Azərbaycanda bu tarixdən MASKA taxmaq ləğv edilir
8 aydır ki, bütün dünyada eləcə də Azərbaycanda qapalı məkanlarda koronavirus pandemiyasına görə maska taxmaq, sosial məsafəni qoruyub, dezinfeksiya məhlularından istifadə vacib hesab olunur.Hazırda Azərbaycanda gündəlik koronavirusa yoluxanların və sağalanların artma-azalma dinamikası ilə davam edir. Azərbaycanda maska və dezinfeksiya məhlullarının istifadəsindən nə vaxt imtina edə bilər?

Bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, qarşıda hələ payız gəlir:

"Bilirsiniz ki, payızda digər viruslar da aktivləşir. Ona görə də düşünürəm ki, karantin davranışları payız aylarında da lazım olacaq. Payızın sonunda bu xəstəliyin sona yetməsi proqnozlaşdırılır. Hesab edirəm ki, yeni ildə biz maskadan yavaş-yavaş canımızı qurtaracağıq. Yəni qapalı məkanlarda maskadan istifadə olunmasına ehtiyac qalmayacaq.

Təbii ki, payız aylarında maskadan daha çox xəstələr, yəni özündə hər hansı narahatlıq hiss edənlərin istifadə etməsi vacibdir. Yəqin ki, maskadan və dezinfeksiya məhlularından tam azad olmaq ilin sonunda mümkün oacaq".

Bu güzəşt övladlığa götürülən uşaqlar üçün də saxlanacaq

“Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik məsələsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı ilə bağlı güzəşt onlar övladlığa götürüldükdə də saxlanacaq.

Qeyd edək ki, qüvvədə olan qanuna görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 

Sentyabrın 15-dən bu ailələr üçün internet pulsuz ola bilər
Xəbər verdiyimiz kimi sentyabrın 15-dən ibtidai siniflər Bakı şəhərində 2, bölgələrdə də həftədə 3 dəfə məktəbə gedəcək. Yuxarı siniflər üçün isə dərslərin onlayn keçirilməsi planlaşdırılır. Təəssüf ki, bu gün bir çox az təminatlı ailələrin evində internet, kompüter və hətta internet yoxdur. Övladları təhsil alan az təminatlı ailələr üçün hansı güzəştlər tədbiq edilə bilər?

"Ölkə.Az" xəbər verir ki, bununla bağlı KONKRET.az-ın sualını cavablandıran deputat Müşfiq Cəfərov bildirib ki, sentyabrın 15-dən dərslər başlayır:

“Yalnız ibtidai siniflər Bakıda həftədə 2, rayonlarda 3 gün məktəbə gedəcək. Digər yuxarı siniflər üçün dərslər onlayn keçiriləcək. Mən özüm də valideynəm. İki ay öncə Təhsil Nazirliyi tərəfindən kimin evində internetin, kompüterin, smartfon telefonun olub-olmaması barəsində uşaqlar və valideynlər arasında sorğu aparıldı. Təəssüf ki, bəzi insanlar elə başa düşdü ki, onlara kompüter və telefon veriləcək. Ona görə də çoxları qeyd etdi ki, heç nəyimiz yoxdur, amma reallıq odur ki, istər kənd, istərsə də evində interneti, kompüteri hətta smartfon telefonu olmayan ailələr var. Bu insanlar əsasən az təminatlı ailələrdir. Hansı ki, onlar dövlətdən sosial müavinət alırlar. Mən hesab edirəm ki, internet bu insanlar üçün pulsuz olmalıdır. Çünki onların dövlətdən aldıqları müavinət ancaq yemək xərclərini ödəmək üçündür. Düşünürəm ki, o ailələrdə yenidən sorğu aparılmalı və ailədə təhsil alan şagirdin, tələbənin olub-olmaması araşdırmalıdır”.

Deputat bütün məlumatların dövlətdə olduğunu qeyd edib:

“Çünki sosial müavinət təyin olunmamışdan öncə ailə araşdırılır və toplanan məlumatlar sistemə vurulur. Araşdırmanın nəticəsində də sosial müavinət kəsilir. Amma ola bilər ki, imkansız ailə olsa da bəzi səbəblərdən sosial müavinət almır. Müəllimlər arasında da sorğu aparmaq olar. Çünki müəllimlər yaxşı tanıyır və bilirlər ki, sinifdəki şagirdlərin ailəsində vəziyyət necədir. Dərsdə iştirak etmək üçün hansı şagirdin evində internet, kompüter, smartfon telefon var. Amma ümumilikdə tələbələrə və şagirdlərə internet provayderlər tərəfindən müəyyən güzəştlər tətbiq edilməlidir. 50 faiz güzəştin özü də post-pandemiya dövründə
böyük köməkdir. Ümid edək ki, ikinci dalğa olmayacaq. Yaşayış yerindən və təhsil məüəssisəsindən arayış təqdim edilmək şərti ilə müəyyən güzəştlər ola bilər. Burada da məqsəd şagirdlər və tələbələr üçün təhsilin əlçatan olmasıdır”.

Deputat Azər Badamov söyləyib ki, pandemiya tədris sistemini də yeni qaydalara uyğun təşkil etməyini zəruri edib:

“Təəssüf ki, yaş kateqoriyasına görə müxtəlif vaxtlarda tədrisin başlanması, sosial məsafənin gözlənilməsi, həftədə 2-3 gündə məktəbə gəlməsi, müəyyən yaşdan yuxarı şagirdlərin tibbi maska taxması və proqrama uyğun online dərslərin keçilməsi təhsil alanlar üçün müəyyən problemlər yaradır. Məsələn, ölkədə bütün evlərin geniş zolaqlı internetlə təmin olunmaması və təhsil alan hər bir şagirdin, tələbənin kompüterinin olmaması onların məsafədən tədrisə qoşulmasında çətinlik yaradır. Məsələn sentyabrın 4-də Qusarda seçicilərimin fərdi qaydada qəbulunu keçirdim. Qəbuluma gələnlərin əksəriyyəti evlərində internet olmadığından övladlarının onlayn dərslərə qoşula bilməməsindən narahat olduqlarını bildirirlər. ATS-in rəisi ilə əlaqə saxlayanda bildirir ki, bu il internetlə əlaqədar evlərə telefon xətlərin çəkilməsi əvvəlki illərdən 2-3 dəfə çox olub. Lakin indi material təhcizatı olmadığından bütün tələbatı ödəyə bilmirik. Hesab edirəm ki, NRYTN bu istiqamətdə düşünməli və ölkədə internetə olan təlabatın ödənilməsini qısa bir zamanda təmin etməlidir. Həm də XXI əsirdə yaşayırıq və inkişaf etmiş ölkəmizdə internet təminatı ilə bağlı çətinlik olmamalıdır”.

Milli Məclisin üzvü fikrini belə tamamlayıb:

“Təbii ki, hamı onlayn dərslərə qoşula bilməyəcək. Bu, o demək deyil ki, təhsil alanlar tədris prosesindən kənarda qalmalıdır. Valideynlər öz övladlarının təhsildən geri qalmaması üçün müxtəlif yollar tapmalıdır. Qaldı ki, onlayn dərs ala bilməyənlərə güzəştin olub-olmayacağından danışmaq hələ tezdir. Çünki dərs ili başlanmamış indidən güzəştlərdən danışsaq, təhsil alanlarda və cəmiyyətdə təhsilə loyallıq yaranacaqdır. Güzəştlərin olub-olmayacağı vaxtı gələndə müzakirə olunmalıdır”.

DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan verən, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməyən 200 və daha yuxarı bal toplayan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 9-11 sentyabr 2020-ci il tarixlərində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə müraciət etməlidirlər.

Qaz sayğaclarına onlayn nəzarət tətbiq olunacaq
"Azəriqaz" İstehsalat Birliyi qaz sayğaclarının idarə edilməsində işin səmərəliliyini təmin etmək üçün yeni layihənin həyata keçirilməsini planlaşdırır.

Qurumdan "Ölkə.Az"a verilən məlumata görə, belə ki, hazırda həm istismar müddəti başa çatan, həm də dövri yoxlama müddəti yaxınlaşan (əhali abonent qrupu üçün 5 ildən bir) sayğaclar smart-kart tipli və ya mexaniki-elektron tipli olmasından asılı olmayaraq, bəzi istisnalar edilməklə əksər hallarda mexaniki-elektron tipli sayğaclarla əvəzlənir. Quraşdırılan bu sayğacların göstəricilərinin fiziki olaraq oxunuşu üçün xeyli sayda nəzarətçi işə cəlb olunur. Bu baxımdan işin səmərəliliyinin artırılması məqsədilə qərara alınıb ki, abonentlərin istifadəsində olan mövcud mexaniki-elektron tipli sayğaclara əlavə onlayn nəzarət qurğuları yerləşdirilsin. Radio dalğa ötürücüləri ilə çalışan qurğular imkan verir ki, uzaq məsafədən nəzarətçi fərdi yaşayış evinə yaxınlaşmadan səyyar terminalla mexaniki-elektron tipli sayğacın məlumatlarını bir neçə dəqiqə ərzində oxuyaraq mərkəzi bazaya ötürsün. Mexaniki-elektron tipli sayğac öz funksiyasını əvvəlki kimi yerinə yetirir. Sadəcə qaz axını ilə bağlı məlumatlar paralel olaraq uzaqdan idarəediləcək formada qurğunun qeydiyyatına düşür. Bu qurğuların bir neçə modeli mövcuddur. Onlardan bəziləri fiziki müdaxilə olmadan uzaqdan idarəetmə ilə borclu abonentin mexaniki-elektron tipli sayğacının klapanının bağlanmasına da şərait yaradır.

Beləliklə, çox sayda işçi sayğac göstəricilərinin oxunmasına cəlb edilməyəcək, onlar digər mühüm işlərdə səmərəli istifadə olunacaq. Eyni zamanda nəzərə alsaq ki, çoxmərtəbəli binalarda da smart-kart tipli sayğaclar dövri yoxlanış müddəti bitdiyi zamanı mexaniki-elektron tipli sayğaclarla əvəz edilə bilər, bu halda da, abonentin hər dəfə qapısı döyülərək narahat edilməsi minimuma enəcək.

Başqa bir halda, onlayn nəzarət qurğuları mexaniki-elektron tipli sayğacların göstəricilərinin ilin sonunda tam vaxtında oxunmasını təmin edəcək. Bununla da güzəştli limit həddinin hesablanması ilə bağlı hər yeni ilin yanvar ayının birinci on günlüyündə oxunma aparıldığı üçün abonentlərin narazılığına son qoyula bilər. Yəni, limitlə bağlı keçid dövrünü smart-kart tipli sayğaclarda olduğu kimi mexaniki-elektron tipli sayğaclarda da eyni vaxtda - hər il dekabrın 31-də tənzimləmək üçün şans yaranır.

Hazırda müvafiq sənədləşmə işləri aparılır və bu qurğuların istehsalçı şirkətləri ilə danışıqlara başlanılıb. İlkin mərhələdə yeni qurğuların Mənzil Tikinti Kooperativlərinin inşa etdiyi çoxmərtəbəli binalarda sınaqdan keçirilməsi planlaşdırılıb.

Məscidlərə qarşı törədilən vandallıq bütün müsəlman dünyasına edilən cinayətdir
"Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşüb. Azərbaycan vətəndaşlarının qaçqın-köçkün vəziyyətinə düşməsi məhz bu işğalın nəticəsidir. Bizə - azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib".

"Ölkə.Az" trend-ə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən deyib. Prezident bildirib ki, işğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar: “Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir”.

Prezidentin səfirlə görüşü zamanı toxunduğu məsələlər, Ermənistanın dini, mədəni abidələrə qarşı vandalizm hərəkətləri Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında təhlil edilib. Verilişdə qonaq olan Milli Məclisin deputatları, parlamentin Mədəniyyət komitəsinin rəhbəri Qənirə Paşayeva, millət vəkili, tarixçi-alim Musa Qasımlı və Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə mövzu ətrafında fikirlərini bildiriblər. Qeyd olunub ki, Prezidentin də bildirdiyi kimi, Azərbaycanın tarixi-dini abidələri Ermənistan tərəfindən dağıdılıb, işğal olunmuş ərazilərimizdə abidələr vandalizmə məruz qoyulub. Vurğulanıb ki, bu gün ermənilər işğal olunmuş ərazilərimizdəki məscidləri tövləyə çeviriblər, məscidlərdə heyvan saxlayırlar. Məscidlərə qarşı törədilən vandallıq bütün müsəlman dünyasına edilən cinayətdir.

Sabahın havası
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 27-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.  

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Sentyabrın 9-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22, gündüz 29-34, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanda tətil günləri açıqlandı

2020-2021-ci tədris ili üçün tətil günləri açıqlanıb.
APA xəbər verir ki, Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ili üçün əsas tədris planlarına dair əmrində bildirilib ki, ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
Tədris iki yarımilə bölünür. Birinci yarımil: 15 sentyabr-26 yanvar; ikinci yarımil: 1 fevral-14 iyun.

Tədris ili ərzində müəyyən edilən tətillər isə belədir: payız tətili – 16-20 noyabr (5 gün); qış tətili – 27-31 yanvar (5 gün); məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün əlavə tətil – 1-5 may (5 gün).

Azərbaycan pandemiya ilə bağlı ən təhlükəsiz ölkələr siyahısına daxil edilib

“Deep Knowledge Group” təşkilatı koronavirusla bağlı dünyanın ən təhlükəsiz ölkələrinin siyahısını hazırlayıb.

“Report” “Forbes”a istinadən xəbər verir ki, araşdırma 100 ölkəni əhatə edib.

Azərbaycan siyahıda 59-cu yeri tutub.

Qonşu ölkələrdən Türkiyə 36-cı, Gürcüstan 40-cı, Rusiya 45-ci, Ermənistan isə 73-cü sırada qərarlaşıb.

Ən təhlükəsiz beş ölkə kimi Almaniya, Yeni Zelandiya, Cənubi Koreya, İsveçrə, Yaponiya göstərilib.

Koronavirusun yayılması baxımından ən çətin vəziyyət Somalilend, Cənubi Sudan, Əfqanıstan və Malidədir. 

Araşdırma müəllifləri bildiriblər ki, reytinq bir sıra tibbi, iqtisadi və siyasi aspektlər nəzərə alınaraq tərtib edilib.

Bakıdan rayonlara gedənlərin sayı artdı

Xəbər verdiyimiz kimi, bu gündən etibarən Bakı, Sumqayıt, Abşeron rayonlarına gediş-gəlişlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Dövlət Televiziyasında Ələt postundan reportaj yayımlanıb.

Bildirilir ki, artıq Bakı-Ələt-Qazax yolunun 65-ci kilometrliyində səhər saatlarından etibarən avtomobillərin intensivliyi müşahidə olunur. Rayonlardan Bakıya giriş istiqamətində avtomobillərin sayı azalsa da, Bakıdan rayonlara gedən yolda maşınların çoxluğu müşahidə edilir.

Karantin postunda polis əməkdaşlarının fəaliyyəti dayandırılsa da, postun avadanlığı hələ ki, sökülməyib.

Xəbər lenti