|
Bu qiymətə dönərlərin satılmasına şəhərin müxətlif metrolarının çıxışında rast gəlmək mümkündür.
İnfeksiyanın hökm sürdüyü bu günlərdə qaydaları qorumaqla yanaşı çöl şəraitində yediyimiz qida məhsullarına da diqqət etməliyik. Təəssüflər olsun ki, paytaxtın əksər yerlərində fəaliyyət göstərən dönərxanalarda vəziyyət ürəkaçan deyil.
Qiymətinin çox ucuz olduğu dönərxanalarda isə ansisanitar şərait hökm sürür. Elə bu səbəbdən qida təhlükəsizliyi agentliyi tərəfindən dönərxanaların sağlamlaşdırılması layihəsinə start verilib.
ATV kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, cinayət başında ifşa olunmuş adları çəkilən şəxslərin idarə etdikləri avtomobillərə və yaşadıqları mənzillərə keçirilmiş baxış zamanı külli miqdarda müxtəlif növ güclü təsir edən maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) və 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işləri başlanılıb.
Hazırda adları qeyd olunan şəxslərlə bağlı cinayət təqibi davam etdirilir.
Videogörüntülərin şəhərin Dəllər qəsəbəsində lentə alındığı bildirilib. İddia edilir ki, yarımtikili vəziyyətdə olan məscid binası icra hakimiyyəti tərəfindən sökülür. Məscidin yerində isə şəhid ailəsi üçün ev tikiləcək.
Daha maraqlı məqam isə videogörüntüləri çəkən şəxsin saxlanılması ilə bağlı yayılan məlumatlar olub.
Məsələ barədə daha ətraflı məlumat almaq üçün Şəmkir Şəhər İcra Hakimiyyətinə müraciət etdik. İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Elgün Seyidov Oxu.Az-a açıqlamasında Dəllər qəsəbəsində məscid binasının sökülməsi və yerində şəhid ailəsinə ev tikiləcəyi ilə bağlı yayılan məlumatların əsassız olduğunu deyib:
Ən azı ona görə ki, həmin ərazidə 15-20 sota yaxın torpaq var. Aidiyyəti qurumlar tərəfindən icazə verilsə, qəsəbəyə uyğun məscidin tikilməsi üçün kifayət qədər ərazi var. Şəhid ailəsi üçün tikilən ev isə həmin əraziyə heç bir maneçilik törətmir. Bu videonu çəkən şəxs də sosial şəbəkələrdə şər, böhtan xarakterli məlumatlar yaydığı üçün məhkəmə qarşısına çıxarılıb və məhkəmədə videonu təxribat üçün kimlərinsə təhriki ilə çəkdiyini etiraf edib. İcra Hakimiyyəti tərəfindən isə heç kimə təzyiq göstərilməyib. Biz hüquqi dövlətik və ölkəmizdə her şey hüquqi müstəvidə tənzimlənir. Həmin şəxs də törətdiyi əmələ görə hüquq qarşısında cavab verib”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, videonu çəkən Dəllər qəsəbə sakini Edqar Osmanov saxlanılıb. Məhkəmənin qərarı ilə E. Osmanov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət) və 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Bakıda ictimai nəqliyyatda sərnişindaşınma ilə məşğul olan “BakuBus” MMC-yə məxsus avtobus deposuna gecə saatlarında mediatur təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, iş rejiminin sonunda depoya qayıdan hər bir avtobus qaraja daxil olmadan yoxlanılır. Bu zaman avtobusun salonunda sərnişinlərə məxsus hər hansı bir əşya tapılarsa, müvafiq məntəqəyə təhvil verilir.
Avtobuslar depoya daxil olduqdan növbəti gün xəttə çıxanadək bütün prosedurlar qaydalara uyğun olaraq tənzimlənir. İctimai nəqliyyat vasitəsi daxili sürücüyə təhvil verilir və o, avtobusları əvvəlcə vizual olaraq yoxlayır. Sürücü avtobusun mövcud vəziyyətini yoxlamaq üçün qaraj daxilində müvafiq akt əsasında yoxlama sürüşü edir. Nasazlıq aşkarlandığı təqdirdə nəqliyyat vasitəsi təmir mərkəzinə təhvil verilir. Mərkəzdə “Iveco” şirkətinin mütəxəssisləri tərəfindən təlim görmüş ustalar sözügedən nasazlığı aradan qaldırmaqla məşğul olurlar. Avtobus xəttə çıxa bilmədiyi təqdirdə, rezerv nəqliyyat vasitəsindən istifadə edilir.
Bu prosedur həyata keçirildikdən sonra avtobuslar avtoyumaya təhvil verilir. Mövcud vəziyyətə uyğun olaraq avtobuslarda əvvəlcə dezinfeksiya işləri aparılır və sonra yuyulur.
Depoda həmçinin avtobusların yanacaqla təmin olunması üçün infrastruktur yaradılıb. Müasir və təhlükəsiz iş rejiminə malik texnologiyalarla təchiz olunmuş stansiyada eyni vaxtda 15 avtobusa xidmət göstərmək mümkündür.
Hazırda depoda 450-dən artıq avtobusa xidmət göstərilir.
Fotolar: Pərvin Zeynal
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov koronavirus pandemiyasına görə dünyada və Azərbaycanda bundan öncə atılan addımlar və qarşıda bizi gözləyən proseslərlə bağlı danışıb.
“Qafqazinfo” xəbər verir ki, R.Mahmudov “APAralel” verilişində çıxışı zamanı COVİD-19 virusunu qriplə müqayisə edib: “Ətrafımızda insanlardan 100 nəfərdən biri qriplə qarşılaşmaya bilər, hamı qrip infeksiyasını keçirib.COVİD-19 kimi virusla da hamımız zaman içində qarşılaşacağıq. Bu gün dünya səhiyyə sistemi olaraq COVİD-19 virusu ilə bağlı hadisələrə 70-80 faiz hakimik. Lakin kütləvi yoluxmanın gətirəcəyi stres və virusu öyrənməyə görə hadisəni nəzarət saxlamaq üçün iqtisadiyyata, mədəniyyətə zərbə vuran insanları evə bağlamaq qərarına hökumətlər məcbur oldu. Üç ay bundan qabaqkı vəziyyətlə müqayisədə nə dünya, nə də ölkəmizdə vəziyyət daha da yaxşıdır. Bu gün yumşalmanın olmasının səbəbi daha əvvəl toxunduğumuz hər yerdən qorxarkən, bu gün virusu öyrənməyimizdir. İndi bu virusun davranma üsulunu bilirik, bu virus sadə qripdə olduğu kimi davranır, hava yolu təması ilə keçir. Biz bunu uyğun bir şəkildə qoruduğumuz zaman gündəlik həyatımızı davam etdirə bilərik. İndi vəziyyət tam nəzarət altındadır, karantin xəstəxanalarının yataqlarının 90 faizindən çoxu boşdur, əlavə xəstəxanalar da ayrılır. Amma virus bizimlədir, növbəti dalğa bizim gücümüzdən böyük olarsa, nəzarətdən çıxa bilər. Burada virusun davranma tərzi də nəzərə alınmalıdır, aprel ayında virusa yoluxanlarda ağciyər tutulması heç 1 faiz olmadığı halda, iyun-iyul aylarında yoluxanların 90 faizində ağciyərdə zədələnmələr oldu. Bunu dərəcəsindən asılı olaraq kimsə hiss etməyə bilərdi. Qorxutmaq üçün demirəm, amma virusun növbəti davranışının necə olacağı da bəlli deyil. Buna görə ehtiyatlı olmalıyıq. Amma biz əvvəlki qədər qorxub evlərə bağlanmayacağıq. Çünki dünyanın artıq bir təcrübəsi var. Biz vətəndaş olaraq ehtiyatımızı 5 dəfə artırmalıyıq, məsuliyyətimizi hiss etməliyik”.
R.Mahmudov qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı payızla bağlı vəziyyətin daha da pisləşə biləcəyi haqda xəbərdarlıq edib:
“Virusun insanlar üzərində yaratmış olduğu qorxu ilə uşağımızın adi qrip olduğu zaman keçirəcəyimiz stresi düşünərək cəmiyyət bizi nələrin gözləyəcəyinə hazır olmalıdır ki, həmin vaxt küyə düşərək daha böyük zərər verməyək. Bu payızdan sonra istər peyvənd olsun, istər olmasın, gələcək üçün artıq rahat nəfəs alınacaq zamana giriləcək. Bu COVİD-19 da digər virus xəstəlikləri kimi olacaq. Vaxtilə “Heptatit A” virusu üçün nə qədər insan həyatını itirib, amma indi o viruslar davranışını dəyişərək insana zərər vermədən yaşayırlar. Virusun yaşaması üçün insana ehtiyacı var. Sadəcə indi çaşqınlıq var, bu çaşqınlığı da virus yaratmayıb, o, belə aqressiv olmamalı idi. İnsanlıq olaraq biz virusa müdaxilə etmişik, biolojik olaraq ola biləcək ehtimallar var, şübhələr var. Virusun belə fərqli davranması, ağciyərə, ürək-damar sisteminə qarşı həssaslığı ilə bağlı şübhələrimiz var”.
Rəşad Mahmudov əlavə edib ki, yenidən alovlanmalar olduğu zaman hər bir ölkəyə ÜST tərəfindən tövsiyələr verilib:
“Artıq konkret bir qərar verildi. Ağır, sərtləşdirilmiş karantin rejimlərinin COVİD-19 virusu ilə mübarizədə heç bir faydasının olmadığı, hətta zərərinin daha çox olduğu sübut olundu. Əslində zərərinin çox olduğunu hamı bilirdi. Amma tibbi nöqteyi-nəzərdən faydasına görə karantin olunurdu, amma görüldü ki, faydası da yoxdur. Bundan sonra ən ağır, pik hadisələr olsa belə, parklarımız bağlanmayacaq. Bizim məsafəli yürüş edib, maskamızı istifadə etdikdən sonra həyat olduğu kimi davam edəcək. Əvvəlki məhdudiyyətlərin bizim üçün yaratdığı fiziki passivlik mənfi nəticəsini verir. İdmançılarda bunu görürük, bu, hamımıza aiddir. Virusa görə zərərlər dəydi, hesablamaların düzgün aparılmadığı tərəflər oldu. Bu, bütün dünya üçün keçərli oldu”.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Şəmkir Rayon İcra Hakimiyyətindən rayon Polis Şöbəsinə daxil olan müraciətdə bildirilib ki, rayonun Dəllər qəsəbəsində İcra Hakimiyyəti tərəfindən ayrılan ərazidə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Zaur Abbasovun həyat yoldaşı, 2-ci qrup əlil Minayə Abbasova üçün tikilən fərdi yaşayış evini qəsəbə sakini Edqar Osmanov sökərək, həmin ərazidə məscid tikdirəcəyini iddia edib və öz hüquqazidd əməllərini çəkərək bir sıra sosial şəbəkələr və xəbər saytlarında paylaşıb.
Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşlarının dərhal həmin əraziyə gələrək E.Osmanovla izahedici-profilaktiki söhbətlər aparılmasına baxmayaraq, sonuncu polisin qanuni tələblərinə tabe olmayıb və cəmiyyətə açıqca hörmətsizlik edərək, qanunsuz əməllərini gələcəkdə də davam etdirəcəyini bildirib.
Buna görə də Edqar Osmanov polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib və onun barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəminin qərarı ilə E. Osmanov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət) və 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilib.
"qafqazinfo" koronavirusinfo.az saytına istinadən xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,3 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 12,2 faizi Xətai, 11,8 faizi Yasamal, 11,6 faizi Sabunçu, 8,9 faizi Nəsimi, 8,4 faizi Nərimanov, 8 faizi Suraxanı, 7,6 faizi Qaradağ, 7,1 faizi Nizami, 5 faizi Xəzər, 4,7 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 56,1 faizi paytaxtda qeydə alınıb.
Axşam.az" xəbər verir ki, layihəyə əsasən ölkəyə işləmək üçün gələn əcnəbilər üçün qaydalar sərtləşdirilir. Sözügedən qanunvericilik aktı qəbul edilərsə əcnəbilər sabit avans vergisini ödəməli olacaqlar. Qaydaları pozanların işləmələrinə icazə verilməyəcək. Hətta onların Rusiyadan deportasiya edilməsi də gündəmdədir. Azərbaycandan bu ölkəyə işləməyə gedənlərin sayının çoxluğunu nəzərə alsaq, məsələ bizim vətəndaşlarımız üçün də aktualdır.
Rusiyanın Daxili İşlər Nazirliyi ölkəyə işləməyə gələn əcnəbilər üçün sabit avans vergisinin tətbiq olunmasını təklif edib.
Qanun layihəsinə əsasən, əmək fəaliyyətinə başlayan miqrantlara 15 gün ərzində vergi ödəmək tələbi qoyulacaq. Əks təqdirdə qanunu pozan əcnəbilərin sözügedən ölkədə işləmələrinə icazə verilməyəcək. Həmçinin belə şəxslərin Rusiyadan deportasiya olunmaları da gündəmə gətirilib. İşləmək üçün ölkəmizdən Rusiyaya gedənlərin çoxluğunu nəzərə alsaq, qanun layihəsi Azərbaycan ictimaiyyəti üçün də kifayət qədər önəm kəsb edir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyir ki, dəyişikliklər həm də miqrasiya prosesini çətinləşdirmək məqsədi daşıyır.
Sahib Məmmədovun sözlərinə görə, nəzərdə tutulan avans vergisi ölkədə işləmək üçün icazə sənədinə bərabər tutulacaq.
Layihədə əcnəbilər üçün şəxsi məlumatları daşıyan identifikasiya kartlarının buraxılması və miqrantları işə cəlb edən sahibkarların reyestrinin yaradılması nəzərdə tutulur.
1 və 15 sentyabr tarixlərində “BakuBus” MMC-nin istismarında olan iki sərnişin avtobusunda baş verən yanğın hadisələri ilə bağlı araşdırma aparılıb. Mütəxəssislərin ilkin rəyinə əsasən yanğının yüksək təzyiqli yağ borusunun pərçimdən qopması nəticəsində baş verdiyi ehtimal olunur.
Bakı Nəqliyyat Agentliyindən Yol-xeber.az-a verilən məlumata görə, hadisənin istehsal xətasından qaynaqlandığı ehtimal edildiyindən artıq Fransanın İVECO şirkəti ilə danışıqlar aparılır. Şirkətin ixtisaslı mütəxəssisləri Bakıya dəvət edilib:
"Məlumat üçün bildiririk ki, 2015-ci ilin sentyabrından müntəzəm sərnişindaşımalarına cəlb edilən “BakuBus” avtobuslara gündəlik və dövrü texniki qulluq, təmir və dezinfeksiya işləri aparılır. Bu işlər istehsalçı şirkət tərəfindən təlim keçən və sertifikatlaşdırılmış texniki personal tərəfindən yerinə yetirilir.
Qeyd edək ki, eyni markalı avtobuslarda buna bənzər hadisələr 2018-ci ildə Fransada, 2019-cu ildə isə İtaliyada baş verib".
İlk tədris günü şəhər yollarında xüsusən də məktəblərin ətrafında nəqliyyat sıxlığının qarşısını almaq məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, bu gün səhər saatlarında əsas nəqliyyat yükü olan 25 küçə və prospektdə svetoforlara "yaşıl dalğa" əmri tətbiq edilib. Nəticədə səhər pik saatlarda nəqliyyat vasitələrinin hərəkətində ümumilikdə çətinliklər müşahidə olunmayıb.
Qanunsuz parklanma hallarının daha çox müşahidə olunduğu ərazilər əvvəlcədən müəyyən edilərək xidməti fəaliyyət təşkil edilib. Yol hərəkəti iştirakçıları ilə maarifləndirici söhbətlər aparılıb.