![]() |
|
Uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov "Şəhid ailəsi" statusunu alıb.
Bu barədə şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərində inşa edilən yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.
Yol-xeber.az xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və Birinci vitse-prezidentə görülən işlər barədə məlumat verib.
Bildirilib ki, tikintinin ümumi sahəsi 8 hektara yaxındır. Yaşayış kompleksi 23 binadan ibarət olacaq. Səkkiz binanın tikintisinə bu il iyulun 1-də, digər 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb.
Məlumat verilib ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil olacaq. Burada birotaqlı mənzillərin sayı 28, ikiotaqlı mənzillərin sayı 195, üçotaqlı mənzillərin sayı 190, dördotaqlı mənzillərin sayı 30, beşotaqlı mənzillərin sayı isə 7-dir. Binalar 3 və 5 mərtəbəli olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Qeyd edək ki, Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırmaq üçün tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ifadə etdiyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” sözləri Şuşa şəhərində yeni yaşayış kompleksinin inşası ilə bir daha təsdiqini tapır. Qədim mədəniyyət paytaxtımızda yaşayış kompleksinin yaradılması otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan şuşalıların bu arzularına çatacağı günün lap yaxında olduğunu göstərir.
Azərbaycan Ordusunun Günnütü azadetmə əməliyyatı tarixə yazılıb. Belə ki, ordumuz heç bir itki vermədən 11 min hektar ərazini Ermənistanın işğalından azad etməyə müvəffəq olub.
Bu barədə İTV-də yayımlanan “Görünməyən qəhrəmanlar” silsiləsindən “Bizim, torpaq” sənədli filmində bəhs olunub.
Elm və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən 27 iyul 2022-ci il tarixdə elan edilmiş Ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə çıxışının təmin olunması, o cümlədən pandemiya dövründə şagirdlərin təhsilə cəlb olunmasını təmin etmək məqsədilə distant təhsilin təşkili ilə əlaqədar məktəblərin fiber optik kabellə internetə qoşulması işlərinin satınalınması üzrə təkliflər sorğusu proseduru başa çatıb.
Satınalmanın qalibi "BTH" MMC müəyyən olunub.
Həmin təşkilatla 2022-ci il sentyabrın 23-də 3 mln 994 min 417 manat dəyərində satınalma müqaviləsi bağlanıb.
Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanın böyük hissəsini həyata keçirən özəl daşıyıcı şirkətlər dövlət rəhbərliyinə yenidən müraciət edərək mövcud tariflərə baxılması, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər.
Tarif Şurasından isə müraciətə cavab olaraq bildirilib ki, Nazirlər Kabineti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qaldırılan məsələlərin həlli yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanması tapşırılıb.
Məsələni şərh edən nəqliyyat sahəsi üzrə ekspert, “İnsan yönümlü şəhərlər” səhifəsinin rəhbəri Anar Əliyev son 2 ildə ölkədə və dünyada yanacaq və ehtiyat hissələri daxil olmaqla qiymət artımlarının olduğunu, 30 qəpiklə xidmət göstərən avtobus və metronun ziyanla işlədiyini deyib:
"Lakin çıxış yolu qiymətləri artırmaq deyil. Hətta qiymət 50 qəpik olsa belə, bu sərnişinlərin sayının azaltmasına gətirib çıxaracaq, 1-2 manatlıq taksilər daha da cəlbedici gələcək. Yəni, problem həll olunmayacaq. Əgər ictimai nəqliyyatın keyfiyyətini qaldırmaq lazımdırsa, ilk növbədə dövlət subsidiya ayırmalıdır".
Ekspert bildirib ki, tarif siyasətinə də yenidən baxılmalıdır. Tələbələr və təqaüdçülərə endirimlər edilməli, aylıq və illik tariflər tətbiq edilməli, pulsuz transferlər olmalıdır. Bütün bunlar artıq qonşu Tbilisidə var.
"İctimai nəqliyyat sosial bir sahədir, burada dövlətin dəstəyi vacibdir. Bütün inkişaf etmiş şəhərlərdə belədir. Almaniya dünyanın ən varlı ölkələrindən biridir, buna baxmayaraq hətta Berlində ictimai nəqliyyatın 51% gəlirləri dövlət subsidiyasıdır. Fransanın Lion şəhərində bu rəqəm isə 79%-dir.
Qardaş Türkiyədə də bunu anlayırlar. Əhalisi təxmini Bakı kimi olan İzmir şəhərində bu il tramvay və metronun inkişafına 14 milyard lirə pul ayrılır (1 milyard manatdan çox). Baxmayaraq ki, Türkiyənin hazırdakı iqtisadi vəziyyəti bir o qədər də ürəkaçan deyil", - deyə A. Əliyev vurğulayıb.
Ekspert ictimai nəqliyyatın inkişafı üçün maliyyə dəstəyinin vacib olduğunu qeyd edib: "Əgər dövlət qurumları həqiqətən tıxac problemini həll etmək istəyirlərsə və insanlardan maşınlarını evdə qoyub avtobuslara mindirmək istəyirlərsə, bunun üçün maliyyə dəstəyi lazımdır. Eyni zamanda ictimai nəqliyyatın küçələrdə prioritetini də təmin etmək lazımdır. 30 dəqiqə avtobus gözləyib sonra basabas və tıxacda ilişən avtobusda heç kim getmək istəməz.
2021-ci ildə yolların tikintisinə və saxlanılmasına 2,3 milyard manat ayrılıb. Bu məbləğin heç olmasa 15-20% ictimai nəqliyyatın dəstəyinə yönləndirilsəydi, Bakının ictimai nəqliyyatı tam başqa səviyyədə çalışardı".
"Yol-xeber.az" xəbər verir ki, Bu gün saat 12.00-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!
"Şəhidlərimiz bizim qəhrəmanlarımızdır".
Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.
"Vətən müharibəsindən artıq iki il keçir, amma yaramız bizim üçün hələ də təzədir. Bu, valideynlər üçün çox çətindir. Bizim nələr çəkdiyimizi dərdi çəkən bilər, başqa heç kim bilə bilməz. Allah şəhidlərimizə rəhmət eləsin!", - şəhid anası vurğulayıb.
İctimai TV “Görünməyən qəhrəmanlar” silsiləsindən olan “Bizim torpaq” növbəti sənədli filmini yayımlayacaq.
Film 27 sentyabr saat 21:40-da efirə veriləcək.
Filmdə Azərbaycanın “Görünməyən qəhrəmanlar”ı Vətən müharibəsi ilə bağlı bilinməyənləri danışacaqlar.
Sənədli filmdə Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Tehran Mənsimov da yer alıb.
“Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdisə, Xankəndini də geri qaytarmaq an məsələsidir”, - deyə o qeyd edib.