Azərbaycanda yeni medallar təsis edilir.

Report xəbərinə görə, bununla bağlı layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Toplantıda deputatlar “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsini birinci oxunuşda müzakirə edəcəklər.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşiroğlu hərbi xidmət dövründə bədbəxt hadisə nəticəsində dünyasını dəyişən hərbçilərə şəhid statusunun verilməsini təklif edib.

Report məlumatına görə, deputat komitənin bugünkü iclasnda çıxışı zamanı “Şəhid adının verilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik edilməlisinin labüdlüyündən danışıb.

O, təkliflərini Milli Məclisə təqdim etdiyini də bildirib:

“Vətən müharibəsi dövründə hərbi xidmət keçən zaman, yaxud hərbi vəifəsini yerinə yetirən zaman hər hansı bədbəxt hadisə nəticəsində həyatını itirənlərə də şəhid adı verilsin. Bu, mənim təklifimdir və çox həssas məsələdir”.

21 sentyabr Beynəlxalq Sülh Günüdür.

Beynəlxalq Sülh Günü Birləşmiş Millətlər Təşkilatının 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib.

1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində “Peace one day”i yaratdı. Onun əsas cəhd etdiyi o idi ki, heç olmasa ildə bircə gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısını alsın, atəşkəs olsun.

21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.

Bugünki gün üçün əsas məqsədlərdən biri 2012-ci ilə kimi 3 milyard insanı bu günə cəlb etməkdir, bu səbəbdən də yaşından, irqindən, milliyətindən, dinindən və cinsindən asılı olmayaraq, sülhə nail olmaq istəyən hər kəsin yardımına ehtiyac var.

12-14 sentyabr tarixlərində Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan SOS uşaq evində böyüyən Səbuhi Əhmədovun qardaşı Sənanla son yazışması üzə çıxıb.

Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Şəhid qardaşı ilə son yazışmasında onu çox istədiyini, hər şeyin yaxşı olacağını deyib.
Səbuhi Əhmədov qardaşına sentyabrda yoxsa, dekabrda məzuniyyəti gəlib-gəlməməsini də sual edib.

Yazışmanı təqdim edirik:

 

Qazi polkovnik-leytenant Elşən Umarov övladını 227 saylı tam orta məktəbdə təhsil alması üçün müraciət etsə də, bu mümkün olmayıb.

Bu barədə millət vəkili Etibar Əliyev paylaşım edib. O bildirib ki,direktor qaziyə hörmətsizlik edib:

“Təəsüf ki, müharibə iştirakçısı olduğumu deyəndə mənə "burada şou göstərmək lazım deyil" kimi yersiz, təhqiredici ifadə işlətdi. Bu münasibət zabit heysiyyatıma toxundu”, – deyə E.Əliyev Elşən Umarovun söylədiklərini yazıb.

Deputat əlavə edib ki, direktor şagirdi məktəbə qeydiyyata almaqdan imtina edib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov bildirilib ki, sözügedən problemlə əlaqədar qazi polkovnik Elşən Umraov ilə BŞTİ rəhbərliyi arasında görüş keçirilib.

Qeyd edilib ki, valideynin seçimi ilə qazinin övladı yaxınlıqdakı digər məktəbdə qeydiyyata alınıb.

Kamaləddin Qafarov: “ Azərbaycanın  Avrasiya məkanında nüfuzu getdikcə artır”

“Məlum olduğu kimi, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərinin başçıları Şurasının 2015-ci ildə keçirilmiş iclasında Azərbaycan Respublikasına Təşkilatda dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmişdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında imzalanmış memorandumda əməkdaşlıq sahələri əks olunub. Hazırda Şanxay Əməkdaşlıq Təşkilatına Özbəkistan sədrlik edir. Bu ilin sentyabr ayının 16-da ŞƏT-in Səmərqənddə keçirilən Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak etmişdir. Sammitdə çıxış edən Azərbaycan Prezidenti təkilata üzv ölkələrin dövlət başçılarına Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat verib, Azərbaycan-Ermənistan münasibətlərinin mövcud durumu və son hadisələrə bağlı dolğun açıqlamalar təqdim edib. Prezident İlham Əliyevin Səmərqənd Sammitində iştirakı ölkəmizin dünyada, o cümlədən Avrasiya məkanında getdikcə artan nüfuzunun daha bir göstəricisidir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın Xəzər dənizi üzərindən yükdaşıma qabiliyyətini artırması Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşımaların həcmini də genişləndirəcək ki, bu da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin birbaşa maraqlarına cavab verən məqamdır: “Səmərqənd Sammitində çıxış edən Prezidenti cənab İlham Əliyev qeyd edib ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri olmaqla, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. O cümlədən Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə xüsusi səy göstərir. Bu marşrut həmçinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nəqliyyat potensialından daha səmərəli istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Hazırda Azərbaycanın ərazisindən keçməklə Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə illik yükdaşımaların həcmində dinamik artım aşkar müşahidə edilir. Əlbəttə ki, yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilib-istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir önəmli töhfəsi olub. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükdaşıma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Zəngəzur dəhlizinin açılması ilə Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb layihəsinin, o cümlədən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun imkanları da dəfələrlə artacaq. Möhtərəm Prezidentimizin dediyi kimi, Zəngəzur dəhlizi mühüm beynəlxalq nəqliyyat arteriyalarının önəmli bir hissəsidir və o, artıq reallığa çevrilir”.

Deputat daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin Səmərqənd Sammitindəki çıxışı Azərbaycanın Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar edilməsi yönümündə ciddi səylər göstərdiyini bir daha nümayiş etdirdi: “Öz çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu bir daha vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu məqsədlə ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib və indi hər iki ölkə ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıdır. Lakin təəssüflər olsun ki, Ermənistan hələ də destruktiv mövqe nümayiş etdirməklə sülh prosesini ləngidir. Sentyabrın 13-dən başlayaraq Ermənistan Azərbaycanla dövlət sərhədində bir neçə genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatların qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatları iki ölkə arasında münasibətlərin normallaşması prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət isə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-14-də sərhəddə törətdiyi təxribatların qarşısını alarkən qəhrəman Azərbaycan Ordusunun hərbçiləri arasında şəhidlik zirvəsinə ucalanlar, eyni zamanda, yaralananlar var.

"Report"un əməkdaşları Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Kliniki Hospitalında yaralılara baş çəkib.

Burada təminat dünya standartlarına tam cavab verir və hərbi qulluqçularımıza yüksək səviyyədə tibbi xidmət göstərilir. Hospital ən müasir avadanlıqlarla təchiz edilib, peşəkar tibbi personal yaralıların qayğısını çəkir.

Azərbaycan Ordusunun əsgəri İlknur Əliyev bildirib ki, düşmən təxribatının qarşısını alarkən xəsarət alıb: “Həmin vaxt öz mövqelərimizdə idik. Sentyabr ayının 12-si gecə həyəcan siqnalı verildi və bildirildi ki, Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlara əl atıb. Biz də təxribatların qarşısının alınması üçün əks-hücuma keçib qarşı tərəfə lazımi cavab verdik. Kəlbəcər istiqamətində yaralandım, hazırda vəziyyətim qənaətbəxşdir”.

Azərbaycan Ordusunun digər hərbi qulluqçusu Tələt Nəsirov deyib ki, ordumuz tərəfindən Kəlbəcər rayonunun Zod kəndi istiqamətində düşmən təxribatlarının qarşısı alınarkən xəsarət alıb: “Sentyabrın 12-si gecə idi, ermənilərin təxribatının qarşısını almaq üçün həyəcan siqnalı verildi. Döyüş yoldaşlarımızla birlikdə mövqelərimizdə möhkəmlənib onlara layiqli cavab verdik. Ermənilər bilsin ki, onların istənilən təxribatının qarşısını almaq üçün Azərbaycanın bizim kimi mərd oğulları var”.


Azərbaycan Ordusunun hərbi qulluqçusu Əmrah Əliyev söyləyib ki, Kəlbəcər-Daşkəsən istiqamətlərində gedən döyüşlərdə düşmənin snayper gülləsinə tuş gələrək göbək nahiyəsindən yaralanıb, hazırda vəziyyəti yaxşıdır: “Həkimlər sağ olsun, burada bizə xüsusi qayğı ilə yanaşırlar. Tezliklə sağalacağımızdan əminik, çünki həkimlərimizin necə bacarıqlı olduğunu və bizə can yandırdığını görürük”.


Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Kliniki Hospitalının göz bölməsinin rəisi, polkovnik-leytenant Səlahəddin Təhməzov deyib ki, istər Aprel döyüşlərində, istər Vətən müharibəsində, eyni zamanda “Qisas” və “Qətiyyətli” cavab əməliyyatları dövründə də hərbi tibbimiz gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərib. Onun sözlərinə görə, Ali Baş Komandan, Prezident İlham Əliyevin, Müdafiə Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, hərbi tibb xidmətinin bütün personalı daima hərbi qulluqçularımızın yanında və xidmətində olur.

S.Təhməzov bildirib ki, hazırda hospitalda yüngül, orta və ağır vəziyyətdə olan yaralılar müalicə alır: “Hər birinə peşəkar həkimlərimiz tərəfindən xüsusi diqqətlə yanaşılır. Həkimlərimiz, eləcə də bütün tibbi personal yaralılara öz doğmaları kimi münasibət göstərir. Hospitalımız müasir avadanlıqlarla tam təchiz olunub və bütün lazımi dərman preparatlarımız mövcuddur. Burada həmçinin Qan bankı bölməsi fəaliyyət göstərir və kifayət qədər qan ehtiyatı var. Əgər ehtiyac yaranarsa, tam təmin olunacaq. Ordumuzda qan komponentləri ehtiyatı ilə bağlı heç bir problem yoxdur. Hərbçilərimiz yaralı olmalarına baxmayaraq, çox pozitivdir, mənəvi-psixoloji vəziyyətləri yüksəkdir, hamısı tezliklə sağalıb xidmət yerlərinə qayıtmaq arzusundadırlar. Əmin ola bilərsiniz ki, yaralılarımızın tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları və ailələrinə qovuşmaları üçün bütün tibb personalımız əlindən gələni artıqlaması ilə edir. Hər birinə Allahdan şəfa diləyirik”.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdə və döyüş əməliyyatlarına yaxın yerlərdə modul tipli və səyyar səhra hospitalları yaradılıb. Sentyabrın 12-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin geniş miqyaslı təxribatlar törətməsi xəbəri alındıqdan dərhal sonra həmin əraziyə tibbi avadanlıqlar və həkim personalı göndərilib və hər istiqamətdə modul tipli hospital yaradılıb. Sentyabrın 13-də artıq həmin tibb müəsisələri tam gücü ilə fəaliyyət göstərib. Döyüş toqquşmasında və cavab əməliyyatları zamanı döyüş meydanından çıxarılan yaralılar təcili olaraq həmin tibb müəsisələrinə təxliyə edilib.

Orada ilkin diaqnozlar qoyulduqdan və ilkin tibbi yardım göstərildikdən sonra yaralılarımız digər tibb müəssisələrinə hərbi təxliyə olunub. Burada da lazımı tibbi yardım göstərilib, müayinə və müalicə prosedurları həyata keçirlib. Bundan sonra isə zərurət yarandıqda daha ixtisaslı tibbi xidmət və reabilitasiya prosesi üçün bəzi yaralılar Bakı şəhərindəki hərbi hospitala göndərilib.

Qeyd edək ki, sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu şəhid olub, 281-i yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralanan 281 hərbi qulluqçudan 43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 20 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Azərbaycanla sərhəddə toqquşmalar nəticəsində Ermənistan silahlı qüvvələrinin 207 hərbçisi ölüb, 293 nəfər yaralanıb, 20 hərbçi əsir, 2 nəfər isə itkin düşüb.

 

 

 

 

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-30° isti, Bakıda gecə 21-23° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-18° isti olacaq.

s



Yol-xeber.az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sentyabr ayının 23-də Qazax rayonunda vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-da Qazax rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Qazax, Ağstafa və Tovuz rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Qazax rayonu “28 №-li Yol İstismarı”, Ağstafa rayonu “... 
Davamına bax
Eldar Quliyev: “Bu gün ordumuzun apardığı hərbi əməliyyatların və əldə olunmuş nəticələrin önəmini kimsə şübhə altına almağa çalışırsa bu, yalnız Azərbaycanı gözügötürməyənlər və yaxud da onlara xidmət edənlər ola bilərlər” MÜSAHİBƏNİN ƏVVƏLLİ BURADA

Milli Məclisinin deputatı Eldar Quliyevin müsahibəsi

AİA.az-ın suallarını Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev cavablandırır.

- Bu ilin aprel ayının 6-da Prezident İlham Əliyevin Brüsselə baş tutmuş səfəri Avropa İttifaqı ölkələrinin Cənubi Qafqazda olan maraqlarının təmin olunması yollarının axtarışına artıq yeni, tamamilə fərqli yanaşma sərgiləməyə hazır olduqlarını bir daha nümayiş etdirdi. Necə bilirsiz, bu yenilik Azərbaycan – Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə keçidi üçün bir platforma ola bilərmi?


- Tamamilə doğru qeyd etdiniz. Məsələ bundadır ki, Cənubi Qafqaz istər enerji resursları, istərsə də malik olduğu geostrateji mövqeyi ilə hər zaman böyük və güclü dövlətlərin diqqətini cəlb edib. Lakin bu gün artıq Cənubi Qafqazın verə biləcəyi üstünlüklərdən yararlana bilmək üçün sadəcə gücə sahib olmaq heç də yetərli amil deyil. Çünki Azərbaycan tarixi Zəfərlə başa vurduğu Vətən müharibəsinin nətcələri ilə özünün regional liderlik mövqelərini daha da möhkəmlətdi. Azərbaycan bütün dünyaya birmənalı olaraq bəyan etdi ki, artıq Cənubi Qafqazda yeni, tamamilə fərqli reallıqlar formalaşıb və bundan sonra bu regionda hər hansı bir layihəni həyata keçirmək niyyətində olan istənilən ölkə ilk növbədə bu reallıqları qəbul etməli, həmin reallıqları yaradan ölkənin maraq və mənafeylərini nəzərə almalıdır.

Bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması Avropa İttifaqının qarşısında duran ən vacib məsələlərdən biridir. Xüsusilə qitənin şərqində gedən mürəkkəb geosiyasi proseslər, hər an bütün Avropanı müharibə alovuna bürüyə biləcək təhlükəli hərbi münaqişənin hələ də davam etməsi fonunda Avropa İttifaqının Cənubi Qafqazda gedən proseslərə yeni baxış, yeni münasibət formalaşdırmaq niyyətini sərgiləməsi və bu istiqamətdə konkret addımlar atmağa başlaması tamamilə anlaşılandır. Özünün enerji təhlükəsizliyinin təmin olunması məqsədilə bu gün Azərbaycanın imkanlarından maksimum dərəcədə yararlanmaq niyyətini göstərən Avropa İttifaqı artıq postmüharibə dövründə Cənubi Qafqazda gedən proseslərə müəyyən dərəcədə nüfuz etmək imkanı əldə edə bilmək üçün yeni formatın yaradılmasının zəruriliyini də qəbul etdi. İlk növbədə də məhz elə bu baxımdan Prezident İlham Əliyevin 2022-ci il 6 aprel tarixli Brüssel səfəri ölkəmizin milli maraqlarının təmin olunması istiqamətində atılmış növbəti vacib addım oldu. Münaqişə başa çatdıqdan sonra ATƏT-in Minsk Qrupu avtomatik olaraq lazımsız bir təsisata çevrildi. Həmçinin qrupun həmsədr ölkələri arasında hazırda getdikcə gərginləşən münasibətlər də bu qurumun artıq heç bir prosesə real təsir imkanlarına malik olmadığını deməyə əsas verir. Lakin Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi maraqlarını heç kim ləğv etməyib. Əksinə, bu gün Aİ ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi bu maraqları daha konkret formalarda ortaya qoyur. Məhz elə bu maraqların da təmin olunması naminə Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış bu yeni reallığa əsaslanır.

- Eldar müəllim, yəqin Siz də razılaşarsınız ki, bu gün Azərbaycanın xarici siyasətində xüsusi diqqət mərkəzində saxladığı prioritet istqamətlərdən biri də Xəzər hövzəsi ölkələri ilə münasibətlərin formalaşması və inkişafıdır. Bu sahədə son vaxtlar əldə olunan irəliləyişlər barədə nə deyə bilərsiz?

- Təbii ki, Azərbaycan üçün Xəzəryanı ölkələrlə münasibətlərin inkişafı çox vacib məsələdir. Bu baxımdan iyunun 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çox böyük siyasi və tarixi əhəmiyyət kəsb edən bir hadisə oldu. İlk növbədə bu mötəbər beynəlxalq tədbir Xəzər dənizi hövzəsində yerləşən ölkələrin daha yaxınlaşmasına, dövlətlərarası münasibətlərin inkişafına xidmət edəcək. Bu gün getdikcə daha böyük sürətlə qloballaşan dünyada cərəyan edən hadisələrin fonunda belə yaxınlaşmaya hər ölkənin ehtiyacı var. Çünki belə yaxınlaşmalar qonşu ölkələrin qarşısında duran ümumi məsələlərin həlli istiqamətində birgə addımların atılması üçün əlverişli şərait yaradır. Təbii ki, Xəzəryanı dövlətlərin də qarşısında həllini gözləyən mühüm ümumi məsələlər var və Aşqabad Sammiti də məhz həmin məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq. Sammitdə çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev bu dəfə də qlobal düşüncə tərzi nümayiş etdirərək Azərbaycanın ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verdiyini bildirdi.

Diqqətəlayiq haldır ki, bu gün Xəzəryanı dövlətlər arasında əməkdaşlığın hüquqi bazasının hetdikcə möhkəmləndiyini müşahidə edilir. Artıq bir çox sahələrdə, o cümlədən təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi və bir çox digər mühüm istiqamətlərdə sazişlər imzalanıb və qüvvəyə minib. Həmçinin əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş aparılır. Bu, çox önəmli göstəricidir və Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından ən mühüm amillərdəndir. Dövlətimizin başçısı Aşqabad Sammitində çıxış edərkən xüsusi olaraq vurğuladı ki, hövzə ölkələrinin qarşılıqlı fəaliyyətilərinin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir və Xəzər dənizi bu regionun bütün xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. O cümlədə, nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın mühüm istiqamətidir. Bu sahədə bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan artıq bütün Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımalar, o cümlədən Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi hər il artır. Təbii ki, regionun nəqliyyat arteriyalarının daha da şaxələnməsi üçün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsindən sonra daha geniş imkanlar yaranıb. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və Zəngəzur dəhlizinin açılması ilə bu imkanlar daha da artacaq. Belə ki, Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin vacib elementinə çevriləndən sonra Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmi dəfələrlə artacaq. Dəhlizin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsini təmin edəcək və bu birləşmənin geosiyasi əhəmiyyətini daha da yüksəldəcək.

- Azərbaycan bu gün bir çox beynəlxalq siyasi təsisatlarda uğurla təmsil olunur. Əlbəttə ki, bu mövzuda danışarkən ölkəmizin Qoşulmama Hərəkatında fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu fəaliyyətin təşkilata üzv ölkələr tərəfindən yüksək qiymətləndirildiyinin daha bir göstəricisi isə Azərbaycanın Hərəkata sədrlik müddətinin 2023-cü ilin sonunadək uzadılması oldu. Bu barədə hansı fikirlərinizlə bölüşmək istərdiniz?

- Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ikinci ən böyük siyasi təsisatıdır. Azərbaycan 2011-ci ildən bu mötəbər təşkilatın üzvüdür və 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir. Bütün bu illər ərzində ölkəmiz təşkilat daxilində yüksək fəallıq nümayiş etdirmiş, bütün üzv dövlətlərin maraqlarına cavab verən bir çox önəmli təşəbbüslərlə çıxış etmişdir. Bütün bunlar Azərbaycanın həm Qoşulmama Hərəkatı daxilində, həm də beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, nüfuzunun daha artmasına xidmət etmişdir. Bu ilin 30 iyun – 1 iyul tarixlərində Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının da əsas məqsədi Azərbaycanın növbəti təşəbbüsünün həyata keçirilməsi, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradılması idi.

Bakı konfransında çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın digər ölkələrlə münasibətlərin qurulmasında əsas kimi məhz Bandunq prinsiplərini götürdüyünü bir daha vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, əgər bütün ölkələr tərəfindən ərazi bütövlüyünün toxunulmazlığı, suverenliyin, müstəqilliyin tanınması, bir-birinin işlərinə müdaxilə etməmək kimi prinsiplərə əməl olunsaydı, o zaman heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Təəssüflər olsun ki, bu gün də bəzi ölkələrə rəhbərlik edən hərbi-siyasi rejimlər bu prinsiplərdən çox uzaq olan meyarlar əsasında siyasət yürüdürlər ki, bu da regional münaqişə ocaqlarının yaranmasına səbəb olur. Azərbaycan isə hər zaman Bandunq prinsiplərinə riayət edib və bütün ölkələrin suveren hüquqlarına hörmətlə yanaşıb. Təbii ki, ölkəmizin bu prinsipial mövqeyi təşkilata üzv olan bütün ölkələr tərəfindən də yüksək qiymətləndirilir. 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilin sonuna qədər uzadılması isə, heç şübhəsiz ölkəmizin fəaliyyətinin yüksək qiymətləndirilməsinin təsdiqidir. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə beynəlxalq müstəvidə təşkilata üzv ölkələrin qanuni maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. O cümlədən Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib.

Qeyd olunmalıdır ki, Qoşulmama Hərəkatının təşviq etdiyi bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipləri Azərbaycanın tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticələrinin mahiyyətində aşkar şəkildə öz əksini tapıb. Məhz bu səbəbdən Təşkilata üzv ölkələr hər zaman beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək veriblər. Öz çıxışında Prezident İlham Əliyev bu məsələyə xüsusi toxundu və bildirdi ki, Azərbaycan bu həmrəyliyə görə təşkilatın bütün üzv ölkələrinə minnətdardır. Heç bir şübhə ola bilməz ki, Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini bundan sonra da gücləndirəcək.

- Bir az öncə biz Azərbaycan – Avropa İttifaqı münasibətlərindən bəhs etdik. Təbii ki, Azərbaycanla əməkdaşlıq əlaqələrinin həm əhatəliliyinə, həm də möhkəmliyinə görə Avropa ölkələri arasında İtaliya Respublikasının xüsusi yeri var. Məhz bu baxımdan Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-dən sentyabrın 2-dək davam edən Romaya işgüzar səfərinin əhəmiyyətini necə şərh edə bilərsiz?.

- İlk öncə qeyd edim ki, İtaliya Avropanın Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan bu ölkədir və Azərbaycanın İtaliya ilə sıx dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Deyə bilərik məhz İtaliya ki, Avropa İttifaqı ölkələri arasında Azərbaycanla daha geniş və möhkəm əməkdaşlıq əlaqələrinə malik olan ölkədir. Hələ 2020-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına olan dövlət səfəri zamanı ölkələrimiz arasında 28 sənəd imzalanmışdı. Həmin sənədlər arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” xüsusi əhəmiyyət kəsb edir. Məhz bu sənəd Azərbaycan və İtaliya arasında münasibətlərin inkişafında başlıca plan rolunu oynayır və özündə siyasi dialoq, ticari-iqtisadi münasibətlər, enerji, nəqliyyat-kommunikasiya, elm, təhsil, mədəniyyət, humanitar, müdafiə sahələrində əlaqələrin inkişafına dair xeyli məsələləri ehtiva edir. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını, eləcə də ölkəmizin NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərini daim ən fəal şəkildə dəstəkləyib. Bu gün isə, Azərbaycanın ümumiyyətlə Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi məsələsində rolu getdikcə artmaqdadır. Avropanın aparıcı ölkələri gələcəyə dair qurduqları strateji planlarına Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərini getdikcə daha çox daxil etməyə üstünlük verirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-dən sentyabrın 2-dək davam edən Romaya işgüzar səfəri də bunu bir daha təsdiq etdi. Bu səfər çərçivəsində enerji, iqtisadiyyat, elm və təhsil kimi strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması ölkələrimiz arasında əməkdaşlığın yeni bir səhifəsini açmış oldu.

Digər tərəfdən isə Möhtərəm dövlət başçımızın İtaliyaya rəsmi səfər çərçivəsində sentyabrın 2-də Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci beynəlxalq Çernobbio Forumuna dəvət olunması və bu mötəbər tədbirdə əsas qonaq qismində iştirakı özü-özlüyündə xüsusi əhəmiyyət kəsb edən bir hadisədir. İlk növbədə nəzərə almaq lazımdır ki, Mərkəzi Avropada, eləcə də bu məkanın hüdudlarından kənarda əhatəli tərəfdaşlıq şəbəkəsinə malik olan “The European House – Ambrosetti” beyin mərkəzi 1965-ci ildən fəaliyyət göstərir və və hazırda İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində 1 nömrəli beyin mərkəzi hesab olunur. Həmçinin bu təsisat Avropada ilk onluqda qərarlaşmaqla İtaliya və Avropa şirkətləri üçün əhəmiyyətli olan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif beynəlxalq tədbirlər təşkil edir. Bununla da “The European House – Ambrosetti” ilk növbədə İtaliya şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə böyük töhfələr verir. Eyni zamanda da bu beyin mərkəzi təqdim etdiyi yüksək səviyyəli beynəlxalq müzakirə platformalarında ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirməklə Avropa İttifaqı üçün əlverişli potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə xidmət edir.

- Xüsusən də hazırda bu əməkdaşlığın inkişafında Avropa ölkələrini daha çox maraqlı edən bir çox əhəmiyyətli amillər mövcuddur...

- Əlbəttə, bu gün Avropanı bürüyən böhran dalğası Rusiya-Ukrayna müharibəsi səbəbi ilə getdikcə daha da dərinləşir. Aydındır ki, alternativ enerji təchizatçıları axtarışında olan Avropa İttifaqı ilk növbədə zəngin enerji ehtuyatlarına, təbii resurslara malik ölkələrə diqqətini yönəldir. Lakin sadəcə zəngin ehtiyatlara sahib olmaq hələ etibarlı təchizatçı, etibarlı tərəfdaş qismində çıxış edə bilmək anlamına gəlmir. Strateji tərəfdaşlıq bir çox vacib amillərin təmin olunmasını tələb edir. Təbii ki, Avropa ölkələri əməkdaşlıq edəcəkləri ölkələrin coğrafi yerləşməsindən tutmuş, həmin ölkələrin əhatəsində mövcud olduqları qonşu dövlətlərlə münasibətlərinə, ölkədaxili ictimai-siyasi sabitliyin davamlılığına və bir çox digər göstəricilərə qədər ən müxtəlif istiqamətlərdə əsaslı təhlillər və qiymətləndirmələr aparırlar. Ölkə Prezidenti cənab İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövr ərzində Azərbaycanın stabil ictimai-siyasi daxili mühitə, dinamik inkişaf edən iqtisadiyyata sahib olan, tam müstəqil xarici siyasət yürüdən, güclü, eyni zamanda da üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri hər zaman yerinə yetirən məsuliyyətli bir ölkəyə çevrilməsi əlbəttə ki, dünya dövlətlərinin diqqətindən kənarda qalmır. Bu gün isə Azərbaycan Prezidentinin fəaliyyəti hər zaman olduğundan daha artıq diqqətlə izlənilir, təhlil edilir.

Beynəlxalq Çernobbio Forumda çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi, hər bir müstəqil ölkə kimi, Azərbaycan üçün də xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir. Keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd edən Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşan siyasət yürüdərək, sabit siyasi və iqtisadi mövqeyə yiyələnib ki, bu da xarici ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq münasibətləri qurmaq imkanı verir.

- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə təşəkkür edirik. Sağ olun.

- Siz də sağ olun.

Söhbətləşdi: Azər Məmmədov
aia.az

Xəbər lenti