![]() |
|
Milli Məclisin növbəti plenar iclası başlayıb.
Ölkə.az xəbər verir ki, iclasda 12 qanun layihəsi müzakirə edilir.
Spiker Sahibə Qafarova ötən gün Azadlıq Meydanında keçirilən Zəfər hərbi paradı haqqında danışaraq Azərbaycanın bu müharibədə qalib gəldiyini elan edib.
O, qələbə paradı münasibəti ilə hər kəsi təbrik edib.
Mürtəza Bünyadlı
Xəbər verdiyimiz kimi, Zəfər paradında Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü avtomobillərin nömrə nişanlarından hazırlanmış instalyasiya nümayiş olunub.
"Ölkə.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, instalyasiya sosial şəbəkələrdə maraqla qarşılanıb və günün ən çox paylaşılan şəkli olub.
Məlumat üçün bildirək ki, bu, Heydər Əliyev Fondunun ideyası olub. Fondun sosial şəbəkə hesablarında qeyd olunub:
"Heydər Əliyev Fondunun Zəfər paradına kreativ töhfəsi. Dağlıq Qarabağ ərazisinin əzəli Azərbaycan torpağı olduğu instalyasiyanın üzərinə həkk olunan "Qarabağ Azərbaycandır!" şüarı ilə bir daha bəyan edilir".
Xatırladaq ki, 90-cı illərin əvvəllərində Kəlbəcərdə mülki əhalinin məcburi köçkün düşərkən qoyub gəldiyi avtomobillərin üzərindən açılmış nömrələrlə ermənilər divar hörmüşdü.
44 günlük Vətən müharibəsinə qismən səfərbərlik və digər proqramlar çərçivəsində cəlb edilən, cəbhə xəttinə göndərilən, döyüşlərdə iştirak edən jurnalistlərin siyahısı hazırlanıb.
Report xəbərinə görə, Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli bildirib ki, təmsil etdiyi hər iki qurum 27 sentyabr 2020-ci il tarixdən-Vətən müharibəsinin ilk günündən başlayaraq KİV təmsilçilərinin fəaliyyəti ilə bağlı monitorinq aparıblar.
Onun sözlərinə. görə, KİV işçiləri 44 günlük Vətən müharibəsində, cəbhə xəttində həm xəbər istehsalçısı qismində, həm də səfərbərlik proqramı çərçivəsində cəlb edilmiş döyüşçü qismində iştirak ediblər: "Media təmsilçilərinin fəaliyyəti hər iki istiqamətdə uğurlu olub".
M.Ələsgərli bildirib ki, qeyd edilən dövrdə təqribən 27 nəfər jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb ediliblər, cəbhə xəttinə göndəriliblər: "27 nəfərin sırasından 2 nəfər döyüşlərin gedişində yaralanıblar, müxtəlif dərəcəli xəsarətlər alıblar. Hazırda vəziyyətləri normaldır. Monotorinqlərin nəticəsinə görə, 27 nəfərdən hər birinin xidməti qüsursuz, sağlıqları normaldır. Əlavə olaraq, döyüş bölgəsində səfərbərlik proqramından kənar xidmət keçən, həqiqi hərbi xidmətdə olan sabiq KİV işçisi- ATV-nin keçmiş montajçı-əməkdaşı Davud Qurbanov oktyabrın 5-də şəhid olub. Hərbi xidmətin davam etdiyini, təhlükəsizlik amillərini nəzərə alaraq, səfərbərlik proqramına cəlb edilmiş, cəbhə xəttinə göndərilmiş həmkarlarımızın adlarını hələlik açıqlamırıq. Onların geri dönüşündən sonra daha detallı informasiyalar veriləcək. Müşahidələrimiz, təmaslarımız davam edir Şəhid olan həmkarlarımıza rəhmət, xəsarət alanlara şəfa, xidmətini davam etdirənlərə sağlıq və uğurlar diləyirik!".
O deyib ki, cəbhə bölgəsində reportyor, xəbər istehsalçısı kimi fəaliyyət göstərən, atəşə, hücuma məruz qalan, xəsarət alan jurnalistlərlə bağlı ayrıca hesabat hazırlanır və yaxın günlərdə təqdim ediləcək.
"Əgər sərtləşdirilmiş karantin rejiminin tələblərinə əməl olunsa, 2 həftəyə yoluxma sayında azalma müşahidə edilə bilər".
Bu sözləri redaktor.az-a həkim-radioloq Aydın Əliyev xüsusi karantin rejimi ilə bağlı danışarkən deyib. O, vətəndaşları qaydalara əməl etməyə çağırıb:
"Çox təəssüf ki, ölkəmizdə koronavirusa yoluxma sayında ciddi artım müşahidə olunur. Bu səbəbdən, Nazirlər Kabineti yanında Operativ Qərargah məcbur qalaraq, ölkə ərazisində sərt karantin rejiminin tətbiqinə qərar verib. Çünki yoluxma sayının qarşısını almaq üçün başqa variant yoxdur. Düşünürəm ki, sərtləşdirilimiş karantin rejiminin yoluxma sayının azalmasında müəyyən qədər xeyri olacaq. Lakin yaxın bir neçə gün ərzində azalma gözləmək olmaz. Yoluxma sayında azalmanın olması üçün minimum 2 həftə vaxt lazımdır. Amma təbii ki, xüsusi karantin rejiminin effekt verməsi üçün birinci növbədə karantinin şərtlərinə əməl etmək lazımdır. Əgər şərtlərə əməl olunmasa, hansısa müsbət nəticə gözləmək olmaz".
Daxili İşlər Nazirliyi vətəndaşları xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırıb.
Xəbərdarlıqda deyilir:
“Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.
Dekabrın 9-da polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızda əhalinin intensiv hərəkət etdiyi, ictimai yerlərdə 25 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb. Görülən tədbirlərlə həmin şəxslər evə qaytarılıblar.
Onlardan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.
Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq”.
Azərbaycan və Türkiyə vətəndaşları bundan sonra viza sənədi və xarici pasport olmadan hər iki ölkəyə səyahət edə biləcəklər.
Bununla bağlı Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Mövlud Çavuşoğlu protokol imzalayıb.
Yaxın zamanda ölkələr arasında gediş-gəliş yalnız şəxsiyyət vəsiqəsi ilə mümkün olacaq.
Bakıda və Abşeron yarımadasında dekabrın 11-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Dekabrın 11-də Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçiriləcək Zəfər Paradı ilə bağlı video paylaşıb.
O, “Twitter” hesabından etdiyi paylaşımında qeyd edib ki, “Zəfər Paradı tezliklə başlayacaq”.
H.Hacıyev eyni zamanda, bugünkü şanlı tarixi də paylaşımına əlavə edib.
Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və ehtiyatda olan baş çavuş İbad Hüseynov üçün Prezidentin aylıq təqaüdü təyin edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, digər sosial təminat növləri kimi, “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslər üçün Prezidentin aylıq təqaüdünün təyinatı da bu təqaüdə hüquq yaranan anda proaktiv xidmət olaraq elektron qaydada, avtomatik təyin olunur.
Bunun üçün vətəndaşın və ya ailə üzvlərinin müraciətinə və hər hansı sənəd təqdim etməsinə də ehtiyac qalmır.
Aylıq təqaüd (1500 manat) Milli Qəhrəmanlarımızın özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isə ailə üzvlərinə təyin olunaraq ödənilir.
31 yanvar 2021-ci il tarixədək Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.
Bu barədə “Azərbaycan Hava Yolları”nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, karantin dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın icazəsi ilə xüsusi reyslərin yerinə yetirilməsi davam etdirilir.