![]() |
|
Bu gün Azərbaycanda "Bilik günü" qeyd edilir.
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub.
Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – “Bilik Günü”nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb.
Məktəblərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.
2022-2023-cü tədris ilində şagirdlərin ümumi sayı 1 616 214 nəfərdir. 158 297 şagird I sinifdə, 147 029 şagird IX sinifdə, 100 455 şagird isə XI sinifdə təhsil alacaq.
Sentyabrın 14-dən 15-i gündüzədək şimaldan hərəkət edən soyuq atmosfer cəbhəsinin ərazimizə daxil olması nəticəsində bəzi yerlərdə qısamüddətli yağış yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda isə yağışın leysan xarakterli, intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, sürəti saniyədə arabir 15-20 metr olacaq, ayrı-ayrı yerlərdə arabir 25-30 metrədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında da sentyabrın 14-ü gündüzdən 15-i gündüzədək havanın dəyişkən buludlu olacağı, şimal-qərb küləyinin maksimal sürətinin arabir 23-28 metr/saniyəyə çatacağı gözlənilir. Sentyabrın 15-də havanın maksimal temperaturu 22-25° isti olacaq.
Həftə sonlarında yenidən hava şəraitinin sabitləşəcəyi, yağmursuz olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Azər Mustafa oğlu Məmmədovun da nəşi ailəsinə təhvil verilib.
Şəhidimiz bu gün dəfn olunub.
Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olanlardan biri də Milli Məclisin deputatı, Həmkarlar İttifaqının sədri Səttar Möhbalıyevin qohumu, DSX zabiti Fərid Möhbalıdır.
S.Möhbalıyev Fəxri Xiyabanda İctimai TV-yə açıqlamasında deyib ki, Fərid ailədən 5-ci şəhiddir: "Fərid Vətən uğrunda şəhid olub. Bu bizim ailədən 5-ci şəhiddir. Fərid və qardaşı 44 günlük müharibədə də iştirak edib".
Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısını açıqlayıb.
Siyahı ilə buradan tanış ola bilərsiniz.
Erməni təxribatı nəticəsində şəhid olan gizir Səbuhi Əhmədovun uşaq evində illər öncə ümummilli lider Heydər Əliyevlə çəkilmiş görüntüləri üzə çıxıb.
Videoda valideyn himayəsindən məhrum olmuş Səbuhin Azərbaycan himnini oxuyur, daha sonra H.Əliyev onu öpərək qucaqlayır.
“Beş aylıq qızını cəmi üç gün görə bildi”.
"Bu sözləri Lerik rayonundan olan şəhid Şəmistan Sadıqovun həyat yoldaşı Leyla Hümbətova Baku TV-yə açıqlaması zamanı deyib.
“Bizə xəbər etdilər ki, yoldaşınız yaralanıb. Düşündük ki, yaralıdır yanımıza gələr görüşərik. Sonra dedilər ki, yoldaşınız qan itkisindən rəhmətə gedib. Üç yaşlı və beş aylıq iki qız övladımız var. Atası beş ay ərzində onu cəmi üç gün görə bildi. Daimi olaraq kurslara gedirdi” - deyə L.Hümbətova qeyd edib.
Daha ətraflı süjetdə:
Havalar soyuduğundan insanlar daha çox qapalı məkanlara üz tuturlar.
Bu zaman isə onlar arasında təmaslar artır, sosial məsafə isə gözlənilmir. Nəticədə virusun yayılması daha da asanlaşır.
İnfeksionist Vasif Əliyev yeni dərs ilinin başlaması ilə yoluxma ehtimalının daha da arta biləcəyinə diqqət çəkdi.
İnfeksionist bildirib ki, təhsil ocaqlarında sıxlıq müşahidə olunacaq ki, bu zaman həm müəllim, həm də valideynlər diqqətli olmalıdırlar.
V.Əliyev onu da qeyd edib ki, payız-qış mövsümündə digər qrip infeksiyaları da aktivləşdiyindən COVID-19-la payız qripini ayırmaq çətindir və bu məqamda yalnız diaqnostik üsula müraciət etmək lazımdır.