Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.

Prezident görüşün sonunda hərbçilərlə söhbət edib və harada yaralandıqları ilə maraqlanıb.

Birinci vitse-prezident Mehriban Əliyeva yaralı hərbçilərlə görüş zamanı kövrəlib.




Oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  21-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz  olacaq.  

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Arabir  duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 12-17, gündüz 20-24, dağlarda gecə 4-8, gündüz  9-13 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 

Şəhid general Polad Həşimovun anası cəbhə bölgəsinə gedən, döyüşlərdə iştirak edən vətənin qəhrəman övladlarına çağırış edib.

Unikal.org-a açıqlama verən Səmayə Həşimova cəbhədə döyüşən əsgərlərimizi qələbəyə səsləyib:

“Mən əsgərlərimə deyirəm ki, qolları qüvvətli olsun. Allahın əli onların kürəyində olsun. Can sağlığı ilə, döyüşüb torpaqlarımızı işğaldan azad eləsinlər. Şuşada Azərbaycan bayrağını sancmaq Polad Həşimovun ən böyük arzusu idi.

Əsgərlərimiz bayrağımızı Qarabağımızda, Şuşada sancarkən “Polad Həşimovun ruhu şad olsun” desinlər. Mən Polad Həşimovun anası kimi deyirəm ki, Allah bütün əsgərlərimizə qüvvət və can sağlığı versin.

Dözümlü olsunlar, yaxşı döyüşüb, işğal altında olan bütün torpaqlarımızı düşməndən azad eləsinlər”.

Sentyabrın 27 - də səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə qarşı törədilən təxribatla bağlı ordumuzun düşmənə əks-həmlə zərbələri endirərək, qısa müddətdə 7 kəndimizi və işğal olunmuş ərazilərimizdə strateji mövqeləri tutması bütün Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılandı.

Azərbaycan seysmoloqları ordumuzun tezliklə Qarabağı və işğal altında olan bütün torpaqlarımızı azad edəcəyinə inanır, hər zaman bir əsgər kimi Ali Baş Komandanımızın əmrində və ordumuzun yanında olduqlarını bəyan edirlər.

Bu məqsədlə bu gün Azərbaycan Seysmoloqlar Assosiasiyası İctimai Birliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürülmüşdür.

Qələbə bizimlədir!
Qarabağ Azərbaycanındır!

Müdafiə Nazirliyi döyüşə getmək istəyən könüllülərə müraciət etdi

Müdafiə Nazirliyi müraciət yayıb.

Müraciətdə deyilir:

“Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun düşmənə qarşı apardığı döyüşlərdə əldə etdiyi uğurlar xalqımızda döyüş ruhunun yüksəlməsinə səbəb olub. Azərbaycan əsgərinin uğurundan ruhlanan on minlərlə həmvətənimiz Müdafiə Nazirliyinə müraciət edərək Ordumuzla birlikdə könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildiriblər.

Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan əsgərinə mənəvi dəstək olduqlarına görə təşəkkür edir və döyüşlərə qoşulmaqla şəxsi heyətin yanında olmaq istəyən hər kəsə dərin minnətdarlığını çatdırır.

Bildiririk ki, könüllü döyüşlərə qatılmaq arzusunda olan döyüş və müharibə təcrübəsinə malik vətəndaşlarımız hərbi hissələrə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsinlər.

Qələbə bizimlədir! Vətən torpaqları işğaldan azad ediləcəkdir!”

“Soliton LTD”dən Azərbaycan Ordusuna dəstək!

Azərbaycanın ən böyük şəbəkə mağazalarından biri olan Soliton Mağazalar Şəbəkəsi dövlətimizin bütövlüyü uğrunda döyüşən Azərbaycan Ordusuna dəstək üçün  Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 50 min manat vəsait köçürüb.

Azərbaycan Ordusu hərbi potensiala, maddi-texniki təchizata və güclü döyüş qabiliyyətinə malikdir. Bu gücə güc qataraq dəstək məqsədli yaradılan qan vermə aksiyasında da öz dəstəyini əsirgəmir. Şirkət qan reservlərinin təmin olunması məqsədi ilə əməkdaşlarını könüllü olaraq bu aksiyaya cəlb edir.

Eyni zamanda Soliton əməkdaşları da torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına qoşulub. Soliton əməkdaşlarına və bütün hərbçilərimizə uğurlar arzulayırıq!
İndi biz daha güclüyük və inanırıq ki, zəfər bizim olacaq!  

“Azərbaycana dualarımı göndərirəm. İnanıram ki, nəhayət, Dağlıq Qarabağ və onun ətrafında yerləşən rayonlar işğaldan azad olunacaq və babalarımın ruhu azadlığa qovuşacaq”.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi 90 yaşlı Leyla xan Xoyski deyib.

“Səhərdən axşamadək televiziya kanallarını izləyirəm. Türk kanalları Azərbaycandan geniş xəbərlər verirlər. Bəzən Azərbaycan televiziyalarından da xəbər alıram. Elə gözəl, sırayla məlumat verirlər ki, çox sevinirəm. Qulağım bir qədər zəif eşidir, ona görə də televizora yaxın otururam. Onlara deyirəm ki, hər şey yaxşı olacaq, heç narahat olmasınlar. Azərbaycan oğulları ilə fəxr edirəm və Azərbaycan əsgəri üçün bütün günü dua edirəm. Artıq torpaqlarımızın bir hissəsi geri alınıb. Azərbaycan əsgərləri dayanmadan irəli getsinlər. Hiss edirəm ki, nəhayət, Qarabağa getməyə hazırlaşa bilərik. Allah bütün şəhidlərimizə rəhmət etsin, onların qanı yerdə qalmayacaq”, - Leyla xan Xoyski bildirib.

Qeyd edək ki, Leyla xan Xoyski Türkiyədə yaşayır. 

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il noyabrın 2-dək fəaliyyətini dayandırır.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq.

Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.azwww.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı keçirilir.

Bu barədə "Ölkə.Az"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.

Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiya Federasiyası Xarici İşlər Nazirliyində Rusiya Daxili İşlər nazirinin birinci müavini Aleksandr Qorovoy və Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

Azərbaycanın Rusiyadakı (Moskva) səfirliyindən “Report”un Rusiya bürosuna verilən məlumata görə, A.Rudenko Rusiyada yaşayan, yeni iş yerləri açaraq ölkə iqtisadiyyatına əvəzsiz töhfə verməkdə davam edən çox sayda azərbaycanlının xüsusi rolunu qeyd edib.

Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi zonasında mövcud hərbi əməliyyatların artması ilə əlaqədar Rusiya Federasiyası ərazisində yarana biləcək millətlərarası gərginliyin qarşısını almaq üçün tədbirlər görmək lazım olduğu qeyd edilib.

Aleksandr Qorovoy isə bildirib ki, Rusiya Daxili İşlər Nazirliyi hər iki icmanın nümayəndələri tərəfindən yerlərdə ola biləcək təxribatların qarşısını almaq üçün ən sərt tədbirlər görəcək. Bura xüsusən, saxlanılma, həbs, vətəndaşlıqdan məhrum etmə və ölkədən çıxarılma daxilidir.

Onlara həmçinin Rusiya ərazisində qalan, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş, müvəqqəti yaşamaq üçün icazə, yaşayış icazəsi və patent almış Azərbaycan vətəndaşlarının sayı, habelə Rusiya ərazisindən deportasiya edilən şəxslərin sayı barədə statistik məlumatlar verilib.

“Görüş zamanı Rusiya tərəfi Səfirliyin Rusiyadakı azərbaycanlılara və diaspora təşkilatlarına ölkənin qanunlarına riayət etmələri üçün müraciətləri müsbət qiymətləndirib. Səfirlik bir daha Rusiya Federasiyasında yaşayan bütün həmvətənlərini hər hansı bir qanunsuz hərəkətdən çəkinməyə, Rusiya qanunvericiliyinə riayət etməyə və müstəsna qanun çərçivəsində fəaliyyət göstərməyə çağırır.

Xəbər lenti