![]() |
|
"Yol-xeber.az"ın məlumatına görə, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.
Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.
Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.
Azərbaycanda şəhərlərarası və rayonlararası sərnişin daşımaları həftəsonları da xidmət göstərəcək.
"Yol-xeber.az" xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib:
“Əgər onlar cümə günü yola düşüblərsə, sürücünün istirahəti təmin olunduqdan sonra geri qayıtmalıdırlar və bu zaman geri qayıdarkən sərnişinlə geri qayıtmaq aidiyyatı qurumlar tərəfindən məqbul görülüb. Həftəsonları da şəhər və rayonlararası sərnişin daşıyan avtobuslarda sərnişinlərin hərarəti ölçüləcək, hərarəti olan sərnişinlər tibb məntəqəsinə göndəriləcək”.
O həmçinin bildirib ki, ilk gün olduğundan Beynəlxalq Avtovağzala axın digər günlərlə müqayisədə çox deyil.
"Amma sabahdan etibarən güclü axın gözləyirik. Sərnişinləri koronavirusla bağlı qaydalara əməl etməyi çağırırıq".
Bu gündən Azərbaycanda açıq havada maska taxmaq məcburiyyəti ləğv edilib, amma bu qərar qapalı məkanlara, o cümlədən ictimai nəqliyyata aid deyil.
"Yol-xeber.az" xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev deyib.
O, hərəkət iştirakçılarına müraciət edib: "Açıq havada maska taxmaq məcburiyyətinin ləğv edilməsi o demək deyil ki, ictimai nəqliyyatda və şəxsi avtomobillərdə maska taxmamaq olar. Yenə də olduğu kimi ictimai nəqliyyatdan və taksi xidmətlərindən istifadə edən insanlar tibbi maskadan mütləq istifadə etməlidir".
"Şəxsi nəqliyyat vasitələrinə gəlincə isə sürücü avtomobildə tək və ya ailə üzvləri ilə birgə gedirsə, maskadan istifadə etməyə bilər. Lakin avtomobildə digər şəxslər olduqda həm sürücü, həm də sərnişin tibbi maskadan mütləq istifadə etməlidir. Əks halda İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilir", - şöbə rəisi qeyd edib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 24-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
"Deputat Qənirə Paşayeva bildirib ki, pandemiyanın yumşaldılması prosesinə başlanılıb. " Biz teatrların fəaliyyətinin və açıq havada toyların keçirilməsinə icazə vermiləsini xahiş edirik. İnsanlar bunu səbrsizliklə gözləyir"- deputat Qənirə Paşayeva deyib.
"Deyə bilmərəm ki, həyatım başdan-başa elə uğurlardan ibarətdir. Uğursuzluqlarım da çox olub. Hamı kimi xeyli yanlışlıqlara da yol vermişəm. Amma bir şey var ki, bu yanlışlıqları heç vaxt görməzdən gəlməmişəm. Onlardan nəticə çıxarmağa çalışmışam. Səhvlərimdən dərs almışam bacardıqca..."
"Yol-xeber.az"ın məlumatına görə, bu sözləri sabiq deputat Hüseynbala Mirələmov deyib. O bildirib ki, vicdan dəyərindən heç vaxt vaz keçməyib:
"Biz sovet ideologiyasının təsiri altında yetişmiş insanlarıq. Sovetlərin bir çox dəyərlərini özümüz üçün müqəddəsləşdirmişdik. Bu dəyərlərin çoxu puç oldu, bir anlamı qalmadı. İmtina etdik çoxundan. Bir dəyərdən isə heç vaxt vaz keçmədim. O dəyərin adı vicdandır... Müəllimlərimizin də, valideynlərimizin də bizə ən çox aşıladıqları o idi"
"Ötüb-keçən illər mənə kifayət qədər həyat təcrübəsi qazandırıb. İndi də düşünürəm ki, vicdan bir insan üçün ən mühüm keyfiyyətdir. Əslində, o, bir insana gərək olan bütün mənəvi-əxlaqi keyfiyyətlərin məcmusudur.
İnsan savadsız ola bilər, hansısa peşəkar qabiliyyətlərində axsaya bilər, yarıtmaz ola bilər, bunları düzəltmək mümkündü. Amma əgər insan vicdansızdırsa, onunla yola getmək çox çətin olacaq", - deyə sabiq deputat əlavə edib.
Xatırladaq ki, sabiq deputat Hüseynbala Mirəlimovun işçisi olduğu güman edilən qadına qarşı qeyri-etik davranışını əks etdirən videosu yayılmışdı. Həmin videoya görə H. Mirələmov YAP-dakı bütün vəzifələrindən azad edilmişdi.
"Yol-xeber.az" xəbər verir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına əsasən, 2021-ci il 31 may saat 06:00-dan ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa olunacaq.
“Yol-xeber.az” xəbər verir ki, bunlardan biri saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbinin ləğv olunmasıdır.
Məlumat üçün ki, qapalı məkanlarda maska istifadəsi mütləqdir.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.
Bu barədə "Yol-xeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam və Xocavənd rayonları ərazilərində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli daha iki hərbi hissə istifadəyə verilib.
Respublika Günü münasibətilə keçirilən açılış mərasimlərində birlik komandiri general-mayor Mayis Bərxudarov Müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb.
Qeyd edək ki, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili və aparılması məqsədilə modul tipli komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.
Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi prosesi planlı şəkildə davam edir.