Sabah Azərbaycana qış fəsli daxil olacaq.

Report xəbər verir ki, qış fəsli ölkəmizə dekabrın 21-də Bakı vaxtı ilə saat 14:02:18-də qədəm qoyacaq.

Bununla da Yer kürəsinin Şimal yarımkürəsində qış fəsli başlayacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur.

Azərbaycanda məktəbəqədər təhsil müəssisələri bundan sonra uşaq evləri adlanacaq.

Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmanla Təhsil Nazirliyi haqqında Əsasnaməyə müvafiq dəyişikliklər edilib.

Koronavirusun tüğyan etdiyi dövrdə bir çox qərb alimlərində virusun postsovet dövlətlərində geniş yayılmaması ciddi təəccüb və maraq doğurur.

Həqiqətən Rusiya, Ukrayna, Azərbaycan və digər keçmiş sovet ölkələrində koronavirusdan ölüm halları Avropa və ABŞ ilə müqayisədə demək olar yox dərəcədədir.

Saglamolun.az xəbər verir ki, vəziyyəti analiz etdikdən sonra alimlər çox maraqlı nəticəyə gəliblər. Onların fikrinə görə, bunun səbəbi postsovet ölkələr və həmçinin bəzi digər koronavirusdan daha az zərər çəkən (Hindistan və s.) ölkələrdə BSJ peyvəndinin kütləvi şəkildə tətbiq olunmasıdır. Nəzərinizə çatdıraq ki, Azərbaycanda da bütün yenidoğulmuşlara bu peyvənd vurulur. Misal üçün, Avropa ölkələrində və ABŞ-da bu peyvəndin vurulması məcburi deyil.

Hazırda Avstraliya alimləri vərəm əleyhinə vaksinin genişmiqyaslı sınağına başlayır. Vaksin ilk olaraq 4000 tibb işçisinə vurulacaq. Eksperimentin nəticələri yarım ildən sonra məlum olacaq.

Həmçinin BSJ ilə bağlı araşdırmalar Hollandiya, Fransa, İspaniyada və ABŞ-da nəzərdə tutulub.

Nəzərinizə çatdıraq ki, BSJ-nın koronavirusa təsiri hələ tam sübut olunmayıb.

“Bu helikopterin istismar müddəti 35 ildir. İstehsalçı şirkətin tələblərinə görə istehsal olunduqdan 8 il sonra, yəni 2020-ci ildə helikopter təmirə göndərilib. 2021-ci ildə təmirdən sonra sınaq uçuşları keçirilib və təhvil verilib”.

Yol-xeber.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev bu gün “Noyabrın 30-da hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair” keçirilən brifinqdə deyib.

O bildirib ki, helikopterin texniki göstərişlərində nasazlıq olmayıb:

“2013-cü ildə helikopterin “qara qutu”su yenilənib. Belə ki, o daha çox parametrlər qeydə alınan sistemlə əvəzlənib. Müqavilə əsasında Çexiya Respublikasında müqaviləyə əsasən “qara qutu” yenilənib və təhvil verilib.

Çex və Azərbaycan Baş prokurorluqları tərəfində qəzadan sonra “qara qutu” açılıb və göstəricilər istintaqa təhvil verilib. 30 noyabr tarixində qəzaya qədər helikopter 17 dəqiqə 24 saniyə uçuş həyata keçirib. Uçuşa hazırlıq və uçuş müddəti helikopterdə heç bir nasazlıq müşahidə edilməyib və istintaq zamanı da heç bir nüans aşkarlanmayıb. Helikopterin enmə əməliyyatını yerinə yetirən zaman qəzaya uğraması müəyyən edilib. Qəzaya 25 saniyə qalan müddətə qədər heç bir nasazlıq olmayıb.

Küləyin istiqamətini nəzərə almadan, uçuş metodikasını uyğun olmayan addımlara yol verildiyindən qəza baş verib. Pilotlar hadisədən yayınmağa cəhd etsə də, hündürlüyün sürətlə azalması hadisəni qaçılmaz edib. “Qara qutu”dakı məlumatların araşdırılması zamanı çəkilən fotoşəkillər də sizə təqdim ediləcək”.

Habelə brifinqdə bildirilib ki, ekipaj heyəti tərəfindən helikopter havaya qalxdıqdan 16 dəqiqə 59 saniyə sonra marşrut üzrə meydançaya eniş etmək qərarı qəbul edilib, həmin vaxt helikopterin sürəti 141 km/saat, radiohündürlük (yer səthindən helikopterə olan məsafə) 101 metr olub. Uçuşun 17 dəqiqə 10-cu saniyəsində küləyin istiqamətinin düzgün nəzərə alınmadan eniş prosesinə başlanılması nəticəsində helikopterin uçuş parametrlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib və uçuş sürəti 0 km/saat, radiohündürlük 89 metr qeydə alınıb.

Dövlət Sərhəd Xidmətinin Xızıda qəzaya uğrayan hərbi helikopterinin “qara qutu”nda qeyd alınan səs yazıları Azərbaycana təqdim olunub.

"Yol-xeber.az" xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair keçirilən brifinqdə Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov deyib.

""Qara qutu" hüquqi yardım haqqında sorğu əsasında Baş Prokurorluğun və Çex Respublikasının Prokurorluğunun əməkdaşlarının iştirakı ilə müvafiq istehsalçı şirkətin mütəxəssisləri tərəfindən açılaraq uçuşa hazırlıq prosesindən qəza baş verən ana qədər olan bütün parametrlər üzrə məlumatlar, o cümlədən idarəetmə ilə əlaqədar qeydə alınmış səs yazıları Azərbaycan tərəfinə təqdim edilib", - vurğulayıb.

Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması ilə bağlı aparılan istintaq haqda məlumat yayıb.

"Yol-xeber.az" xəbər verir ki, məlumatda deyilir.

“Xəbər verildiyi kimi, Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olması, 2 nəfərin isə yaralanması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin  müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.

Aparılmış intensiv çoxsaylı istintaq hərəkətləri, ekspertiza və digər tədqiqatlarla müəyyən edilib ki, uçuş-atış təlimlərinin həyata keçirilməsi ilə əlaqədar təsdiq edilmiş plana əsasən aparıcı müəyyən edilən, Dövlət Sərhəd Xidmətinin Mİ-17-1V tipli, 20136 bort nömrəli helikopteri 30 noyabr 2021-ci il tarixdə saat 10:16-da Səngəçal qəsəbəsində yerləşən N saylı hərbi hissədəki aerodromdan havaya qalxıb, onun ardınca təlimdə iştirak edən digər eyni tipli, 20137 bort nömrəli helikopter havaya qalxaraq uçuşa başlayıblar. Helikopterlər bir-birindən təxminən 70 metr aralı olmaqla uçuşu həyata keçiriblər. Aparıcı 20136 bort nömrəli helikopter 17 dəqiqə 24 saniyə uçduqdan sonra saat 10:33-də Xızı rayonu ərazisindəki Müdafiə Nazirliyinin Qaraheybət təlim mərkəzində helikopter meydançasına eniş edərkən qəzaya uğrayıb.

Aparıcı 20136 bort nömrəli helikopter enişə keçərkən həmin helikopterdə olan təlimatçı tərəfindən təlimə cəlb edilmiş digər eyni tipli helikopterin ekipaj heyətinə atış təliminin həyata keçiriləcəyi ərazidə heyvanların olub-olmamasının aydınlaşdırılması tapşırığı verilib. Həmin helikopter verilən tapşırıq üzrə istiqamətini dəyişmədən hərəkətini davam etdirərkən aparıcı helikopterin qəzaya uğramasını müşahidə etdikdən sonra saat 10:36-da eyni koordinat üzrə uğurlu eniş edib. 

Qəzaya uğramış desant-nəqliyyat tipli helikopter 2012-ci ildə Rusiya Federasiyasının Kazan şəhərindəki zavodda istehsal olunmuş, müqavilə əsasında həmin ilin sonunda DSX tərəfindən alınaraq istismara buraxılmışdır. İstehsal zamanı helikopterin təchiz edildiyi uçuş parametrlərinin avtomatik qeydiyyat sistemi (“qara qutu”) ilə müqayisədə yaddaş tutumunun həcmi və daha çox parametrlər üzrə qeydiyyat apara bilmə xüsusiyyətlərinə görə yeni müvafiq sistem 2013-cü ildə verilmiş sifariş əsasında Çex Respublikasından alınaraq istehsalçı şirkətin mütəxəssisləri tərəfindən 2015-ci ildə helikopterə quraşdırılmışdır. 2020-ci ilin sentyabr ayında müvafiq təlimata uyğun olaraq helikopter texniki baxış və təmir üçün bağlanmış müqaviləyə əsasən Rusiya Federasiyasının Saratov vilayətindəki zavoda göndərilmişdir. 2021-ci ilin aprel ayında müvafiq texniki qulluq həyata keçirildikdən sonra helikopter ölkəyə gətirilərək istismarı davam etdirilməklə qəza baş verən günə qədər 116 saat uçuş həyata keçirilmişdir. Texniki baxış və təmirdən əvvəlki, habelə ondan sonrakı dövrdə istismar olunarkən helikopterdə hər hansı nasazlıq aşkar edilməyib. 

Qəza baş verən gün helikopterin uçuşu və təlimlərə cəlb edilməsi ilə əlaqədar istintaq zamanı hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. Belə ki, helikopter qüvvədə olan normativ sənədlərə uyğun olaraq əvvəlcədən təsdiq edilmiş plana əsasən uçuş heyətinin tərkibi müəyyənləşdirilməklə təlimlərə cəlb edilmişdir ki, bu prosesdə də hər hansı normativ tələblərin pozulması halı aşkar edilməyib. 

Helikopterin qəzaya uğramasının səbəblərinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edən, tədqiqat üçün tam yararlı vəziyyətdə olan uçuş parametrlərinin avtomatik qeydiyyat sistemi (“qara qutu”)  hüquqi yardım haqqında sorğu əsasında Baş Prokurorluğun və Çex Respublikasının Prokurorluğunun əməkdaşlarının iştirakı ilə müvafiq istehsalçı şirkətin mütəxəssisləri tərəfindən açılaraq uçuşa hazırlıq prosesindən qəza baş verən ana qədər olan bütün parametrlər üzrə məlumatlar, o cümlədən idarəetmə ilə əlaqədar qeydə alınmış səs yazıları Azərbaycan tərəfinə təqdim edilib. 

Helikopterin idarə edilməsi zamanı çoxsaylı parametrlər üzrə qeydə alınmış məlumatlar əsasında Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, “ASG Helicopter Services” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən verilmiş rəy, eləcə də rəydə göstərilən halları təsdiq edən toplanmış sübutlarla istintaqın hazırkı mərhələsində müəyyən edilir ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub. 

Belə ki, ekipaj heyəti tərəfindən helikopter havaya qalxdıqdan 16 dəqiqə 59 saniyə sonra marşrut üzrə meydançaya eniş etmək qərarı qəbul edilmiş, həmin vaxt helikopterin sürəti 141 km/saat, radiohündürlük (yer səthindən helikopterə olan məsafə) 101 metr olub. Uçuşun 17 dəqiqə 10-cu saniyəsində küləyin istiqamətinin düzgün nəzərə alınmadan eniş prosesinə başlanılması nəticəsində helikopterin uçuş parametrlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş vermiş və uçuş sürəti 0 km/saat, radiohündürlük 89 metr qeydə alınmışdır. Bundan ötən qısa müddət ərzində pilotlar  helikopteri qəza vəziyyətindən çıxarmaq üçün cəhd etsələr də, buna nail ola bilməyiblər. 

İstintaqla müəyyən edilmişdir ki, helikopterin pilotların səhvi nəticəsində idarəetmədən çıxdıqdan sonra qəzaya uğraması qısa zaman kəsiyində, yəni uçuşun 17 dəqiqə 17-ci saniyəsindən 24-cü saniyəsinədək olan müddət ərzində baş vermişdir. Helikopterin uçuş parametrlərinin avtomatik qeydiyyat sistemində olan məlumatların təhlilinə əsasən qəzanın səbəbi pilotların hündürlüyü nəzərə almadan “Şaq-Qaz” dəstəyini (aparıcı pərin ümumi addım dəstəyi) vaxtından əvvəl tam endirməsi, tanqaj bucağının (helikopterin burun hissəsinin yuxarı istiqamətdə üfüqi xəttə nəzərən dərəcəsidir) normadan çox artırılması, küləyin istiqamətinin və gücünün düzgün hesablanmaması olmuşdur ki, bu nəticə etibarilə mühərrikin dövrlər sayının, sürətin, hündürlüyün anidən azalması ilə idarə olunmaz halda olan helikopterin quyruq hissəsinin pərinin (helikopterin tarazlığını saxlamaq funksiyasını yerinə yetirir) yerə dəyərək qırılmasına səbəb olmuş, daha sonra helikopterin sağ qanadında döyüş sursatının saxlanılması üçün nəzərdə tutulan hissəsi yerə dəyərək sınmış, bundan sonra sol tərəfi üstə yerə dəyərək sürüşmüş, hərəkətdə olan aparıcı pərin təsirindən helikopter yerdən aralanaraq yenidən sol tərəfi üstə zərbə ilə yerə dəymiş və sürtünmənin təsirindən yanacaq çənlərindən qaynaqlanan partlayış və yanğın baş verib. 

Aparılmış ilkin məhkəmə-tibbi müayinəsinə əsasən qəza nəticəsində həlak olmuş şəxslərin ölüm səbəbi müxtəlif dərəcəli bədən xəsarətləri alması nəticəsində yaranmış travmatik şok olub. 

Qəzaya uğramış helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxmış, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılmış, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölmüş, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıblar. 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Kütləvi informasiya vasitələri, habelə sosial şəbəkə istifadəçilərinə helikopter qəzası ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyi və bunun qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət səbəb olacağı barədə xəbərdarlıq edilir".

Paytaxt ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin səbəbləri təəssüf doğurur. Daha əvvəl də bu istiqamətdə bir çox materiallar hazırlamışıq. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinə səbəblər arasında piyada məsuliyyətsizliyi ilə yanaşı, sürücü diqqətsizliyi də (yuxulu və sərxoş halda sükan arxasına keçmə halları, nasaz avtomobil və s.) var.

Cəmiyyəti, eləcə də yol polisini narahat edən əsas məsələlərdən biri isə inzibati xəta və yol qəzaları zamanı sürücülərin, piyadaların və digər hərəkət iştirakçılarının hadisəni izah edərkən “tələsirdim”, “görmədim” kimi ifadələr işlətməsidir. Təəssüf ki, bir nəfərin “tələsməsi” özü də daxil olmaqla bir və ya bir neçə hərəkət iştirakçısının həyatına son qoya bilər.

Sonrakı peşmançılığın fayda vermədiyi kimi, məsuliyyətsizliyin qurbanı olan hərəkət iştirakçıları da geri qayıtmır. Bununla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici videoçarxlar hazırlanır, məlumatlar paylaşılır.

Görəsən bu kimi hallara yol verən sürücüləri hansı məsuliyyət gözləyir? “Tələsirəm” demək sürücüləri məsuliyyətdən azad edirmi?

Məsələ ilə bağlı "Yol-xeber.az"a açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, baş vermiş qəzalar təhlil edilən zaman bir çox səbəblər ortaya çıxır:

“Paytaxt ərazisində baş verən yol-nəqliyyat hadisələri araşdırılır. Aparılan araşdırmalar və statistikalar isə qəzaların əsasən sürücülərin diqqətsizliyi və piyadaların səhlənkarlığı ucbatından baş verdiyi məlum olur. Cəmiyyəti eləcə də bizi narahat edən əsas məsələlərdən biri isə qəzanın baş verməsinə səbəb kimi hər kəsin “tələsirdik” deməsidir. Bu ifadə çox böyük təəssüf hissi doğurur. Sürücülər və digər hərəkət iştirakçılarının qəza zamanı “tələsirdik” deyərək vəziyyəti izah etmək cəhdləri isə “qanunvericiliyi bilmirdim” ifadəsi kimi qəbuledilməzdir.

Çünki “tələsirdik” və ya “bilmirdim” ifadəsini işlətmək çox rahat ola bilər, lakin qəza zamanı kiminsə həyatını itirdiyini düşünün. “Tələsirdim” deyib sürət həddini aşan sürücülər bədbəxt hadisə zamanı bunu kiminsə ailəsinə deyə bilərmi? Ya da həmin “tələsmək” ona öz canı bahasına başa gəlsə, necə? Odur ki, bu, hamımızı ciddi şəkildə narahat edir. Sürücülər, piyadalar, eləcə də digər hərəkət iştirakçıları unutmamalıdırlar ki, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə, təhlükəsizliyi təmin edən qaydalara ciddi riayət olunmalıdır ki, ölümlə və xəsarətlə nəticələnən qəzalar baş verməsin.

Bu cür məsələlərdən yeganə çıxış yolu isə məsuliyyət hissinin artırılmasıdır. Xüsusilə sərnişindaşıma fəaliyyət göstərən sürücülərdən, mopedlərlə kuryer fəaliyyəti göstərənlərdən xahiş edirik ki, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini düşünsünlər. Çox ağır olsa da, son 11 ayın statistikasına görə, paytaxt ərazində baş verən 458 hadisədə 191 nəfər ölüb, 365 nəfər isə xəsarət alıb. Ümumi hadisələrin 268-i isə piyada vurma olub ki, nəticədə onlardan da 122 nəfəri ölüb, 152 nəfəri isə xəsarət alıb. Bu insanların içərisində yəqin ki “tələsənlər” və “bilməyənlər” az olmayıb!”.

Prezident İlham Əliyev “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, fəxri adlara görə aylıq təqaüdün məbləği 150 manatdan 180-ə və 100 manatdan 120-yə çatdırılıb.

Bu sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Yol-xeber.az xəbər verir ki, fərmanla “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454; 2019, № 4, maddə 640; 2020, № 11, maddə 1361) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

1.1. 1.1-ci bənd üzrə:

1.1.1. 1.1.1-ci yarımbənddə “130” rəqəmləri “180” rəqəmləri ilə əvəz edilsin;

1.1.2. 1.1.2-ci yarımbəndin ikinci abzasında “150” rəqəmləri “220” rəqəmləri ilə, üçüncü abzasında “130” rəqəmləri “180” rəqəmləri ilə, dördüncü abzasında “110” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;

1.1.3. 1.1.3-cü yarımbəndin ikinci abzasında “150” rəqəmləri “220” rəqəmləri ilə, üçüncü abzasında “130” rəqəmləri “180” rəqəmləri ilə, dördüncü abzasında “110” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;

1.1.4. 1.1.4-cü yarımbəndin ikinci abzasında “150” rəqəmləri “220” rəqəmləri ilə, üçüncü abzasında “130” rəqəmləri “180” rəqəmləri ilə, dördüncü abzasında “110” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;

1.1.5. 1.1.5-ci yarımbənddə “150” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;

1.1.6. 1.1.6-cı yarımbənddə “80” rəqəmləri “100” rəqəmləri ilə əvəz edilsin;

1.1.7. 1.1.8-ci yarımbənddə “100” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;

1.1.8. 1.1.9-cu yarımbənddə “100” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;

1.1.9. 1.1.10-cu yarımbənddə “55” rəqəmləri “70” rəqəmləri ilə əvəz edilsin;

1.1.10. 1.1.12-ci yarımbəndin 1-ci abzasında “160” rəqəmləri “200” rəqəmləri ilə, 2-ci abzasında “480” rəqəmləri “600” rəqəmləri ilə əvəz edilsin;

1.2. 1.2-ci bənd üzrə:

1.2.1. 1.2.2-ci yarımbənddə “200” rəqəmləri “300” rəqəmləri ilə əvəz edilsin;

1.2.2. 1.2.3-cü yarımbənddə “300” rəqəmləri “350” rəqəmləri ilə əvəz edilsin.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

ıı


Yol-xeber.az xəbər verir ki, Ölkəmizdə uğurla həyata keçirilən islahatlar həyatımızın bütün sahələrində dinamik inkişaf üçün yeni imkanlar yaradır. Bu inkişaf yolların yenidənqurulmasında da özünü qabarıq şəkildə göstərir. İri şəhərlərlə yanaşı regionlarda da kənd və qəsəbələri birləşdirən yollarla yanaşı yaşayış məntəqələrinin daxili yolları da yenidən qurulur. Bu Cəlilabad rayon İcra Başçısının təşəbbüsü və işgüzarlığı ilə rayonunun timsalında özünü qabarıq şəkildə göstərir.
Belə ki, 2021-ci ildə Cəlilabad rayonun bir çox küçə və prospektlərində asfaltlanma işləri aparılır. Ancaq bir rayon ziyalısı kimi nəzərinizə çatdırım ki, Rafiq müəllimdən öncəki İcra Başçıları rayona baxmırdı, nə küçə düzəltmirdi nədə cəmiyyət içinə çıxmırdılar,işləri peşələri ancaq kabinetlərində oturub, qəbullarına gələn vətəndaşları otaqlarından qovmaq və ya müxtəlif cür yalan danışmaqla keçirdi. Ancaq sağolsun dəyərli, işgüzar yeni İcra Başçısı Rafiq müəllim heç bir ya iki ay deyil rayona Cənab prezident İlham Əliyevin göstərişi ilə Başçı təyin olunub, biraz olsun belə kabinetində oturmur bütün günü yollarda, küçələrdə, kütləvi tədbirlərdə, Şəhid ailərinin evlərində, Qazi yanında və rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin məktəbdə elim, bilik bacarıqları onların hansı şəraitdə Təhsil almaları və müəllimlərin vəziyəti ilə maraqlanır, uçuq, sökük və təmirsiz məktəbləri yaxın zamanda təmir etdirmək üçün, rayonda Sabiq İcra Başçılarının vaxtından mövcud olan , tökülüb qalan bütün nöqsan və problemlərin aradan qalxması üçün hərşeyə şəxsən özü nəzarət edir.
Cənab Prezident Cəlilabad rayonuna çox düzgün, işgüzar, iş bacaran, ən əsası mərhəmətli, Şəhid və Qazi ailərinə hörmət, diqqət və qayğı göstərən, vaxtaşırı Şəhid və Qazi ailərinə baş çəkən, onların problem və çətinlikləri ilə yaxından maraqlanan, onlara sonsuz diqqət və qayğı göstərən humanist bir şəxsiyyəti rayona İcra Başçısı təyin etmisiniz. Rayon əhalisinə göstərdiyiniz diqqət və qayğıya görə cənab Prezident sizə və ölkənin Birinci vitse-prezidenti hörmətli xanım Mehriban Əliyeva -ya rayon əhalisi sonsuz minnətdarlığların bildiririrlər.
Hazırkı cəmiyyətimizdə hər hansısa insanı danışdırsan deyər ki, mən cəmiyyətdə gördüyümə inanıram. Cənab Prezident İlham Əliyev Azərbaycan xalqına dəyər verir, onlara diqqət və qayğı göstərir, onların problemlərin həll edir, Azərbaycan xalqı dəfərlərlə şahidi olub, hətta Prezident bir neçə dəfə şəxsən özü vətəndaşlara yaxınlaşıb onlardan məktubları alır. Yaxşı məmur olmaq üçün hansısa kitab oxumaq vəya hansısa ölkənin qanununa baxmaq lazım deyil təkcə Azərbaycan Respublikasının Müzəffər Prezidentinə baxıb, onun insanlara olan sonsuz diqqət və qayğısından nümunə götürmək hər bir Azərbaycanlı məmura kifayət edər !.
Men əminliklə deyə bilərəm ki, Cəlilabad rayon İcra Başçısı dəyərli Rafiq müəllim Prezdentimizin etimadını layiqincə doğruldur. Bundan öncəki Sabiq iş yarıtmaz talançı İcra Başçıları rayonda min cür oyun çıxarırdılar, rayonda olan bəzi yaramaz, insan balası kimi danışa bilməyən məmurların vasitəsi ilə özlərinə min cür avantaj sağlayrdılar, nə qəbula gələni dinləyirdilər, nədə qəbul günlərində özləri iştirak etmirdilər. Yəni bir sözlə yuvalarından çölə çıxmırdılar !
Bəli yaxşı iş görən məmuru, işgüzar məmuru xalqda çox sevir, rayon vətəndaşıda. Sakinlər görülən işlərdən - küçələrin asfatlaşdırılması və təmir-bərpa işlərindən razılıqlarını ifadə edərək Respublika Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.
Tanrı Azərbaycanın bütün vicdanlı, işgüzar, rayon əhalisinə can yandıran, Şəhid və Qazi ailələrinə diqqət və qayğı göstərən İcra Başçıların qorusun !
Müəllim Elnur Qasımov !.

.

ıı
ıı
ıı
ıı
ıı
ıı




Xəbər lenti