Bakıda növbəti polis reydi keçirilib  - FOTO

Paytaxtda koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək virusa yeni yoluxma hallarına yol verməmək, bu virusla mübarizədə dövlətimiz tərəfindən əldə edilən müsbət dinamikanın qorunub-saxlanılması üçün tətbiq olunan karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl olunması üçün qapalı yerlərdə, ictimai nəqliyyatda nəzarət diqqət mərkəzində saxlanılır. 

İctimai iaşə obyektlərində, mağazalarda, ictimai nəqliyyatda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmətin qəbul edilən sanitar-epidemioloji normalara uyğun qurulması və aparılması, sosial məsafənin təmin edilməsi, eləcə də qapalı yerlərdə tibbi maskadan istifadənin zəruriliyi bağlı profilaktik maarifləndirici söhbətlər aparırlar, şəhər sakinlərinin məsuliyyət hissinin artırılması ilə bağlı tövsiyələr verilir, qanunun tələbləri izah edilir. Aşkarlanan hər bir hüquqazidd əmələ görə qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülür.

 Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.
 

Mədət Quliyevin qayını da döyüşə getdi - FOTO

Müdafiə Sənayesi naziri Mədət Quliyevin qayını da hərbi xidmətə yollanıb.

Bu barədə M.Quliyevin həyat yoldaşı Zəhra Quliyeva məlumat verib:

“Qardaşım artıq ikinci dəfə həqiqi xidmətə, elini-obasını, vətənini qorumağa getdi. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Allah bütün hərbçilərimizi qorusun”. (Mediapost.az)

 

Vaqif Əsədov oğlunu Qarabağa yola saldı - Ya Qarabağ, ya ölüm

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun oğlu könüllü olaraq döyüşə gedib. Avtosfer.az xəbər verir ki, V.Əsədov oğlunu bu gün cəbhəyə yola salıb.

“Qələbə ilə geri qayıdacağıq”: Bakıda hərbçiləri necə yola salırlar – video Polis polkovnikinin oğlu Pərvin Əsədov döyüşə bu gün könüllü olaraq gedib.

Məsələ ilə bağlı Vaqif Əsədovla əlaqə saxladıq. O bildirdi ki, oğlunu bu gün yola salıb: "Bəli, bu gün cəbhəyə əsgər yola saldım. Hesab edirəm ki, oğlum Qarabağın azad edilməsində iştirak etməlidir. Ya Qarabağ, ya ölüm! Bunu onun özü də belə istəyir. Ya Qarabağda bayrağımızı dalğalandıracaq, ya da şəhid olacaq".

Xatırladaq ki, Pərvin Əsədov Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır. 29 yaşı var. Pərvin Əsədov hərbi xidmətdə Ağdamda ön cəbhədə olub.

V.Əsədovun sözlərinə görə, oğlu aidiyyəti üzrə ərazilərdə Qarabağın işğaldan azad edilməsi üçün canından belə keçməyə hazırdır. "İnşallah ki, itirdiyimiz torpaqları qaytararıq. Oğlum da qələbə xəbəri ilə qayıdar. İnanıram və arzulayıram ki, oğlum qələbə bayrağını sancacaq. Ali Baş Komandan bu gün əmr versə, özüm də Vətən uğrunda döyüşlərə hazıram və son damla qanıma qədər mübarizə apararam", - deyə Vaqif Əsədov bildirib.

"Mən cəbhəyə bir əsgər yola salmışam. Hərbi xidməti də cəbhə zonasında keçmişdi. İndi də cəbhəyə getdi. Qələbə bizimdir, qoy o da bu müqədəş döyüşdə iştirak etsin. Mən də döyüşlərdə iştirak etməyə hazıram".

 
 
Hava dəyişkən buludlu olacaq

Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 15-17, gündüz 22-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Sentyabrın 30-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 7-11, gündüz 13-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 30-u, oktyabrın 1-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 27 sentyabr tarixindən etibarən cəbhəboyu ərazilərdə operativ və təxirəsalınmaz əməliyyat çıxışlarını həyata keçirmək məqsədilə çevik mobil əməliyyat qrupları yerləşdirib.

'Bu barədə qurumun açıqlamasında bildirilib.

Qeyd olunan qruplar eyni zamanda sakinlərə yerlərdə təhlükəsiz hərəkət qaydaları, Mina Təhlükəsinə dair maarifləndirmə və xəbərdarlıq istiqamətində fəaliyyəti həyata keçirirlər.

Son günlərdə ermənilər tərəfindən davamlı olaraq artilleriya atəşinə məruz qalan yaşayış məntəqələri və əkin sahələri sursatlarla çirklənmiş ərazilərdir və atəşə tutulan bu ərazilər təhlükəli ərazi hesab olunur.

Bu səbəbdən agentlik cəbhəboyu ərazilərdə yaşayan sakinləri naməlum əşyalara toxunmamağı, xüsusilə də uşaqları tanımaqdıqları əşyalara əl vurmamağı və dərhal aidiyyəti üzrə müraciət etməyə çağırır. 

Sakinlərə tövsiyə olunur ki, təhlükəli və ya şübhəli əşyalar barədə dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” Xidməti-Zəng Mərkəzinə, Rayon Polis Şöbələri (RPŞ), eləcə də Rayon İcra Hakimiyyəti orqanlarına məlumat versinlər.

Aparılan əməliyyat-axtarış tədbirləri barədə ictimaiyyətə davamlı olaraq məlumat veriləcək.

Ermənilər Xankəndidən təcili çıxarılır

Xankəndidə mülki əhalinin kortəbii təxliyyəsinə başlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat verib. Nəşrin məlumatına görə, insanlar kütləvi şəkildə İrəvana göndərilir.

“Onlar dərhal göndərilirlər, orada heç bir yaxınları yoxdur. Təkcə avtobuslarla deyil, polis yoldan keçənləri dayandırır və özləri ilə İrəvana aparırlar ”,-deyə qəzetin müxbiri bildirib.

Bildirilib ki, hazırda Azərbaycan ordusu Füzuli şəhəri istiqamətində Dağlıq Qarabağa hücumlarını davam etdirir. 

“Füzulidə aptek sahibi açarları baş həkimə verib ki, nə dərman istəsəz, götürün”

"Horadiz şəhərində yerləşən Füzuli rayon xəstəxanasına baş çəkən zaman iki hadisə məndə çox qürur hissi yaratdı. Əvvəlla, böyük qürur hissi ilə qeyd edim ki, yaralılarımızın bir çoxu ilkin tibbi yardım aldıqdan sonra cəbhə bölgəsinə qayıdacaqlarını bildirirdilər".

“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov öz feysbuk hesabında yazıb. Deputat qeyd edib ki, həkimlər onlara daha bir neçə gün xəstəxanada qalıb müalicə olunmağı təklif etsələr də, mərd əsgərlərimiz döyüş xəttində öz əsgər yoldaşlarının yanında olmağa, vətən uğrunda döyüşü davam etdirməyə üstünlük verərək yenidən döyüşə qayıdıblar:

“İkinci qürurverici fakt. Xəstəxananın yanında özəl aptek yerləşir. Sentyabrın 27-si erməni təxribatı baş verəndən sonra aptek sahibi aptekin açarını xəstəxanın baş həkiminə verib və deyib ki, nə qədər dərman lazım olarsa, pulsuz götürün. Həkimlər də əlavə dərman lazım olanda aptekdən istifadə edirlər".

Deputat qeyd edib ki, bu fakt milli birliyin, xalqın orduya dəstəyinin təsdiqidir.

Mingəçevirdən olan şəhid qardaşlar Əhmədov Əli İlqar oğlu və Əhmədov İslam İlqar oğlu dəfn edilib.

Qeyd edək ki, İlqar sentyabrın 27-də, İslam isə 28-də Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olub.

"Ölkə.Az" dəfn mərasimindən çəkilmiş vidoenu təqdim edir.

“Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

“Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb.

Belə ki, Ermənistan tərəfi, həmişə olduğu kimi, əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir”.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olan Naftalan sakinləri - bir ailənin 5 üzvü dəfn edilib.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına rayon sakinləri məlumat verib.

Düşmənin növbəti dəfə toplarla atəşi nəticəsində həyatlarını itirən Elbrus Qurbanov və onun 4 ailə üzvü - Şəfayət Qurbanova, Fidan Qurbanova, Şəhriyar Qurbanov və Afaq Əmirova yaşadıqları rayonun Qaşaltı kəndində torpağa tapşırılıb.

Xatırladaq ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Elbrus Qurbanov və onun 4 ailə üzvü, 1956-cı il təvəllüdlü Şəfayət Qurbanova, 2006-cı il təvəllüdlü Fidan Qurbanova, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və 1981-ci il təvəllüdlü Afaq Əmirova həlak olublar.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Xəbər lenti