![]() |
|
Sosial şəbəkələrdə Goranboy rayonunda yaşayan Vətən müharibəsi qazisi Vüsal Quliyevin çətin şəraitdə yaşaması ilə bağlı videomüraciəti yayılıb.
Sözügedən videoda göz yaşları içində danışan qazi rəsmi qurumlar tərəfindən get-gələ salındığını deyir: “Gəlin, bizim yaşamağımıza baxın, gör nə gündə yaşayırıq. Bu, yaşamaq deyil. İcra başçısına yaxınlaşmışam, deyir get sabah gələrsən, birisi gün gələrsən. Bayrama görə ayın-oyun almağa gücüm çatmır”.
“Qafqazinfo” qazinin vəziyyəti ilə bağlı Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafət Qurbanov sorğumuza cavab olaraq sözügedən Vətən müharibəsi iştirakçısının çətin şəraitdə yaşadığını təsdiqləyib. Bildirib ki, o, İcra Hakimiyyətinə bir həftə əvvəl müraciət edib: “Vüsal Quliyev müharibə dövründə hərbi xidmətdə olub, döyüşlərdə iştirak edib. Biz də onun haqqında yenicə məlumat almışıq, bizə bir həftə olar müraciət edib. Çox pis vəziyyətdə yaşayırlar. Onun evində olmuşuq. Heç şəxsiyyət vəsiqəsi belə yoxdur. Nəinki özünün, ailəsində heç kimin sənədləri yoxdur. Hərbi biletinin əsasında sənədlərini toplamışıq.
ƏƏSM tərəfindən şəhid ailələri və qazilərə növbə əsasında ev tikilir. Lakin onun sənədləri olmadığına görə növbəyə yaza bilmədik. Ailəsini bizim köhnə xəstəxanada binada müvəqqəti yerləşdirmək istədik ki, sahibkarlara müraciət edək, kimin imkanı varsa, onun ev tikintisinə yardım etsin. Lakin qalmaq istəmədilər. Tapşırmışıq həmin xəstəxanadan salamat vəziyyətdə olan məişət əşyaları- stol, stul, çarpayı və digər əşyalar göndərilib. Dünən ərzaq yardımı etmişik. Həmçinin başqa sahibkarlar da ona ərzaq yardımı, maddi vəsait göndəriblər”.
Qeyd edək ki, Quliyev Vüsal Məhiyəddin oğlu 44 günlük Vətən müharibəsində Füzuli və Xocavənd istiqamətində döyüşlərdə iştirak edib və müvafiq medallarla təltif edilib.
Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında Yeni il şousu keçiriləcək.
Şou bu gün və sabah saat 11.00-da baş tutacaq.
Şouda şaxta baba, qarqız, sehrbaz, kloun, iri oyuncaqlar olacaq və uşaqlara hədiyyələr təqdim olunacaq. Şounun sonunda isə dj ilə konsert proqramı keçiriləcək.
Azərbaycan 2021-ci ildə xoşbəxtlik indeksinə görə dünyada ilk beş ölkə sırasında yer alıb.
Bu barədə məlumat “Gallup İnternational” araşdırmasının sorğusunda öz əksini tapıb.
Belə ki, xoşbəxtlik indeksinə görə, Azərbaycan +70 balla ilk beşliyə daxil olub. Bu siyahıda, həmçinin, Kolumbiya (xoşbəxt və çox xoşbəxt çıxılsın bədbəxt və çox bədbəxt bərabərdir +79), Qazaxıstan (+76), Albaniya (+74), Malayziya (+73) qeyd edilib.
Ümid indeksinə görə isə İndoneziya (+72), Albaniya (+65), Azərbaycan (+53), Nigeriya (+51), Meksika və Vyetnamda (hər ikisi +47 xalis xalla) insanlar daha ümidlidirlər.
YOLUNUZ AÇIQ OLSUN...
Bakıda və Abşeron yarımadasında dekabrən 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
Təhsil Nazirliyi məktəblilərin qış tətilinin günlərini açıqlayıb.
Nazirlikdən report-un sorğusuna cavab olaraq bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının qərarı ilə təsdiq edilən iş vaxtı norması və istehsalat təqviminə əsasən 31 yanvar 2021-ci il və 1-4 yanvar 2022-ci il tarixləri qeyri-iş günləri kimi müəyyən edilib və həmin tarixlər təhsil müəssisələrinə də şamil edilir.
Qeyd olunub ki, qış tətili günləri isə Nazirlər Kabinetinin müvafiq qərarına görə məktəblərdə 27-31 yanvar tarixləridir: “Lakin 2021-2022-ci tədris ili müəyyən edilən müddətdən gec başladığından təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən payız tətili günlərində olduğu kimi, qış tətili günlərində də qısaltmalar olub. Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə qış tətili günlərindən 27-28 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə 31 yanvar qış tətili, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 və 31 yanvar qış tətilidir. Ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə qış tətili günlərindən 27-28 və 31 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə qış tətili olmayacaq, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 yanvar qış tətilidir”.
Qeyd edək ki, bu il ölkədə pandemiya səbəbindən məktəblərlərdə əyani tədris aşağı siniflər üzrə sentyabrın 22-də, yuxarı siniflər üzrə isə sentyabrın 29-da bərpa olunub.
Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqi keçiriləcək.
Brifinq saat 17:00-da başlayacaq.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin nasazlıqları ilə bağlı sürücülərə müraciət edib.
İdarənin baş inspektoru Araz Əsgərli Yol-xeber.az-a bildirib ki, “Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı müəyyən edilib.
O deyib ki, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə uyğun olaraq, nəqliyyat vasitəsində bu nasazlıqlar şəxsin iradəsindən aslı olmadan, yəni vaxtında, düzgün texniki qulluq edilmədən aşkarlanarsa, sürücünün 50 manat məbləğində cərimə olunması nəzərdə tutulur: “Lakin sürücü nəqliyyat vasitəsinin istehsalçı tərəfindən müəyyən edilmiş konstruksiyana əlavə və dəyişikliklər edərsə, ona İnzibati Xətalar Məcəlləsinin 342.2-ci maddəsinə uyğun olaraq, 150 manat cərimə tətbiq edilir.
Hər bir sürücünün “Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsinə uyğun olaraq, vəzifələri var. Bu vəzifələrin içərisində avtomobilini tam saz vəziyyətində idarə etməsi də onun məsuliyyətidir. Əks təqdirdə, nəqliyyat vasitəsini nasaz vəziyyətdə idarə olunması inzibati xəta tərkibi yaratmaqla yanaşı yol-nəqliyyat hadisələrində baş vermiş hadisənin ağırlıq dərəcəsinə, yəni xəsarətin az ağır və ağır, eyni zamanda, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrində başlanılan cinayət işlərində avtotexniki ekspertiza müəyyən edildikdən sonra avtomobilin nasaz vəziyyətdə idarə olunmasına görə sürücü cinayət tərkibli əməldə təqsirli hesab oluna bilər”.
“Sürücülərimizdən xahiş edirik ki, nəqliyyat vasitələrini idarə edərkən onun sazlığına mütəmadi şəkildə diqqət yetirsinlər. İnzibati xətai ilə yanaşı daha ağır məsuliyyətin yarandığı hallarda avtomobilin nasaz vəziyyətdə olması faciələri qaçılmaz edir və şəxsin məsuliyyətinin daha da ağırlaşmasına səbəb olur. Bu baxımdan bir daha sürücülərə avtomobilləri saz vəziyyətdə saxlamağı və qanunvericiliyin tələblərinə riayət etmələri xahiş edirik. Qarşıdan gələn istirahət günlərində sazlığına əmin olmadığınız avtomobillərlə uzaq məsafələrə səfər etməməyi və bu müddət ərzində fürsətdən istifadə edib istismar etdiyiniz avtomobillərin nasazlıqlarının aradan qaldırılmasını da xahiş edirik!”, - İdarə rəsmisi vurğulayıb.
Gələn il yanvarın 1-dən Bakıda dizellə işləyən avtobuslara icazə verilməyəcək. Bu barədə Nazirlər Kabinetinin 3 il əvvəl 73 saylı qərarı var. Qərarda deyilir ki, paytaxtda sərnişindaşımada istifadə edilən avtobuslar mütləq qaydada elektrik və sıxılmış qazla işləməlidir. Ekspertlər hesab edirlər ki, hazırki vəziyyətdə bu mümkün deyil.
"Yol-xeber.az" xəbər verir ki, bir neçə gündən sonra paytaxda ictimai nəqliyyatda yalnız sıxılmış qaz və elektriklə işləyən avtobusların istismara veriləcəyi ilə bağlı tələb qüvvəyə minəcək. Bununla bağlı sabiq baş nazir Novruz Məmmədov 2019-cu ilin 4 mart tarixində qərar qəbul edib.
Ekspertlər hesab edirlər ki, Bakı şəhərinin qeyd edilən növdən olan avtobuslarla tam təmin edilməsi üçün bir neçə milyard dollar investisiyaya ehtiyac var. Ekspert Elməddin Muradlı "Xəzər Xəbər"ə deyib ki, hər iki kateqoriyadan olan avtobusların yanacaqla təminatı üçün hazırda paytaxda lazımi infrastruktur mövcud deyil.
Ekspertin sözlərinə görə, əgər bu qərarın icrası həyata keçirilsə, Baku-Bus avtobuslarının xidmət göstərə biləcəyi, yerdə qalan 2 minədək digər avtobusların isə tələblərə cavab verməcəyi görünür. Ekspert hesab edir ki, bu qərarın qüvvəyə minmə tarixi mütləq uzadılmalıdır.
Ekspert onu da bildirdi ki, yanacaq növünə görə avtobusların fəaliyyətinə məhdudiyyət qoyulmamalıdır. Avtobuslara standart növünə görə məhdudiyyət qoyula bilər. Burda da daşıyıcılar qarşısında tələblər qoyulmalıdır ki, ictimai nəqliyyatda yalnız avro-6 standartından aşağı avtobuslar ölkəyə buraxılmayacaq. Bu qərar 3 il əvvəl verilibsə paytaxtda bu növ avtobusların yanacaqdoldurma məntəqələri indiyə qədər niyə qurulmayıb?
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev onu da bildirdi ki, köhnə avtobuslar, sıxlımış qaz və elektriklə işləyənlər gətirilənə qədər xətlərdən çıxarılmayacaq.
Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin İsparta şəhərində keçirilən növbəti “Komando hazırlığı" kursunu müvəffəqiyyətlə bitirən hərbçilərimiz Vətənə qayıdıblar.
Bu barədə "Yol-xeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, iki qardaş ölkə arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində hərbi qulluqçularımızın müvafiq kurslarda iştirak etməsində əsas məqsəd Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.