Koronavirus əlehinə vaskinlərə qarşı əks göstərişi olan şəxslər bununla bağlı sertifikat almaq üçün ərazi üzrə poliklinikalara müraciət edirdilərsə daha belə olmayacaq. Artıq mobil telefon vasitəsi ilə cəmi bir necə dəqiqə ərzində bu sertifikatı ala biləcəklər. Bu yenilikdən yalnız bir qrup şəxs faydalana biləcək. Bəs bunlar kimdir və proses necə olacaq? Təfərüatları təqdim edirik.

Xəzər Xəbər" məlumatna görə, bir neçə vacib xananı doldurduqdan sonra əks göstəriş üçün müraciət edib və bir necə dəqiqə ərzində bu sertifikata sahib ola bilərsiniz.

"Əks göstəriş" sertifikatını artıq online qaydada da almaq mümkündür. Səhiyyə Naziriliyi bununla bağlı artıq işlərə start verib.

Beləki, "COVID-19 "əleyhinə vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərin əks-göstəriş sertifikatı "Elektron səhiyyə" mobil tətbiqinə inteqrasiya edilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bir kateqoriya insanlar varki, onlar sertifikat almaq üçün müraciət etdikdən sonra vətəndaş qeyd olunmuş hal üzrə müvafiq registrlərdə mövcud olduğu təqdirdə avtomatik olaraq əks-göstəriş sertifikatı mobil tətbiqdə əks olunacaq.

Bu hallardan əlavə digər diaqnozlar olduğu təqdirdə vətəndaş əks-göstəriş sertifikatı almaq üçün ərazi üzrə qeydiyyatda olduğu poliklinikaya müraciət edə bilər. Gələcəyə doğru isə sistemin daha da təkminləşdirilməsi planlaşdırılırki, bu zaman registrlarda qeydiyyatı olan hər bir şəxs bu sistemdən yaralana biləcək

Elektron Səhiyyə mobil tətbiqini Android əməliyyat sistemli cihazlarda Google Play-dən , İOS əməliyyat sistemli cihazlarda isə APP Store-dan asanlıqda yükləyə bilərsiniz.

Qeyd edək ki, Elektron Səhiyyə Mobil tətbiqindən qeydiyyat Asan loginə inteqrasiya olunub.

Dekabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.Arabir güclənən cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti, Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 9-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Bakıda dönərdən zəhərlənən 8 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yol-xeber.az xəbər verir ki, onlar "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər. Müraciət edənlərin 1-i qadın, 7-si kişi olub. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.

Zəhərlənənlərin siyahısını təqdim edirik:
1. Bayramov Cavid,
2. Xəlilov Murad,
3. Fəttahova Tünzalə,
4. Əliyev Həmid,
5. Soltanov Səid,
6. Mirzəyev Rafiq,
7. Ömərov Qüdrət,
8. Soltanov Maqsud.

Vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov və Murad Xəlilov evə buraxılıblar.

Hazırda digərlərinin müalicəsi davam etdirilir.

Türkiyə lirəsinin ucuzlaşması bu ölkədə digər xarici ölkə pul vahidləri kimi Azərbaycan manatının da dəyər qazanmasına səbəb olub. Nəticədə azərbaycanlılar bu günlərdə kütləvi şəkildə sərhədə yaxın İğdır şəhərinə axın edərək alış-verş edirlər.

Virtualaz.org xəbər verir ki, Azərbaycan manatı son bir ayda TL-yə nisbətən 49 faiz dəyər qazanıb və hazırda 1 AZN 8 TL 16 quruşa dəyişdirilir. Bu da azərbaycanlılar üçün Türkiyədən dəyəri manatla ölçüldükdə xeyli ucuzlaşan malları almaq üçün yaxşı fürsət yaradıb.

Bu fürsətdən istifadə edən Azərbaycan vətəndaşları kütləvii şəkildə İğdıa axın edərək ərzaq, geyim və məişət malları alırlar. Naxçıvan Muxtar Resublikasında və Azərbaycanın digər yerlərində alver edə bilməyənlər üçün İğdırda alış-veriş etmək indi xeyli sərfəlidir. Bildirilir ki, azərbaycanlılar Naxçıvan üzərindən ya avtobuslarla, ya şəxsi maşınları ilə cəmi bir saatlıq məsafədə olan İğdıra gedirlər, alış-veriş edib elə həmin gün geri dönürlər. Onlardan bəziləri manatın dəyər qazanmasına baxmayaraq malların hələ də baha olduğunu deyir, bir çoxları isə ucuzlaşmadan məmnundur. Alış-verişin azərbaycanlıların hesabına canlanması iğdırlı ticarətçiləri də məmnun edir.

Lakin yerli sakinlər heç də bu ucuzluqdan faydalana bilmirlər. "Əslində qiymətlər uçub, 1o lirəyə satılmalı olan mal indi 40 lirəyə satılır. Azərbaycanlıların pulu qiymətli olduğundan alış-veriş edə bilirlər”,-yerli sakinlərdən biri deyib.

Bu gündən hamamların fəaliyyətinə icazə verilir

Bu gündən etibarən Azərbaycanda hamamların fəaliyyətinə icazə verilir.

Bununla bağlı dekabrın 11-də Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.

Qərara əsasən, dekabrın 13-dən etibarən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa edilir.

Hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər.

i

Yol-xeber.az xəbər verir ki, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov Cəbrayıl rayon Mahmudlu kənd uşaq musiqi məktəbini şagird və müəllim kollektivi ilə görüşmişdir.


i
i
i
i

Dekabrın 11-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-14° isti, Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 1-5° şaxta, gündüz 5-10° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanda xarici mənbələrdən alınan informasiyaların yayılmasına dair tələblər müəyyənləşib.

Bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan vətəndaşlarının və Azərbaycanın hüquqi şəxslərinin xarici mənbələrdən, o cümlədən xarici media subyektlərindən birbaşa məlumat əldə etmək hüququ vardır.

Azərbaycanda yerüstü yayım üçün nəzərdə tutulmuş radiotezliklərdən istifadə olunmaqla xarici televiziya və radio proqramlarının yayımlanmasına Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir.

Redaksiyasının daimi yeri Azərbaycanın hüdudlarından kənarda olan xarici çap mediası məhsulunun Azərbaycan Respublikasının ərazisində yayılmasına Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir. Bu müqavilələrdə xarici çap mediası məhsulunun yayılması qaydası nəzərdə tutulmadıqda bu məsələlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Azərbaycanda media subyektinin digər media subyektinin informasiyasından necə istifadə edəcəyi məlum olub.

Yol-xeber.az-ın xəbərinə görə, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.

Bundan əlavə, abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.

Bu hallar dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Virualaz.org saytına müsahibə verib.

Yol-xeber.az xəbər verir ki, o, müsahibəsində komitə ilə bağlı tənqidlərin sifariş olduğunu qeyd edib:

“Bu cür geniş miqyaslı hücumlardan sonra məndə də müəyyən şübhələr yaranır. Özümə sual verirəm: doğrudanmı, bu sifarişdir. Ehtimal ki bəli. Bizim üçün dövlətin maraqları işbazların və inhisarçıların iqtisadi və maliyyə maraqlarından yuxarıdadır. Üstəlik, prezident İlham Əliyevin rəhbərliyi altında aparılan kölgə iqtisadiyyatı ilə mübarizə siyasəti, şəffaflığın artması, vergidən yayınmaya qarşı mübarizənin gücləndirilməsi hansısa korrupsiyalaşmış qrupların maraqlarına toxunur”.

S. Mehdiyev deyib ki, bu hücumlar onu ruhdan salmır: “Məqsədə çatmaq üçün dayanmamaq lazımdır. Və biz ölkənin gömrük sistemində islahatları davam etdiririk. Bəli, bizdə də mənfi hallara rast gəlinir. Ancaq biz bununla mübarizə aparırıq, hər bir faktı ictimaiyyətin və hüquq-mühafizə orqanlarının mühakiməsinə təqdim edirik. O ki qaldı böhtançı hücumlara, biz bu kampaniyaların təşkilatçıları ilə mübarizə aparmayacağıq. Bizim yeni uğurlarımız onlara ən yaxşı cavabdır”.

Komitə sədrinin sözlərinə görə, ölkəyə rəqabətə qabil malların ədalətli və qanuni gətirilməsi təmin olunub: “Biz inhisarçılara “Yox” deyirik! Biz əvvəllər müəyyən məhsulları yalnız özünün gətirəcəyində və birtərəfli qaydada qiymət təyin edəcəyində israrlı olan inhisarçıların arzularını puç etmişik. Bizi heç kim qaçaqmala himayədarlıqda və inhisarçılığı şirnikləndirməkdə ittiham edə bilməz. Mən sahibkarlara müraciət edirəm, əgər bu cür faktlar varsa, görüşməyə, dinləməyə və dərhal tədbirlər görməyə hazıram. Bəli, biz sərt siyasət yürüdürük, ancaq bu, sahibkarların maraqlarının müdafiəsi üçündür!

O ki qaldı qiymət artımı ilə bağlı suala, bu, gömrük rüsum və vergilərinin çoxalması ilə əlaqəli deyil. Bu, postpandemiya dövrünün ümumdünya trendidir. Daha bir vacib faktor – yük daşınmalarının logistikasının dəyəri 2-3 dəfə artıb. Azərbaycan isə dünyanın 185 ölkəsi ilə ticarət əlaqələri qurmuş bir ölkədir. Vəziyyətdən yeganə çıxış yolu milli istehsalın həvəsləndirilməsində və artırılmasında, idxalın əvəzlənməsinə nail olmaqdadır”.

Sahibkarların çoxsaylı şikayətinə gəldikdə S. Mehdiyev buna da özünəməxsus cavab verib: “Əvvəlcə “Kim şikayətlənir” sualına cavab verək. İstehsalçı, yoxsa makler, vasitəçi? Azərbaycanda xırda və orta sahibkarlığın inkişafı ilə bağlı çoxsaylı proqramlar yaradılıb və fəaliyyət göstərir…

Bəzən bizim xırda və orta sahibkarlarımız bir anın içində, istənilən vasitə və yolla iri biznesin sıralarına qatılmaq istəyirlər. Bəzən bərabər hüquqluluq və rəqabət qanunlarını pozurlar. Dünyanın heç bir ölkəsində hökumətin təqdim etdiyi güzəştlər əbədi deyil. Vaxt gəlir və bütün bu güzəştlər ləğv olunur. Başa düşün, istənilən güzəşt və imtiyaz ünvanlı olmalı və müəyyən dövr üçün nəzərdə tutulmalıdır. Əks halda sahibkarlar bu güzəştlərdə parazitlik edərək dövlətin daimi imtiyazlarına öyrəşəcəklər. Biznes həmişəlik dövlətin boynunda otura bilməz, əks halda bu, inkişafa yox, deqradasiyaya aparacaq. Mən iş adamları ilə bütün problemləri müzakirə etməyə hazıram. Təkrar edirəm, əgər iş adamı gömrük strukturlarında problemlə üzləşibsə, onları şəxsən dinləməyə və günahkarı cəzalandırmağa hazıram. Mənim qapılarım iş adamlarının hamısı üçün açıqdır.

Mən sizinlə yetərincə açıq danışıram və aramızda tabu qoyulmuş mövzu yoxdur. Mən hər bir sahibkarla da bu cür danışıram. Korrupsiya, rüşvətxorluq, çatışmazlıqlar, inhisarçılıq, lobbiçilik haqqında … Mən iş adamlarına müraciət edirəm – bizim sıralarımızdakı rüşvətxorların adlarını çəkin!”.

Xəbər lenti