Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Müdafiə Nazirliyindən bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi 17.05.2022-ci il tarixdən 21.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək

Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib.

Daxil olan müraciətdə deyilir:

"Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyindən başlayaraq paytaxt istiqamətində tikinti-bərpa işləri aparılır. Bununla əlaqədar yolun işlərin aparıldığı hissəsində hərəkət tam olaraq məhdudlaşdırılmış, əks hissədə isə 2 tərəfli hərəkət təşkil edilib, təhlükəsizlik üçün əlavə tədbirlər görülmüş, müvafiq nişanlama xətləri çəkilmiş, müvəqqəti yol nişanları quraşdırılıb.

DİN-in Baş DYP İdarəsi xüsusilə həftə sonu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət intensivliyinin artacağını nəzərə alıb, eləcə də son günlər sözügedən avtomobil yolunda baş vermiş ağır yol-nəqliyyat hadisələrinin bir daha təkrarlanmaması üçün sürücülərə müraciət edərək onlardan təmir-bərpa işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, sürət rejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinin tələblərinə ciddi əməl etməyi, ötmə və manevretmə zamanı ehtiyatlı olmağı xahiş edir".

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən növbəti belə tədbir zamanı dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb. Ümumilikdə 40-dan çox sürücü barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.

Sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görülür - YouTube

"Yol-xeber.az" xəbər verir ki, Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sürüşmə zonalarından keçən avtomobil yollarında bir-sıra problemlərə səbəb olur. Bunun qarşısını almaq məsədilə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qabaqlayıcı tədbirlər görülür. 

Belə ki, Quba-Xınalıq yolunda intensiv yağıntılar nəticəsində yola yaxın ərazilərdə aktivləşən sürüşmə nöqtələri müəyyən edilir. Baş verə biləcək sürüşmə nəticəsində torpaq və qaya qruntunun yolun hərəkət hissəsinə tökülərək hərəkətə maneə yaratmasının qarşını almaq üçün öncədən həmin qrunt təhlükəsiz şəraitdə əraziyə dağıdılır. Bununla sürüşmənin fəsadlarına qarşı önləyici tədbirlər aparılır

YOLUNUZ AÇIQ OLSUN...

"Yol-xeber.az" xəbər verir ki, Hacıqabul rayonunun Udulu kəndi ərazisindən keçən Pirsaatçayda sel sularının yuyub dağıtdığı keçid yol bərpa olunub. Hazırda keçid yol üzərindən rahat və təhlükəsiz hərəkətin təmin olunması istiqamətində işlər davam etdirilir. 

Qeyd edək ki, Hacıqabul rayonunun 39 km uzunluğa malik Muğan–Qubalı avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Pirsaatçay üzərində inşa edilən yeni körpüdə işlərin cari il ərzində yekunlaşdırılması planlaşdırılır. 

Bununla da 12 min nəfər əhalinin yaşadığı yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun yenidən qurulması, həmçinin yeni körpünün inşası ilə nəqliyyat əlaqəsi xeyli yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq

YOLUNUZ AÇIQ OLSUN... 

Son günlər yerli KİV-də, eləcə də bir çox sosial platformalarda tez-tez gənclərin otel otaqlarında qeyri-etik görüntüləri tirajlanır. Xüsusilə qadınların bu cür görüntüləri tirajlaması və bunun cəmiyyətin bəzi fərdləri tərəfindən normal qəbul edilməsi təəssüf doğurur. Bu hallar 30-40 il əvvəl yox idi desək, doğru olmaz. Sadəcə o vaxt texnologiya bu qədər inkişaf etmədiyindən cəmiyyət olaraq insanların yataq otağına bir bu qədər “hakim” olunmurdu.

Hətta bəzi hallarda gənclərin və ya ailəli şəxslərin bir başqa qadınlarla (kişilərlə) intim görüntüləri də yayılıb. Bu, heç də yaxşı hal deyil. Bu kimi hallara paytaxtla yanaşı bölgələrdə də rast gəlinir.

Heç kimə sirr deyil ki, Bakıda “masaj salonu” adı altında intim xidmətləri göstərilir. Lakin bu hallarla mübarizə aparmaq üçün vəziyyətdən razı deyil, narazı olanların sayı çox olmalıdır.

Məsələ bundadır ki, bu mövzuda aparılan anonim söhbətlərdə çoxları fahişəxanaların leqallaşdırılmasını dəstəkləsə də, ictimaiyyət qarşısında “mentalitet” deyərək üsyan edir, qəti şəkildə “olmaz” deyirlər.


 

Ancaq bununla açıq mübarizə üçün çətin ki, kimlərsə aidiyyəti qurumlara yardım etsin.

Seksoloq Təhmasib Cavadzadə müsahibələrindən birində qeyd edib ki, fahişəliyin leqallaşması ciddi dəyişikliklərə səbəb olmasa da gənclər ehtiyaclarını qarşılamaq üçün gizli yer axtarmaq məcburiyyətində olmayacaq:

“Hansısa qadınla danışıb, evə gedəndə basqına uğramayacaqlar. Leqal şəkildə seks həyatları olacaq. Qaldı ki fahişələrə, onlar, sadəcə, vərdişdən dolayı bu xidmətləri verirlər. Pul insan üçün şirindir. Bu isə pul qazanmağın ən asan və həzzverici yollarından biridir. Bəzən deyirlər ki, “mən ehtiyac səbəbindən bu yola düşmüşəm”. Xeyr, boş söhbətlərdir. İnsan pul qazanmaq üçün 50 yol tapa bilər. Əgər bunu seçirsə, demək, seks vərdişi onu vadar edir”.

Aidiyyəti qurumlar tərəfindən müəyyən dövrlərdə Bakıda bir neçə əxlaqsızlıq yuvasının aşkarlanaraq ifşa olunduğu və qanunla müvafiq tədbirlərin görüldüyü barədə məlumatlara rast gəlmişik. Lakin bütün bunlara baxmayaraq təəssüf ki, bu cür problemlər hələ də mövcuddur.

Bu cür obyektlərdən gələn bəlaların isə sayı-hesabı yoxdur. Müxtəlif növ dəri xəstəlikləri, yoluxucu xəstəliklər məhz bu tip obyektlərdən yayılmağa başlayır. Bu obyektlər isə kimlərin maraqlarına xidmət edir, o müəmmalıdır.

Məsələ ilə bağlı hansı hotelə və ya digər “obyekt”lərə zəng edirsən, əlaqə saxlayırsan, “zəhmət olmasa yaxınlaşın, üzbəüz danışaq” cavabı alırsan. Hotellər isə müraciət edən şəxslərdən nikah haqqında şəhadətnamə tələb etdiklərini deyirlər.

Bəs, yaxşı, o zaman sosial şəbəkələrdə yayılan bu videogörüntülər necə ortaya çıxır?

Videogörüntülərin bir qismi adsız olsa da, birində məkan olaraq “New Baku Hotel” işarələnib. Oxu.Az-ın əməkdaşı elə həmin hotel ilə əlaqə saxlayıb, məsələyə münasibət öyrənməyə çalışıb. 

Qeydiyyat şöbəsi videogörüntülərin bu hoteldə çəkilmədiyini, lakin sözügedən şəxsin qeyri-müəyyən səbəblərdən tez-tez hotelin adını işarələdiyini bildirdi. 

Bu özü də maraqlı məqamdır, əgər vətəndaşa rəhbərlik tərəfindən irad tutulmursa, buna bir növ “PR” demək də olar, elə deyilmi?

Hotelin baş meneceri Xəzri Rəhimov isə təmsil etdiyi müəssisənin adının bu cür məsələdə hallanmasından təəssüfləndiyini qeyd edib:

“Sözün düzü, bu paylaşımda bizim hoteli işarələyən şəxsi tanımırıq. Bununla bağlı qarşımıza bir neçə belə videolar çıxmışdı və biz “Instagram” sosial şəbəkəsinə şikayət ünvanlayıb bir neçə foto və videonun silinməsinə nail olduq. Lakin təəssüf edirəm ki, bu kimi videolar yenə qalır. Videogörüntülər bizim hoteldə lentə alınmayıb, hotelimizin interyeri tamamilə fərqlidir. Sadəcə bizim hotelin adından paylaşım edilir, bu məsələnin hüquqi müstəvidə həlli varmı yoxsa yox bilmirik. Aidiyyəti şöbəmiz bir neçə dəfə şikayət edərək, videoların silinməsinə çalışıb”.


 

X.Rəhimov qeyd edib ki, vətəndaş barədə hotel rəhbərliyi tərəfindən heç bir tədbir görülməyib:

“Paylaşılan məlumat yanlışdır, bizə aid deyildir. Biz də istərdik ki, həmin şəxsi tapmaqda bizə köməklik göstərilsin. Təəssüf ki, son dönəmlər sosial şəbəkələrdə bu kimi videolar paylaşılır. Vətəndaş olaraq biz də təəssüf hissi keçiririk. Yəqin ki, bu kimi məsələlərdə yanlış məlumat paylaşanlar barədə hüquqi müstəvidə tədbir görülər. Bununla bağlı şirkət rəhbərliyinə və hüquqşünaslara da lazımı tapşırıqlar veriləcək”.  

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.

Ölkə.az bildirir ki, DİN-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən mövzu ilə əlaqədar nazirliyə daxil olan iddialarla bağlı araşdırmalar aparılır.

“Hazırda ölkədə əxlaqsız yuvası kimi fəaliyyət göstərən hər hansı ictimai iaşə obyekti, hotel haqqında DİN Mətbuat Xidmətində heç bir məlumat yoxdur”.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi mayın 15-də keçiriləcək “Bakı Marafonu - 2022” ilə bağlı avtomobil sahiblərinə, sürücülərə və paytaxt sakinlərinə müraciət edib.

İdarədən daxil olan müraciətdə deyilir:

"Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu - 2022”nin keçirilməsi nəzərdə tutulub.

Belə ki, 15 may saat 2022-ci il tarixində saat 10:00-dan paytaxtın Bayraq Meydanından marafona start veriləcək. “Küləyə qalib gəl” şüarı altında 10 mindən çox iştirakçı 21 km-dək yürüş edəcəklər. Yürüş zamanı təhlükəsiziliyi təmin etmək məqsəd ilə tədbir tam başa çatanadək qeyd olunan marşrut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

Yürüş Bayraq Meydanından, Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A.Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, "Bakı Kristal Zalı" yanından Bayraq Meydanına finiş nəzərdə tutulub.

Keçirilən tədbirin əhəmiyyətini, iştirakçların rahat, və fasiləsiz yürüşünün təşkil edilməsi məqsədi ilə, xahiş edilir ki, bu istiqamətlərə doğru bütün növ nəqliyyat vasitələrinin hərəkətinin mümkünsüzlüyünü nəzərə alıb, alternativ variantlara əvvəlcədən üstünlük versinlər".

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib.

"Report" xəbərinə görə, o, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Onun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, bu il mayın 12-də Səfa Mirzəyevin 70 yaşı tamam olub.

Bir neçə gün öncə jurnalist Aytən Məmmədovanı bıçaqla hədələyən şəxsin axtarışları davam etdirilir.

"DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov istintaqın gedişi və digər xüsusatlarla bağlı "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 134-cü maddəsi (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə cinayət işi başlanılıb: "Zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Zərərçəkmiş vəkillə təmin olunub, hadisə baş verən ərazidəki bütün kameraların görüntülərinə baxış keçirilib, şübhə doğuran şəxslər tanınması üçün Aytən Məmmədovaya təqdim olunub. Eyni zamanda istintaq üçün əhəmiyyət kəsb edən digər hallar da araşdırılır.

Onu da bildirim ki, qeyri-aşkar şəraitdə baş vermiş belə cinayətlərin açılması zaman tələb edir. Odur ki, səbrli olub istintaqın başa çatmasını gözləməliyik".

Qeyd edək ki, bir neçə gün öncə jurnalist A.Məmmədova yaşadığı binanın qarşısında naməlum şəxs tərəfindən bıçaqla hədələnmişdi. Onun Tovuzda qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın məhkəməsindən yazdığı üçün hədələndiyi iddia olunmuşdu.

Xəbər lenti