![]() |
|
Azərbaycanda oktyabrın 15-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə Abşeron yarımadasının şimalında qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-17° isti, gündüz 20-23° isti olacaq. Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-9° isti olacaq.
“Gəncədən olan 30-a yaxın şəhid övladı bizə müraciət edərək onların imtiyazlarına düzəliş edilməsini təklif edib”.
Qafqazinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
O qeyd edib ki, qanunvericiliyə əsasən şəhid övladları 18 yaşına kimi, təhsil vəziyyəti ilə bağlı isə 23 yaşına qədər dövlətin himayəsində olurlar: “18 yaşından sonra şəhid övladının şəhid ailəsi statusu ləğv edilir. Azərbaycan mentalitetində valideynlər bir qayda olaraq ömürlərinin sonuna qədər öz övladlarını həm maddi, həm də mənəvi olaraq himayə edirlər. Düşünürəm ki, şəhid övladlarının himayədarı Azərbaycan dövlətidir”.
Deputat bildirib ki, şəhidin varisi olan həyat yoldaşı və ya anası vəfat etdikdə onun ev növbəliliyi ləğv olunur: “Bu hüquq şəhid qardaşı və ya bacısına keçmir. Bu məsələnin öz həllini tapması dövlətimizin şəhid ailələrinə olan diqqət və qayğısını daha da möhkəmləndirib təkmilləşdirəcək”.
"Yol-xeber.az" xəbər verir ki, 13 oktyabr – Azərbaycan Dəmiryol İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində sosial məsuliyyət xarakteri daşıyan ağacəkmə aksiyası keçirilib. Aksiya dəmiryolunun Baş Sumqayıt – Güzdək mənzilinin 23-cü kilometrində - Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş yaşıllaşdırma zolağında baş tutub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi ümumilikdə 2000 ədəd zeytun ağacı əkib, abadlaşdırma işləri görüb. Əkilən ağaclar suvarılıb və aqrotexniki qulluq göstərilib.
"Yol-xeber.az" xəbər verir ki, Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nəsimi rayonunda Rövşən Cəfərov küçəsi təmir olunub.
Ortalama eni 9.5 metr təşkil edən küçənin təmir olunan hissəsinin uzunluğu 550 metrdir. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə küçəboyu 130 kv.m səki bərpa olunub, 60 p /metr bordür yenilənib.
Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənib.
Təmir işləri zamanı küçədə yeni yağış barmaqlıqlarının qoyulması, kommunikasiya xətlərinin baxış qapaqlarının yenisi ilə əvəz olunması və layihə hündürlüyünə qaldırılması işləri də yerinə yetirilib.
Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.
Bu istiqamətdə rayonun M. Ə. Rəsulzadə qəsəbəsi üzrə “Baksol” yolu adlanan avtomobil yolunda təmir işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 3.21 km olan yolda aparılan işlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla həyata keçirilir.
Ərazidə yeni səki daşlarının düzülməsi işləri icra olunur. Buna paralel olaraq yolboyu köhnə asfalt örtüyünün frezlənməsi işləri də aparılır.
Hərəkət intensivliyi nəzərə alınaraq təmir işləri yolda hərəkət məhdudlaşdırılmadan icra edilir. Yalnız təmir işlərinin icra edildiyi hərəkət zolaqları üzrə hissə-hissə qismən məhdudlaşdırma tətbiq edilir. Bu üzdən sürücülərdən təmir işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Təmir işləri çərçivəsində yolboyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılması, əks-dolğu və yeni asfalt örtüyünün döşənməsi işləri də görülərək, yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.
Qeyd edək ki, Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15.4 km uzunluğa malik küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Bakıda və Abşeron yarımadasında oktyabrın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-23° isti olacaq. Bakıda gecə 16-18° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında sabah şərq rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.
“Nəzarətimizə keçdikdən sonra təkrarən Laçın şəhərinə gəldim. İnanılmaz fərq göz qabağındadır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Laçına gedən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov öz feysbuk hesabında yazıb.
Laçından görüntü paylaşan hüquqşünasın sözlərinə görə, şəhərin hər yerində tikinti, yenidənqurma, bərpa işləri gedir:
“Laçında həyat qaynayır. Şəhər nəhəng tikinti meydançasını xatırladır. Kommunikasiyalar yenilənir, evlər, inzibati binalar, yollar bərpa olunur, şəhər kol-kosdan təmizlənir. Bir sözlə, düşmənin vurduğu “yaralar” sağaldılır...
Əminəm ki, yaxın illərdə Laçın ölkəmizin ən gözəl və rahat şəhərlərindən birinə çevriləcək.
Xalqımız, Dövlətimiz və Ordumuz daima var olsun!”
Bu gün Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
DİN-in Mətbuat xidmətindən “Yol-xeber.az”ya verilən məlumata görə, nazir şəxsən onlayn qaydada müraciət etmiş hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Əvvəlcədən elan olunmuş tələblərə uyğun olan 337 nəfər seçilərək seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 62 nəfəri Vətən müharibəsinin iştirakçısı, 1 nəfəri isə şəhid ailəsinin üzvü olub.
Sonda çıxış edən daxili işlər naziri V.Eyvazov xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edərək seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Sabahdan Azərbaycan ərazisində güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 11-i gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 15-20 m/s olacaq.
Azərbaycan rayonlarında isə oktyabrın 11-i gündüzdən 13-ü səhərədək bəzi şərq rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 11-i və 12-si gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.