![]() |
|
Azərbaycanın Qarabağda qazandığı böyük qələbənin birinci ildönümü - 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək.
"Report" məlumatına görə, yürüş Azneft dairəsindən başlayacaq və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.
Artıq Bakıda Zəfər Günü ilə bağlı hazırlıqlar başlayıb. Paytaxtın küçə və prospektləri, binaların eyvanları bayraqlarla bəzədilir.
"Ölkədə COVİD-ə yoluxanların sayı bir qədər artıb. Bunu sürətli artım hesab etmək olmaz".
Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Azər Nağıyev deyib.
İnfeksionist bildirib ki, yoluxanların sayında kəskin artım mümkün deyil:
"Dördüncü dalğanın nə vaxt bitəcəyini proqnozlaşdırmaq olmur. Çünki pandemiyanın başladığı vaxtdan geridə qalan zaman müddətində gördük ki, məhdudlaşdırıcı tədbirlər nəticəsində yoluxma sayı kəskin azalır, ondan sonra təzədən artanda bu, yeni dalğa kimi dəyərləndirilir. Amma bu dəfə yüngül azalma olandan sonra təhsil müəssisələri, məktəblər açılandan sonra yoluxma sayı yenidən artdı. Hələ yoluxma müəyyən rəqəmlərdə stabil durur.
4-cü dalğanın bu gedişlə nə qədər uzanacağını proqnozlaşdırmaq mümkün deyil. Amma düşünürəm ki, kəskin artım da mümkün deyil. Çünki artıq bir hissə yoluxdu, xəstəliyi keçirdi, böyük bir hissə artıq peyvənd olunub və peyvəndləmə prosesi də sürətlə davam etdirilir. Ona görə kəskin epidemioloji vəziyyətin yaranacağı ən azından yaxın vaxtlarda gözlənilmir.
Köhnə qaydalara görə digər virus infeksiyalarının epidemioloji gedişatlarını nəzərdən keçirsək, bir neçə ildən sonra COVİD 19-un da adi bir virus infeksiyasına dönəcəyini deyə bilərik. Amma onun nə zaman baş verəcəyi biraz bəlli deyil. İnsanlarda kütləvi immunitet formalaşacaq. Ondan sonra əlbəttə ki, infeksiya öz-özünə sönəcək. Biz "Pandemiyaya qalib gəldik" deyəcəyik, amma virus öz-özünə sönəcək".
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin noyabrın 5-nə aid olan xronikasını təqdim edirik.
- Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.
- Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Düşmən Goranboy, Tərtər və Ağcabədini atəşə tutub.
- Erməni təcavüzü nəticəsində ölən mülki şəxslərin sayı 92 oldu.
- Düşmən Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutub.
- Düşmənin döyüş meydanında atıb qaçdığı yeni hərbi texnikaların videogörüntüsü yayılıb. Düşmənin Tonaşendəki hərbi infrastrukturu darmadağın edilməsinin videogörüntüləri yayılıb.
- Füzuli və Xocavəndin işğaldan azad edilən kəndlərinin videogörüntüləri yayılıb.
- Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib. Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edilib.
Azərbaycanda minimum əməkhaqqı artırılır.
"Yol-xeber.az"ın xəbərinə görə, minimum əməkhaqqı 250 manatdan 300 manata çatdırılır.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov vəfat edib.
"Xəstəlikdən əziyyət çəkən sabiq sədr bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs edilən V.Muradovun bir neçə gün əvvəl barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək müalicəsinə şərait yaradılmışdı.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 8-11° isti, gündüz 12-14° isti, Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında Arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 14-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyyədin Əliyev yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
"Yol-xeber.az" xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətindən faktı APA-ya təsdiqləyiblər.
Bildirilib ki, icra başçısı bir neçə gündür yoluxub, vəziyyəti yaxşıdır.
Bu ilin oktyabrın əvvəlində Rusiyanın verdiyi beynəlxalq order əsasında Monteneqroda saxlanılan və siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılan azərbaycanlı iş adamı Telman İsmayılovun yeni fotosu yayılıb.
Yol-xeber.az xəbər verir ki, fotonu jurnalist Eynulla Fətullayev sosial şəbəkə hesabında paylaşıb.
Bu, AST Telmanın azadlığa çıxdıqdan sonra yayımlanan ilk fotosu olub.
“Telman İsmayılovla Qarabağın azad olunmasının 1 illiyini qeyd edirik. Telman müəllimin evi Azərbaycanın bayraqları ilə bəzədilib”, - deyə E.Fətullayev yazıb.
Qeyd edək ki, İsmayılova qarşı 2017-ci ilin noyabrında 2 nəfər moskvalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi açılmış və İnterpol xətti ilə axtarışa verilmişdi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.
- Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Bir gündə düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.
- Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub. Azərbaycan Ordusu düşmən üzərində tam üstünlüyə malikdir.
- Düşmənin daha bir PUA-sı məhv edilib.
- Düşmən Füzulini "Smerç" ilə atəşə tutub.
- Zəngilan istiqamətində kəşfiyyat-diversiya qrupu darmadağın edilib. Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarları məhv edilməsinin videogörüntüsü yayılıb.
- Düşmənin snayper qrupu məhv edilib. Ermənistanın alay komandiri fərarilik edib, hərbçilər isə itkin düşüb.
- Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutub.
- Düşmənin tank taborunun komandiri məhv edilib, bir neçə tankı partladılıb.
- Ermənistanın Tərtərə atdığı fosforlu mərmi zərərsizləşdirilib.
- Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları darmadağın edilməsinin videogörüntüsü yayılıb.
- Düşmənin motoatıcı alayının komandiri məhv edilib. Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilməsinin videogörüntüsü yayılıb.