Sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd olunub ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.

Yol-xeber.az-ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin təşkilatçılığı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də sahə işçiləri üçün təlim keçirilib.

“Yol təsərrüfatının tikili və qurğuları” və “Lokomotivin təhlükəsiz idarə olunması və lokomotiv sürücüsünə siqnal vermə qaydaları” mövzusunda keçirilən təlimlərdə Limanda çalışan yol montyorları, maşinist və qatar tərtibatçıları iştirak edib.

Təlimin əsas məqsədi  sahədə işləyən Liman əməkdaşlarının biliklərini çalışdıqları istiqamət üzrə təkmilləşdirmək, eləcə də onlara bu sahədə yeni praktik biliklər öyrətmək olub.

Hər iki mövzu üzrə təlimlər 7 gün davam edib və ümumilikdə təlimlərə 14 Liman əməkdaşı qatılıb.  Təlimlərin sonunda iştrakçılara “Azərbaycan Dəmir Yolları” QSC-nin daxili sertifikatları təqdim olunub.

Qeyd edək ki, təlimlər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin sifarişi əsasında “Azərbaycan Dəmir Yolları” QSC-nin İnsan Resursları İdarəsinin Maarifləndirmə və İnkişaf Mərkəzi tərəfindən təşkil olunub. Hazırda Mərkəz sifarişlər əsasında dəmir yolu sahəsi ilə bağlı müxtəlif mövzularda təlimlərin təşkilini həyata keçirir.

Mərkəzlə əlaqə: 012 499 62 16

ssssss


Yol-xeber.az-ın məlumatına görə, Siyəzən şəhərində Orucəli Qoçəliyev və Babək Bayramov küçələrində ümumi uzunluğu 2.2 km yolun asfalt örtüyünün vurulması davam edir. Sonra isə Nərimanov küçəsində 500 m-ə yaxın yol təmir olunacaq. Siyəzən rayon İcra hakimiyyətinin rəhbərliyinə də öz minnətdarlığımı bildirirəm.

ssssss
ssssss
ssssss
ssssss
ssssss

 

Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20° isti, gündüz 26-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova Azərbaycan Tibb Universitetinə qəbul olub.

Yol-xeber.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Polad Həşimovun qaynı Babək məlumat verib.

Aybəniz Həşimova universitetin "Müalicə işi”  ixtisasına daxil olub.

Sentyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi səhər tədricən zəifləyəcək, gündüz şimal-şərq küləyi əvəz olunacaq.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 19-21 isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.

Artıq bir neçə ildir ki, Bakı şəhərində ictimai nəqliyyat sistemində bank kartları vasitəsilə gediş haqqı ödənişlərinin aparılmasının mümkün olacağı deyilir. Əsasən də bu cür açıqlamalarla “Mastercard” beynəlxalq kart təşkilatının Azərbaycan nümayəndələri bir sıra çıxışlar edib. Çünki hazırda Şamaxı rayonunda pilot layihə kimi həyata keçirilən bu sistemin sponsoru da “Mastercard”dır.

Bank kartlarının nəqliyyatda ödəniş vasitəsi kimi istifadəsi “Nağdsız Azərbaycan” proqramının ən önəmli təməllərindən biri hesab olunurdu ki, bu layihənin də əsas tərəfdaşı “Mastercard” şirkətidir.

Avtobuslarda bank kartları ilə ödənişlərin həyata keçirilməsi layihəsi haqqında şirkət tərəfindən verilən açıqlamalarda layihənin 2020-ci ildə tətbiq olunacağı deyilsə də, hələ də paytaxtda bununla bağlı hər hansı yenilik edilməyib.

Məsələ ilə bağlı Ölkə.Az “Mastercard” şirkətinə sorğu ünvanlayıb. Şirkətdən bildirildi ki, Bakı şəhərində sərnişinlərə indiki ilə müqayisədə daha çox seçimlər veriləcək:

“Bakı kimi böyük bir şəhərdə işə salınan açıq dövriyyəli ödəniş sistemlərinə qoşulan çox sayda iştirakçı var. Biz bütün iştirakçılarla işləyirik və şərait münasib olduqda sərnişinlər üçün indiki ilə müqayisədə daha çox seçimlər olacaq. Bu, təkcə təmassız ödənişlər olmamalıdır. Bakının qapalı dövriyyəli ödəniş sistemlərindəki kartların debet və kredit kartları ilə avtomatik və sadə üsullarla doldurulması kimi aralıq həllər mövcuddur. Bu həllər daha asan ödənişə imkan yaratdığı bir vaxtda açıq dövriyyəli ödəniş infrastrukturu da inkişaf edir.

Nəticə olaraq qeyd edək ki, hazırda Şamaxıda açıq dövriyyəli təmassız ödəniş sistemi tətbiq edirik və bu, çox rahat işləyir. Həmçinin, bazar ertəsi və cümə günlərində kartla ödəniş edən bütün sərnişinləri əhatə edən bir kampaniya da həyata keçiririk”.

Beynəlxalq kart təşkilatından həmçinin deyildi ki, layihənin icrasına pandemiya da mane olub:

“Pandemiyanın mənfi təsiri də nəzərə alınmalıdır. Sistem Bakıda hələ işlək olmasa da, onu pilot layihə kimi Şamaxıda həyata keçiririk və çox yaxşı da işləyir. Əminəm ki, gec və ya tez Bakı da Kiyev, Moskva və London kimi debet kart və ya “Mastercard” ilə ödəniş edilən qlobal şəhərlərdən biri olacaq”. 

Səhər saatlarında Bakının bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Yol-xeber.az-a verilən məlumata görə, tıxac olan yollar aşağıdakılardır:

-  Ziya Bünyadov prospekti – (Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən başlayaraq – əsas yol, 20 Yanvar dairəsi istiqamətində) sıxlıq var.

- Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, avtovağzal metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi istiqamətində) sıxlıq var.

- Binəqədi şosesi – (əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur).

- Heydər Əliyev prospekti – əsas yol və köməkçi yol - (Koroğlu metro stansiyasını keçdikdən sonra, Bağırov körpüsü istiqaməti, eyni zamanda şəhər mərkəzi istiqamətində) sıxlıq var.

Sentyabrın 3-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 27-30° isti, Bakıda gecə 23-25° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-22° isti olacaq.

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Yarmfinal mərhələsində uğurla çıxış edən komandamız final mərhələsinə yüksəlib.

Sentyabrın 4-də keçiriləcək final mərhələsində tankçılarımız Rusiya, Çin və Qazaxıstandan olan tank heyətləri ilə mübarizə aparacaqlar.

Finalda Azərbaycan komandası qırmızı, Rusiya göy, Çin sarı, Qazaxıstan isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.

Xəbər lenti