![]() |
|
Dünyada koronavirus infeksiyasının yeni ştammları meydana çıxmağa və yayılmağa davam edir. İndiyədək virusun dəfələrlə mutasiyaya uğradığı məlumdur. Son olaraq isə yeni aşkar edilən delta ştammı ilə müqayisədə daha yoluxdurucu olan AY.4.2 mutasiyası dünyaya yayılmağa davam edir.
Hazırda region ölkələrində COVİD-19 virusuna yoluxma hallarında kəskin artım müşahidə olunur.
Rusiyada ümumilikdə koronavirusdan ölənlərin sayı 250 min nəfəri ötüb. Son sutka ərzində 38 058 nəfər koronavirusa yoluxub. 1 239 nəfər isə vəfat edib ki, bu da pandemiya dövründə qeydə alınan ən yüksək rəqəm olub.
Digər region ölkələrində də vəziyyət heç də fərqli deyil. Son sutka ərzində Türkiyədə 27 mindən, Gürcüstanda 5 mindən, İranda isə 7 mindən artıq insan virusa yoluxub.
Bəs Azərbaycanda hazırki epidemioloji vəziyyət necədir?
"Məsələ ilə bağlı Trend-ə açıqlamasında həkim-infeksionist Natiq Əliyev bildirib ki, hal-hazırda ölkədəki epidemioloji vəziyyət nəzarət altındadır.
“İctimai-iaşə obyektlərinin, restoran şəbəkələrinin fəaliyyət göstərdiyini nəzərə alsaq virusa yoluxan insanların statistik göstəricilərinin iki minlərdə olması vaksinin bizə qazandırdığı ən böyük üstünlüklərindəndir. Bu gün biz vəziyyəti stabil saxlamışıq həyat şəraitimiz normala doğru gedir. Epidemioloji vəziyyət pisləşmədiyi müddətəcə hər hansı bir məhdudiyyətlərin və ya qapanmaların olacağını düşünmürəm. Buna görə də insalar mütləq şəkildə buster doza vaskinasiya olunmalıdır ki virusa qarşı qoruyuculuq səviyyələri daha yüksək olsun.”- deyə infeksionist qeyd edib.
Qeyd edək ki ötən gün Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 774 yeni yoluxma faktı qeydə alınıb, 2 365 nəfər müalicə olunaraq sağalıb. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 983 606, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 007 657, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 454 456, buster doza üzrə vaksinasiya olunanların sayı isə 521 493 təşkil edir.
Noyabrın 12-si Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür.
"Yol-xeber.az"ın xəbərinə görə, hazırkı Konstitusiya 26 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.
Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.
Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.
Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.
Sabah, noyabrın 12-si gündüzdən ölkədə yağmursuz hava şəraiti müşahidə olunacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, noyabrın 13-ü gün ərzindədə ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti olacaq.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.
Yol-xeber.az xəbər verir ki, general-leytenant İTV-də yayımlanan "Görünməyən qəhrəmanlar. Dövlət Sərhəd Xidməti" sənədli filmində "An-2" təyyarələrinin müharibə vaxtı oynadığı vacib roldan bəhs edib:
"Sentyabr ayının 27-də 20 "An-2" təyyarəsi havaya qalxmış və cəbhə istiqamətində göndərilmişdi. Modernləşmiş "An-2" təyyarələri pilotsuz uçuş aparatı qismində düşmənin hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələrinin aşkar edilməsi məqsədi daşıyırdı.
Düşmən məcburiyyət qarşısında birinci müdafiə xəttinə səfərbər etdiyi bütün hava hücumundan müdafiə vasitələrini açmağa məcbur oldu".
Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyev Vətən Müharibəsi zamanı ermənilərə məxsus hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması zamanı istifadə olunan hərbi taktiki gediş barədə danışıb.
Ölkə.az xəbər verir ki, general-leytenant İTV-də yayımlanan "Görünməyən qəhrəmanlar. Dövlət Sərhəd Xidməti" sənədli filmində "An-2" təyyarələrinin müharibə vaxtı oynadığı vacib roldan bəhs edib:
"Sentyabr ayının 27-də 20 "An-2" təyyarəsi havaya qalxmış və cəbhə istiqamətində göndərilmişdi. Modernləşmiş "An-2" təyyarələri pilotsuz uçuş aparatı qismində düşmənin hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələrinin aşkar edilməsi məqsədi daşıyırdı.
Düşmən məcburiyyət qarşısında birinci müdafiə xəttinə səfərbər etdiyi bütün hava hücumundan müdafiə vasitələrini açmağa məcbur oldu".
“Gürcüstanda sahə inpektorları 400-500 dollar, patrul xidmətinin əməkdaşları isə 1000 dollar civarında əmək haqqı alırlar”.
Yol-xeber.az-ın report-a istinadən xəbərinə görə, bunu parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc noyabrın 11-də Milli Məclisin 4 komitə və 1 komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
“Ona görə də hesab edirəm ki, ölkəmizdə polis əməkdaşlarının maaşlarına yenidən baxılmalıdır. Gürcüstanla müqayisədə bizdə polis əməkdaşlarının maaşı çox aşağıdır”, - komitə sədri vurğulayıb.
O bildirib ki, gələn ilin büdcəsində Xankəndi və Xocalı ilə bağlı məsələlər də öz əksini tapmalıdır.
Z.Oruc həmçinin qeyd edib ki, ölkə vətəndaşları gələn ilin dövlət büdcəsinin təqdimatından sonra enerji və kommunal tariflərin, manatın kursunun dəyişməyəcəyi baxımından zəmanət verilməsini gözləyirlər.
"Azərbaycan Dəmir Yolları" QSC paytaxtda əsən güclü küləyi nəzərə alaraq Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sürətinin azaldılması barədə qərar qəbul edib.
Bu barədə "Yol-xeber.az"a qurumdan bildirilib.
Məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
"Bu səbəbdən ötən gün axşam və bu gün səhər saatlarında qatarların hərəkətində qısamüddətli ləngimə olub. Hazırda isə qatarlar cədvəl üzrə hərəkət edir”, - deyə qurum bəyan edib.
Ötən gündən baş verən güclü külək paytaxtda bir sıra fəsadlar törədib.
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Yol-xeber.az-ın sorğusuna cavab verilən məlumata görə, küləyin paytaxt ərazisində yaratdığı fəsadların aradan qaldırılması istiqamətində gecə və gündüz saatlarında təxirəsalınmaz tədbirlər davam etdirilir.
“Aşan ağaclar 10 avtomobilə müxtəlif dərəcəli ziyan vurub” – açıqlamada bildirilib.
Ötən gün Bakı şəhəri üzrə xəsarətlə nəticələnən yol-qəza hadisəsi qeydə alınmayıb.
Bunu Yol-xeber.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
“Yalnız cüzi maddi zərərlə nəticələnən 9 hadisə qeydə alınıb. Bu da avtomobillərin bir-biri ilə sürtünməsi nəticəsində olub”,- deyə o bildirib.
Qeyd edək ki, ötən gün güclü küləyin təsiri nəticəsində 4 yük avtomobili aşıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən daxil olan müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 10-u günün ikinci yarısından başlayaraq noyabrın 12-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit və yağıntılı keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Xüsusilə, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü külək zamanı baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!".
"Növbəti ildə yaşa görə əmək pensiyasının 358 manatdan 375 manata çatmasını gözləyirik. Cari ilin 10 ayında isə biz orta pensiyanın məbləğini 331 manat qiymətləndiririk. Növbəti ildə isə bu məbləğin artaraq 345 manata çatmasını gözləyirik".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
"Bu da birmənalı olaraq ölkədə həm minimal pensiyaların, həm də aztəminatlı ailələrin sosial rifahının dəstəklənməsi və orta pensiya məbləğinin artaraq əhalinin layiqli həyat səviyyəsinin təmin olunması üçün verilən növbəti dəstək tədbiri olacaq", - nazir vurğulayıb.