Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 12-də Abşeron yarımadasında mülayim xəzri küləyi və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətin bir qədər çox olacağı gözlənilir ki, bu da bəzi insanlarda narahatlıq yarada bilər.

Xaçmazda şəhid ailələri ilə görüş və avtoyürüş keçirildi - FOTO
Həmid Həsənov: “Şəhidlərimizin xatirəsini əziz tutmaq hər birimizin müqəddəs borcudur”

Şuşa şəhərinin işğaldan azad olunması və Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması münasibətilə Xaçmaz Rayon Polis Şöbəsində şəhid ailələri ilə görüş keçirilib. Əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumatda bildirilir ki, 1988-ci il hadisələrindən sonra Ermənistan tərəfindən işğala məruz qalan torpaqlarımızın Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən qəhrəmancasına azad olunmasından fəxrlə danışan RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov torpaqlarımızın hər qarışı uğrunda canını fəda edən, ölümün gözünə dik baxaraq şəhid olan igid oğullarımızın sayəsində qələbəyə imza atdığımızı bildirib.

Qeyd olunub ki, cəmi 44 gün ərzində düşmənin keçilməz saydığı sədləri yararaq Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, kəndlərin, qəsəbələrin, strateji yüksəkliklərin və noyabr ayının 8-də Azərbaycanın musiqi beşiyi, Qarabağın gözü olan Şuşa şəhərinin işğaldan azad edilməsi bizim bir xalq olaraq birliyimizin bariz nümunəsi idi. Müharibəni dayandırmaq üçün dövlət başçımıza edilən təzyiqlər bitib-tükənməsə də xalqımızın gücünə, birliyinə arxalanan möhtərəm Prezidentimiz güclü iradə nümayiş etdirdi. Əsl tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması uğrunda diplomatiyamız da siyasət meydanının ön cəbhəsində oldu. Biz hər iki cəbhədə qalib gəldik və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

Vətən uğrunda şəhid olan igid oğullarımızın ailələrinə başsağlığı verən H.Həsənov şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb və onların əziz xatirlərinin hələ bundan sonra yüz illər boyu yaşayacağına inamını ifadə edib. Politoloq Ağacan Məmmədov bu tarixi qələbəmizdən sonra işğaldan azad edilmiş torpaqlarımızda tezliklə abadlıq və quruculuq işlərinə başlanacağını, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdacaqlarını diqqətə çatdırıb.

Görüşdə iştirak edən şəhid ailələrinin üzvləri də ölkə və DİN rəhbərliyinə, eləcə də Xaçmaz Rayon Polis Şöbəsinin kollektivinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

*****

Qarabağın işğaldan azad olunması münasibəti ilə Xaçmaz şəhərində da avtoyürüş keçirilib. Keçirilən yürüş zaman Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yüksək səviyyədə təhlükəsizlik tədbirləri həyata keçirilmiş, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində lazımi bütün tədbirlər görülmüşdür.

 

Nizam Həmidov,

polis baş leytenantı

 
 
Üzü Xocavəndə: İllərlə yağı düşmən əlində əsir olan yurd yerimizə dönüş - VİDEO

Noyabrın 10-u, qələbə günündən sonra Azərbaycan xalqı ilə birlikdə Azərbaycan əsgəri də tarixi zəfəri qeyd edib. Bu münasibətlə oxu.az Xocavənd rayonunun Böyük Tağlar kəndinə səfər edib. Burada xidmət edən əsgərlər çox sevincli olduqlarını bildiriblər.

“Çox sevinirik ki, bütün torpaqlarımızı işğaldan azad etdik. Xocavəndin Böyük Tağlar kəndindən bütün Azərbaycana salamlarımızı çatdırırıq. Biz vətənsiz qalmayaq deyə, atasız qalan uşaqlar haqlarını halal etsinlər”.

Azərbaycanlılarla ermənilər  Qarabağda birgə yaşaya bilərmi?

İkinci Qarabağ müharibəsi başa çatdı. Azərbaycan Ordusu Ermənistanın işğalçı qüvvələrini öz torpaqlarından çıxartdı. İndi başlıca suallardan biri budur ki, Azərbaycan və erməni icması Qarabağa qayıdıb birgə yaşaya biləcəkmi?

Bunun üçün, ilk növbədə, ermənilərin yerli mülki azərbaycanlılara Birinci və İkinci Qarabağ müharibələri zamanı davranışına diqqət edək. Həmin şəraitdə ermənilər qonşuları olmuş yerli azərbaycanlılarla birgə yaşamaq üçün körpü saxlayıbmı?

Birinci Qarabağa müharibəsi zamanı erməni quldurları Xocalı soyqırmını törətdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən bu faciəli hadisə nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımı. 26 fevral 1992

Xocalı soyqırımı. 26 fevral 1992

1992-ci ilin aprelin 8-də Kəlbəcərin Ağdaban kəndində törədilmiş soyqırım hadisəsini yada salaq. Erməni separatçılarının törətdiyi qırğında 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmış, kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr məruz qalmışdı. 67 nəfər isə amansızlıqla qətlə yetirilmişdi. Bundan başqa 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdı.

Ağdaban. 8 aprel 1992

Ağdaban. 8 aprel 1992

Zəngilanın işğalı zamanı ermənilər yolu bağlayaraq mülki azərbaycanlı sakinlərin rayon ərazisinin tərk etməsinə imkan verməmişdi. Dinc sakinlər erməni silahlılarının vəhşiliklərindən xilas olmaq üçün özlərini Araz çayına atıb İrana keçmişdilər. Çoxlu sayda Zəngilan sakini çayı üzüb keçə bilmədiyi üçün orada boğulub ölmüşdü.

Zəngilanın işğalı

Zəngilanın işğalı

1992-ci ili avqustun 28-də erməni silahlıları Goranboyun Ballıqaya kəndinə hücum edərək bura sığınan Laçın rayonundan olan qaçqınları qətliama məruz qoyublar. Nəticədə 24 dinc laçınlı sakin şəhid olub.

Sözsüz, Birinici Qarabağ müharibəsi zamanı ermənilər əllərinə düşən hər fürsətdən dinc azərbaycanlı sakinlərə qarşı istifadə edib, onlara işgəncə verib, qətlə yetiriblər.

İkinci Qarabağ müharibəsi zamanı da Ermənistan silahlı qüvvələri döyüş bölgəsindən xeyli uzaqda yerləşən şəhərləri raket atəşinə tutub. Gecə saatlarında Gəncənin bombalanmasını, Bərdənin raket atəşinə tutulması, Tərtərdə ölüsünü dəfn edən dinc sakinlərin bombardıman olunması, Goranboyun, Ağcabədinin, Siyəzənin, Xızının raket atəşinə tutulmasını misal götürmək olar. Ermənilərin dinc sakinləri atəşə tutması nəticəsində 93 dinc azərbaycanlı ölüb, 407 nəfər yaralanıb.

Gəncə şəhəri. 17 oktyabr 2020

Gəncə şəhəri. 17 oktyabr 2020

Ancaq I və II Qarabağ müharibələrində Azərbaycan hərbçiləri dinc erməni sakinlərə qəsdən xəsarət yetirməyib, mülki obyetkləri və yaşayış yerlərini hədəfə almadığını dəfələrlə bəyan edib. Baxmayaraq ki, ermənilər hərbi texnikanı dinc erməni sakinlərinin yaşadığı yerlərdə yerləşdirməklə onları hədəfə çevirmişdilər.

Azərbaycan döyüş bölgəsindəki dinc erməni sakinlərinin ərazini tərk etməsi üçün humanitar dəhlizi açıq saxladı. Ümumiyyətlə, Azərbaycan Ordusunun bölgədən qaçanlara hər an zərbə endirmək, onları PUA-larla vurmaq imkanı olsa da, bunu etməyib. Azərbaycanın bu cür humanist davranışı ermənilərin bölgəni rahat şəkildə tərk etməsinə yardım edib.

Ermənilər bölgəni rahat şəkildə tərk edir. Noyabr 2020

Ermənilər bölgəni rahat şəkildə tərk edir. Noyabr 2020

Deməli, azərbaycanlılar ermənilərlə dinc yanaşı yaşamaq üçün körpüləri yandırmayıb. Bu baxımdan Azərbaycan tərəfi ermənilərin yerli azərbaycanlılarla dinc yanaşı yaşaması üçün hər cür şəraiti yaradıb.

Prezident İlham Əliyev çıxışılarında dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşı olan dinc ermənilərin Qarabağda azərbaycanlılarla birgə yaşaması üçün heç bir problem yoxdur. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşları ola bilərlər. Bu isə onların hüquqlarının və təhlükəsizliklərinin qorunmasına ən yüksək səviyyədə təminatdır.

Azərbaycan tərəfi öz erməni vətəndaşlarına birgə yanaşı yaşamaq üçün ən yüksək səviyyədə təminat verdiyi halda Ermənistan rəsmiləri bununla bağlı qarşıdurma yaradırlar.

Noyabrın 5-də Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan ölkəsinin parlamentindəki çıxışında bildirmişdi ki, Qarabağın Azərbaycanın tərkibində gələcəyi yoxdur. Ondan əvvəl Ermənistan prezidenti Armen Sarkisyan da oxşar bəyanatla çıxış etmişdi.

Müharibə zonasını rahat şəkildə tərk edən ermənilər

Müharibə zonasını rahat şəkildə tərk edən ermənilər

Beləliklə, Azərbaycan vətəndaşı olan dinc ermənilərin geri qaytıması üçün şərait yaradır. Ancaq əsas məsələlərdə biri də dinc, silahlı və qonşusu olan ermənidən ziyan görən azərbaycanlı birgə yaşayışı qəbul edəcəkmi? Axı həmin ermənilər qonşusu olan azərbaycanlının evini dağıdıb, yurdunu talayıb.

Çox çətin məsələdir. Ancaq mümkünsüz deyil. Fransız, alman və ingilis də bir-birinə qonşudurlar. Tarixən onlar arasında çoxillik müharibələr olub. Ancaq sonda onlar bir yerdə Avropa İttifaqı kimi möhtəşəm beynəlxalq birliyi yaradıblar, dinc şəkildə yaşayırlar. Hazırda onları daha çox iqtisadi maraqlar birləşdirir. Keçmiş düşmənlikləri isə yalnız tarixdə qalıb və unudulmur. Ona görə ehtimal etmək olar ki, ermənilər Qafqazda, o cümlədən Azərbaycanda yaşamaq istəsə, gərək başqa xalqlara düşmən mövqeyindən çəkinsinlər. Törətdiyi soyqırımı cinayətlərindən də göründüyü kimi, ermənilərin qonşuları ilə birgə, dinc yaşamaqdan savayı çıxış yolu yoxdur. Əks halda bir zaman onları qorumaq üçün başqa bir dövlətin ordusu Azərbaycana, yaxud Cənub Qafqaza gəlməyə bilər.

 

Report.az

Rusiyanın göndərdiyi sülhməramlı qoşunlar Qarabağın Laçın dəhlizini nəzarətə götürüblər.

Report xəbər verir ki, bu barədə məlumatı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi Sergey Rudskoy verib.

“Hazırkı mərhələdə Rusiya Silahlı Qüvvələri kontingentinin ön bölmələri Laçın dəhlizi və Laçın – Turşsu (Şuşa rayonu – “Report”) yolu sahəsində müvəqqəti nəzarət məntəqələri quraraq nəzarəti altına alıb”, - o qeyd edib.

“Şəhidlər bizim qürur mənbəyimizdir”.

Oxu.az xəbər verir ki, bunu şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev deyib:

“Atamın son yazışmalarını oxuyurdum. Yazmışdı ki, kaş Qarabağı azad görəydik. Atam ən çox Şuşanı görmək istəyirdi. Şuşa alındı, Qarabağ alındı, onun arzusu yerinə yetdi. Zabit və əsgərlərimiz onun qisasını aldı”.

Azərbaycan xalqı qələbə gününü qeyd edir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsi ilə ayağa qalxan xalqın zəfər sevinci bitib-tükənmir. 

Ölkənin bütün regionlarında, eləcə də, Neftçala sakinləri küçələrə çıxaraq, qələbəni qeyd ediblər.

Ermənistana gələn Rusiya Federasiyasının sülhməramlı kontingenti atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatlara nəzarət etmək üçün tapşırıqları yerinə yetirəcəkləri xidməti sahələrə yollanıblar.

Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verir.

Hərbçilər 250 km-dən çox məsafə qət etməlidirlər. Sülhməramlı əməliyyatın komandanlığı Xankəndi ərazisində yerləşdiriləcək.

Qeyd edək ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdiriləcək. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməlidir.

Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalacaq.

Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.

Bakıda sakinlərin qələbə sevinci davam edir.

''Ölkə.Az'' trend-ə istinadən xəbər verir ki, paytaxt sakinləri 2-ci Fəxri Xiyabana üz tutub.

Sakinlər şəhid general-mayor Polad Həşimovun, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və digər şəhidlərimizin məzarını ziyarətə axışır.

Göyərtəsində rusiyalı sülhməramlılar olan daha iki “İl-76” təyyarəsi Ulyanovsk-Vostoçnı aerodromundan havaya qalxıb.
Report xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təyyarələrdən birində şəxsi heyət və zirehli transportyorlar (ZTR) var. Digərinin göyərtəsində isə sülhməramlı birləşmələrin personalı, maddi vasitələr və avtomobil texnikası var.

Ümumilikdə Rusiyadan göyərtəsində sülhməramlılar olan 6 təyyarə yola düşüb.

Daha əvvəl Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin 1 960 sayda odlu silahlı hərbi qulluqçudan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət olacağı bildirilmişdi.

Xəbər lenti