Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarına xəbərdarlıq edib.

BDYPİ-dən Yol-xeber.az-a daxil olan məlumatda deyilir:

"Hazırda müşahidə olunan yağıntılı hava şəraiti, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 23-24-də Bakıda və Abşeron yarımadasında sulu qar, eləcə də respublikanın şimal və qərb bölgələrinin dağlıq və dağətəyi rayonlarında bəzi yerlərdə qar yağacağı və yolların buz bağlayacağı barədə məlumatını nəzərə alaraq, yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmağı, avtomobillərinin texniki sazlığını, xüsusilə şinlərinin mövsümə uyğunluğunu təmin etməyi, hərəkət zamanı meteoroloji şəraiti düzgün qiymətləndirməyi və yol hərəkəti qaydalarına dəqiqliklə riayət etməyi xahiş edir.

Digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumununa görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar".

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

Yol-xeber.az-ın APA-ya istinadla məlumatına görə, Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

Qubanın Qrız kəndində 25, Xınalıqda 17, Xaltanda isə 13 santimetr hündürlüyündə qar yağıb. Qusarın Yasab kəndinə 15, Xızının Altıağac qəsəbəsinə isə 6 santimetr hündürlüyündə qar qeydə alınıb. Quba rayon mərkəzində 5 santimetr qar var.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 8 dərəcəyədək enib.

 
  •  

 

 
 

Uzun illər müharibə şəraitində yaşayan bir xalq kimi hər zaman Azərbaycanda qazilərə, şəhidlərə və onların aillələrinə yanaşma həssas olub.

Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə qazi adı bizim üçün xüsusi dəyər qazanıb. Torpaqlarımızın azadlığı uğrunda gedən haqq savaşında iştirak edən şəxslərə müharibə dövründə göndərilən yardımlar, xüsusi həssas münasibət onlara olan böyük sevginin bariz nümunələrindən idi.

Lakin müharibə bitdikdən sonra biz zaman-zaman “qazi” adından sui-istifadə hallarının şahidi olduq. Son vaxtlar yol hərəkəti qaydalarının pozuntusuna yol verdikdən sonra qazi olduğunu deyən, bəzən maşnının üstündə “qazi” yazan şəxslər də tez-tez gündəmə gəlir.

Baş Dövlət Yol Polis İdarəsindən Ölkə.Az-ın sorğöusuna cavab olaraq bildirilib ki, bəziləri qazi statusundan sui-istifadə etməyə çalışaraq, öz statuslarına kölgə salmış olurlar:

284482

“Bəzən idarə etdikləri avtomobillərin nömrə nişanlarını çıxararaq yola çıxırlar. Burada tək məqsəd yol hərəkəti qaydalarını pozduqları zaman avtomobil yollarında olan videomüşahidə kameralarından, radarlardan yayınmaqdır. 

Digər tərəfdən bəzi qazilərimiz sükan arxasında olarkən “Yol Hərəkəti Haqqında” Qanunun tələblərini kobud şəkildə pozurlar. Yol polisi əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq onları saxladıqları zaman “mən qaziyəm” deyə cavab verir və özlərinə haqlı qazandırmağa çalışırlar. Qazilərimizlə fəxr edirik, onlarla qürur duyuruq, lakin qanun hər kəs üçün qanundur.

Nəinki qazilərimiz, hər bir kəs başa düşməlidir ki, bir nəfərin yol hərəkəti qaydalarını pozması yalnız onun deyil, digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yarada bilər, ağır nəticəli qəza baş verər. Ona görə də xahiş edirik ki, bəzi qazilərimiz qayda pozuntularının mahiyyətini düzgün başa düşsünlər və bu kimi davranışlara yol verərək şərəfli qazi adına kölgə salmasınlar”.

Vətən müharibəsi iştirakçısı qazi gizir Rüfət Hacızadə hərbçilərin bu cür hallara yol vermədiyini deyib:

284480

“44 günlük Vətən müharibəsində gizir rütbəsi ilə döyüşmüşəm. 2017-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edirəm. Hərbçi olan insanlar nə müharibə vaxtı video çəkib bir şey istədilər, nə müharibədən sonra haradasa səs-küy salıb “biz beləyik” dedilər”.

Gizirimizin sözlərinə görə, qazi olmaq qanunu pozmaq demək və yaxud da qanunu öz sui-istifadəsi üçün yönəltmək deyil:

“Mən özüm də müxtəlif hallarla qarşılaşıram. Telefonuma zəng gəlir ki, bəs xahiş edirəm mənə kontur göndərin, mən qaziyəm. And olsun Allaha həqiqətən utanc hissi keçirirəm”. 
R.Hacızadə deyib ki, vəziyyətdən sui-istifadə edənlər digərlərinin də xalqın gözündən düşməsinə səbəb olur:

“Sui-istifadə halları sabah birisigün həqiqətən xalqın gözündən qazi olan insanların dəyərini salır. Bu, bizə çox pis təsir edir. Çünki hər hansı 2-3 nəfər şərəfini itirmiş insana görə bütün şərəfli insanlar xalqın gözündə fırıldaqçı kimi görünür. Belələri xalqın sevgisindən sui-istifadə edirlər”.

Ölkə.az-a danışan Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu isə bu məsələnin birmənalı olmadığını söyləyib:

284481

“Bu məsələ incə məsələdir. Bunun içərisində obyektiv olan məsələlər də var, müharibəyə aidiyyəti olmayan şəxslər də var. Həmişə qazi, döyüşçü adından istifadə edənlər olub. Baxırsan ki, qazi kənarda qalır, başqaları bundan istifadə edir.

Birinin ürəyi atılır obyektinin adını qazi qoyur, bir başqası vergidən yayınmaq üçün edir, digəri hansısa məqsəd üçün edir. Yəni əslində bu, birmənalı deyil. Ona görə də birmənalı cavab vermək olmur. Qazi adı çox böyük müqəddəs bir addır. Qazi şəhidin bir parçasıdır, onun qanı vətən torpağına bulaşıb. Bu, Allah yanında bir məqamdır. Qanunvericilikdə də qazi və şəhid adları var. Bunlar dövlətin atributudur. Burada o qədər incə qatlar var ki, danışmaqda çətinlik çəkirəm. Vəziyyətdən sui-istifadə edənlərin qarşısını almaq lazımdır”.

Azərbaycanda hərbi qulluqçuların vəzifə maaşları, müavinətləri ardıcıl şəkildə artırılır.

"Yol-xeber.az"ın xəbərinə görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində deyib.

"Möhtərəm Prezident hərbi qulluqçuların sosial təminatının və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi prosesini sürətləndirdi. Bununla yanaşı, hərbi qulluqçuların vəzifə maaşlarının, müavinətlərinin artırılması da ardıcıl davam etdirilir", - o vurğulayıb.

Bakıda və Abşeron yarımadasında dekabrın 22-də arabir yağış yağacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

“Problem həll olunan problem deyilsə, onun həlli nə yerdə, nə də nazirlikdə mümkün deyil. Bəzi problemlər var ki, onların qaydalara uyğun həlli yoxdur”.

Bunu təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə çıxışı zamanı deyib.

“Məsələn, insan şərti olaraq tədris aldığı dili bilmirsə və dövlətdən diplom tələb edirsə, bunu kimdən istəyirsə istəsin, mümkün deyil. Çünki insan tədris aldığı dili bilməlidir. Burada narazılığın xüsusi bir əhəmiyyətini və faydasını görmürəm. Bizə inanın ki, bəzi hallarda insanları inandırmağa çalışırıq ki, siz bu dildə təhsil almısınızsa, heç olmasa bu dildəki intervyuda danışa bilməlisiniz. Mən hələ ixtisasın məzmununu kənara qoyuram”.

Təhsil naziri Emin Əmrullayev məktəbdə şagirdlərin iştirakı ilə dini məzmunlu klipin çəkilməsinə münasibət bildirib.

Nazir keçirdiyi brifinqdə deyib ki, kliplərin məzmunundan asılı olmayaraq məktəblərdə çəkilməsi qaydalara ziddir.

"Bu qeyri-qanunidir. Məktəb rəhbərliyi barədə intizam tədbiri görülüb", - o vurğulayıb.

“Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycanda regional təhsil idarələrinin yaradılması məsələsi də Təhsil nazirliyinə tapşırılıb”.

Bunu təhsil naziri Emin Əmrullayev ölkə Prezidentinin təhsillə bağlı sərəncamları barədə danışarkən bugünkü brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, bu idarələr Azərbaycanda olan iqtisadi rayonların inzibati bölgüsünə uyğun olaraq yaradılacaq:

“Bu struktur prinsip etibarilə yerlərdə təhsil idarəetmə orqanlarının ləğvi anlayışına gəlməməlidir. Yəni hər bir rayonda təhsil idarəetmə qurumları olacaq. Sadəcə olaraq onlar regional idarələrin tərkib hissəsi kimi fəaliyyət göstərəcək”.

“Regional təhsil idarələrinin yaradılmasında bir neçə məqsəd var”.

Bunu təhsil naziri Emin Əmrullayev ölkə Prezidentinin təhsillə bağlı sərəncamları barədə danışarkən bugünkü brifinqdə çıxışı zamanı deyib. O, sözügedən məqsədləri də sadalayıb:

“Birincisi çox sadədir ki, yerlərdə təhsilin idarə olunması müxtəlif qurum və təşkilatlar tərəfindən həyata keçirilirdi. Yəni bir yerdə, hansısa bölgədə məktəbəqədər təhsil müəssisələri bir formatda, ümumtəhsil məktəbləri başqa bir formatda, regionun maliyyələşməsi başqa bir qurum tərəfindən, yəni rayon təhsil şöbələri ərazi maliyyə hesablaşma mərkəzləri, məktəbəqədər təhsili idarə edən qurumlar, o cümlədən də metodik kabinetlər dördü bir-birindən əlaqəli şəkildə işləmirdi. Regional idarələrin yaranması bizə imkan verəcək ki, bu müəssisələr arasında təhsil fəaliyyətini vahid bir formata gətirək. İkinci məqsəd ondan ibarətdir ki, ümumiyyətlə, təhsildə idarəetmə və tənzimləmə funksiyalarını bir-birindən ayıraq. Bu gün hansısa bölgədə hansısa müəllimin saatından narazılığı varsa, o təhsil naziriliyinə müraciət edir ki, saatımı düzgün bölün. Başa düşməliyik ki, nazirlik müəllimlərin saatını bölməyə başlayırsa, onda heç vaxt bizim keyfiyyətli və əhəmiyyətli təhsilimiz olmayacaq. Saat bölgüsünü məktəb direktorları və ya regional qurumların rəhbərləri etməlidirlər. Hər bir qurumun öz işini düzgün və vaxtında görməsi olduqca vacibdir”.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan yol layihələri  barədə məlumat açıqlanıb VİDEO - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

1.    Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan yol layihələri barədə məlumat açıqlanıb - 13 dekabr 
2.    H.Z.Tağıyev - Sumqayıt avtomobil yolu 4 zolağa genişləndirilir - 14 Dekabr
3.    Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun asfaltlanmasına başlanılıb - 15 Dekabr
4.    Abşeron rayonunun Pirəkəşkül avtomobil yolunun tikintisi davam edir - 15 Dekabr
5.    AAYDA-də görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib - 16 Dekabr
6.    Ağa Nemətulla küçəsi təmir olunub, Qarabağ küçəsində işlər davam etdirilir - 17 Dekabr

#YolunuzAçıqOlsun...

Xəbər lenti