|
"Yol-xeber.az" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, müəssisədə “Təmiz və Saf” nişanı adı altında istehsal olunan məhsulların etiketlərində tərkibi ilə bağlı reallığı əks etdirməyən, həqiqətə uyğun olmayan məlumatların yer aldığı, məhsulun üzərində istehsal tarixinin və yararlılıq müddətinin qeyd olunmadığı və digər nöqsanlar aşkar olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və məhsulların ticarət dövriyyəsinə daxil edilməsinin qarşısı alınıb.
Müəssisədə istehsal olunmuş məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim olunub. Hazırda araşdırmalar davam etdirilir.
"Bu gün hər hansı məhdudlaşdırıcı addımların atılmasına zəruriyyət yoxdur. Lakin sərt karantin rejiminin olması xəstəliyin gedişatı, yoluxma sayı və xəstəxanaya yerləşdirmə ilə əlaqəli vəziyyətdən asılı ola bilər”.
“Report” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, hazırda pandemiya ilə əlaqəli istifadədə olan ümumi çarpayı fondunun 20 %-i, reanimasiya üzrə isə bu göstərici cəmi 10 % təşkil edir:
“Ümumilikdə isə vəziyyət qənaətbəxşdir. Nəzərə almaq lazımdır ki, “Omikron” ştamına yoluxan insanlar xəstəliyi daha yüngül keçirir. Bu məlumat iki doza alan vətəndaşlara aiddir. Peyvənd olunmayanlarda xəstəlik ciddi fəsadlar törədə bilir. Artıq bir neçə şəxs reanimasiyaya yerləşdirilib. İnsanlar reallığı olduğu kimi qəbul etməlidir".
Nazir xatırladıb ki, fevralın 15-dən sonra iki doza vaksin alan və vaksinlərin vurulmasından 6 ay keçən şəxslərin peyvənd sertifikatları etibarsız sayılacaq:
"Bunu əsas tutaraq hər bir az vətəndaşı buster dozanı qəbul etməyə səsləyirəm. Kim iki doza qəbul edibsə immun sistemlərini gücləndirmək üçün buster dozanı vurdurmalıdır”.
Azərbaycanda fevralın 15-dən ikidozalı “Peyvənd sertifikatı”nın vaxtı bitir və bu pasportlar qüvvədən düşmüş hesab ediləcək. Peyvəndin ikinci dozası tətbiq edildikdən sonra altı aylıq müddətin sonunda vətəndaş “buster” doza ilə təkrar peyvənd edilməlidir. Bu, yenidən müddətsiz peyvənd sertifikatı almağa imkan verəcək.
"Media.Az “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxışla əlaqə yaradaraq 3-cü doza peyvəndin nə zaman vurulmasının vacibliyi barədə ətraflı məlumat əldə edib.
- Elnarə xanım, bir çox vətəndaşa hələ də aydın deyil ki, fevralın 15-nə kimi, vurdurduğu ikinci doza vaksindən sonrakı müddət altı ayı keçərsə, o neçə doza vaksin vurdurmalı olacaq?
- Yalnız bir “buster” doza vurdurmaq lazımdır. Ümumilikdə isə peyvəndin ikinci dozasının vurulmasından altı ay keçibsə, vətəndaşlar artıq üçüncü doza ilə təkrar peyvənd oluna bilərlər ki, bu da onlara yenidən limitsiz peyvənd sertifikatı almağa imkan verəcək.
- Əgər vətəndaşın peyvənd şəhadətnaməsinin vaxtı fevralın 16-da başa çatırsa, o, hansı müddətə qədər təkrar peyvənd olunmalıdır ki, sonradan yenidən iki doza peyvənd vurdurmasın?
- Sadəcə başa düşmək lazımdır ki, əgər fevralın 15-də vətəndaşın vurdurduğu ikinci dozadan altı aydan çox vaxt keçibsə, o zaman onun peyvənd sertifikatı öz qüvvəsini itirir. Buna müvafiq olaraq artıq bir gücləndirici dozanın mövcud olmaması vətəndaşa COVID pasportu ilə icazə verilən yerlərə girişi mümkünsüz edəcək.
- Eyni şey immun sertifikatı olanlara da şamil olunurmu?
- Əlbəttə! İmmunitet sertifikatınızın müddəti bitibsə, “Peyvənd sertifikatı” almaq üçün peyvənd olunmalısınız.
Qeyd edək ki, bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da peyvənd COVID-19 virusunun yeni və sürətlə yayılan ştammlarının törətdiyi fəsadların qarşısını almağın ən effektiv üsuludur.
Hazırda ölkəmizdə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq peyvəndləmə prosesi aparılır.
Pensiyaların indeksləşdirilməsindən sonra ən çox verilən suallardan biri də qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslərin bu imkandan yararlana bilib-bilməməsi ilə bağlıdır. Qeyd edək ki, söhbət daha çox pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçularından gedir. Hazırda bu kateqoriya üzrə vətəndaşlarımızın sayı 99 min nəfərdir. Daha çox suallar da pensiyaya çıxmış hərbçilərin pensiyalarının indeksləşdirilməsi və pensiyaların artıb-artmaması ilə bağlı olur.
Milli Məclisin deputatı Vüqar Bayramov “Yol-xeber.az”a açıqlamasında bildirdi ki, “Əmək Pensiyaları” haqqında qanuna uyğun olaraq bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığı üçün indekləşdirmə onların pensiyalarının ümumi məbləğinə aid edilmir:
“Bununa belə, Azərbaycan Prezidentinin imzaladığı “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq.
Belə ki, yeni Sərəncam cənab Prezident tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb. Bu isə o deməkdir ki, Nazirlər Kabineti bu kateqoriyadan olan vətəndaşlarımızın pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini martın 8-dək dövlət başçısına təqdim edəcək”.
“Deməli, qısa zamanda pensiyaya çıxmış hərbçilərin, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçularının da pensiyalarında artımlar olmaqla 2022-ci ildə maddi yardım ala biləcəklər”, - deyə millət vəkili əlavə edib.
"Yol-xeber.az"un xəbərinə görə, “Alstom Transport” Azərbaycan üçün istehsal etdiyi 40-cı yük lokomotivini təhvil verib.
Şirkət müqavilə əsasında Azərbaycanın dəmir yolları üçün istehsal etdiyi son iki “ Prima T8 AZ8A” yük lokomotivini təqdim edib.
Bu münasibətlə təşkil edilən tədbir çərçivəsində iştirakçılar üçün lokomotivlərin istehsal olunduğu zavoda ekskursiya təşkil edilib.
Layihənin əhəmiyyətindən danışan “Elektovoz yığma zavodu”nun (ЭКЗ-электровоз құрастыру зауыты) Baş direktoru Kristian Martinati əməkdaşlığın bundan sonra da davam etdirilməsi üçün mümkün istiqamətlərə diqqət çəkib. Azərbaycan Dəmir Yolları ilə siqnalizasiya layihələri və lokomotiv parkına texniki xidmətin təşkili sahəsində birgə işin mümkünlüyünü deyib.
“Alstom” şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Kanat Alpısbayev bildirib ki, pandemiya şəraitinin meydana gətirdiyi bütün çətinliklərə baxmayaraq, layihənin reallaşdırılmasına nail olunub. O, yeni lokomotivlərin yüklərin intesiv, təhlükəsiz və rahat şəkildə daşınmasında faydalı olacağını, həmçinin TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tranzit potensialının artırılması məqsədinin gerçəkləşdirilməsinə müsbət təsir göstərəcəyini qeyd edib.
Azərbaycanın Qazaxıstandakı səfirliyinin müşaviri Rövşən Kazımov ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində əlaqələrin gücləndirilməsi ilə bağlı görülən tədbirlərdən danışıb. Diplomat iqtisadi ticarət əlaqələrinin inkişafında beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlığın intensivləşdirilməsinin zəruri olduğunu vurğulayıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəhbəri Natəvan Bayramova iştirakçılara Cəmiyyət sədri Cavid Qurbanovun məktubunu çatdırıb. “Bu layihə nəqliyyat sisteminin səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradacaq. Sərnişin lokomotivlərinin hamısı, yük lokomotivlərindən isə 37-si artıq ölkəyə çatdırılıb. 38-ci lokomotiv nəql olunmaq üzrədir. Sonuncu 2 lokomotivin yekun sınaqları həyata keçirilib və yaxın günlərdə ölkəyə çatdırılacaq.”-deyə məktubda qeyd olunur.
Məlumat üçün bildirək ki, lokomotivlərin ilkin mərhələdə Şərq-Qərb nəqliyyat dəhlizinin Bakı-Böyük Kəsik və dəyişən cərəyana keçirilməsi planlaşdırılan Şimal-Cənub nəqliyyat dəhlizinin Biləcəri-Yalama hissələrində istismar olunması nəzərdə tutulur. Alınmış yük lokomotivlərinin istismarı ilə daşınacaq yük qatarlarının orta çəkisi 4 500 tona qədər artırılacaq ki, bu da da yük daşımaya cəlb olunan lokomotiv sayı və əlavə manevr işlərini azaldacaq.
Dəyişən cərəyanla işləyən 40 ədəd yeni yük Az8A lokomotivi Qazaxıstan Respublikasında, 10 ədəd ikisistemli sərnişin Az4A lokomotivi isə Fransada istehsal edilmişdir.
Prima T8 (AZ8A) dünyanın ən güclü lokomotivlərindən biridir. Bu lokomotivlər yüklərin uzun məsafələrə daşınması zamanı maksimal rahatlıq və təhlükəsizliyi təmin edir. Saatda 120 km-ə qədər sürətlə hərəkət edə bilən Prima T8 (AZ8A) lokomotivi 9000 tona qədər yükdaşıma gücünə malikdir.
"Yol-xeber.az" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
"Polisin gündəlik təlimatlandırılması, vətəndaşlara qarşı münasibətdə diqqətli və nəzakətli olması, qanunvericiliyin tələblərinə uyğun davranmasına önəm verilir", - E.Hacıyev qeyd edib.
Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-12° isti, dağlarda 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Baş Prokurorluq "Tərtər işi"ndə isgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan şəxslərə müraciət edib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
"2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar isgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, habelə qanunsuz olaraq azadlıqdan məhrum edilən, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, habelə 012-361-16-47 nömrəli telefonla əlaqə saxlanılaraq dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur", - məlumatda vurğulanıb.
Baş Prokurorluq "Tərtər işi" ilə bağlı məlumat yayıb.
Baş Prokurorluqdan Yol-xeber.az-a daxil olan məlumatda deyilir:
"Xəbər verildiyi kimi, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Baş prokurorun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır.
Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilmiş, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilmişdir. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilmişdir. İş üzrə zərərçəkmiş şəxslərin müəyyən edilərək dindirilməsi prosesi davam etdirilir. 2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar isgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, habelə qanunsuz olaraq azadlıqdan məhrum edilən, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, habelə 012-361-16-47 nömrəli telefonla əlaqə saxlanılaraq dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur.
Əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxslərlə bağlı cinayət işləri öyrənilərkən müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından ötrü Baş Prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilmişdir.
Eyni zamanda, Quliyev Elçin Mətləb oğlu barəsində dövlətə xəyanət ittihamı ilə aparılmış cinayət təqibinə öldüyünə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilmiş 19 dekabr 2017-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan Baş Prokuror tərəfindən ləğv edilmiş və onunla əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmaqla yekun qərarın qəbul edilməsi təmin ediləcəkdir.
Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Axundov Fuad Arazi oğlu CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Bununla yanaşı, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, sosial media platformaları istifadəçilərinin, eləcə də cinayət prosesi iştirakçılarının diqqətinə bir daha çatdırılır ki, ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməz olmaqla cinayət qanunvericiliyinə əsasən məsuliyyət yaradır, habelə istintaqa təsir göstərmək, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, qalib Azərbaycan Ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir".