Təhsil Nazirliyindən HİCABLI şagird və müəllimlərlə bağlı

Yeni dərs ilinin başlanması ilə çoxlarını maraqlandıran suallardan biri də təhsil müəssələrində hicablı şagirdlərə, müəllimlərə rəhbərlik tərəfindən bəzən təzyiqlər göstərirlir.
Hicablı şagirdlərin və ya müəllimin təhsil müəssəsinə daxil olmaqda hər hansısa bir məhdudiyyəti varmı?

Bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Sonxeber.az-a açıqlama verib.

"Məktəbin nümunəvi əsasnaməsi var dərs mühitində, tədris prossesində geyim qaydaları da həmin nümunəvi əsaslara uyğun olmalıdır.

Burada məktəb daxili mühit və tədris prossesinin effektiv təşkili bundan asılıdır. Hər bir məktəbin pedoqoji heyətinin məktəb pedaoqji şurasının qərarı ilə təsdiq olunan geyim forması var.

Daha çox məktəb geyimi bu formalara uyğun olaraq tənzimlənir. Hər şey məktəbin daxili nizamnaməsinə uyğun olaraq məktəb daxili mühitə hesablanmalıdır və o əsasda olamlıdır."

Təhsil nazirindən yeni TƏYİNAT

Sumqayıt şəhər Təhsil şöbəsində yeni təyinat olub.
Xeberle.com məlumatına görə, Təhsil naziri Emin Əmrullayevin əmri ilə Sumqayıt şəhər Təhsil şöbəsinin məsləhətçisi Ramin Abbasov müdir müavini vəzifəsinə təyin edilib. R. Abbasov indiyədək bu vəzifəni müvəqqəti icra edirdi.
Qeyd edək ki, müdir müavini vəzifəsini 2015-ci ilin noyabr ayından 2017-ci ilin yanvar ayına qədər Firidun Həmzəyev tuturdu.

F.Həmzəyev işdən azad olunduqdan sonra sözügedən vəzifəyə təyinat olmayıb.

Pensiya alanlara ŞAD XƏBƏR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə istiqamətlənən islahatlar davam etdirilir. Pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Əmək pensiyaları haqqında qanuna dəyişiklik" layihəsi hazırlanıb.

Pensiya sistemi təkmilləşdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya qanunvericiliyində bir sıra dəyişiklikləri nəzərdə tutan layihə hazırlayıb. Layihə pensiyaçıların hüquqlarının artırılmasına, güzəştli pensiya təminatının əlçatanlığına şərait yaradacaq. Nəzərdə tutulan dəyişikliklərdən biri pensiyaçıların öz pensiya növünü dəyişdirməyə qoyulan məhdudiyyətin aradan qalxması ilə bağlıdır.

Bundan əlavə yeni layihədə ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs özünün pensiya haqqından imtina edərək başqa bir pensiya və sosial müavinətə keçərsə, bu zaman onun payına düşən məbləğ digər ailə üzvləri arasında bölüşdürülür.

Pensiyaların hesablanması qaydası da asanlaşdırılır. Yeni layihə qəbul olunduqdan sonra pensiyaçılar işdən çıxdıqda və ya 6 il işləməyə davam etdikdə onların topladıqları pensiya kapitalının yenidən hesablanaraq pensiyalarına əlavə olunması üçün müvafiq sənədləri təqdim etmələrinə ehtiyac qalmayacaq.

Yenidən hesablanma proaktiv qaydada həyata keçiriləcək, vətəndaşa pensiyasının nə qədər artması və nə vaxtdan ödənilməyə başlayacağı onun mobil telefonuna və ya ünvanına göndəriləcək. Qeyd edək ki, yeni qanun layihəsi son hazırlıq mərhələsi yekunlaşdıqdan sonra Nazirlər Kabinetinə təqdim olunacaq.

Operativ qərargahdan kütləvi yoluxma ilə bağlı YENİ XƏBƏR
Nazirlər Kabineti yanında Operativ Qərargahın “Şəki Bazar” ASC-də epidemioloji vəziyyətə dair açıqlama yayıb.

"Ölkə.Az"a daxil olan açıqlamada deyilir: 

"Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədi ilə  mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin karonavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib.

“Şəki Bazar” ASC-də baş verən bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bazar 18 sentyabr 2020-ci il tarixdən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanmiş, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb.

Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldükdən sonra “Şəki Bazar” ASC fəaliyyətini davam etdirəcək".

Qeyd edək ki, “Şəki Bazar” ASC-də virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil edilmiş, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər.

Əmək müqaviləsi olan əlillərin sayı açıqlandı

Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı açıqlanıb. 

ƏƏSMN-dən “Qafqazinfo”ya verilən məlumata görə, “Əmək müqaviləsi bildirişi” e-sistemində 1 milyon 600 mindən çox müqavilə bildirişi mövcuddur.  Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən altsistem üzərindən mütəmadi təhlillər, analizlər və nəzarət tədbirləri həyata keçirilir.

Qeyd olunub ki, altsistemdə hazırda mövcud olan müqavilə bildirişlərinin 56 066-sı əlilliyi olan şəxslərlə bağlanılan müqavilələrə məxsusdur. Rəsmi əmək münasibətində olan əlilliyi olan şəxslərin 754-ü birinci, 41 min 496-sı ikinci, 13 min 803-ü isə üçüncü qrup əlillərə aiddir. Həmçinin qeyd edək ki, altsistemdə olan əmək müqaviləsi bildirişlərinin 13-ü sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara məxsusdur.

Rəsmi əmək müqaviləsi ilə işləyən əlilliyi olan işçilərin 36 356-sı dövlət, 19 710-u isə qeyri-dövlət sektorunda çalışır. Onlar ən çox təhsil, səhiyyə və sosial xidmətlər, topdan və pərakəndə ticarət, dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat kimi iqtisadi fəaliyyət növləri üzrə işə cəlb olunublar.

2020-ci ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 1684 nəfər əlilliyi olan şəxs işlə təmin olunub.

Feysbuka şəxsiyyət vəsiqəsi ilə giriş təklifinə

“Zaman-zaman Azərbaycanda millət vəkilləri və bəzi rəsmi şəxslər tərəfindən belə fikirlər səsləndirilir. Düşünürəm ki, bu reallığa söykənməyən təkliflərdir. Qanunvericilikdə belə bir praktika yoxdur. Eləcə də texnologiya baxımından bu qeyri-mümkündür”. 

Bu fikirləri “Qafqazinfo”ya Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deputat Jalə Əliyevanın "“Facebook”a şəxsiyyət vəsiqəsi ilə giriş edilməlidir" təklifinə münasibət bildirərkən deyib.
Ekspertin fikrincə, hazırki dövrdə bu mümkün deyil:

“Adı çəkilən resurslar qlobal resurslardır. Data mərkəzləri, serverləri xaricdə yerləşir. Belə olan halda identifikasiya məsələləri ilə bağlı problemlər yaranır. Əgər data mərkəzləri və nümayəndəlikləri ölkədə olardısa, o zaman bu prosedurlara baxıla bilərdi. Bu, olmadığı təqdirdə Azərbaycan vətəndaşlarının fərdi məlumatlarının xarici ölkələrdə olan data mərkəzlərdə emal olunması hüquqa ziddir. Texniki və texnoloji cəhətdən mümkün deyil. Ona görə, bu fikri səsləndirənlər bu faktorları da nəzərə alsınlar”.

Qeyd edək ki, bu fikri millət vəkili Siyavuş Novruzov da bir neçə il öncə Milli Məclisdə səsləndirmişdi.

12 nəfər koronavirusa yoluxdu, bazar tamamilə bağlandı

Nazirlər Kabineti yanında Operativ Qərargahın “Şəki Bazar” ASC-də epidemioloji vəziyyətə dair açıqlama yayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVİD-9 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədi ilə  mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin karonavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib:

"“Şəki Bazar” ASC-də baş verən bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bazar 18 sentyabr 2020-ci il tarixdən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanmiş, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb. 

Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldükdən sonra “Şəki Bazar” ASC fəaliyyətini davam etdirəcək. 

Məlumat üçün habelə bildiririk ki, “Şəki Bazar” ASC-də virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil edilib, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər". 

Sabah hava necə olacaq?

Sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.

Sentyabrın 18-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 18-də Abşeron yarımadasında mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanda məktəblər yenidən BAĞLANACAQ
Xəbər verdiyimiz kimi Azərbaycan üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Azərbaycanda ən çox yoluxma halı paytaxt Bakıda müşahidə edilir. Ümumi yoluxma hallarının 56,1 faizi paytaxtın payına düşür.

Bakıda əhali sıxlığını, bunun üzərinə yeni tədris ili ilə əlaqədar məktəb və universitetlərin açılmasını gəlsək yoluxma hallarının vəziyyətə təsiri necə olacaq? Mövcud epidemiya təhlükəsi müəllim-şagird, müəllim-tələbə kontingentini nə qədər təhlükədə qoyur? Ölkədəki epidemik vəziyyət kritik hal alarsa, müəlim- şagird kontingentinin sağlamlığını təhlükəyə atamamaq üçün məktəblərin təmamilə onlayn sistemə keçməsi mümkündürmü? Yəni payız aylarında ağır epidemik vəziyyətlə qarşılaşarıqsa dərslərin keçiririlməsi dayandırıla bilərmi?

Sfera.az xəbər verir ki, bununla bağlı  ATU dosenti Ədalət Rüstəm danışıb:

Bakıda əhali yükünü boşaltmaq lazımdır. Elə adamlar var ki, heç onların Bakıda qalmağına ehtiyac yoxdur. Həmin insanların özləri rayona getmək istəyirlər.
Buna baxmayaraq elə bir zamandır ki, indi bu mümkün deyil. Artıq dərs və işlər başlayıb. Epidemiya prosesi elmi əsaslandırılmadan qərar buraxıldı.

Vəziyyətin necə getməsi izlənilməli idi. Artıq rayonda olanlar rayona qayıtmğa məcburdur. Çünki universitetlər, texnikumlar, kolleclər, orta məktəblər açılır. Bakı daha da yükəlnəcək və bu 51 faiz deyil, 70 faiz olacaq.

Bunun qarşısının almağın yolları odur ki, təlimatlar hazırlanmalıdır. Təhsil Nazirliyi orta məktəblər üçün təlimatlar hazırlayıb. Şagird partada tək oturmalıdır və s.
İş yerlərinin otaqlarında mütləq pəncərə olmalıdır, gündə iki dəfə ən azı 10 dəqiqəlik açılaraq hava dəyişdirilməlidir. Bu cür təlimatlar həmçinin restoranlar, kafelər, iaişə müəssisələri, ümumilikdə bütün qapalı məkanlar üçün hazırlanmalıdır.

Oktyabrın axırı, noyabrın əvvələri aləm bir- birinə qarışacaq. Həmin vaxtı COVİD-i qrip kimi müalicə edəcəklər. Düşünürəm yoluxma sayı Azərbaycanda artacaq. ABŞ da məktəblər açılanda bir həftə ərzində 40 minə şagird və müəllimlər virusa yoluxdu. Onlar məcbur olub məktəbləri qapatdılar. Bizdə də bu hal gözlənilir və olacaq".

Bakıda sürücü yol polisinə rüşvət verib?
Dünən sosial şəbəkələrdə Xırdalan şəhərində 99-YP-177 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan YPX əməkdaşlarının taxta materialları daşıyan yük maşınını saxlamaları ilə bağlı videogörüntülər yayılıb.

Görüntülər səssiz olduğu üçün videonun müəllifi “Bura qədər hər şey qaydasındadır, amma uzun sürən danışıqlardan sonra vətəndaş polis maşınına nəsə qoyur” sözləri ilə polisin sürücüdən rüşvət aldığını iddia edib.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparılıb:

“Müəyyən edilib ki, 15.09.2020-ci il tarixdə saat 10:20 radələrində Xırdalan şəhərinin H.Əliyev prospektində Bakı şəhər sakini Quliyev Namiq Adil oğlunun idarə etdiyi “Qaz-3302” markalı 10-NC-083 dövlət qeydiyyat nişanlı yük avtomobilində daşınan yükün nəqliyyat vasitəsinin arxa xarici işıq siqnallarının üstünü tutduğuna görə 99-YP-177 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan Abşeron rayon polis idarəsinin DYP şöbəsinin YPX əməkdaşları tərəfindən saxlanılıb və sürücüdən sənədlərinin təqdim edilməsi tələb edilib.

Sürücü N.Quliyev müvafiq sənədləri təqdim etdikdən sonra barəsində İXP 3535007 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək hərəkətinə icazə verilib.

Araşdırma zamanı izahat verən sürücü Namiq Quliyev həqiqətən də yük daşıma qaydalarını pozduğu üçün həmin vaxt saxlandığını və barəsində sənədləşmə aparıldıqdan sonra hərəkəti davam etdiyini, eləcə də ondan rüşvət alınması və ya istənilməsi kimi neqativ halların ehtimal edilməsinin yanlış olduğunu bildirib”.

Xəbər lenti