![]() |
|
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qohumu, Naxçıvan Sement Zavodunun baş direktoru Mikayıl Cəfərov koronavirusdan dünyasını dəyişib.
"Ölkə.Az"ın xəbərinə görə, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Allah rəhmət eləsin!
Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar bu gün saat 00:00-dan 08:00-dək olan müddət ərzində Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əməkdaşları tərəfindən görülən işlər barədə statistik məlumat açıqlanıb.
BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Report-a bildirib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan yeddi nəqliyyat vasitəsi rayon, beşi paytaxt istiqamətinə olmaqla geri qaytarılıb:
“Bundan başqa, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan dördü rayon, 14-ü şəhər istiqamətinə olmaqla, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 10 avtomobil rayon, 20-si paytaxt istiqamətinə olmaqla geri qaytarılıb.
Ümumilikdə 60 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb”.
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Bu barədə "Ölkə.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Dekabrın 12-13 tarixlərində polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 55 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.
Tibbi qaydalar gözlənilməklə onlardan 54 nəfər evə qaytarılıb, 34 nəfər barəsində isə cinayət işi başlanılıb.
Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə istintaq araşdırmaları davam etdirilir.
Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı hazırlanan peyvəndlərdən sonra Almaniyanın səhiyyə işçiləri virusu məhv edən dərəman hazırlayıblar.
Bu barədə Almaniya Dövlət Televiziyasının (ARD) məlumat yayıb.
Bildirilib ki,"FYP207" adlı dərman "Fromycon" adlı biotexnologiya şirkəti tərəfindən ixtira edilib.
Dərmanın COVID-19 mutasiyasına qarşı da qorunmanı təmin etdiyi qeyd edilib.
Təcili təsdiq üçün ÜST-ə müraciət edildiyi vurğulanıb. /publika.az
Bakıda və Abşeron yarımadasında dekabrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 10-13, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Dekabrın 15-də Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 15-16-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 14 dekabr tarixindən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 96-cı kilometrliyində, magistralın Hacıqabul rayonu Navahi qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqaməti üzrə hərəkət qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, məhdudlaşdırma təmir-bərpa işləri bitənədək qüvvədə olacaq.
Təmir müddəti ərzində nəqliyyyat vasitələrinin hərəkəti ikitərəfli olmaqla magistralın əks istiqaməti üzrə təşkil olunacaq.
Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
Artıq icazəsi olmayan vətəndaşlar SMS icazə almadan küçəyə çıxa bilməzlər.
Lakin bu məqamda yenə də vətəndaşlarda müəyyən suallar yaranır. Suallar odur ki, vətəndaşlar zibil atmağa çıxarkən, yaxud da həyətdə, yaxınlıqdakı məhəlləiçi marketə düşərkən, habelə qarşı evə qonaq gedərkən də SMS icazəsi lazım olacaqmı?
Nazirlər Kabinetinin qərarında açıq göstərilir ki, bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe, çay evlərinə müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsinə və onlayn satışa icazə verilir.
Bundan başqa, vətəndaş mağazaya və yaxınlıqdakı ticarət obyektinə gedərkən də mütləq rəsmi qaydada icazə almalıdır.
Qeyd edək ki, Operativ Qərargahın qərarına əsasən, SMS-icazə sistemi aşağıdakı hallarda tətbiq edilir:
- təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
- ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).
Yəni vətəndaş evi tərk edirsə, o, mütləq qaydada 8103 qısa nömrəsinə SMS göndərməli və icazə almalıdır.
Repitetor yanına gedənlər, o cümlədən evi tərk edən bütün şəxslər icazə almalıdırlar. Bütün hallarda icazə almaq lazımdır. Yalnız zibil atmaq üçün evi tərk edənlərə icazə tələb olunmur. Bu zaman vətəndaş evinə ən yaxın olan məişət tullantıları konteynerlərinə yaxınlaşmalıdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, Nazirlər Kabinetinin qərarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün polis və daxili qoşunların hərbi qulluqçuları xidmətini davam etdirirlər və nəzarət baxış tədbirləri həyata keçirirlər.
Hazırda paytaxtda 2 nömrəli xətt üzrə 19 avtobus fəaliyyət göstərir. Marşrut xəttinin keçdiyi bəzi yollarda karantin postları var.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, postların qarşısındakı sıxlıq səbəbindən intervalda müəyyən gecikmələr olur: “Bu hal digər xətlərdə də müşahidə olunur. Ona görə fərdi avtomobil sürücülərindəm xahiş edirik ki, karantin postlarına yaxınlaşan zaman sağ zolağı avtobuslar üçün boş sağlasınlar. Hərəkətə icazə verən sənədləri vaxtında təqdim etsinlər ki, bu cür narahatlıq doğuran hallarla rastlaşmayaq”.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Ölkə.Az"a verilən məlumata görə, komitə sədri Siyavuş Novruzov bildirib ki, gündəliyə 2 məsələ daxil edilib.
Əvvəlcə S.Novruzov “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsini təqdim edib. O qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad edilən bir sıra ərazilərimizdə kənd və rayon adlarının dəyişdirilməsi prosesinə artıq başlanılıb. Şamaxı rayonu sərhəd təmas xəttindən kənarda yerləşməsinə baxmayaraq inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, milli-irsi dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq daşımır. Mənfur qonşularımız tərəfindən bəzən belə məkanların adları müxtəlif məkrli məqsədlərə yozulur, “xülyalarını” dünya ictimaiyyətinə çatdırmaqda vasitə kimi istifadə edilir.
Komitə sədri Toponimiya Komissiyası ilə müvafiq məsləhətləşmələr aparıldıqdan sonra, sakinlərin də istəyinə uyğun olaraq coğrafi ərazi baxımından güney ərazidə yerləşən kəndin Günəşli adlandırılmasının məqsədəuyğun hesab edildiyini diqqətə çatdırıb. Bildirilib ki, Günəşli sözü həm də xoşbəxt, sevinc dolu, fərəhli və işıqlı mənalarını özündə əks etdirir.
S.Novruzov gündəlikdəki ikinci məsələnin - “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında Bələdiyyələrin Siyahısı”nda dəyişiklik edilməsi barədə sənədin də bununla bağlı olduğunu, bələdiyyə siyahılarında Şamaxı rayonu Saqiyan bələdiyyəsinin Günəşli bələdiyyəsi ilə əvəz edilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Onlayn toplantıda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, komitə üzvləri Kamran Bayramov, Aqil Məmmədov, Səttar Möhbalıyev, Məzahir Əfəndiyev müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildiriblər. İşğaldan azad olunmuş ərazilərimizdə bələdiyyələrin formalaşması, sürətli məskunlaşmanın və torpaq islahatı prosesinin həyata keçirilməsi, yeni ərazi vahidlərinin yaradılması, bu ərazilərdə yerli idarəetmənin səmərəli fəaliyyəti barədə söhbət aparılıb. Belə məsələlərin həyata keçirilməsində dövlət mexanizmləri və dünya təcrübəsi barədə danışılıb.
Onlayn iclasda komitə üzvləri Nizami Cəfərov, Cavid Osmanov, Əliabbas Salahzadə, Elşən Musayev, Malik Həsənov, Emin Hacıyev, Səbinə Xasayeva da qatılıblar.
İclasın sonunda hər iki məsələnin Milli Məclisin plenar iclasında baxılması üçün tövsiyə edilməsi qərara alınıb.
"Ölkə.Az" xəbər verir ki, bu barədə hər iki qurumun Mətbuat Xidmətlərinin birgə yaydığı məlumatda bildirilib.
"Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik", - açıqlamada bildirilib.