Azərbaycanın "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanuna dəyişiklik təklif edilir.

Qanuna yeni maddə əlavə olunur.

Həmin maddəyə əsasən, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşların sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti oraqnı tərəfindən müəyyən olunur.

Bu gün 26 nəfər sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıb.

Bu barədə "Yol-xeber.az"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Onlara nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib. Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula gedib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu zaman heç bir instident qeydə alınmayıb və saxlanılan yoxdur. Eyni zamanda, qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılıb", - nazirlikdən qeyd olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşzadə 275 min dollar (450 manat) dəyərində olan avtomobilinin dövlət nömrə nişanını dəyişib.

“Mercedes Benz G-63 AMG” markalı maşının 10-LL-077 nömrə nişanını 77-LL-077 ilə əvəzləyib. 77-LL-077 Elşən Babaşzadənin öz adına qeydiyyata alınıb.

Xatırladaq ki, Elşən Babaşadə Dövlət Vergi orqanında müfəttişdir.

 

 

 

Mənbə: Hit.az

Azərbaycanda bəzi müalicə diaqnostika mərkəzləri rayonşəhər mərkəzi xəstəxanalarına birləşdiriləcək.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, bu günə qədər 7 mərkəz xəstəxanalara birləşdirilib. Bundan sonra isə 4 mərkəzin birləşdirilməsi nəzərdə tutulub. Həmin tibb müəssisələri aşağıdakılardır:

- Şirvan Müalicə Diaqnostika Mərkəzi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına
- Qazax Müalicə-Diaqnostika Mərkəzi Qazax Rayon Mərkəzi Xəstəxanasına
- Cəlilabad Müalicə-Diaqnostika Mərkəzi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına
- Tovuz Hemodializ və Diaqnostika Mərkəzi Tovuz Rayon Mərkəzi Xəstəxanasına

Bildirilib ki, agentlik bu il səhiyyə sistemində bir çox islahatlar həyata keçirib. Aparılan islahatların məqsədi xəstəxanaların kadr potensialı ilə maddi-texniki resurslarının birləşdirilməsi nəticəsində tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin yüksəldilməsidir: "Bir şəhər və ya rayonda vahid tibb müəssisəsinin yaradılması daha effektiv idarəetmə sisteminə təkan verəcək, həm həkim və qeyri-tibb heyətinin əməkhaqları artacaq, həm də maliyyə vəsaitlərindən daha səmərəli istifadə təmin olunacaq".

Qeyd edək ki, struktur dəyişiklikləri nəticəsində indiyədək aşağıdakı müalicə diaqnostika mərkəzləri rayon mərkəzi xəstəxanalarına birləşdirilib:

- Lənkəran Müalicə-Diaqnostika Mərkəzi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına
- Qəbələ Müalicə-Diaqnostika Mərkəzi Qəbələ Rayon Mərkəzi Xəstəxanasına
- Füzuli Müalicə-Diaqnostika Mərkəzi Füzuli Rayon Mərkəzi Xəstəxanasına
- Quba Müalicə-Diaqnostika Mərkəzi Quba Rayon Mərkəzi Xəstəxanasına
- Bərdə Müalicə-Diaqnostika Mərkəzi Bərdə Rayon Mərkəzi Xəstəxanasına
- Zaqatala Müalicə-Diaqnostika Mərkəzi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına
- Şamaxı Müalicə-Diaqnostika Mərkəzi Şamaxı Rayon Mərkəzi Xəstəxanasına

Bakı şəhəri üzrə tibb müəssisələrində aparılan struktur dəyişikliklər Ailə Sağlamlıq Mərkəzlərinin və tibb mərkəzlərinin yaradılması, habelə elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlərin bəzilərinin fəaliyyətinin optimallaşdırılması ilə bağlıdır. Ailə Sağlamlıq Mərkəzləri ilkin səhiyyə xidmətinin göstərilməsi məqsədilə yaradılır. Bu günə qədər poliklinikada birgə göstərilən ilkin səhiyyə xidməti və ixtisaslaşdırılmış poliklinik xidmətin bir-birindən ayrılaraq müstəqil fəaliyyət göstərməsi nəzərdə tutulub. Ailə Sağlamlıq Mərkəzlərində yalnız ilkin səhiyyə xidməti çərçivəsində tibbi xidmətlər göstəriləcək. Hazırda bu islahat Nərimanov rayonundakı tibb müəssisələrində həyata keçirilir.

Tibb mərkəzləri ilə bağlı məsələyə gəldikdə isə aparılan struktur dəyişikliyinə əsasən Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb və paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. Bunlar Kliniki Tibbi Mərkəz (Nəsimi, Yasamal, Səbail), Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Suraxanı, Lökbatan, Qaradağ, Xətai, Pirallahı və Xəzər tibb mərkəzləridir.

Elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlərində aşağıdakı struktur dəyişikliyi həyata keçirilib:

- Xüsusiləşdirilmiş Angioloji Mərkəz M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzin strukturuna verilib, bununla da damar cərrahiyyəsi istiqamətində imkanlar genişləndirlib.

- Uşaq Bərpa Müalicə Mərkəzi, Uşaq Nevroloji Xəstəxanası və 6 nömrəli Klinik Uşaq Xəstəxanası K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun strukturuna verilib.

- Respublika Uşaq Klinik Xəstəxanası Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına birləşdirilib.

Bununla yanaşı, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi yaradılıb. Respublika Stomatoloji Mərkəzi, Müharibə Veteranları Xəstəxanası və Yazıçılar Poliklinikası “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin strukturuna verilib.
Habelə, Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxs yaradılıb. 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası, 2 nömrəli Şəhər Xəstəxanası, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Sumqayıt Uşaq Xəstəxanası “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin strukturuna verilib.

Sözügedən tibb müəssisələrində tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təminat-təzhizat məsələləri, maddi texniki baza, qeydiyyat sisteminin qurulması və digər işlərin aparılması davam edir. Gələcəkdə də tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə tibb müəssisələrində struktur dəyişikliklərinin aparılması nəzərdə tutulur.

Noyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 11-13° isti, Bakıda gecə 7-9° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Əliyev Natiqin şəhid olma səbəbi...

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan yeddi hərbi qulluqçumuzdan biri də kiçik çavuş Əliyev Natiqdir.

“Qafqazinfo”nun məlumatına görə, şəhidimiz sanitar-təlimatçı olub.

O, iki gün öncə gedən döyüşlərdə yaralı hərbçimizi təxliyyə edən zaman şəhidlik zirvəsinə ucalıb.

Belə ki, təxliyyə zamanı düşmən beynəlxalq hüququn normalarını pozaraq, Natiq Əliyevin içində olduğu sanitar maşınını atəşə tutub. Nəticədə kiçik çavuş Natiq Əliyev şəhid olub.

Bu məqamda qeyd etmək yerinə düşər ki, Cenevrə Konvensiyasına əsasən sanitar nəqliyyat vasitəsi konflikt zamanı xüsusi statusa və müdafiə olunmaq hüququna malikdirlər.

Roma Statusunda qeyd edilir ki, beynəlxalq və ya qeyri-beynəlxalq silahlı konflikt zamanı tibbi personala qəsdən hücum etmək humanitar hüquqla təqib olunan və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid edilən hərbi cinayətdir.

Buna baxmayaraq, düşmən Vətən müharibəsində olduğu kimi, son döyüşlərdə də beynəlxalq hüququn normalarını ayaqlar altına atıb.

Qeyd edək ki, döyüş meydanında uduzduqca quduzlaşan erməni tərəfi Vətən müharibəsi zamanı hətta mülki təcili tibbi yardım maşınlarına da atəş açmaqdan çəkinmirdi. Belə oxşar hadisələrdən biri də ötən ilin oktyabrın 6-da Ağdamın “Dörd yol” adlanan ərazisində baş vermişdi. Həmin vaxt yaralı hərbçimizi daşıyan ambulans düşmənin ağır artilleriyadan atəş açdığı mərminin hədəfi olmuşdu.

Onu da xatırladaq ki, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi zamanı  ermənilərin beynəlxalq hüquq normalarını pozması nəticəsində bir neçə sanitar-təlimatçımız şəhid olub.

Şəhid Ümüd Niftəliyevin cənazəsi Naxçıvana yola salındı

Noyabrın 16-da Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan leytenant Ümüd Niftəliyevin cənazəsi doğulduğu Naxçıvana yola salınıb.

Bu gün Bakıda Ü.Niftəliyevlə hərbçi yoldaşlarının vida mərasimi keçirilib. Onun cənazəsi hərbi qarovulun müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına yola salınıb. Şəhidimizin nəşi bu gün ailəsinə təhvil veriləcək.

Leytenant Ümüd Niftəliyev Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir.

 

 

 

Rusiyanın Müdafiə Nazirliyi Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin fəaliyyəti barədə açıqlama yayıb.

"Açıqlamada deyilir:

“Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrindəki hərbçiləri 24 saat fasiləsiz Laçın dəhlizi ilə nəqliyyat vasitələrinin və insanların təhlükəsiz hərəkətini təmin edirlər”.

Həmçinin qeyd olunur ki, rus sülhməramlılar sənədlərin və nəqliyyat vasitələrinin yoxlanılması ilə giriş-çıxışa nəzarət edirlər.

Azərbaycanda noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-13° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq.

"Bəzi məmurlar şəhid ailələrini, veteranları incidirlər".

Bunu parlamentin plenar iclasında millət vəkili Tahir Kərimli deyib.

O bildirib ki, heç kimin ata-babası həmişə varlı olmayıb: "Ona görə də kasıb ailələrə diqqətlə yanaşılmalıdır. Biz 30-cu illəri görmüş xalqıq. Biz müharibədə qalib gəlmişik, amma 3 mindən çox şəhid vermişik. Analarımız müharibədə cənnət qoxulu övladlarını itiriblər. Hər kəs, övladlarını oxşayanda, yemək yeyəndə, rahat gəzəndə onları unutmamalıdır. Çünki şəhid anası o zaman cənnət qoxulu övladının baş daşını sığallayır. Həmin məmurlar atasının şəklini qucaqlayıb ağlayan şəhid uşaqları yada salsınlar. Bəzi məmurlar onları incidir, onlara diqqət yetirib probleminə lazımi diqqət ayırmır, laqeydlik göstərir. Bu münasibət dəyişməlidir" - Tahir Kərimli deyib.

Xəbər lenti