Azərbaycanın Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Əmirvarlı kəndindən videoreportaj yayıb.

Həmin görüntüləri təqdim edirik:

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycanda yaşama icazəsi olmayan şəxslərin SMS icazədən necə istifadə etməsi barədə məlumat verib.

O, bu barədə özünün “Facebook” səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, SMS icazə üçün yaşama icazəsinin üzərindəki, belə icazə yoxdursa, olduğu yer üzrə qeydiyyat nömrəsi istifadə edilir:

“919 çağrı xidməti fasiləsiz və gücləndirilmiş rejimdə işləyir, bununla belə xüsusi zərurət yoxdursa, əcnəbi vətəndaşlar SMS icazə üçün nömrəni axşam və ya gecə saatlarında əlaqə saxlamaqla əldə edə bilər. Bu nömrə, həmçinin, Xidmətin internet səhifəsindən asanlıqla əldə edilə bilər”.

Vətən Müharibəsində şəhid olan baş leytenant Zaur Hüseynovun yeganə övladı Zeynəbin ötən gün bir yaşı tamam olub. 

 “Qafqazinfo xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəmanımız son nəfəsində belə qızını düşünüb, öz döyüşçü dostlarına qızına tez-tez baş çəkmələrini, onu tək qoymamalarını tapşırıb.

Şəhid baş leytenant Zaur Hüseynov 44 günlük Vətən müharibəsində ön cəbhədə döyüşüb. O, Füzuli rayonunun Qaraxanbeyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrahmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib, bu ərazilərin işğaldan azad edilməsində öndə gedən, bu kəndlərə bayrağımızı sancan hərbçilərimizdən olub.

O, silahdaşları ilə birlikdə erməni postunu mühasirəyə alarkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev özünə yeni müavin təyin edib.

Unikal.org məlumatına görə, R.Quliyevin əmri ilə, Səmədov Anar Qorxmaz oğlu Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.

Qeyd edək ki, A.Səmədov Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin müdir müavini vəzifəsində çalışıb.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür.

O, 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub.

1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.

Milli Qəhrəmanımız Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri, Heydər Məmmədəliyev isə güləş üzrə dünya çempionu olub.

Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib.

1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.

O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib.

Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub.

“Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

Cəbrayılda Şərq çinarları əkildi

Növbəti ağacəkmə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşlarının iştirakı ilə Cəbrayıl şəhəri ərazisində keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov bildirib ki, keçirilən ağacəkmə tədbirində karantin rejiminin tələblərinə əməl olunmaqla Şərq çinarları əkilib:

“Qeyd edim ki, payız ağacəkmə kampaniyası çərçivəsində işğaldan azad olunmuş Füzuli, Ağdam, Zəngilan və Qubadlı rayonlarının ərazilərində də ağacəkmə tədbirləri keçirilib, yerli şəraitə uyğun müxtəlif cinsli ağaclar əkilib və meşəcinsli ağac toxumları səpilib. Respublikanın bütün bölgələrində əkin-bərpa işləri davam edir”.

 


 

“Haber Global” Daşaltının azad edilməsi ilə bağlı video yayıb.

Bildirilir ki, Daşaltı kəndi Şuşaya gedən yolda yerləşdiyi üçün strateji əhəmiyyət kəsb edib.

Birinci Qarabağ Müharibəsində Daşaltı əməliyyatına aid sənədlər erməni sepatarçılarının əlinə keçib və Azərbaycan o kənddə 90 şəhid verib.

“Haber Global” həmin kəndin azad edilməsi ilə bağlı döyüşlərdə iştirak edən Amil Hüseynovla müsahibəni təqdim edir:

Bakı şəhərində karantin postları fəaliyyətə başlayıb.

 Trend məlumatına görə, şəhərin giriş-çıxışları ilə yanaşı daxildəki avtomobil yollarında da postlar qurulub.

Karantin postlarına Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər. Səhər saatlarından etibarən polislər və Daxili Qoşunların hərbi qulluqçuları vətəndaşların evdən çıxmaqla bağlı sms icazəsinin olub-olmamasını yoxlayır, yaşayış yerini tərk etmək icazəsi olmayan şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür.

Karantin postları ilə yanaşı şəhərin müxtəlif ərazilərində Daxili İşlər Nazirliyi əməkdaşlarından ibarət mobil postlar da fəaliyyət göstərir.

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq dastanı yazan igidlərimizdən biri də şəhid tağım komandiri Elçin Tağıyevdir.

Elçin Ağaqulu oğlu Tağıyev 1989-ci il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 1995-ci ildə həmin kənddəki orta məktəbin birinci sinfinə gedib. Hərbə uşaq yaşlarından maraq göstərən E.Tağıyev 2004-cü ildə 9-cu sinfi bitirərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Bu hərbi məktəbi də əla qiymətlərlə bitirərək 2007-ci ildə Ali Hərbi Məktəbə daxil olub və zabit kimi hərbi xidmət fəaliyyətinə başlayıb.

"Ölkə.Az" bildirir ki, “Report”un Muğan bürosu onun qəhrəmanlıq hekayəsinə bir daha işıq salmaq üçün onun Biləsuvar rayonunun Zəhmətabad kəndindəki ata ocağına üz tutub.

Əsgərləri Elçini qayğıkeş komandir kimi xatırlayır. Hər bir əsgərinə xüsusi diqqət göstərər, şəxsi heyətin sağlamlığını nəzarətdə saxlayardı. Onu sevdirən də elə bu xüsusiyyətləri idi. Döyüş meydanında da bir an belə tərəddüd etmədən əsgərlərini təhlükədən qurtarar, özünü düşünməzdi. Bir neçə uğurlu əməliyyatda iştirak edən 31 yaşlı şəhid kapitan Elçin Tağıyev 17 nəfərlik düşmən qrupunun məhv edilməsində xüsusi qəhrəmanlıq göstərib.

Hərbi həkim olan qardaşı Yalçın Tağıyev deyir ki, Elçinlə eyni istiqamətdə döyüşüblər: "Hər gün bir-birimizdən xəbər tuturduq. Sonuncu dəfə oktyabrın 1-də danışdıq. Sonra Elçinin taboru Talış istiqamətində gedən döyüşlərə qatıldı. Həmin döyüşlər zamanı yaralansa da, ilk növbədə yaralı əsgərlərin çıxarılmasını əmr edib. Uzun sürən xilasetmə əməliyyatında kapitan Elçin Tağıyev şəhid olub.

Şəhidin anası Ayna Tağıyeva iki hərbçi oğlundan birini, böyük övladını müharibədə itirsə də, övladının igidliyi ilə fəxr edir: "Oğlum üzümü ağ edib, düşmən qarşısından geri çəkilməyib. Ölümündən əvvəl ona mayor hərbi rütbəsi verilmişdi. Özündən sonra üç övladı yadigar qalıb".

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamla bir sıra hərbi qulluqçular “Qarabağ” ordeni ilə təltif ediliblər. Onlardan da biri şəhid kapitan Elçin Ağaqulu oğlu Tağıyevdir.

Azərbaycan Ombudsman aparatı sosial media hesabında erməni təcavüzkarlarının vandalizm aktlarını əks etdirən fotolar paylaşıb.

Fotolara belə bir şərh verilib: 

"Yüz minlərlə azərbaycanlı Ermənistan siyasi rəhbərliyinin dəstəyi ilə radikal erməni millətçiləri tərəfindən həyata keçirilən 10 illik Azərbaycanafobiya nəticəsində insanlığa qarşı etnik təmizləmə və soyqırım kimi cinayətlərin qurbanına çevrilib".

 

Xəbər lenti