Aparılan təmizləmə və duz-qum qarışığı səpmə işləri nəticəsində həm piyadaların, həm də sürücülərin rahat və təhlükəsiz hərəkəti üçün lazımi şərait yaradılmışdır.
Görülən operativ və yüksək səviyyəli işlərə görə "Yol-xeber.az" saytının rəhbərliyi və kollektivi adından 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk. Onların qış aylarında fədakarlıq göstərərək gecə-gündüz, yorulmadan çalışmaları, yolların təhlükəsizliyini təmin etmək istiqamətində gördükləri işlər yüksək qiymətləndirilməlidir.
Bu kimi operativ tədbirlərin davamlı olaraq həyata keçirilməsi həm vətəndaşların rahatlığını təmin edəcək, həm də qış aylarında yol-nəqliyyat hadisələrinin sayının azalmasına mühüm töhfə verəcəkdir. Şamaxı rayonunda aparılan bu uğurlu işlərə görə əməyi keçən hər kəsə təşəkkür edirik və onların bu fədakar fəaliyyətlərini alqışlayırıq!
Ramazan ayının başlama tarixi
Bu gün Ramazan ayı başlayıb.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlaması münasibətilə fətvasında bildirilib ki, martın 1-i Ramazan ayının ilk günüdür.
Niyyət gecəsi nə vaxtdır?
Niyyət gecəsi fevralın 28-dən martın 1-ə keçən gecəyə təsadüf edir.
Ramazan və Novruzun üst-üstə düşməsi
Fətvada deyilir ki, builki Ramazan xalqımızın qədim bayramı Novruz günlərinə təsadüf edəcək, şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır.
Fitrə zəkatının məbləği nə qədər olmalıdır?
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev APA-ya açıqlama verib: “Ən çox istifadə olunan ərzağın 3 kiloqramı dəyərində adambaşına fitrə zəkatı çıxarılmalıdır. Bunu maddi imkana görə yoxsullar və imkanlılar ayırmalıdır. Minimum məbləğ də düşünülə bilər. Ancaq maddi durumu yaxşı olan insanlar bunu minimum yox, orta və ya yuxarı məbləğdən götürsə, yaxşıdır”.
İlk Qədr gecəsinin vaxtı
Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni martın 18-nə təsadüf edəcək.
Digər Qədr gecələrinin tarixləri
Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) Qədr gecələri olacaq.
Ramazan ayının bitmə tarixi
Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.
Bu il Novruz və Ramazan bayramları ilə əlaqədar 12 qeyri-iş günü olacaq
Qeyd edək ki, bu il Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 12 qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. 8 Mart - Beynəlxalq Qadınlar günü şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 10 mart qeyri-iş günü olmalı idi. Bundan başqa, 30 mart Ramazan bayramı bazar gününə düşdüyündən 1 aprel qeyri-iş günü sayılmalıydı. Beləliklə, 29 və 30 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyindən, bu il Novruz və Ramazan bayramlarında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.