“Hər zaman birlik və bərabərlik nümayiş etdirən xalqımız son günlərdə baş verən hadisələr zamanı yenə də əzm nümayiş etdirir. Xalqımızın vətənpərvər oğul və qızları həm könüllü şəkildə cəbhəyə yollanmaq üçün müraciətlər edir, həm də Azərbaycan ordusunun zəfər yürüşü zamanı yaralanan mərd hərbçilərimiz üçün könüllü şəkildə qan vermək məqsədilə qan banklarına gəlir. Bu nəcib təşəbbüslərinə görə Mərkəzi Qan Bankı adından bütün vətəndaşlarımıza təşəkkür edirik!”.

Milli Hematologiya və Transfuziologiya Mərkəzindən "Ölkə.Az"a verilən məlumata görə, Mərkəzi Qan Bankı və regionlarda yerləşən bölmələri hər zaman olduğu kimi, adi qaydada fəaliyyətini davam etdirir və hazırda qan ehtiyatı kifayət qədərdir:

“Könüllü şəkildə qan donoru olmaq istəyən vətəndaşlarımız Mərkəzi Qan Bankının Bakı şəhərində və bölgələrdə yerləşən bölmələrinə zəng və ya gələrək ad, soyad, qan qrupu və telefon nömrələri haqqında məlumat verərək qeydiyyatdan keçə bilərlər. Ehtiyac yarandığı təqdirdə biz həmin məlumatlar vasitəsilə sizinlə əlaqə saxlayıb, qan banklarına dəvət edəcəyik.

Biz öz doğma torpaqlarımızda, işğal altında olan torpaqlarımızı geri qaytarmaq üçün vuruşuruq. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir! Azərbaycan əsgəri düşməni torpaqlarımızdan çıxaracaq və haqq-ədaləti bərpa edəcək. Bizim davamız ədalətli davadır və biz əminik ki, bu zəfər yürüşündə Azərbaycan xalqı cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun yüksək döyüş əzmi ilə istədiyinə nail olacaq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək!

Bir daha xalqımıza göstərdiyi birlik və bərabərliyə görə təşəkkür edirik. Uca Allah ölkəmizi, xalqımızı və ordumuzu qorusun!

Biz birlikdə güclüyük!”.

Mərkəzi Bankdan  verilən məlumata əsasən, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (//gpp.az/sqyf) və mobil tətbiqindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.

 Bildirilir ki, Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (//mod.gov.az/az/silahli-quvvelere-yardim-fondunun-bank-rekvizitleri-253/) yerləşdirilib.

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 80 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5542, ötən müddət ərzində isə ümumilikdə 1 121290 test aparılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən 1 oktyabr tarixindən Bakı şəhəri üzrə dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib və müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq bu gün səhərdən artıq uşaq bağçaları fəaliyyətə başlayıblar.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda qeyd olunub. 

Bildirilib ki, uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olacaq.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilib, həmçinin video konfrans fomatında müşavirələr keçirilərək bağça müdirlərinə lazımi təlimatlar verilib. 

Bağçaların açılışına hazırlıq prossesində idarənin tabeliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri tərəfindən bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görülüb, işçi personal hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb. Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılıb, otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilib. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılıb. 

Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Səhərdən etibarən bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçülür və tərbiyəçilərin valideynlərlə mütəmadi olaraq əlaqə saxlaması tövsiyə edilib. Həftə sonu hər bir bağçada tam dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub.

Bu gündən etibarən paytaxtın bütün uşaq bağçaları xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində fəaliyyət göstərəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək.

“Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb”.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistandan ordusundan fərqli olaraq, Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir:

“Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib”.

Xəbər verdiyimiz kimi, Azərbaycan ordusu bir sıra əraziləri işğaldan azad edib. 

Baku TV həmin ərazilərin görüntülərini təqdim edir:

Azərbaycanlı hakerlər Ermənistan hərbçisinə, Ermənistan Silahlı Qüvvələrinin kapitanına məxsus sənədi əldə edib.

Bu barədə “Azerbaijan Cyber Army” “Telegram” səhifəsində məlumat yayıb.

Qeyd edək ki, Ruben Sənəmyan iyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonunda şiddətli döyüşlər zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olduğu təxribatın təşkilatçısıdır. (oxu.az)

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ölkədə qismən səfərbərlik elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam qüvvəyə mindiyi gündən artıq ölkə vətəndaşları səfərbərliyə cəlb olunub.

Maraqlıdır, hərbi səfərbərliyə cəlb olunmuş vətəndaşların - müəssisə əməkdaşlarının, eləcə də fiziki şəxslərin əməkhaqları necə tənzimlənəcək?

“Qafqazinfo”ya bu barədə danışan İnsan Hüquqları üzrə Birgə Qrupun katibi Sahib Məmmədov bildirib ki, səfərbərliyə cəlb olunan hər bir kəsin əməkhaqqı mütləq ödənilməlidir:

“Hərbi toplantı olduğu müddətdə müəssisənin ləğv olunması istisna olmaqla digər hallarda onların əmək müqaviləsinə xitam vermək qadağandır. Müəssisə ləğv olunarsa, iki aylıq çağırış müddəti uzanarsa (adətən 2-3 ay nəzərdə tutulur), həmin müəssisənin varisi o şəxsin üç ay üçün əməkhaqqını ödəməlidir”.

Hüquq müdafiəçisi qeyd edib ki, hərbi toplantıya gedən şəxs xəstələnərsə, döyüşdə yaralanarsa, təyin olunmuş müddətdən daha çox qalarsa, bu halda da onun əməkhaqqı ödənilməlidir:

“Bu, dövlət və ya özəl formadan asılı olmayaraq, hamı üçün keçərlidir”.

Sahib Məmmədov əlavə edib ki, bəzən bu kimi məsələlərdə problem yaranır:

“Qeyri Hökumət Təşkilatlarının layihə çərçivəsində hər hansı bir əməkdaşı səfərbərliyə cəlb olunursa, o halda QHT-nin ona əməkhaqqı ödəmə imkanı yoxdur. Çünki QHT-nin, qeyri-kommersiya təşkilatının əmək haqqı fondu formalaşmayıb. O, layihə çərçivəsində bir və ya müəyyən müddət üçün əməkhaqqı ödəyə bilər”.

S.Məmmədov həmçinin, hərbi səfərbərliyə cəlb olunan fiziki şəxslərin əməkhaqqı məsələsinin tənzimlənməsinə də aydınlıq gətirib:

“Fiziki şəxslər mağaza, aptek açıb və bir neçə işçi çalışdırır. Bu yerlərdə çalışan əməkdaş səfərbərliyə cəlb olunduqda, mağaza sahibinin ona maaş ödəməyə imkanı olmayacaq. Bu kimi nüanslar var. Yaxşı olardı qanunvericilikdə nəzərdə tutulsun ki, belə  hallarda müəssisənin, fiziki şəxsin ödəniş qabiliyyəti olmadığı təqdirdə icra hakimiyyəti məsələyə baxsın. Burada bir boşluq var. Qalan məsələlər qanunvericiliklə tənzimlənir”.

Millət vəkili Vüqar Bayramovun fikrincə, dövlət və özəl qurumlarda əməkhaqqı müqaviləsi ilə çalışan və orduya könüllü qoşulan vətəndaşlarımıza, onların ailələrinə maaşların ödənilməsində problem olmayacaq:

“Bununla yanaşı, qeyd edim ki, çoxlu sayda həmyerlilərimiz var ki, onlar ya günəmuzd və ya rəsmi əmək müqaviləsi olmadan çalışırdılar. Onlar könüllü şəkildə orduya yazılır və ərazi bütövlüyünün qorunmasında iştirak edirlər. Həmin vətəndaşlarımızın ailələrinin sosial təminatının qorunmasında dəstək olmağımız çox vacibdir. Bu baxımdan, təklif edirəm ki, könüllü və qismən səfərbərlik ilə torpaqlarımızın işğaldan azad olunması üçün orduya qoşulan vətəndaşlarımızın siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılaraq müvafiq dəstəkləyici tədbirlər daha da genişləndirilsin. Günəmuzd işləyən və ya işləməyən vətəndaşlarımızın ailələrinə maliyyə dəstəyi ilə bağlı tədbirlərin də instensivləşdirilməsinə ehtiyac var”.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov isə bildirib ki, Əmək Məcəlləsinə əsasən işçi hərbi mükəlləfiyyətlə bağlı vəzifələrini yerinə yetirməsi üçün hərbi toplanışa cəlb edilib ordu sıralarında iştirak etdikdə iş yeri və əməkhaqqı saxlanılır:

“Orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində işçinin qazandığı əməkhaqqından hesablanır. Hərbi xidmət haqqında qanuna əsasən toplanışa çağırılmış hərbi vəzifəlilər çağrış üzrə vəzifələrini yerinə yetirdikləri bütün dövrdə daimi iş yerində maaşı saxlanılmaqla iş yerləri qorunur. Göstərilən şəxslərin əmək müqaviləsinə şəxsin iş yerinə qayıdana qədər xitam verilə bilməz. Əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı işə götürən müvafiq əmr vermə səlahiyyətinə malikdir”.

Oktyabrın 1-dən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı (//t.me/Azerbaijan_MOD) fəaliyyətə başlayıb.

Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə keçid vasitəsilə abunə ola bilərlər.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatlarının aparıldığı müddətdə vətəndaşlarımız tərəfindən yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirilir.

Dövlət Təhlükəsizlik Xidməti xəbər verir ki, bununla yanaşı, Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə etnik zəmində qarşıdurma yaratmaq, Silahlı Qüvvələrimizin döyüş əməliyyatları, taktiki yerdəyişmələri, texniki-təchizat tədbirləri, ictimaiyyətin hərbi əməliyyatlara və səfərbərlik məsələlərinə münasibəti və sair barədə məlumatları əldə etmək məqsədilə sosial şəbəkə və media profilləri, akkauntları, messencerlər, SMS və elektron poçt xidmətləri vasitəsilə səs mesajlarını, dezinformasiya xarakterli mətnləri, montaj olunmuş saxta foto-video materialları yayaraq fəallıqlarını xeyli artırıb.

Erməni tərəfi Azərbaycan Ordusunun hərbi uğurlarına inamsızlıq yaratmaq üçün fəaliyyətini ardıcıl olaraq davam etdirir, Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir.

Qeyd olunanlarla əlaqədar, vətəndaşlarımızı düşmən təxribatlarına uymamağa çağırır, onlara ünvanlanan kəşfiyyat-təxribat xarakterli müraciətlər haqqında WhatsApp və Telegram (+994774059999) kanalları vasitəsilə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat vermələri xahiş olunur. 

Xəbər lenti