![]() |
|
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.
Şəhərin erməni işğalçılarından təmizlənməsindən 2 il ötür.
2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub.
Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən yaradılıb. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.
2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.
Həmçinin Prezident İlham Əliyev ötən ilin oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.
Dövlət başçısı Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. Eyni zamanda Prezident 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının və Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib. Bundan əlavə, Dövlət başçısı Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub. Sonra Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.
Bu ilin mayın 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Dövlət başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, Cəbrayıl rayonu erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.
"Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-də Transformasiya Proqramının icrası üzrə Koordinasiya Ofisinin komandası ilə məlumat və təlim sessiyası keçirilib.
Sessiyada ilk çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə və iqtisadiyyat İdarəsinin Texniki və iqtisadi göstəricilərin normallaşması şöbəsinin rəisi Nigar Qafarlı yeni Əməliyyatların idarəetmə sisteminin üstünlükləri və əlavə kapital сəlb edilmədən əldə edilən nəticələr, tranzit rejimi üzrə yükdaşımaların həcminin artırılması istiqamətində aparılan işlərlə bağlı ətraflı məlumat təqdim etdi. Çıxış zamanı qeyd edildi ki, tranzit həcmini artırmaq üçün əsas dəhlizlər üzrə tranzit tələbatı həcmi müəyyən edilmiş və modelləşdirmə üsulu ilə qiymətləndirmələr aparılmışdır. Buna əlavə olaraq əsas tranzit dəhlizləri üzrə maksimal ötürmə qabiliyyəti haqqında məlumatlar toplanaraq marşrutlar üzrə mövcud maneələrə baxılmışdır. Narazı yükgöndərənlərlə görüşlər keçirilmişdir.
Nigar Qafarlı bildirdi ki, hazırda Gürcüstan Dəmir Yolu ilə, xüsusilə də Poti, Batumi və Axalkalaki stansiyaları, terminallar, həmçinin Əməliyyatların idarəetmə sistemləri (ƏİS) və Orta müddətli Planlanma bloku ilə aktiv şəkildə kommunikasiya aparılır. Batumi istiqamətindəki platformaların Gürcüstan ərazisində yubanması aradan qaldırılmışdır.
Eyni zamanda Qazaxıstan Dəmir Yolunun da bu işə cəlb edilməsi və düzgün kommunikasiyanın qurulması üçün danışıqlar aparılır.
Strateji və korporativ inkişaf idarəsinin rəisi Azad Hüseynov sözügedən məsələ ilə bağlı qeyd etdi ki, uzunmüddətli tranzit tələbi modelinin aralıq nəticələri, ssenariləri, daşımanın dəyəri və vaxtı nəzərə alınmaqla təhlillər hazırlanmış, həmçinin həcm və EBİTDA göstəricilərinə əsaslanan uzunmüddətli tranzit tələbi ssenariləri formalaşdırılmışdır. Bundan əlavə konteynerli və konteynersiz yüklər üçün tranzit məhsulunun inkişafına dair tələblər işlənib hazırlanaraq model formalaşdırılmışdır. Azad Hüseynov daha sonra pilot layihə, onun rolu, əhəmiyyəti və gözlənilən nəticələr barədə məlumatları iştirakçılara çatdırdı.
Daha sonra tədbirdə Cəmiyyətin Yükdaşımalar departamentinin baş mühəndisi İlqar Mustafayev təlim iştirakçılarına konteyner blok qatarlarının daha səmərəli hərəkəti məqsədilə həyata keçirilən pilot layihənin ilkin nəticələri ilə bağlı məlumat verdi. Belə ki, Azərbaycan dəmiryolçularının konteyner blok qatarlarının hərəkəti ilə bağlı gürcüstanlı həmkarları ilə daha operativ koordinasiyası sayəsində əvvəllər ortaya çıxan bir sıra problemlər artıq öz həllini tapmışdır. Pilot qatarın işə düşməsindən sonra platformaların dövriyyə müddəti 57% azalmışdır.
İlqar Mustafayev bildirdi ki, yeni sistem istifadəyə verildikdən sonra Ələtdə fitinq platformaların dövriyyə müddəti 25% azalaraq 3 günə çatmışdır. Bu göstəricini gələcəkdə 3 gündən də az vaxta endirmək əsas məqsədlərdəndir.
Konsultant Dmitri Mokriy da həmçinin təlim iştirakçılarına pilot layihə barədə ətraflı məlumat verdi. Sonda isə əməkdaşların sualları və layihə ilə bağlı təklifləri öyrənildi.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin şəhid olduğu günüdür.
O, 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub.
1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.
Milli Qəhrəmanımız Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri, Heydər Məmmədəliyev isə güləş üzrə dünya çempionu olub.
Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib.
1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.
O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib.
Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub.
“Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.
"Yol-xeber.az" xəbər verir ki, Suqovuşan və Talışın azadlığına, tarixi adına qovuşmasından 2 il ötür!
Tərtər rayonu, Suqovuşan və Talışa gedən avtomobil yolu...
Ümumi uzunluğu 28.5 km olan Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndlərinə gedən avtomobil yolu 2 texniki dərəcəyə uyğun olaraq bərpa edilib. 2 geniş hərəkət zolağından ibarət olan yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Prezident İlham Əliyevin bu ilin sentyabrın 3-də imzaladığı sərəncama əsasən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.
Artıq bu gündən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.
Belə ki, 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987-2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması oktyabrın 30-dək davam edəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev bu il sentyabrın 3-də "Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncam imzalayıb.
"Yol-xeber.az" xəbər verir ki, Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 1400 metr uzunluğa malik Cavanşir küçəsinin əsaslı təmiri işlərinə start verilib.
Sözügedən küçə torpaq əsaslı və deformasiyaya uğramış asfalt örtükdən ibarət olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılacaq.
Belə ki, küçədə köhnə örtük söküləcək, əsasın yararsız hissələri qazılaraq çıxarılacaq, əks dolğu işləri aparılmaqla yeni yol əsası inşa ediləcək.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri olan yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunacaq.
Hazırda küçə boyu vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə yeni səkilərin inşası işlərinə başlanılıb.
Sonuncu mərhələdə küçələrdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri aparılacaq.
Yenidənqurma işləri tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa uyğun şəkildə icra olunur.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Xətai rayonu ərazisində ümumi uzunluğu 5880 metr olan 5 küçədə (Şirin Mirzəyev (660 metr), Corat (1420 metr), Oksigen (900metr), Şahin Səmədov (1250 metr) küçələri və Boru keçidinin döngələrində (1650 m)) təmir işləri icra olunaraq yekunlaşdırılıb.
Əsaslı təmirinə yeni başlanılmış Cavanşir küçəsi ilə yanaşı 980 metr uzunluğa malik Nazim Şükürov küçəsinin də hazırda təmiri icra olunur. Yaxın günlərdə isə ümumi uzunluğu 5 km olan Polad Həşimov küçəsinin və ona birləşən yolların təmirinə başlanılması planlaşdırılır. Beləliklə Xətai rayonu üzrə ümumi uzunluğu 13 km-dən çox olan küçə və yolun təmiri cari ilin sonuna qədər yekunlaşdırılacaq.
Xatırladaq ki, agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində 41.5 km, 2021-ci ildə isə 14.2 km uzunluğa malik yolda təmir-tikinti işləri aparılıb.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Şamaxı rayonunun Ovçulu kəndində 44 günlük Vətən müharibəsində şəhid olmuş Kapitan Niyət Şirəliyevin xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılışı olub.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlarda şəhidin şərəfli həyat yolu barədə danışılıb, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğalçı Ermənistan ordusu üzərində qazanılmış qələbənin tarixi əhəmiyyətindən bəhs olunub.
Vurğulanıb ki, Niyət və onun kimi şəhid Vətən oğullarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Azərbaycanda sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 18-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
"Xüsusi şərtlərlə pensiyaya çıxanların həm müavinətləri, həm də onların hesablanma və artırılma qaydaları ayrı olduğu üçün artım onlara şəmil edilməyəcək”.
Bu sözləri "ARB24”ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri əlavə edib ki, pensiya artımı həm də ailə başçısını itirməyə görə pensiya alanlara da aid olmayacaq.