![]() |
|
Bu barədə "Yol-xeber.az"a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, Bakı-Sumqayıt istiqaməti üzrə aşağıdakı qatarlar hərəkətdə olacaq:
Bakı-Pirşağı-Sumqayıt xətti üzrə
Sumqayıtdan 6604, 6606, 6612, 6620 nömrəli,
Bakıdan isə 6603, 6615, 6617 və 6621 nömrəli;
Bakı-Xırdalan-Sumqayıt xətti üzrə
Sumqayıtdan 6004, 6008, 6012, 6022 nömrəli,
Bakıdan isə 6005, 6015, 6019, 6023 nömrəli.
Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust tarixinə kimi uzadılıb və həmin müddət ərzində şənbə və bazar günləri sərnişin qatarları hərəkətdə olmayacaq.
"Belə bir qanunun qəbulu təkcə Şuşa deyil, bütövlükdə Qarabağ üçün tarixi baxımdan əhəmiyyətli hadisədir. Şuşa rayon olub 1752-ci ildə onun ərazisi 5,5 min kvardrat kilometri olub. Şuşa şəhəri yaranandan onun bir qəsəbəsi, bir şəhəri və 37 kəndi olub. Bu kəndlər siyasi əhəmiyyəti kəndlərdir. İndi bu kəndlərdə sülhməramlılar fəaliyyət göstərir, ermənilər yaşayır. Şuşada 96 faiz azərbaycanlı, 4 faiz erməni yaşayıb. Bu kəndlərin işğalda olması gələcəkdə təhlükəsizlik problemi yarada bilər".
"Yol-xeber.az" xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov parlamentdə çıxışı zamanı deyib.
Deputat bildirib ki, Şuşa şəhəri Şuşa rayonuna daxilidir.
"Mən təklif edirəm ki, Şuşa şəhəinin idarəedilməsi mexanizmi də qanun layihədə əksini tapsın”, - o qeyd edib.
Vahid Əhmədov eyni zamanda təklif edib ki, Şuşa şəhərində görülən işlər vergidən azad edilsin: “Şuşada böyük bərpa işləri aparılacaq. Bu bir illə yekunlaşmaz. Mən təklif edirəm ki, Şuşa şəhərində aparılan işlər 3 il müddətində vergidən azad edilsin. Bu maliyyə Şuşada qalsın və şəhərə sərf edilsin”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında Şəxsi Kabinetə daxil olmaqda problemlər yaşanır.
“Yol-xeber.az”ın məlumatına görə, bu barədə bir sıra vətəndaşlar narazılıqlar səsləndirib.Bildirilib ki, “Asan Login” sistemi vasitəsilə sistemə daxil olduqdan sonra kifayət qədər faydalı və əhəmiyyətli xidmət olan COVID-19 pasportunu əldə etmək mümkün olmur.
Problemlərin mövcudluğunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də təsdiq edib. O bildirib ki, artıq bir neçə saatdır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında “Şəxsi Kabinet”ə daxil olmaqda problemlər yaşanır:
“Güman etmək olar ki, Dövlət Agentliyinin informasiya sistemi COVID-19 pasportu ilə bağlı elan olunan məlumatdan sonra daxil olan çoxsaylı müraciətləri emal edə bilməyib və sistem çöküb.
Xatırladıram ki, bundan öncə də digər bir neçə dövlət qurumunun informasiya sistemlərində oxşar hadisələr baş verib. Düşünmək olar ki, adı çəkilən qurum da sistemi hazırlayarkən sistemin normal fəaliyyəti üçün zəruri resursları düzgün hesablamayıb, auditlə bağlı işlər görülməyib, zəruri testlər aparılmayıb.
Təəssüf ki, aidiyyatı qurumlar, eGov sahəsində kordinasiyaya cavabdeh olan VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və dövlət resursların təhlükəsizliyinə cavabdeh olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti hələlik bu sahədə dayanıqlı və təhlükəsiz mühit formalaşdıra bilməyiblər. Düşünürəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əlaqədar qurumlarla birgə sistemi testdən keçirməli, zəruri resurslar ayrılmalı və istənilən şərait üçün dayanıqlı sistem formalaşdırılmalıdır”.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etsək də, zənglərimiz cavablandırılmadı.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah gün ərzində mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.
Mayın 27-də Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gecə ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz tədricən kəsiləcək. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 13-18 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
28 May Respublika günü qeyri-iş günü hesab olunur və cümə gününə təsadüf etdiyindən avtobusların işləyib-işləməməsi sual doğurub.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev açıqlamasında bildirib ki, bu barədə Operativ Qərargah qərar verməlidir.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə “Ölkə.az”a danışarkən hələlik bu barədə məlumatsız olduğunu bildirib.
Operativ Qərargahın Respublika Günündə ictimai nəqliyyatın işləyib-işləməməsi ilə bağlı qərar verəcəyi gözlənilir.
Son illər ölkədə avtomobil yollarının müasirləşdirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikilməsi layihələri ilə bağlı mühüm tədbirlər həyata keçirilir və bu sahədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davamlı və irihəcimli işlər görülməkdədir.
Lakin müşahidələr göstərir ki, bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobilləri oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla normadan artıq yüklənir və bu formada ümumi istifadədə olan avtomobil yollarında idarə edilir. Belə hallar inzibati xəta tərkibi yaratmaqla yanaşı nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsinə səbəb olur, həmçinin bəzi hallarda digər hərəkət iştirakçıları üçün də təhlükəli vəziyyət yaradır.
Bunun qarşısını almaq məqsədi ilə magistral və respublika əhəmiyyətli avtomobil yollarında təşkil edilmiş tərəzi nəzarət məntəqələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının birgə xidmətinin təşkili üzrə tərtib edilmiş tədbirlər planına əsasən yoxlama tədbirləri davam etdirilir.
Yoxlama tədbirləri zamanı iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri icazə verilən çəki və kütlə parametrlərinə dair tələbləri pozan sürücülərin aşkarlanması, icazə verilən həddən artıq yükü olan nəqliyyat vasitələrinin agentliyin səlahiyyətləri daxilində yol hərəkətindən kənarlaşdırılması, artıq yükün boşaldılması və sürücülərə inzibati məsuliyyət daşıdıqları barədə xəbərdarlıqların edilməsi həyata keçirilir.
Əgər yuxarıda qeyd olunan hal təkrarlanarsa, həmin sürücülər barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilir. Bu çərçivədə son günlər iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə 30-dan çox sürücü 600 manat məbləğində cərimə olunub.
Nəzərinizə çatdıraq ki, ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları ziyanın hesablanması qaydalarının, yol ötürücülərinin yük götürmə qabiliyyətinin müəyyən edilməsi, habelə həmin zərərin ödənilməsi və aradan qaldırılması, ən əsası isə qəza təhlükələrinin nəzarət altına alınması məqsədi ilə tədbirlərin görülməsi istiqamətində müvafiq addımların atılması davam etdiriləcək.
YOLUNUZ AÇIQ OLSUN...
“Bugünkü magistr imtahanlarında 14 minə yaxın bakalavr iştirak edir”.
“Yol-xeber.az” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bugünkü brifinqdə çıxışı zamanı deyib.
“Həmin imtahanın nəticələrini biz yəqin ki, 2 gün ərzində dərc edəcəyik. Sabah nəticələrin emalı başlayacaq. Yəqin ki, birisi günə biz nəticələri elan edəcəyik”, - deyə o söyləyib.
Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı düşmənin artilleriya qurğularının məhv edilməsinin videogörüntülərini yayıb.
"Görüntüləri təqdim edirik:
"Yol-xeber.az" xəbər verir ki, bu barədə “Caliber” “Telegram” kanalı video yayıb.
Videoda Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Laçın rayonlarına düşən hissəsindəki mövqelərində ermənilərin qoyub qaçdıqları silah, sursat və avadanlıq əks olunub.
Erməni hərbçilər ənənələrinə sadiq olaraq hər şeyi atıb qaçıb və “sərhəd” mövqelərini Azərbaycan Silahlı Qüvvələrinin ixtiyarına buraxıb.
"Yol-xeber.az" “oxu.az”a istinadən xəbər verir ki, ali məktəbin “Xalq çalğı alətləri kafedrası”nın dosenti, əməkdar müəllim (tarzən) Yusif Vəliyev vəfat edib.
Y.Vəliyev Lerik və Bərdə rayonu uşaq musiqi məktəbinin və Bakı şəhəri “Georgi Şaroyev adına onbirillik musiqi məktəbi”nin direktoru vəzifələrində çalışıb.