Bu şəxslər 4000 manatadək cərimə oluna bilər

Avtomobildən bayıra hər hansı əşya, tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq.

Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə otuz manat məbləğində cərimə edilir.

Layihəyə əsasən, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Qatar vaqonlarının pəncərələrindən zibil atanlar cərimələnəcək 

Qatarların vaqonlarının pəncərələrindən zibil atanlarla üçün cərimələr 16 dəfədən çox artırılır.
Bu məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə otuz manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə beş yüz manat məbləğində cərimə ediləcək.

Hazırda stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə on beş manat məbləğində cərimə edilir. Bu cərimənin məbləği 200 manata qaldırılır.

Dəmir yoluna hər hansı əşya atmağa görə tətbiq olunan 30 manat məbləğində cərimə də 200 manata qaldırılır.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Universitetlər distant təhsilə keçir?

 

Noyabrn 11-22 tarixlərində Bakıda keçiriləcək COP-29 ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələrində distant formada təhsilə keçid ediləcək. Nazirlər Kabinetinin “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, peşə, orta ixtisas və ali təhsil pillələri üzrə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiq ediləcək.

COP29 konfransının başlanmasına az bir müddət qaldığını nəzərə alsaq, universitetlərdə distant təhsilə keçidlə bağlı hansı işlər görülüb?

Trend məsələ ilə bağlı universitetlərə sorğu ünvanlayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) mətbuat katibi Nicat Abdullayev bildirib ki, universitetin bundan öncə onlayn təhsillə bağlı mütəşəkkil bir təcrübəsi var.

"COP29 konfransı zamanı təhsilin onlayn rejimə keçməsi ilə bağlı AZMİU-da müəyyən işlər görülüb. Bununla bağlı tələbələr məlumatlandırıb, kafedralara tapşırıqlar verilib. Noyabr ayının 12-dən 22-dək universitetdə onlayn tədris təşkil olunacaq. Tədrisin təşkili ilə bağlı heç bir problem yoxdur, çatışmazlıqlar aradan qaldırılıb. Kompüteri olmayan müəllimlər kompüterlə təmin edilib. Tələbələrlə fərdi və ümumi söhbət aparılıb, internet imkanı olmayan tələbələr internetlə təmin olunacaq", - deyə o bildirib.

Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva qeyd edib ki, BDU onlayn tədris prosesinə yüksək səviyyədə hazırdır.

"2021-ci ildən BDU-da "Blackboard" rəqəmsal tədris platformasının tətbiqinə başlanılıb. COP29 günlərində onlayn tədris də bu sistem vasitəsilə həyata keçiriləcək", - deyə o əlavə edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova vurğulayıb ki, AzTU artıq pandemiya dönəmindən onlayn tədris təcrübəsini uğurla həyata keçirib.

"Ona görə də düşünürəm ki, universitet olaraq onlayn tədris prosesinə tam hazırıq. Bunun üçün bütün imkanlar mövcuddur", - deyə o bildirib.

Azərbaycan İqtisad Universitetinin (UNEC) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova qeyd edib ki, universitetdə təhsilin distant şəkildə təşkili üçün bütün imkanlar mövcuddur.

"2018-ci ildə UNEC-də "Extern" Mərkəzi yaradıldı. Pandemiya dövründə dərslər onlayn formata keçdiyi zaman UNEC fasiləsiz olaraq dərslərin onlayn təşkil edilməsini "Extern" Mərkəzi tərəfindən təmin etdi. İndi də dərslərin distant şəkildə təşkil edilməsi üçün heç bir maneə yoxdur. Dərslərin distant şəkildə tədrisi üçün bütün lazımi tədbirlər görülüb, şərait yaradılıb", - deyə o bildirib.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib ki,COP29-la bağlı ADU distant təhsilə keçəcək və bununla bağlı heç bir çətinlik yoxdur.

"Yaxın keçmişdə onlayn təhsillə bağlı təcrübəmiz oldu. Universitet bütün maddi-texniki avadanlıqlarla təmin olunub. COP29 konfransı zamanı isə universitet tərəfindən distant təhsil yüksək səviyyədə təşkil olunacaq", - deyə o bildirib.

Bağırov körpüsünü də su basdı - Eldar Əzizov hadisə yerində

Gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq yağması nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov körpüsünün ərazisində subasma qeydə alınıb.

Bakı Şəhər İcra Hakimiyyətindən  verilən məlumata görə, bunun nəticəsində sözügedən ərazidə hərəkət tam dayandırılıb.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və aidiyyəti strukturların rəhbərləri əraziyə gedərək baxış keçirib, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb. 

“Bakı şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır, şəhər ərazisində xüsusi riskli ərazilər müəyyən edilərək aramsız yağan yağışın fəsadları aradan qaldırılır”, - məlumatda qeyd olunub.

 

 

 
Bu istiqamətlərdə maşından istifadə etməyin - DYP-dən çağırış

Yağmurlu hava şəraiti ilə əlaqədar hazırda paytaxtın Nərimanov rayonunda yerləşən "Bağırov körpüsü"nün altında, Sabunçu rayonundakı "Komsomol dairəsi" ərazisində və Xətai rayonu "Nargilə dairəsi" adlanan ərazidə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

"Polis, o cümlədən dövlət yol polisinin əməkdaşları və aidiyyəti qurumların nümayəndələri tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Sürücülərdən xahiş edirik ki, qeyd edilən istiqamətlər üzrə zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər", - deyə müraciətdə bildirilir.

yagintilar-ne-vaxtadek-davam-edecek

“Ölkə ərazisində yağıntılı hava şəraiti gün ərzində tədricən kəsiləcək”.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

O bildirilib ki, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir:

“Müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək”.

Onun sözlərinə görə, oktyabrın 23-ü gündüz və 24-də ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir: “Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək”.

103 illik zəngin ənənəyə malik Polis Akademiyası bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində tarixi inkişaf mərhələsinə qədəm qoyub. Akademiyanın yeni inşa olunmuş 1500 nəfərlik yeni tədris korpusu və yataqxana kompleksinin artıq kursantların istifadəsinə verilməsi məhz Ali Baş Komandanın hərtərəfli diqqətinin əyani təzahürüdür. Görülən son işlər sayəsində asayiş keşikçilərinin hazırlanması üçün Polis Akademiyasında müasir meyarlara cavab verən təhsil prosesinin həyat keçirilməsi məqsədilə infrastruktur təminatı ən yüksək səviyyəyə çatdırılıb, maddi-texniki baza daha da möhkəmləndirilib.
Polis Akademiyasında təhsil alan kursantlar hüquqi biliklərlə yanaşı kriminalistik tədqiqatlar, informasiya təhlükəsizliyi və informasiya texnologiyaları, habelə insan hüquqlarının təminatı, məntiq və yeni dövrün çağırışları ilə səsləşən ixtisaslar üzrə elmi-nəzəri praktiki biliklər qazanırlar.
Müasir texniki və sinxron tərcümə avadanlıqları ilə təchiz edilmiş konfrans zalları beynəlxalq və respublika səviyyəli elmi-praktiki müzakirələrin aparılması, multimedia sistemi və dərslərin operativ təhlilinə imkan verən audio-video nəzarət vasitələri ilə təchiz olunmuş mühazirə zalları isə interaktiv üsullarla dərslərin keyfiyyətinin yüksəldilməsi və təhsilalanların fənnə olan marağının artırılması üçün nəzərdə tutulub. 
Akademiyada informasiya təhlükəsizliyi sahəsində xüsusi biliklərə yiyələnmək üçün geniş imkanlar yaradılıb. Burada təhsilalanlar xüsusi laboratoriyalarda kiberhücumlara qarşı dayanıqlılığın artırılmasının effektiv yollarını araşdırır, şəbəkə təhlükəsizliyi və məlumatların qorunması üsullarını peşəkar müəllimlərin köməyi ilə dərindən mənimsəyirlər. 
Qapalı və interaktiv atıcılıq tirində tapançadan atəş üçün 25 metrlik hədəf sistemləri, 12 nəfərin eyni vaxtda atəş açması üçün kabinələr, elektron hədəf və monitorlar, eləcə də zəruri kommunikasiya qurğuları ilə təchiz edilib.
Kursantlarda güc, çeviklik və dözümlülüyün inkişaf etdirilməsi məqsədilə hər bir yataqxananın və tədris korpusunun kürsülərində müasir avadanlıqlarla təchiz edilmiş idman zalları mövcuddur. 
Hər biri 500 nəfər üçün nəzərdə tutulmuş 1000 yerlik yeməkxana binasında yaradılan hərtərfli şəraitlə kursantların keyfiyyətli qidalanması təmin olunacaq.
Zəruri mebel avadanlıqları ilə təchiz edilmiş 880 yerlik yeni yataqxana binası kursantların yaşaması və növbəti günə hazırlaşmasına xidmət edir. 
Tədris olunan fənlərə uyğun didaktik fondla təmin edilmiş oxu və qiraət zallarında kursantların dərslərə axşam saatlarında da hazırlaşmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, ölkədə və beynəlxalq aləmdə baş verən mühüm ictimai-siyasi və digər hadisələr barədə xəbərləri izləmək imkanı yaradılıb.
İstirahət zonaları isə dərsdən kənar vaxtlarda kursantların açıq havada dincəlməsi, eyni zamanda aktual mövzular ətrafında diskussiyalar aparması üçün nəzərdə tutulub.
Polis Akademiyasının yeni tədris korpusunda ən müasir standartlar əsasında görülən işlər kursantların təhsil səviyyəsi, fiziki gücü, dünyagörüşü və xidmət üçün vacib olan digər keyfiyyətləri ilə peşəkar polis zabiti kimi formalaşmasına vəsilə olacaq. Akademiyanı bitirən yüzlərlə gənc daxili işlər və digər hüquq-mühafizə orqanlarında öz nümunəvi xidmətləri ilə fərqlənməklə ölkəmizin bu gün olduğu kimi gələcəkdə də sabitlik mühitinin qorunmasına və təhlükəsizliyinin təmin olunmasına dəyərli töhfələr bəxş edəcəklər. 

a0b93e8e-5288-4bf3-9aac-7c7b8b72e895

8e55b79c-9d1f-46db-bf9c-2a1e6d447f14

9e1918b9-d456-4081-aded-849859f2e672

cabeccbc-f79e-41cb-8aa3-4e6bd47a64f8

9ef88d98-41d4-45c5-873d-5009b2841739

3245f626-33b0-4fa4-ab01-f47fa7a478d0

394f8f3d-e735-47d3-b3e4-8e10e5392d81

33ae4c75-55f9-4114-9573-cc75ad483523

b67c7021-c9b1-477d-ae61-63cc58b64dd2

ff6317e2-1ea1-4f88-9e89-6a3d726a2bcd

a53c4357-3a7a-4a54-b2aa-fb959486647c

2fe93b33-0582-435d-ab75-f741faeb7eca

6d207835-7245-4188-b174-64838f9e3fcc

0ed9fda2-4367-4c2f-8683-fd6c7f988902

645b77fb-cb9e-4bcb-aed7-e9dc57d45eb0

792b6766-d5b4-478b-a469-740fc3b1230b

e4a699fe-e0bb-4bc4-b29d-b5a211950fad

"Sarıda keçən"lərə xəbərdarlıq - Qəzaların VİDEOSU

İşıqforun sarı və qırmızı işığında keçərək qəzaya səbəb olan sürücülərə xəbərdarlıq edilib.

Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) müraciət yayıb.

"Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə sürücülər barəsində 100 manat və 3 cərimə balı tətbiq edilir", - deyə bildirilib.

Bakının bu ərazilərində yeni parklanma məntəqələri yaradıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda yeni parklanma məntəqələri yaradıb.

Ölkə.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, yenidənqurma işləri çərçivəsində paytaxtın İsmayıl bəy Qutqaşınlı və Qurban Xəlilov küçələrində 5 yeni ödənişli parklanma məntəqəsi istifadəyə verilib.

"Bakı küçələrində aparılan yenidənqurma işləri nəqliyyat axınlarını daha rahat və təhlükəsiz etməyi hədəfləyir" - deyə agentlik bəyan edib.

Jan Klod Van Dammın Qəbələdəki heykəli götürüldü - Səbəb açıqlandı

Dünya şöhrətli amerikalı aktyor Jan Klod Van Dammın Qəbələ rayonunun Vəndam kəndindəki heykəli götürülüb.

Bu barədə məlumatı İqtisadiyyat.az-a kəndin bələdiyyə sədri Asif Həşimov təsdiqləyib.

Onun sözlərinə görə, heykəlin götürülməsi yol çəkilişi ilə əlaqədardır: "Respublika əhəmiyyətli yolun tikintisi ilə əlaqədar olaraq, heykəl oradan götürülüb. Çünki abidə yolun qoruma zolağında yerləşirdi. Buna görə də həmin ərazidən götürülüb və mühafizə olunan yerdə qoyulacaq”.

Qeyd edək ki, Vəndam kəndində məşhur aktyor Jan Klod Van Dammın abidəsi bir neçə il bundan əvvəl ucaldılıb. Abidənin müəllifi məşhur heykəltaraş Azad Əliyevdir. Hollivud ulduzu heykəlinin qoyulmasına görə 2019-cu ildə özünün feysbuk səhifəsi vasitəsilə Azərbaycana təşəkkür edib.

Məlumat üçün onu da bildirək ki, Jan-Klod Van Dammın oğlu Kristofer Van Barenberq 2021-ci ildə azərbaycanlı Suada Hacızadə ilə ailə həyatı qurub. Cütlüyün izdivacı Azərbaycan ictimaiyyətində böyük marağa səbəb olub.

Xəbər lenti