![]() |
|
“Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi hazırlanıb. Bu layihə Silahlı Qüvvələrin bütün növlərinə aiddir”.
"Bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
“Qanun layihəsində nəzərdə tutulur ki, hərbi qulluqçuların maaşı dövlət qulluqçularının maaşından az olmamalıdır. Hərbçilərin ildə bir dəfə müalicə alması bu qanunda da əksini tapıb. Bundan əlavə döyüşlərdə iştirak edən hərbi qulluqçulara 2-3 qat artıq maaş verilməsi nəzərdə tutulub və bu, layihədə əksini tapıb. Maliyyə naziri dedi ki, bu qanunun maliyyə mənbəyi yüksəkdir”, - o vurğulayıb.
Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti daha bir "humanitar" aksiyanı gerçəkləşdirib.
"Ölkə.Az" milli.az-a istinadən xəbər verir ki, dünən rusiyalı sülhməramlılar Xankəndi şəhər xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə adyal daşımaqla məşğuldular. Xəstəxanaya 200 adyal verilib.
Bu arada bəlli olub ki, Rusiyanın Rostov şəhərindəki vilayət kliniki xəstəxanasından (1-ci Süvari Ordu küçəsi, 33) Xankəndinə ginekoloq gətirilib. Həmin həkim rəsmi sənədlərdə "hərbi həkim" ("voenvraç") kimi göstərilib.
"Hərbi ginekoloq"un fəaliyyət sahəsinin bəlirlənməsinin özü belə, paradoksaldır.
“Hazırda koronavirus pandemiyası ilə əlaqədar heç bir sərtləşdirilmiş karantin qaydalarının tətbiqi nəzərdə tutulmur”.
“Yol-xeber.az” xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.
Onun sözlərinə görə, vəziyyət nəzarət altındadır: “Hazırda heç bir əlavə tədbirlər düşünülmür”.
“Gələn ilin Azərbaycanın dövlət büdcəsinin əsas xərc istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpa olunması, həmin ərazilərə böyük qayıdışın təmin edilməsidir”.
“Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Bununla belə, nazirin sözlərinə görə, gələn il büdcədə sosialyönümlü xərclər də priorotet olacaq: “Büdcədə sosialyönümlü xərclərin payı 46,4%-ə yüksələcək. Növbəti il maaşların, pensiyaların, müavinət və təqaüdlərin artırılması nəzərdə tutulub. Bunun üçün lazımi qədər vəsait ayrılıb. 2022-ci ildə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün də 258 milyon manat vəsait ayrılacaq", - nazir qeyd edib.
Gələn il dövlət sifarişi ilə ali təhsilə isə 544 milyon manat vəsaitin yönəldilməsi, təaqüd alan tələbələrin sayının 12 min artırılması nəzərdə tutulur - nazir bildirib.
"Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq, SOCAR bütün istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib, açıq səthlərdə aparılan işlər məhdudlaşdırılıb".
Bunu "Yol-xeber.az"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, dənizdə çalışan 28 nəfər SOCAR-ın əməkdaşı dünəndən təxliyə olunub: "Hava şəraiti normallaşdıqca normal iş rejimi bərpa olunur".
Nəqliyyatda Baş Polis İdarəsinin vəzifəli şəxsi işdən çıxarılıb.
"Yol-xeber.az" "Qafqazinfo”ya istinadən xəbər verir ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Nəcəf Zeynalov işdən azad olunaraq sərəncama göndərilib.
Onun işdə, eyni zamanda xidmətdənkənar yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunduğu bildirilir.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
BDYPİ-dən "Yol-xeber.az"a daxil olan müraciətdə deyilir:
"Hazırda müşahidə olunan küləkli və yağmurlu hava şəraiti hərəkət iştirakçılarından yollarda daha diqqətli və məsuliyyətli olmağı tələb edir. Hava küləkli olduğu üçün sürücülər nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamasınlar.
Yağışlı hava şəraitində yol örtüyünün yaş olması və eniş-yoxuşlarda suların axması səbəbindən avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli və kifayət qədər ara məsafəsi saxlamalıdırlar.
Yağışın yağması nəticəsində yolların bəzi yerlərində gölməçələrin yaranmasına görə sürücülər həmin ərazilərdən keçərkən elə sürət həddi seçməlidirlər ki, yağış suları səkilərdə hərəkət edən və ya yolu keçməkdə olan piyadalara, habelə binalara və başqa nəqliyyat vasitələrinə sıçramasın.
Eyni zamanda, piyadalar hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər. Ancaq səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamalı və yolları onların rahat hərəkəti üçün ayrılmış zolaqlardan və piyada keçidlərindən keçməlidirlər".
Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin pisləşib.
"Quba və Qusarın rayon mərkəzlərinə qar yağıb. Burda qarın hündürlüyü 1 sm olub. Qar örtüyünün hündürlüyü Qrız və Xınalıqda 5 sm, Altıağac isə 1 sm təşkil edib.
Havanın temperaturu mənfi 10 dərəcəyədək enib.
Hazırda müşahidə edilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər həmçinin meterioloji amilləri nəzərə alsınlar".
Peyvəndin sonsuzluq yarada biləcəyinə dair elmi əsaslar və sübutların olması müzakirə mövzusudur. Mütəxəssislər etiraf edirlər ki, COVID-19 virusunun insanlarda illər sonra hansı fəsadlara yol açacağı hələlik sual altındadır. Lakin bildirilir ki, koronavirusun gələcəkdə sonsuzluq yaratma ehtimalı vaksinin sonsuzluğa səbəb olma ehtimalından daha gerçəkdir.
Alimlərin fikrincə, bir peyvəndin ölümə səbəb olma ehtimalı qəbul etdiyimiz hansısa ağrıkəsici dərmanın törədə biləcəyi ölüm ehtimalına bərabədir. Yaşlı insanlar, şəkər, təzyiq, ürək-damar və xroniki xəstəliyi olanlar birinci növbədə vaksin olunmalıdırlar.
Bəs, kimlər vaksin oluna bilməz? Həkimlər bildirir ki, vaksin peyvəndin özünə qarşı allergiyası olan şəxslərə qadağandır. Əks halda ölümlə nəticələnə bilər.
TƏBİB-in nümayəndəsi Nəzrin Mustafayeva İTV-yə bildirib ki, allergiya yalnız peyvəndə və ya onun hansısa komponentinə qarşı anafilaktik şok keçirmiş şəxslər aiddir.