![]() |
|
Jurnalist vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edəcək.
Yol-xeber.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb.
Sənəddə bildirilib ki, vəsait jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə Medianın İnkişafı Agentliyin bank hesabına edilən ödənişlər hesabına formalaşdırılacaq.
"Yol-xeber.az" xəbər verir ki, 13 oktyabr – Azərbaycan Dəmiryol İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar olaraq həyata keçiriləcək silsiləvi tədbirlər çərçivəsində sosial məsuliyyət xarakteri daşıyan qanvermə aksiyası olub. Aksiya Mərkəzi Qan Bankı ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında keçirilib. Aksiyanın məqsədi hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Qeyd edək ki, aksiyada dəmiryolçuların könüllü aktivliyi müşahidə olunub və əməkdaşlar əvvəlcə bütün donorlar üçün zəruri olan müayinələrdən keçirilib, sonra qanvermə prosesi baş tutub.
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Yol-xeber.az xəbər verir ki, fərmana əsasən, adı çəkilən şirkət publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilib.
Xidmətin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaiti hesabına maliyyələşdirilir.
Fərmanla Nazirlər Kabinetinə Xidmətin nizamnaməsini, strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini 2 ay müddətdə təsdiq etmək, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.
Prezident İlham Əliyev həmçinin “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 19 dekabr 2017-ci il tarixli fərmanında dəyişiklik edib.
Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Agentliyin strukturuna publik hüquqi şəxslər daxil edilib.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 16-18° isti, gündüz 22-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.
Azərbaycanda istilik mövsümü dağ rayonlarında noyabrın 1-də, Bakıda, eləcə də digər şəhər və rayonlarda isə noyabrın 15-də başlayacaq.
Bu barədə “Azəristiliktəchizat” ASC xəbər verir.
Məlumata görə, bu ayın sonuna qədər növbəti payız-qış mövsümünə hazırlıq və təmir-bərpa işləri yekunlaşdırılacaq. Bu il sentyabrın 30-na qədər istilik və isti su xidmətlərinin göstərilməsi üçün istismar edilən 563 qazanxana və 88 istilik məntəqəsinin hamısı təftiş edilib, 967 ədəd dirsək, 190 ədəd siyirtmə, 297 ədəd ventil, 3 ədəd nasos yenisi ilə əvəz edilib, 41 qazan aqreqatı, 14 ədəd nasos, 190 ədəd siyirtmə, 21 ədəd mühərrik əsaslı təmir olunub, 732 ədəd qazan aqreqatı, 1 378 ədəd nasos, 8 658 ədəd siyirtmə, 674 ədəd mühərrik cari təmir edilib, 1 002,2 km istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 9,44 km istilik boru xətləri əsaslı təmir olunub, 1 048 ədəd qazan aqreqatı, 173 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənib, həmçinin 94 ədəd qazan aqreqatı və 62 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib, istilik xətlərində 2 978,4 m2 istilik örtük qatı təmir olunub, 538 ədəd qazanda yeraltı və yerüstü tüstü yolları təmizlənib, qazanların 710,2 m2 kərpic örtüyü, 471 m2 izolyasiya örtüyü bərpa olunub, 447 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib.
Hazırda “Azəristiliktəchizat” balansında olan 563 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3 879 yaşayış binası, 180 minə yaxın mənzil, 280 məktəb, 160 uşaq bağçası, 164 səhiyyə müəssisəsi, 2 052 sosial və təsərrüfat obyektini istiliklə təmin edir. O cümlədən, şirkət isti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhərində 43 qazanxana vasitəsilə 3 775 mənzilli 73 yaşayış binasında 16 min nəfərə yaxın sakini, 75 sosial və digər təsərrüfat obyektini isti su ilə təmin edir. Bunun üçün 1 000 km-dən çox magistral və məhəllədaxili istilik xətti, 1 300-dən artıq qazan aqreqatı, 3 000 nasos avadanlığı, 512 istilik mübadilə qurğusu, texniki rejim parametrlərinin saxlanılması üçün 20 000-dən artıq müxtəlif mühəndislik qurğuları mövcuddur.
“Azəristiliktəchizat”ın daimi 1200-ə yaxın, istilik mövsüm zamanı isə 2 250 əməkdaşı olur. Bunlardan 500-ə yaxın əməkdaş regionlardakı istilik mənbələrində çalışır.
Bakıda 22, digər şəhər və rayonlarda isə 46 İstilik Sistemlərinin İstismar Sahə idarəsi fəaliyyət göstərir.
Bu gün səhər saat 08:15 radələrində Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən 6008 nömrəli elektrik qatarının havalandırma sistemində fasilələr baş verib.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Xatırladaq ki, bu gün həmin qatardakı sərnişinlərdən birinin səhhətində problem yaranıb.