![]() |
|
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.
FHN-dən "Ölkə.Az"a bildirilib ki, Ağdam rayonu, Qızıl Kəngərli kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.
Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.
Türkiyənin Diyanət Vəqfi tərəfindən Azərbaycana göndərilən yardım aidiyyəti üzrə təhvil verilib.
“Ölkə.Az” xəbər verir ki, tibbi ləvazimatlarından ibarət yardımın Azərbaycan Müdafiə Nazirliyinə çatdırılması üçün Tibbi Ərazi İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətli şəxslərinə təhvil verilməsi mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və səfirliyin din müşaviri Zeki Yavuz Yılmaz iştirak edib.
Səfir Erkan Özoral mətbuata verdiyi açıqlamada Dağlıq Qarabağda 44 gün davam edən müharibənin Türkiyədə ciddi bir həssaslıq yaratdığını və ictimaiyyətin Azərbaycana dəstək göstərmək üçün hər cür səy göstərdiyini bildirib.
Türkiyə Diyanət Vəqfinin Azərbaycanın müxtəlif şəhərlərində bundan öncə də şəhid ailələrini əhatə edən yardım fəaliyyətləri həyata keçirdiyini xatırladan Özoral “Yenə də həmin kampaniya çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinə yataq dəstləri, tibbi geyimlər, maskalar və dezinfeksiyaedici vasitələrdən ibarət müxtəlif tibbi ləvazimatlar ilə yanaşı süd təqdimatı olacaq. Bu həssaslığı göstərdiklərinə görə Türkiyə Diyanət Vəqfinin rəhbərliyinə və Diyanət İşləri Başqanına təşəkkür edirəm.”, - deyib.
Səfirliyin din müşaviri Zeki Yavuz Yılmaz təhvil verilən ləvazimatların yardımdan çox dəstək mənası daşıdığını qeyd edərək Azərbaycanın Qarabağdakı qələbə sevincini paylaşdıqlarını və Türkiyə Diyanət Vəqfinin Azərbaycana yardımlarını davam etdirəcəyini bildirib.
"Vətən müharibəsi zamanı Ermənistan beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymayaraq Birinci Qarabağ müharibəsində olduğu kimi, azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tuturdu, onlar haqqında vaxtında məlumat vermirdi, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmirdi. Bununla bağlı erməni hərbçilərinin özlərinin qeydə aldıqları təkzibolunmaz videomateriallar və fotolar da mövcuddur".
"Report" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
"Artıq qeyd etdiyimiz kimi, 14 vətəndaşımız əsirlik və girovluqdan azad olunaraq Vətənə gətirilib. Əlbəttə ki, qanunvericiliklə müəyyən olunmuş prosedur qaydalara əsasən həmin şəxslərin sorğusu keçirilir, onların iştirakı ilə əhəmiyyət kəsb edən hallara dair ibtidai araşdırma hərəkətləri icra edilir, zəruri ekspertizalar aparılır. Bu tədbirlər yekunlaşdırıldıqdan sonra müvafiq qanuni qərarlar qəbul olunacaqdır, - o bildirib.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə humanizm prinsiplərindən çıxış edərək birtərəfli qaydada Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası cari ilin 29 oktyabr, 2 dekabr, 9 dekabr və 11 dekabr tarixlərində 9 ermənini qarşı tərəfə təhvil verib. Həmin proseslər zamanı Azərbaycan tərəfi humanizm prinsiplərinə hörmətlə yanaşaraq, ilk növbədə yaşlı insanları qeyd-şərtsiz azad edib, onların öz yaxınlarına qovuşmasını təmin edib".
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, keçirilmiş bütün humanitar proseslərdə bütövlükdə 54 erməni azad edilib: "Onlardan 6 nəfəri 2020-ci il sentyabrın 27-dən əvvəl Azərbaycan ərazisində saxlanılmış şəxslərdir. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə qoyub getdikləri ağır xəstə olan 2 nəfər yaşlı erməni mülki şəxs Azərbaycan tərəfindən yerləşdirildikləri xəstəxanada aldıqları müalicəyə və həkimlərin hərtərəfli səylərinə baxmayaraq, vəfat etdikləri üçün meyitləri beynəlxalq təşkilatların vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib". Report
FHN-in Zığda yerləşən modul tipli xəstəxanasında qəza baş verdiyi bildirilir.
Baku.ws xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib. Qeyd edilib ki, bir neçə saat əvvəl koronaviruslu xəstələrin müalicə aldığı xəstəxananın 17, 18 və 19-cu korpuslarını əhatə edən oksigen stansiyası sıradan çıxıb.
Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva BAKU.WS-ə açıqlamasında yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirdi.
“Heç bir hadisə baş verməyib”, - deyə Gülçin Mehdiyeva bildirib.
"Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri əsir və girovların, meyitlərin humanitar məqsədlərlə dəyişdirilməsinin təmin olunmasıdır".
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
"Tərəflər ilk növbədə döyüş bölgəsində qalmış hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesinə başlayıblar. Bu istiqamətdə işlər Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə həyata keçirilir. Proses başlayandan bu günədək döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb. Hazırda bu proses davam etdirilir", - o bildirib. Report
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İmambinəsi kəndindən video yayıb.
“Qafqazinfo” həmin görüntüləri təqdim edir:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Atakişiyev Hüseynin ailəsinin vəziyyəti ilə tanış olub. “Qafqazifo” xəbər verir ki, əməkdaşlar qazinin atası Əfqan Atakişiyevin dərzi olsa da, lazımi avadanlıqları olmadığına görə işləmədiyini öyrəniblər.
Onların istəyinə uyğun olaraq, həmin gün növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib. Ona dərzi sexini qurması üçün bütün avadanlıqlar (bir neçə növ tikiş maşını masaları ilə birgə, buxar ütüsü, ütü masası və s.) verilib.
Qazimizin anası işləyir, qardaşı Elmir işləmədiyi üçün o da ödənişli ictimai işlərə cəlb edilib.
Hüseynin özünün isə yaxın günlərdə əlilliyi qiymətləndiriləcək. Əlillik təyinatı aparıldığı halda, hər ay təqaüd və müavinətlə, Nazirlik tərəfindən reabilitasiya xidmətləri ilə təmin olunacaq.
Bakının Suraxanı rayonunda yaşayan ailə bundan sonra da diqqətimizdə olacaq.
Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi aşağı endirilib.
“Qafqazinfo” xəbər verir ki, H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.
Xocavənd rayonunun işğaldan azad olunan Hadrut qəsəbəsində üzərində Milli Qəhrəmanımız Mübariz İbrahimovun şəkli olan lövhə qoyulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Lövhənin qoyulduğu ərazidə olan iri daş parçası vaxtilə qondarma respublikanın bayrağı ilə rənglənmişdi.
Hazırda isə həmin daş Azərbaycan bayrağının rənglərinə boyanıb.