44 günlük Vətən müharibəsi qazisi vəfat edib.

Bu barədə Yol-xeber.az-a Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Nicat Abbasov məlumat verib. 

O bildirib ki, qazimiz İslam Əlizadə bu gün səhər saatlarında dünyasını dəyişib:

“O, müharibə zamanı ayağından yaralanmışdı”.

276340

Bu gündən etibarən Bakı şəhərində istilik mövsümünə start verilib.

Bu barədə açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

O bildirib ki, paytaxt ərazisində qazanxanalar işə salınır və gün ərzində bütün ərazilər üzrə qazanxanaların işə salınması təmin olunacaq.

Qeyd edək ki, mövsüm ərzində cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3871 yaşayış binası, o cümlədən 184,0 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Bu gün saat 11:00-dan "Qaz İxrac" İdarəsinə məxsus "Masazır" QPS-də yaranmış sızmanın aradan qadırılması məqsədilə işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

"Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İB məlumat yayıb.

Bildirilir ki, qaz təchizatı dayandırılan müddətdə Abşeron rayonu, Masazır kəndi və Masazır kəndinin yeni yaşayış massivində həmçinin qeyd olunan ərazidə yerləşən bir çox sənaye müəssisələrinin qaz təchizatında fasilə yaranacaq.

Təmir işlərinin təxminən 1 saat ərzində yekunlaşdırılması planlaşdırılır.

Azərbaycan hərbçiləri ermənilərə məxsus postu ələ keçirməyə müvəffəq olub. 

Yol-xeber.az xəbər verir ki, bunu sübut edən video sosial şəbəkələrdə yayılıb. 

Videodan aydın olur ki, post erməni silahlılarının hücumundan sonra cavab tədbiri olaraq edilmiş əks həmlə nəticəsində ələ keçib. 

Bildirilir ki, bu, ermənilərin ilk belə hücumu olmayıb. 

Sözügedən videonu təqdim edirik:

Ötən ay yanan “Metro City” sökülür

Oktaybrın 16-da səhər saatlarında yanaraq məhv olan “Metro City” ticarət mərkəzi sökülür.

“Qafqazinfo” xəbər verir ki, artıq ərazi lövhələrlə bağlanılıb və obyektlərin yerləşdiyi yerə xüsusi texnika cəlb edilib. Yanğından geriyə qalan divarlar və ticarət mərkəzinə bitişik obyektlərin söküntüsünə başlanılıb.

Ticarət mərkəzinin sahibi Seyran adlı şəxs söküntü barədə danışmaqdan imtina edib.

Məlumata görə, sahibkarlara bildirilib ki, sökülən mağazaların yerində ikimərtəbəli ticarət mərkəzi tikiləcək.

Yanğında onmillərlə malları yanan sahibkarlara isə hələ ki, hər hansı təzminat ödənilməyib.

Yol polisindən XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi sayrışan işıqlarla bağlı hüquqi və fiziki şəxslərə müraciət edib.
"Bildirilib ki, avtomobil yollarında hərəkətdə olarkən qabaq hissəsində göy və ya qırmızı rəngli sayrışan işıqlarla təchiz olunmuş nəqliyyat vasitələrinə son vaxtlar tez-tez rast gəlinir:

"Belə hallar qanun pozuntusu olmaqla yanaşı, həm də bu kimi avtomobillərin sürücüləri bəzən digər hərəkət iştirakçılarına maneçilik yaradırlar.

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, göy və ya qırmızı rəngli sayrışan işıq siqnalı yalnız operativ nəqliyyat vasitələrində olmalıdır və onların sürücüləri də xüsusi tapşırıqları yerinə yetirərkən xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar.

Həmçinin, gücü dəyişən işıqlardan digər nəqliyyat vasitələrinin istifadə etməsi qadağandır. Xüsusi səs və işıq siqnalları quraşdırılmış nəqliyyat vasitələri xüsusi qeydiyyatdan keçməlidirlər.

Müvafiq orqanın icazəsi olmadan sayrışan işıqlarla təchiz olunmuş nəqliyyat vasitələrinin sahibləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tələbinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Həmçinin, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilir. Məsələyə hüquqi qiymət verilməsi üçün məhkəmə orqanlarına müraciət olunur və cərimənin tətbiqi isə məhkəmənin verdiyi qərara uyğun şəkildə müəyyən edilir.

Baş Dövlət Yol Polisi İdarəsi, göy və ya qırmızı rəngli sayrışan işıqların yalnız operativ nəqliyyat vasitələrində istifadəsinə icazə verildiyini bir daha xatırladır, hüquqi və fiziki şəxslərdən avtomobillərində bu kimi halların tez bir zamanda aradan qaldırılmasını xahiş edir. Əks təqdirdə belə qanun pozuntularına yol verən şəxslər barəsində göstərilən inzibati tənbeh tədbirləri tətbiq ediləcək".

Toğanalı-Kəlbəcər avtomobil yolu qar və buzdan təmizlənir (VİDEO)

 

Yol-xeber.az xəbər verir ki, Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsində (Ömər aşırımı) qeyri-sabit hava şəraiti hökm sürür. Sözügedən hissədə hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə yolun qardan və buzdan təmizlənməsi istiqamətində mütamadi olaraq fasiləsiz işlər aparılır.

 

Agentlik tərəfindən yolun qardan və buzdan təmizlənməsi işlərinə ümumilikdə 12 maşın-mexanizm və texnika cəlb edilib.

 

Maşın-mexanizm və texnikaların Ömər aşırımında fasiləsiz xidmətini təşkil etmək, o cümlədən duz-qum ehtiyatının saxlanılması məqsədi ilə qayalıq ərazidə 40 metr uzunluğunda tunel-ambar tikilib, işçilərin isinməsi və istirahəti üçün xüsusi xidməti sahə yaradılıb.

 

YOLUNUZ AÇIQ OLSUN...

DİN polislərin maaşının artırılması təklifinə reaksiya verdi

Daxili İşlər Nazirliyi dünən parlamentdə komitələrin birgə iclasında deputat Qüdrət Həsənquliyevin polislərin maaşının 2 dəfə artırılması ilə bağlı təklifinə münasibət bildirib. Sosial şəbəkələrdə bu təklifin nazirliyin təşəbbüsü ilə səslənməsi barədə fikirlər səslənir.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Yol-xeber.az”ya açıqlamasında bildirib ki, nazirlik tərəfindən belə bir təşəbbüs irəli sürülməyib: “Dövlətimizin, xüsusən cənab Prezidentin hər zaman daxili işlər orqanlarının əməkdaşlarına göstərdiyi ali diqqət və qayğı hamıya məlumdur. Eyni zamanda, son iki ildə dünyada qlobal problemə çevirilmiş COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına göstərdiyi mənfi təsiri, həmçinin zəfərlə başa çatan Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə böyük vəsait tələb edən tikinti-quruculuq işlərini, şəhid ailələrinə, müharibə iştirakçılarına dövlətin göstərdiyi hərtərəfli diqqət və qayğını nəzərə alan, anlayışla qarşılayan hər bir Azərbaycan vətəndaşı kimi polis əməkdaşları da belə bir dönəmdə əməkhaqlarının artırılması barədə düşünməyib.

Onlar ictimai asayişin və ictimai təhlükəsizliyin təmini, cinayətkarlığa qarşı mübarizə kimi çətin və şərəfli bir fəaliyyətin müqabilində dövlət büdcəsindən ayrılan əməkhaqqı və dövlət tərəfindən göstərilən diqqət və qayğı ilə kifayətlənirlər.

Qürur hissi ilə qeyd edim ki, daxili işlər orqanlarının hər bir əməkdaşı əsl vətəndaş mövqeyi nümayiş etdirərək, bugünki gündə dövlətimizin iqtisadiyyatının daha da güclənməsində və həyata keçirdiyi layihələrin tezliklə və müvəffəqiyyətlə reallaşmasında maraqlıdırlar”.

Azərbaycanda minimum pensiyanın məbləği artırılır.

Yol-xeber.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev APA-ya açıqlamasında bildirib ki, minimum pensiyanın məbləği 240 manata qaldırılır.

Hazırda minimum pensiyanın məbləği 200 manatdır.

Beləliklə, minimum pensiyanın məbləğində 20 faiz artım nəzərdə tutulur.

Dünyada koronavirus infeksiyasının yeni ştammları meydana çıxmağa və yayılmağa davam edir. İndiyədək virusun dəfələrlə mutasiyaya uğradığı məlumdur. Son olaraq isə yeni aşkar edilən delta ştammı ilə müqayisədə daha yoluxdurucu olan AY.4.2 mutasiyası dünyaya yayılmağa davam edir.

Hazırda region ölkələrində COVİD-19 virusuna yoluxma hallarında kəskin artım müşahidə olunur.

Rusiyada ümumilikdə koronavirusdan ölənlərin sayı 250 min nəfəri ötüb. Son sutka ərzində 38 058 nəfər koronavirusa yoluxub. 1 239 nəfər isə vəfat edib ki, bu da pandemiya dövründə qeydə alınan ən yüksək rəqəm olub.

Digər region ölkələrində də vəziyyət heç də fərqli deyil. Son sutka ərzində Türkiyədə 27 mindən, Gürcüstanda 5 mindən, İranda isə 7 mindən artıq insan virusa yoluxub.

Bəs Azərbaycanda hazırki epidemioloji vəziyyət necədir?

"Məsələ ilə bağlı Trend-ə açıqlamasında həkim-infeksionist Natiq Əliyev bildirib ki, hal-hazırda ölkədəki epidemioloji vəziyyət nəzarət altındadır.

“İctimai-iaşə obyektlərinin, restoran şəbəkələrinin fəaliyyət göstərdiyini nəzərə alsaq virusa yoluxan insanların statistik göstəricilərinin iki minlərdə olması vaksinin bizə qazandırdığı ən böyük üstünlüklərindəndir. Bu gün biz vəziyyəti stabil saxlamışıq həyat şəraitimiz normala doğru gedir. Epidemioloji vəziyyət pisləşmədiyi müddətəcə hər hansı bir məhdudiyyətlərin və ya qapanmaların olacağını düşünmürəm. Buna görə də insalar mütləq şəkildə buster doza vaskinasiya olunmalıdır ki virusa qarşı qoruyuculuq səviyyələri daha yüksək olsun.”- deyə infeksionist qeyd edib.

Qeyd edək ki ötən gün Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 774 yeni yoluxma faktı qeydə alınıb, 2 365 nəfər müalicə olunaraq sağalıb. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 983 606, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 007 657, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 454 456, buster doza üzrə vaksinasiya olunanların sayı isə 521 493 təşkil edir.

Xəbər lenti