fg

Yol-xeber.az xəbər verir ki, 16 dekabr 2021-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarının mədəniyyət işçiləri arasında «Nizami Gəncəvi İli» nə həsr olunmuş dama yarışı keçirilmişdir. Yarışda qaliblərə Fəxri Fərman", "Diplom" və "Təşəkkürnamə" təqdim edilmişdir.

.

fg
fg
fg
fg
fg
fg
fg
fg
fg
fg
fg
fg
fg
fg
fg
fg
fg
fg
fg
fg
fg
fg
fg
k
Yol-xeber.az xəbər verir ki, 16 dekabr 2021-ci il tarixdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov 28.10.2021-ci il tarixdə Salyan rayon Mərkəzi kitabxanasında keçirilən Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə "100 sual- 100 cavab" intellektual müsabidə qalıb olan kitabxanaçıları təbrik etmişdir. Musabiqədə qalib olan kitabxanaçılara "Fəxri Fərman", "Diplom" və "Təşəkkürnamə" təqdim edilmişdir.


k
k
k
k
k
k
k




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2021-ci il 17 dekabr tarixli Qərarı ilə 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

"Yol-xeber.az" nazirliyə istinadən xəbər verir ki, 2022-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2021-ci il 1 dekabr tarixli 375 nömrəli Qərarına əsasən 2022-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;

20 yanvar – Ümumxalq hüzn günü;

8 mart – Qadınlar günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

9 may – Faşizm üzərində qələbə günü;

2, 3 may – Ramazan bayramı;

28 may – Müstəqillik günü;

15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü;

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;

9, 10 iyul – Qurban bayramı;

8 noyabr – Azərbaycan Respublikasının Zəfər günü;

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü

31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü.

2022-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 25 mart, 30 may, 27 iyun, 11, 12 iyul tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart, 27 iyun, 11 iyul tarixləri istirahət günləridir.

2022-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

2022-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 7-si bayramqabağı və Ümumxalq Hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 104 istirahət günü (onlardan 7-si iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (7-si istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn günü vardır.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2022-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyənləşdirilir. 2022-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1 921 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhəri gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2022-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1 921 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

SUMQAYITDA UCALAN QÜRURUMUZ, PARLAYAN AND YERİMİZ - VİDEO 

Azərbaycan - Min illiklərin milyon zülmündən, əsarətindən, işğalından xilas olaraq bu günə qədər ayaq üstə dayanan ODLAR YURDUM. Şanlı vətən, doğma ölkə, qüdrətli xalqın sığınan ocağı – Azərbaycan.
Illərdir qarış-qarış torpağını işğal edən düşmənlərə 44 günlük Vətən müharibəsində necə oğullar yetişdirdiyini göstərmiş oldun. Mərd vətəndaşların, cəsarətli xalqın həmrəyliyi ilə Zəfər Gününü bayram etdin. Doğma Qarabağın 30 illik həsrətinə son qoymaqla, zaman- zaman düşmən tərəfindən şəhid edilmiş qəhrəman övladlarının, Xocalıda qətlə yetirilmiş körpələrin, ana və bacıların qisasını aldın. 44 günlükVətən Müharibəsini Şanlı tarixinə Zəfər Bayramı kimi yazmaqla gələcək nəsilə bir Qəhrəmanlıq dastanı nəsib etdin.
Vətən müharibəsində Azərbaycan – Sənə bu zəfəri bəxş edən igidlərinin yatdığı məkanlarda Ucalan simvolun – üçrəngli bayrağın dalğalanır. Və hər birimizin ziyarətgahına çevrilən Şəhidlər Xiyabanı indi bizim qürur yerimiz, anılan doğma məkanımızdır.
Bir neçə gün öncə belə and yerimizdən, səcdəgahımızdan biri də istifadəyə verildi. 1992 – ci ildə Sumqayıt şəhərində yaradılan 510 şəhidimizin dəfn olunduğu səcdagahımız 2021 – ci ildə hörmətli iş adamı Müqayis Verdiyevin və şəhər rəhbərliyinin əməyi nəticəsində yenidən əsaslı təmir olundu və 8 noyabr Zəfər Günündə işlər yekunlaşdı. 30 metr hündürlüyündə dalğalanan bayrağımızın bərkidildiyi dirək ilk olaraq Sumqayıt Şəhidlər xiyabanında quraşdırılıb. 2021 – ci il iyun ayında əsaslı təmirə başlayan İş adamı Müqayis Verdiyevi bəziləri qınamışdı – Zəfər bayramında anılan yerimiz təmirə bağlı qalacaq - deyənlər az olmamışdı. Müqayis müəllimə süni əngəllər yaratmaqdan çəkinməyənlər sumqayıtlılar arasında ucuz təbliğat da aparmış deyildilər. Onların saydıqları, istəkləri məhz 8 noyabr Zəfər günündə puç oldu, bədbin niyyətləri ait-üst edildi. 4 ay dayanmadan, gecə-gündüz davam edən təmir işləri, Müqayis Verdiyevin yuxusuz gecələri bəhrəsiz qalmadı və Sumqayıtlılar Zəfər günündə qürür mənbəyimiz olan Şəhidlər xiyabanında qəhrəman övladlarımızın məzarlarını ziyarət etdilər, 30 metr hündürlükdə dalğalanan üçrəngli bayrağımızı qürurla qarşıladılar.
İş adamının 4 ay müddətində ərsəyə gətridiyi Şəhidlər Xiyabanında təmir işlərində 118 vətəndaşımızın əməyindən istifadə olunub. 14 hektar ərazisi olan xiyabanın giriş hissəsində, pastament üzərində Şəhidlər Xiyabanı yazılıb. 30 metr dirəkdə Azərbaycan bayrağı dalğalanır. Ətrafı mərmərlə üzlənən böyük fəvvarə kompleksi, 3 ədad ay – ulduz formalı əbədi məşəl kompleksi yaradılıb. Şəhidlər Xiyabanının mərkəzində Vətən müharibəsinin qalib əsgəri simvolunu özündə əks etdirən heykəl ucaldılıb. Divarları mərmər və qranitlə üzlənən Zəfər ağacı xiyabana fərqli görünüş verməkdədir. Xiyabanda yaşıllıqlar salınıb, ərazi yüksək keyfiyyətli qranitlə döşənib. Müasir oturacaqlar quraşdırılıb, işıqlandırma peşəkarlar tərəfindən yüksək keyfiyyətlə aparılıb. Sumqayıt Şəhidlər Xiyabanında inzibati otaq da istifadəyə verilib.
İş icraçısı Müqayis Verdiyev bildirib ki, Şəhidlər Xiyabanında iş tam yekunlaşıb və əsaslı təmir başa çatıb. Müqayis Verdiyev qeyd edib ki, Şəhidlər Xiyabanının bu cür əsaslı təmiri və işlərin tez bir zamanda yekunlaşmasına sumqayıtlıların da böyük mənəvi dəstəyi olub. Sumqayıtlıların, Şəhər rəhbərliyinin böyük dəstəyinə və iş adamları Oruc Məmmədovun, Mirəziz müəllimin köməkliyinə görə minnətdarlığını ifadə edən Müqayis Verdiyev bildirib ki, Ölkəmizdə şəhid ailələrinin, qazilərin sosial müdafiəsinin təmin edilməsi məsələləri cənab Prezident İlham Əliyevin və hörmətli birinci vitse – prezident Mehriban xanım Əliyevanın daim diqqətindədir: “Biz də bacardığımız işlərlə Dövlət başçısınının siyasətinə dəstək verməliyik. Allah Şəhidlərimizə rəhmət eləsin” – deyə iş icraçısı fikirlərini tamamlayıb.
Qeyd edək ki, iş adamı Müqayis Verdiyevin Sumqayıt şəhərinin gözəlləşdirilməsində böyük əməyi var. Onun təcrübəsi sayəsində Sumqayıt Bulvarı müasir tələblərlə yaradılıb və istifadəyə verilib. Bununla yanaşı şəhərin girişinin göz oxşamasının səbəbkarlarından biri də Müqayis müəllimdir.
Xatırladaq ki, Sumqayıt şəhərinin gəncləri də Vətən müharibəsində fəal iştirak ediblər. 1200 sumqayıtlı vətən müharibəsinin iştirakçısı, onların 400 nəfəri isə Qarabağ qazisidir.
510 şəhidi olan Sumqayıt sakinlərinin və şəhərə təşrif buyuran qonaqların indi ziyarət edəcəkləri qürur yerimiz var. İstərdik ki, digər şəhər və rayonlarımızda da Şəhidlər Xiyabanı Sumqayıtda olduğu kimi əsaslı təmir olunsun və insanlarımız üçün ziyarətgaha çevrilsin.
Allah ŞƏHİDLƏRİMİZƏ rəhmət eləsin!
“Media haqqında” qanunla bağlı müzakirələrə

Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurası “Media haqqında” Qanun layihəsi ilə bağlı səslənən iddialara aydınlıq gətirib.

Sözügedən açıqlamanı təqdim edirik:

““Media haqqında” Qanun layihəsinin Milli Məclisə daxil olana qədər çoxsaylı media nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəsi təşkil olunub və ölkəmizin media mühitinin sağlamlaşdırılması baxımından layihənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan jurnalistlərin rəy və təklifləri nəzərə alınıb.

Hazırda qanun layihəsi ilə bağlı müzakirələrdə media mənsubları ilə yanaşı cəmiyyətin müxtəlif sferalarının təmsilçilərinin də fəal iştirakı “Media haqqında” Qanun layihəsinə olan geniş ictimai marağın göstəricisi kimi tərəfimizdən təqdir olunur.

Qanun layihəsi beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla hazırlanıb. Layihənin ayrı-ayrı normaları işlənərkən müxtəlif dövlətlərin analoji qanunları araşdırılıb, ictimaiyyətin sosial sifarişinə, beynəlxalq hüquqi aktların yanaşmasına, xarici dövlətlərin təcrübəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə uyğun olaraq qabaqcıl standartlara cavab verən normalar formalaşdırılıb.

Qanun layihəsi nə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsi, nə də ki Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə ziddiyyət təşkil edir, əksinə müvafiq müddəaların tələbləri ilə səsləşir və onların müdafiəsi mexanizmini müəyyən edir.

Layihədə çoxsaylı müzakirələrə səbəb olan məsələlərdən biri jurnalist vəsiqələrinin verilməsidir. Bu vəsiqələrin əldə edilməsi üçün müraciət tamamilə könüllü xarakter daşıyır, jurnalist bu vəsiqəni almadan da öz fəaliyyətini maneəsiz və qanunla müəyyən edilmiş bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər.

Media Reyestrinə daxil olunmaq üçün müraciət etmiş jurnalist qanunla nəzərdə tutulmuş məlumatları təqdim etdikdən sonra Reyestrə daxil olunmaq və bu prosesin hüquqi nəticəsini göstərən vəsiqə almaq imkanı əldə edir. Müvafiq vəsiqənin adı “vahid jurnalist vəsiqəsi” deyil, sadəcə “jurnalist vəsiqəsi”dir, o, jurnalistin həqiqətən jurnalist olduğunu deyil, müraciət etmiş şəxsin həqiqətən Media Reyestrinə daxil edildiyini təsdiq edən müəyyən formalı sənəddir və əldə edilməsi üçün jurnalistdən hər hansı test sınağından keçmək tələb olunmur.

Media subyektlərinin Reyestrə daxil edilməsi isə media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsinin müəyyənləşdirilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması məqsədi daşıyır.

Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyəti olan şəxslərə vəsiqənin verilməməsi məsələsinə münasibətdə isə bildirmək istərdik ki, 7 yaşına çatmayan, həmçinin əqli imkanları baxımından öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən, yəni fəaliyyət qabiliyyəti olmayan şəxslərin və 7 yaşından 18 yaşına qədər olan, yəni məhdud fəaliyyət qabiliyyəti olan şəxslərin vəsiqə üçün müraciəti mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq istisna edilib.
Sadə prosedur tələblərlə müşayiət olunan jurnalist vəsiqəsini almaq üçün şəxsin Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı olması şərti nəzərdə tutulmayıb.

Təəssüflər olsun ki, jurnalist vəsiqəsi ətrafında davamlı olaraq reallığı əks etdirməyən fikirlər səslənir.

“Təklif dövlət qurumlarına kimlərin qanuni jurnalistika fəaliyyəti ilə məşğul ola biləcəyini müəyyənləşdirməkdə tam səlahiyyəti verir...” kimi fikirlər isə ümumiyyətlə qəbul edilən deyil və müzakirə yükü daşımır. Layihə qanunazidd fəaliyyətlə məşğul olan media nümayəndələrinin fəaliyyətini tənzimləmir, çünki həmin fəaliyyət bu qanun layihəsinin predmeti deyil. Müvafiq layihə məhz peşəkar jurnalistikanın inkişafını və ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına hədəflənib.

Qanun layihəsi jurnalistin öz missiyasını yerinə yetirməsi üçün onun azadlıqlarını, o cümlədən xaricdə yaşamaq hüququnu məhdudlaşdırmır və belə bir yanaşma müzakirə obyekti ola bilməz.

Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərin, habelə gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə etməyə və ya onları yaymağa yol verilən halların dairəsi müəyyənləşdirilərkən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının konkret müddəalarına və Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə istinad edilib. Bu norma hər hansı bir şəxsə xəbərdarlıq etmədən onun barəsində audio və ya video yazı, foto çəkilişin aparılmasına deyil, bu fəaliyyətin həyata keçirilmə üsuluna, yəni informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən gizli qaydada istifadə etməyə diqqət çəkir. Hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununda da bu müddəa təsbit olunub, illərdir tətbiq edilən bu norma praktikada da özünü doğrultmuş və bu illər ərzində heç bir zaman müzakirələrin və mübahisələrin predmeti olmayıb.

Qanun layihəsində “Hərbi vəziyyət haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunlarına istinad edilmiş, hərbi və fövqəladə vəziyyət dövründə, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında, həmçinin terror əleyhinə aparılan əməliyyat zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti tənzimlənmişdir. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi fonunda göstərilən normaların məqsədəuyğunluğu qiymətləndirilə bilər. Belə ki hərbi və fövqəladə vəziyyət dövründə, dini ekstremizm və terror əleyhinə xüsusi əməliyyatların aparıldığı zonalarda media nümayəndələrinin fəaliyyətinin çərçivəsinin müəyyənləşdirilməsi ictimai asayiş maraqlarının və digər şəxslərin hüquqlarının müdafiəsinə yönəlmiş, məcburi xarakterə malik ictimai zərurətdən irəli gəlib.

Qanun layihəsinə dair bəzi mülahizələrdə faktların və hadisələrin qərəzsiz və obyektiv şərh olunması, birtərəfliliyə yol verilməməsinə dair norma isə kontekstdən çıxarılmaqla təqdim olunmuşdur. Əslində isə müvafiq norma 14-cü maddənin məzmunundan da göründüyü kimi jurnalistin şərhinə deyil, mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələbləri nəzərdə tutur, yəni jurnalistlər üçün yox, media subyektləri üçün öhdəlik müəyyənləşdirir.
Göründüyü kimi çoxsaylı müzakirələrin predmetinə çevrilsə də, əslində Qanun layihəsinin qeyd olunan normaları tamamilə Konvensiyanın tələblərinə cavab verir və onun mahiyyəti ilə uyğunluq təşkil edir.

Qanun layihəsinin mətninə və mahiyyətinə tam bələd olmadan onun ətrafında aparılan müzakirələr bir çox hallarda yanlış qənaətlərin meydana çıxmasına səbəb olur ki, bunlardan biri də məhz sosial şəbəkələr və “blogger”lərin fəaliyyəti ilə bağlıdır. Müzakirə olunanların əksinə Qanun layihəsinin heç bir müddəası sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətinə şamil edilməyib.

“Platforma yayımçısı” anlayışı ilə bağlı irəli sürülən fikirlər isə tam olaraq yalnış yanaşmanın nəticəsidir. Belə ki, “platforma yayımçısı” ilə hazırda istifadə olunan “internet televiziya” anlayışı eyni deyildir və birinci daha geniş məfhumdur. “Platforma yayımçısı” dedikdə açıq yerüstü yayım üsulu istisna olmaqla, digər platformalardan (ödənişli yerüstü platforma, kabel, İPTV, OTT, birbaşa internet və s.) yayım həyata keçirən yayımçı nəzərdə tutulur. Yalnız platforma yayımçısı olmaq istəyən internet televiziya kanalları müəyyən tələblərə (öz saytından yayım, proqram cədvəlinin olması, minimum 6 saatlıq yayım və s.) cavab verməlidirlər ki, lisenziya üçün müraciət edə bilsinlər. Bu lisenziyanı əldə etməklə isə onlar operatorlarla müqavilə bağlayaraq multipleks operatorunun istifadə etdiyi ödənişli yerüstü platformalarda və platforma operatorunun istifadə etdiyi ödənişli kabel, İPTV, OTT və digər platformalarda təmsil olunmaq imkanı qazanırlar.

“Peyk yayımı həyata keçirən platforma yayımçısı” lisenziyası isə bunlardan əlavə onlara peyk yayımında təmsil olunmaq imkanı verəcəkdir. Beləliklə, platforma yayımçısı lisenziyası üçün tələblərə cavab verməyən və ya vermək istəməyən, hazırda fəaliyyət göstərən internet televiziyaların fəaliyyətinə heç bir məhdudiyyət nəzərdə tutulmur. Bununla bağlı dəfələrlə aidiyyəti orqan tərəfindən açıqlamalar verilməsinə baxmayaraq, hələ də subyektiv mülahizələr ifadə edilməkdədir. Qeyd olunan məsələyə hüquqi müstəvidə daha da aydınlıq gətirilməsi məqsədilə layihəyə dəqiqləşdirici müddəanın əlavə edilməsinə dair təklifin verilməsi planlaşdırılır.

Müraciətdə qeyd olunan digər məqam isə audiovizual media üzrə tənzimləyici orqan funksiyalarını yerinə yetirəcək Audiovizual Şura ilə bağlıdır. Hazırda televiziya və radio yayımı üzrə tənzimləyici orqan Milli Televiziya və Radio Şurasıdır. Qanun layihəsində Audiovizual Şura ilə bağlı müddəalar hazırda mövcud olan qanunvericilikdə Milli Televiziya və Radio Şurası ilə bağlı hissələrlə (Şuranın formalaşdırılması, maliyyələşməsi, əsas vəzifələri və s.) uyğunlaşır. Hətta bir sıra müddəalarda Audiovizual Şuranın səlahiyyət imkanları məhdudlaşıb. Belə ki, Şura üzvlərinin sayı 9-dan 7-ə endirilib, eyni Şura üzvünün 2 dəfədən çox təyin olunmaq imkanı istisna olunub, səlahiyyət müddəti 6 ildən 5 ilə qədər azalıb.

Bundan əlavə, hazırda Milli Televiziya və Radio Şurasının yayımın dayandırılması üzrə az qala qeyri-məhdud səlahiyyətlərinin konkret pozuntular üzrə differensiallaşdırılmış yayım dayandırılması səlahiyyətləri ilə əvəzləşdirilməsi mütərəqqi yanaşma baxımından olduqca əhəmiyyətlidir.

Şuranın dövlət büdcəsindən maliyyələşməsinin onun fəaliyyətinin müstəqilliyinə xələl gətirəcəyi ilə bağlı iddialar gəlincə, qeyd olunmalıdır ki, bir çox Avropa ölkələrində tənzimləyici qurumların dövlət büdcəsindən maliyyələşdirilməsi təcrübəsi mövcuddur.
İfadə və söz azadlığının yüksək səviyyədə təmin olunduğu ölkəmizdə dövlətin media sferasına hər hansı inzibati müdaxilə etmək niyyəti yoxdur. Əksinə media sahəsində institusional quruculuq işlərinin davam etdirilməsi məqsədilə publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılmışdır. Agentliyin Nizamnaməsi ilə tanış olduqda onun yalnız medianın inkişafı yönümlü səlahiyyətlərinin olduğunu müəyyənləşdirmək çətin deyil. Lakin buna baxmayaraq belə yanaşmanı və bu sahədə görülən işləri dövlətin mediaya müdaxiləsi kimi qiymətləndirmək heç bir reallığı əks etdirmir.

Qanun layihəsi hələ Milli Məclisə təqdim edilənədək onlarla media subyektində onun təqdimatı olunmuş və yüzlərlə jurnalistin iştirakı ilə müzakirəsi həyata keçirilmişdir. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurası tərəfindən qurulan effektiv kommunikasiyaya baxmayaraq Qanun layihəsi ətrafında hələ də həqiqəti əks etdirməyən fikirlərin səslənməsi təəssüf hissi doğurur. Bu kimi halların qarşısının alınması məqsədilə media nümayəndələri, ekspertləri və ictimai fəallardan fikir və rəylərini bildirərkən Qanun layihəsinin kontekstindən kənara çıxmamaları və layihənin məzmunu ilə yaxından tanış olmaları tövsiyə olunur.

“Media haqqında” Qanun layihəsi ilə bağlı yaranan hər hansı sual və ya narahatlıqlara açıqlama və izahat verməyə hər zaman hazır olduğumuzu bildirmək istərdik”.

Bakıda və Abşeron yarımadasında dekabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraitinin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad olunmuş ərazilərdə yeni inşa edilmiş hərbi infrastruktur obyektləri ilə tanış olub.

Müdafiə nazirinə məruzə olunub ki, modul tipli yerləşmə məntəqəsi hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar mövcuddur. Kompleks mərkəzləşdirilmiş istilik sistemi, işıq və su ilə təchiz edilib.

Nazir azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Sonra Müdafiə naziri hərbi hissələrin birində yeni tikilmiş qarovul şəhərciyinin açılış mərasimində iştirak edib.

Bildirilib ki, qısa müddət ərzində müasir standartlara uyğun inşa edilən qarovul evində xidmətin yüksək səviyyədə təşkil olunması və aparılması üçün hərtərəfli şərait yaradılıb.
Binada mərkəzləşdirilmiş istilik sistemi, siqnalizasiya və yanğın əleyhinə sistemlər quraşdırılıb.

Qarovul şəhərciyinin ərazisində abadlıq və quruculuq işləri görülüb, asfalt örtüyü döşənib və yaşıllıq sahəsi salınıb.

Sonda Müdafiə naziri döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili ilə bağlı tapşırıqlar verib, şəxsi heyətə xidmətdə uğurlar arzulayıb.

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, jurnalist, “Molodyoj Azərbaycana” qəzetinin müxbiri olmuş Salatın Əziz qızı Əsgərovanın doğum günüdür.

Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

O, 1979-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib.

Nəticədə 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetində, dörd il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayıb. Salatın Əsgərovanın toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. Salatın tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı.

Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən “Omonçular” olub.

1991-ci il yanvarın 9-da içində Salatın Əsgərovanın da olduğu maşın erməni terrorçuları tərəfindən Qaladərəsi kəndi yaxınlığında mühasirəyə düşüb. Maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə Salatın Əsgərova amansızca qətlə yetirilib. Qeyd edək ki, o, Azərbaycanın ilk şəhid qadın jurnalistidir.

Salatın Əsgərova Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

6 noyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Hazırda paytaxt yollarında, xüsusəndə əsas ictimai nəqliyyat dəhlizləri hesab edilən küçə və prospektlərdə avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir. Bu səbəbdən də bir sıra istiqamətlər üzrə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında ləngimə var.

Bu barədə "Yol-xeber.az"a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, Heydər Əliyev prospekti şəhər istiqamətində bir neçə yerdə fasilələrlə hərəkətə tətbiq edilən məhdudiyyət səbəbindən tıxac müşahidə edilməkdədir. Hazırda 1, 38, 13, M3, M8 marşrutlarından 16 ədəd avtobus tıxac qalıb və hərəkət qrafikindən gecikir.

Ziya Bunyadov prospektində 20 yanvar istiqamətdə 11, 24, 7A, 7B N-li münətəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.
Bakı Sumqayıt şossesi mərkəz istiqamətdə. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 83, 92, 96, 114A, 114B, 135, 199 N-li müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.

 

 
  •  

 

 
 

Dekabrın 16-a gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşama doğru bəzi qərb rayonlarında az yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq.

Xəbər lenti