![]() |
|
Koronavirusun geniş yayılmasının qarşısının alınması üçün respublikanın beş şəhər və 12 rayonunda sərtləşdirilmiş karantin rejiminin qaydalarının təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, əsas diqqət mövcud vəziyyətdə koronavirusa yoluxmanın qarşısını almağa yönəlib:
“Bu məqsədlə sözügedən ərazilərdə karantin postları qurulub. Həmin karantin postlarında müvafiq icazə almadan hərəkət etməyə cəhd edən şəxs və ya şəsxlərin qarşısı alınaraq, onlar barəsində qanunamüvafiq tədbirlər görülür.
Bütün bunların əsas məqsədi hər bir hərəkət iştirakçısının Nazirlər Kabinetinin qərarına uyğun olaraq izolyasiya qaydalarına ciddi əməl etməsini təmin etməkdir”.
Elşad Hacıyev xüsusilə fəaliyyətinə icazə verilən sahələrdə çalışan şəxslərin regionlara getməsi ilə bağlı məsələyə toxunub:
“Nazirlər Kabinetinin qərarına uyğun olaraq fəaliyyətinə icazə verilən sahələrdə çalışan şəxslərin Bakı, Abşeron və Sumqayıt şəhərlərində yaşayıb, işləməsinə baxmayaraq, kütləvi şəkildə bölgələrə getməsi müşahidə olunur.
Həmin şəxslərin onlara verilən icazələrdən sui-istifadə etməsinin qarşısını almaq üçün karantin postlarında nəzarət-profilaktik tədbirlər gücləndirilib.
Bu gün ölkədə hər bir şəxsin üzərinə düşən əsas vəzifələrdən biri koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə qaydalara riayət etmək və məsuliyyətli olmaqdır”.
2021-ci ilin 06-07 yanvar tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Qubadlı, Zəngilan, Tərtər rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 6 (altı) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 1 (bir) müraciət daxil olub.
ANAMA-dan verilən məlumata görə, daxil olmuş 7 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 13 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 216 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 40 ədəd tank əleyhinə mina, 2 ədəd silah, 2 ədəd təlim mərmiləri, 3 527 ədəd müxtəlif çaplı patronlar və 11 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.
Agentliyin partlayış qrupu tərəfindən 1 141 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 641 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Biləsuvar rayonu ərazisində Vətən müharibəsində şəhid olanların xatirəsinin əbədiləşdirilməsi üçün lazım olan tədbirlər görülür.
“Report” xəbər verir ki, bu məqsədlə rayonunun Təzəkənd kəndində Şəhidlər kompleksi yaradılıb. Kompleksdə kəndin altı şəhidinin xatirəsi əbədiləşdirilib.
Burada həmin şəhidlər haqqında məlumat lövhələri quraşdırılıb. Eyni zamanda bulaq da inşa edilib.
Qeyd edək ki, I Qarabağ savaşında bu kənd dörd şəhid verib - Tacəddin Quliyev, Şirinov Ruslan, Manafov Fərqan, Bayramov Əlizadə. Vətən müharibəsində isə kənd iki şəhid verib - Amid İsmayılov, Əhmədli Elməddin.
“Artıq yeni növ koronavirus infeksiyasına yoluxan şəxslər bədənlərində mövcud olan anticismlərin miqdarı aşağı düşəndə peyvənd olunmalıdırlar”.
Bunu “Vector” adlı xüsusilə təhlükəli infeksiyalar laboratoriyasının keçmiş rəhbəri Aleksandr Çerpurnov deyib.
Onun sözlərinə görə, antikorların sayı tədricən azaldığından onların miqdarı hər yarım aydan bir yoxlanılmalıdır: “Antikor göstəricisi aşağı həddə yaxınlaşdığı an peyvənd vurulmalıdır. Çünki keçirilən xəstəlik ona təkan verəcək və peyvənd daha yaxşı nəticə göstərəcək”.
Novosibirsk Dövlət Universitetinin bionanotexnologiya, mikrobiologiya və virusaologiya laboratoriyasının müdiri Serqey Netesov peyvəndin virus infeksiyasının təqlidi olduğunu deyib:
“Bu səbəbdən, xəstəlikdən sonra yaranan antikorun titri mövcud dəyərləri üç-dörd dəfə üstələyirsə, onda həmin şəxs peyvənd olunan insan kimi özünü virusdan qoruyur”.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Azərbaycan Ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrində olub və burada yaradılan şəraitlə maraqlanıb.
Müdafiə naziri bölmələrdə hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olduqdan sonra şəxsi heyətin döyüş hazırlığı və qoşun xidmətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, bu barədə qərarı Nazirlər Kabineti yanında operativ qərargah yoluxma statistikasına baxaraq, qəbul edir:
“Hələlik bu barədə məlumat yoxdur”.
O qeyd edib ki, xəstəliyə qalib gəlmək üçün qaydalara riayət etməliyik:
“Həkimlərin sözünə riayət edib, sosial mediada yayılan əsassız fikirlərin arxasınca getməsək, ümid edirəm ki, 2021-ci ili pandemiya ilə bağlı daha rahat keçirə bilərik”.
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Görülmiüş işlər çərçivəsində hazırda (C.Hacıbəyli, M.Kazımovski, Mərdanov Qardaşları küçələrindək) avtomobil yolu və səkilərdə başlanılmış əsaslı təmir İşləri başa çatdırılmışdır. Piyadaların sərbəst hərəkəti üçün bəzi yerlərdə səkilər genişləndirmiş, bardürlər yeniləri ilə əvəz olunmuşdur.
Rayonun həm mərkəzi, həm də mikrorayonlar ərazilərində aparılan abadlıq-quruculuq işləri əhalinin razılığı ilə qarşılanır və bu işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Görülmüş işlər çərçivəsində hazırda Abbas Səhhət küçəsi ilə Feyzulla Qasımzadə küçəsində avtomobil yolunun asvalt örtüyü yenisi ilə əvəz olunmuş və piyadaların sərbəst hərəkəti üçün bəzi yerlərdə səkilər genişləndirilir, bardürlər yeniləri ilə əvəz olunur, yağış sularının axıdılması üçün münasib yerlərdə barmaqlıqlar quraşdırılır.
Həmçinin RİH Başçısı Asif Məhərrəmov 28 və 32 ünvanlarında olaraq binaların həyətlərində görülən işlər tanış olub və vətəndaşların qaldırdıqları digər məsələlərlə maraqlanmış və həlli ilə əlaqədar müvafiq şəxslərə tapşırıqlar verilmişdir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
"Sentyabrın 27-dən başlayan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin qarşısında tab gətirə bilməyən Ermənistan silahlı qüvvələri hərbi cinayət törədərək bizim mülki əhalini, şəhər, rayon və kəndlərimizi atəşə tutaraq öz xislətini göstərdi. Bu təcavüz nəticəsində bizim mülki əhaliyə, dövlət əmlakına, infrastrukturumuza, sahibkarlarımıza çox ciddi zərər vurulmuşdur. Bu zərərlərin qiymətləndirilməsi və gələcəkdə kompensasiya edilməsi istiqamətində Sizin 6 noyabr tarixli Sərəncamınız olmuşdur. Sərəncamınızla Siz Dövlət Komissiyası yaratdınız və ona müvafiq konkret tapşırıqlar verdiniz. Sərəncamın icrası ilə bağlı Dövlət Komissiyasının gördüyü işlər barədə qısa məlumat vermək istərdim".
“Ölkə.Az” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
O bildirib ki, sərəncamla verilən tapşırıqların icrası ilə əlaqədar dərhal İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Respublika Prokurorluğunun, “ASAN xidmət” və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət 11 şəhər və rayonda 13 işçi qrupu yaradılıb: "İşçi qruplarına mərkəzi icra orqanlarının - nazirlərin və komitə sədrlərinin müavinləri səviyyəsində rəhbərlik edilir. Ümumiyyətlə, qiymətləndirmə ilə əlaqədar işlərə 200-dən çox məsul şəxs cəlb olunmuşdur. Ötən müddət ərzində zərər çəkmiş vətəndaşların özlərinin iştirakı ilə 10 min 300-dən artıq obyektə baxış keçirilmiş və qiymətləndirmə aparılmışdır. Qiymətləndirmədən sonra müvafiq aktlar tərtib edilmiş və təqdim olunmuşdur. Ən çox zərər çəkmiş Tərtər rayonunda dəymiş ziyanın ilkin proqnozdan dəfələrlə çox olduğu nəzərə alınaraq, orada işlər indi də davam etdirilir. Yaxın günlərdə bu işlər başa çatdırılacaq".
"Cənab Prezident, toplanmış materiallara əsasən, dağılmış və qəzalı vəziyyətə düşmüş, o cümlədən ziyan dəymiş əmlakın bərpa dəyəri əsasında, nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və digər daşınmaz əmlak isə orta bazar qiyməti prinsipinə uyğun olaraq qiymətləndirilmişdir. Bu günədək hesablanmış dəymiş ziyan 63,6 milyon manat həcmində qiymətləndirilir.
Cənab Prezident, vətəndaşların əmlakı ilə bərabər, dövlət əmlakına da ciddi ziyan dəymişdir. Belə ki, dövlət əmlakına - əsasən yol infrastrukturuna, elektrik, rabitə, qaz, su xətlərinə və digər infrastruktur obyektlərinə dəymiş ziyan toplam olaraq təqribən 27,4 milyon manat dəyərləndirilir. Ümumiyyətlə, bu günədək aparılmış qiymətləndirmə 91 milyon manat təşkil edir. Bir neçə rəqəmi diqqətə çatdırmaq istəyirəm. Dağıdılmış və qəzalı evlərin sayı 264 idi. Bu, tam dağıdılmış, o cümlədən 10 çoxmənzilli bina Gəncə şəhərindədir. Ümumi fərdi yaşayış evlərinin sayı 9294-dür. 440 sahibkarlıq obyektinə, 227 nəqliyyat vasitəsinə, digər 18 obyektə, məktəblərə və sosial obyektlərə, 518 kənd təsərrüfatı obyektinə ziyan dəymişdir", - o əlavə edib.